Yasamal rayonu ölkənin sosial-iqtisadi
inkişafına mühüm töhfələr verir
Bakı şəhərinin Yasamal rayonunda ilin yekununa həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev hesabat dövründə görülmüş yenidənqurma və abadlıq, sosial-iqtisadi sahənin sürətli inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Qeyd etmişdir ki,
Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə dair
iclasında, həmçinin regionların 2014-2018-ci illərdə
sosiai-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının birinci ilinin
yekunlarına həsr olunmuş
konfransında respublikamızın əldə etdiyi
nailiyyətlərdən geniş bəhs olunmuş və qarşıda duran
vəzifələrin icrası ilə əlaqədar müzakirələr
aparılmışdır. Dövlətimizin
başçısı bildirmişdir ki, ötən il iqtisadi, siyasi və mədəni
sahələrdə böyük uğurlar əldə olunmuş,
dünyanı bürümüş iqtisadi və maliyyə böhranı ölkəmizin
inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi
ictimai-siyasi vəziyyətin sabit olması, xalqla iqtidar arasındakı birlik
və bütün proqramların
icrasıdır. Ötən il ümumi daxili məhsul 3,4
dəfə artmışdır ki, bu da dünya
miqyasında rekord göstəricidir.
Ümumiyyətlə, yola
saldığımız il də uğurlar ili kimi yadda
qalmışdır. Ötən
il qazanılan uğurlarda,
təbii ki, Yasamal rayonun da zəhmət
payı az olmamışdır. Rayonda aparılan yenidənqurma və
abadlıq işləri sürətli sosial-iqtisadi
inkişafın yeni nümunəsini
yaradır.
2014-cü
ildə Azərbaycan Prezidentinin müvafiq fərman
və sərəncamları ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli
inkişafı sahəsində məqsədyönlü siyasətin
davamı olmaqla, yeni
müəssisələrin və iş
yerlərinin yaranmasında müstəsna rol
oynayır. Respublika iqtisadiyyatının dinamik inkişafı Yasamal
rayonunun da sosial-iqtisadi həyatında müsbət təsirini
göstərməkdədir. Son illər rayonda aparılan yenidənqurma və
abadlıq işlərinin geniş vüsət
alması da bunu təsdiqləyir. Rayonun
ildən-ilə inkişafı özünü
2014-cü ildə daha qabarıq şəkildə
büruzə vermişdir. Bunu
faktlar da təsdiqləyir.
Faktlar göstərir ki,
ötən il Yasamal rayonunda sənaye məhsulunun ümumi
həcmi 77 milyon manat,
nəqliyyat sektorunda xidmətlərin həcmi
1 milyard 478 milyon manat olmuşdur.
Rabitə xidmətlərinin həcmi 488 milyon
manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri
636 milyon manata
çatmışdır. Bu da 2013-cü illə müqayisədə müvafiq olaraq149
və 130 faiz təşkil edir. Pərakəndə ticarət dövriyyəsi
və əhaliyə göstərilən pullu
xidmətlər də əvvəlki illərlə müqayisədə
xeyli artmışdır. Bir
işçiyə hesablanmış orta
aylıq əmək haqqı 10,3 faiz artaraq 600 manata
çatmışdır.
Rayonda yeni iş
yerlərinin açılması qarşıya qoyulan
prioritet vəzifələrdən olmuşdur. Bu sahəyə xüsusi diqqətin
nəticəsidir ki, 2014-cü ildə rayonda 4755 yeni iş yeri
açılmışdır ki, onlardan 1130-u yeni
yaradılmış müəssisə və təşkilatlarda,
284-ü mövcud və bərpa olunmuş müəssisələrdə, 3341-i
isə fiziki şəxslərdən ibarət
olmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş “2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”na əsasən, Yasamal rayonu üzrə 17
tədbirin icrası nəzərdə tutulmuşdur.
Artıq onlardan 8-nin icrasına
başlanılmışdır. Rayon ərazisində
irihəcmli abadlıq-quruculuq və yaşıllaşdırma
işlərinin həyata
keçirilməsi əsas vəzifə kimi
daim diqqət mərkəzində olmuşdur. Yaşayış binalarının
fasadlarında aparılan yenidənqurma və bərpa işləri rayonun görünüşünü xeyli dəyişmişdir. Sakinlərin,
xüsusilə, uşaqların asudə vaxtlarını səmərəli
keçirmələri və istirahət etmələri üçün parkların və böyük yaşayış massivlərində
“nümunəvi məhəllə”lərin salınması
artıq ənənə halını alıb. Prezident İlham Əliyevin “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin su anbarının ərazisində
salınacaq parkın layihəsi ilə tanış olarkən verdiyi göstərişlər artıq icra olunmuş, Dənizkənarı
Milli Parkdan sonra Bakı şəhərində ərazisinə
görə ikinci olan
6,5 hektar ərazisi olan
parkın salınması istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Parkın ötən ilin sonlarında keçirilmiş
açılış mərasimində Prezident
İlham Əliyev də iştirak etmişdir.
