Yaz müjdəçisi - Xıdır Nəbi
bayramı
“Xıdır Nəbi” bayramı türkdilli xalqların folklorunda, adət-ənənəsində mövsüm mərasimidir. Yazın dörd mühüm çərşənbə axşamlarının yaxınlaşmasıyla bağlı keçirilən şənlikdir. Bu mərasim Xıdır Nəbi, Xızır İlyas, Xızır, Xıdır kimi mifik obraz adlarıyla bağlıdır. İnanclara görə, Xıdır (Xızır) odun, istiliyin, qüvvətin rəmzi idi. Təbiətin canlanması üçün istiliklə yanaşı su da vacibdir.
Ona görə də mifik
Xıdır (Xızır) obrazı su
Tanrısı Nəbi (İlyas) ilə
qaynayıb qarışmış - Xıdır Nəbi,
Xızır İlyas kımi işlənmişdir.
Beləcə, xalqın mifik təfəkküründə
bu adlar Xıdır Nəbi,
Xızır İlyas kımi
yaşamışdır. Qışın oğlan
çağında - kiçik çillənin
ortasında (yəni, fevral ayının 10
-11 - 12 - si
tarixlərində) “Xıdır Nəbi” bayramı
başlardı. Ən azı bir həftə
bu bayramın ovqatında dolanardıq. Göyçənin Xıdır Nəbi
bayramının təəssüratını belə
xatırladım: payızın son
ayında çöldən bütün əl-ayaq
yığılar, toplanan məhsullar (meyvə,
kartof, taxıl, tütün
və s.) kolxoza - anbara təhvil verilərdi. Sonra həmin məhsullar əməkgünü
hesabı ilə kənd, el-oba camaatı
arasında paylanardı.
Taxıl
bölgüsü zamanı isə bir detal xüsusilə izlənərdi:
“Xıdır Nəbi”lik üçün
ayrıca buğda – ən yüksək
keyfiyyətli - iri dənəli buğda pay verilərdi
(ailə üzvlərınin sayı nəzərə
alınmaq şərtilə). Bu pay I, II növ un üyütmək üçün
olan buğdalara bənzəməzdi.
Bayram isə əslində üç
gün idi. Xəlbirlənmiş
iri, qırmızı buğdalar
sacda qovrular, sonra isə dəstərdə (kirkirədə)
çəkilərdi (üyüdülərdi). Qovrulmuş buğdaya qovurğa deyilərdi. Qovurğa qovurmaq
üçün ayrıca təndir
çatılardı, təndirin alovu bir az səngiyən
kımi sac dörd çatax (dayaq) üstə
qoyulardı və ikı-üç qadın buğdanı qovurmağa başlardı,
qıpqırmızı qovurğalar
süfrələrə təpələmə tökülərdi. (Əslində qovurğa qovurmaq işi ikı-üç qonşu
arasında köməkli görülərdi). Bu iş gün axşama enincə ancaq başa çatardı. Həmin gün hökmən nehrə çalxalanar,
təndirə lavaş
çəkilərdi ki, qoy
bərəkət üstdə bərəkət olsun, üzü yaza gələn təbıət də
insanların üzündən-qəlbindən doğan
ruzi sevincindən maya tutsun. Səhəri gün
qovrulmuş buğdanın-qovurğanın
dəstərdə çəkilməsi başlardı. Yenə
də qonum-qonşuyla birgə. Sonra bölünərdi, kimin
payı nə qədərdisə, o qədər
də öz qovut
payını götürərdi. Qovut isə
qovurğanın dəstərlə çəkilməsinə deyilirdi. Qovut bal şərbətində hazırlananda daha ləzzətli olardı, çox
vaxt südlə də hazırlanardı.
Beləcə,
“Xıdır Nəbi” bayramı
süfrəsınin şah yeməyi qovut olardı. İlk qovut gecəsi daha
maraqlı olardı. Evdə hər kəs gecə yatmazdan əvvəl təknəyə
yığılmış qovutun
üstünə ehmalca əl basardı. Səhər
oyananda kimin əl izi gecə böyüyübsə, demək o əlin sahibi həmin il çox ruzili olacaqdır.
İnama görə gecə Xıdır Nəbi
baba (Xızır İlyas)
gəlib əlini elə həmin əl izınin üstündə
qovuta basıb gedib. Bu, o deməkdir ki, eyni zamanda
ilimiz ruzulu, bərəkətli
olacaq. Darda
qalanların xilaskarı, butalıların
hayançısı Xıdır Nəbi (Xızır İlyas) elə bu sevinclə
gözümüzü, könlümüzü
üzü bəri gələn yaza bağlardı.
Almaz ÜLVİ
Xalq qəzeti.- 2015.- 11 fevral.- S.6.