İşğal olunmuş Azərbaycan

ərazisində erməni ekoloji terroru

 

Zəngin təbii sərvətlərə malik olan Azərbaycan əsrlər boyu işğalçı, quldur qüvvələrin təqib və təzyiqinə məruz qalıb. Qonşu dövlətlərin ərazisi hesabına özlərinə dənizdən-dənizə nəhəng dövlət yaratmaq istəyən  erməni daşnakları XIX əsrin sonlarından terrorçu simalarını daha açıq büruzə verdilər. Sonrakı əsrin sonlarında, 1988-1993-cü illərdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal olunmuşdur.

 

Zəngin təbiətə malik olan həmin ərazilərimizdə 460 növdən artıq yabanı ağackol bitkiləri bitir. Bunlardan 70-i endemik növ bitkidir, dünyanın heç bir yerində təbii halda bitmir.

Bu nadir ağac növlərindən qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, Eldar şamı, adi xurma, söyüdyarpaq armud s. ağac növlərini misal göstərmək olar. Bu nadir təbiət inciləri işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinir. Vaxtilə işğal olunmuş ərazilərdəAzərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 890 min hektara çatdırılmışdı. İndi bunun 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan çox qiymətli, nadir  ağac biomüxtəlifliyin digər növləri hazırda da talan edilir.

İşğal olunmuş ərazilərdə 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar daha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi 5 ədəd geoloji obyekt qalmışdır. İşğal olunmuş  ərazilərdə məskunlaşmış erməni quldurları böyük əhəmiyyətə malik olan  təbiət abidələrimizin çoxunu talayıb məhv etmişlər. Kəlbəcər rayonundaQırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağaclarını qırıb xaricə satırlar. Bu rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki var. Bunlardan 200-ə qədəri dərman bitkiləridir. Onlar xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan edilir. Nadir ağaclar bitkilər ekoloji terrora məruz qalır. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olanXan mağarasıvaxtilə təbiət abidəsi kimi mühafizə olunurdu. Alınan məlumatlara görə, həmin abidələr amansızlıqla, vəhşicəsinə məhv edilir, talanır.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik olan bir sıra göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə 7 relikt göl: Kəlbəcər Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağayçayda) Qaragöl kimi şirin su ehtiyatları işğalçılar tərəfindən məhv edilir. İndi erməni qəsbkarların işğalı altında olan Sərsəng su anbarı Tərtər çayı üzərində hələ 1976-cı ildə inşa edilmişdi. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir. Əvvəllər 79 min hektar əkin sahəsi Sərsəng su anbarından suvarılırdı. Uzun müddət texniki qurğulara xidmət göstərilmədiyindən anbar qəza vəziyyətindədir. Anbardan aşağıda yerləşən ərazidə 400 min nəfər əhali təhlükə altında yaşayır.Yayda da illik su normasının 10-15 faizi buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır. Yaşıllıqlar susuzluqdan məhv olur. Bu da ciddi ekoloji gərginlik yaradır.

Hazırda 7 rayon Sərsəng su anbarının suyuna həsrət qalıb. Ən zəngin faydalı qazıntı yataqlarımız da işğal olunmuş ərazilərdə qalmışdır.

Məlum olduğu kimi, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqlarımız qalıb. Bunlardan 5-i qızıl, 6-sı civə, 2-si mis, 1-i qurğuşun sink kimi nadir təbii sərvətlərdir. Bunlardan əlavə, həmin ərazilərdə 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid s.) ən əsası misli bərabəri olmayan 11 şirin yeraltı su 10 mineral su yataqları yerləşir. Bütün bunlar respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi... Misli-bərabəri olmayan bu sadalanan nadir faydalı qazıntılar, təbiət inciləri Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-Gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı erməni quldurları tərəfindən talanır. Eləcə , Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay s. yataqlarımız talanır. Həmin yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1 milyon 526 min ton gəc, gündə 1 milyon 968 min kubmetr həcmində axan yeraltı şirin su, 18 milyon 432 min kubmetr üzlük daşı, 23 milyon 243 min kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 kubmetr mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr pemza, 129 milyon 833 min kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı s. iqtisadiyyatın inkişafında mühüm rol oynaya bilən faydalı qazıntılar aşkar edilmişdir.

İşğal olunmuş ərazilərdə təbii su mənbələrimiz Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilir. Araz Kür çaylarının qolları olan Oxçuçay Ağstafaçayın Ermənistan tərəfindən  ağır formada çirkləndirilməsi canlı aləmin yaşayışı üçün böyük təhlükə yaratmışdır. Erməni işğalçıları təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər Xocavənd rayonlarının ərazilərini düşünülmüş şəkildə od vurub yandırmışlar. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri, eyni zamanda, digər ərazilərə yayılaraq ətraf mühitə, canlı təbiətə ciddi ziyan vurmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək yaşıllıqlar, həmçinin meşə sahələri yandırılıb məhv edilmişdir. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat məbləğində ziyan dəymişdir.

Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara görə yüz milyardlarla manatlıq  ziyan dəymişdir. Erməni işğalçılarının canlı təbiətə bəşəriyyətə qarşı yönəlmiş vəhşilikləri barədə Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, eləcə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmişdir.

Ermənistan tərəfindən Azərbaycana qarşı  aparılan total müharibə ekoloji metodlar vasitəsilə davam etdirilir.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni terrorçuların  həyata keçirdiyi ekoloji terrorda işğal altında olan ərazilərdən keçən çayların suyu istifadəyə yaramır. Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçayda 19 noyabr 2010-cu il tarixdə kəskin çirklənmə müşahidə edilib.Tapqaraqoyunlu kənd sakinləri İnciçayda gündüz saat 14.00 radələrindən başlayaraq suyun qatı köpüklə axdığını müşahidə ediblər. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ərazi şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilib. Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılıb və həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri aparılıb. Götürülmüş su nümunələrində nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılıb. Məlum olub ki, hidrokarbonatlı su qrupundan olan İnciçayın suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmişdir. Suyun oksigen rejimi xeyli pozulmuşdur. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də, ammoniummetal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olub. Su nümunələri üzərində kimyəvi analiz və araşdırmalar davam etdirilir. Təbiətə qənim kəsilənlərə, ekoloji terrorçulara güzəşt olmamalıdır.

 

İsaq ƏMƏNULLAYEV,

Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi-jurnalist yazıları müsabiqəsinə təqdim olunur.

 

Xalq qəzeti.- 2015.- 10 fevral.- S.10.