Rayonun əksər ərazilərində
intensiv surətdə abadlıq-quruculuq
işləri aparılmış, yaşıllıqların
qorunması və artırılması diqqət mərkəzində
saxlanılmış və yeni
yaşıllıq zolaqları salınmışdır. Bütün bunlarla
yanaşı, hələ də, rayonun ərazisində bir çox məhəllələrdə
abadlıq işlərinin aparılmasına, bəzi
küçələrin asfaltlaşdırılmasına, yeni yaşıllıq zolaqlarının yaradılmasına ehtiyac
duyulur. Bu istiqamətdə
işlər davam etdirilir.
Bu ilin yayında
dünyanın diqqəti yenidən Azərbaycana—Bakıya
yönələcək. Yəni, indiyədək ölkəmizdə
keçirilmiş nüfuzlu
tədbirlərə daha möhtəşəmi
əlavə olunacaq. Söhbət, təbii
ki, ilk Avropa
Oyunlarından gedir. Bu
mötəbər tədbirin mütəşəkkilliklə
keçirilməsi üçün ciddi hazırlıq işləri görülür. Şəhərin görkəminin
yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Yasamal rayonunda da bu
möhtəşəm tədbirə ciddi
hazırlıq görülür.
Hazırda rayon ərazisində
yaşayış məntəqələrini
mərkəzi yoldan ayıran, hündürlüyü 4 metr
olan ayırıcı divarın
quraşdırılması işlərinə
başlanılmışdır. Dekorativ
hasarların çəkilməsi ilə yanaşı,
binaların fasad hissələri də yenilənir. Bunlarla
bərabər, əsas hərəkət marşrutuna
daxil olan ərazilərdə
yaşıllaşdırma və abadlıq işləri artıq başa
çatmışdır.
“Bakı-2015"
Avropa Oyunları ilə əlaqədar xüsusi diqqət yetirilən, bizim
üçün zəruri olan
məsələlərdən biri də mövcud reklam lövhələrinin
”Dövlət dili haqqında" və “Reklam haqqında” Azərbaycan Respublikası
qanunlarının tələblərinə cavab
verməsinin təmin edilməsidir. Bu istiqamətdə
aidiyyəti qurumlarla görülən
işlər sakinlər tərəfindən
böyük razılıqla
qarşılanır. Ana dilimiz
milli-mənəvi sərvətimizdir. Bu sərvəti
qorumaq hər birimizin
müqəddəs borcudur.
Rayon sakinlərini daha çox narahat edən
problemlərdən biri də ərazidə
körpələr evi-uşaq
bağçalarında körpə və uşaqların
sıxlığı idi. Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
və tövsiyəsi ilə əhalinin daha
çox yaşadığı ərazidə
qısa müddətdə yeni bir körpələr evi-uşaq
bağçasının tikintisi başa çatdırılmışdır. Bu ərazi
bütünlüklə abadlaşdırılmış, yol və meydançalara yeni asfalt örtük
salınmış, günlüklər, oturacaqlar,
uşaq əyləncə elementləri, suvarma və işıqlandırma sistemləri
quraşdırılmış, yeni ağaclar və güllər əkilmişdir.
Beş qrup və 100 yerlik ikimərtəbəli uşaq
bağçası bütün kommunal xidmətlərlə, o
cümlədən, istilik sistemi
və su anbarı ilə təmin edilmişdir. Uşaq
bağçasında monitorla
müşahidə edilən kameralar
quraşdırılmışdır. Orada
ən müasir avadanlıqla təchiz edilmiş mətbəx, musiqi,
idman zalı, rəsm otağı və
yeməkxana fəaliyyət göstərir.
2014-cü il oktyabrın 3-də uşaq
bağçasının açılış mərasimində
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva və Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyeva iştirak
etmişlər. Mehriban xanım Əliyeva körpələr evi-uşaq bağçasında görülmüş işləri yüksək
dəyərləndirmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı” çərçivəsində Yeni Yasamal
yaşayış massivində salınmış idman kompleksinin
inşası davam etdirilir.
153 saylı tam orta məktəbdə
əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq istifadəyə
verilmişdir. Qürurverici
haldır ki, məktəbin
açılış mərasimində Prezident
İlham Əliyev iştirak
etmişdir.
“2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində
Yeni Yasamal
yaşayış massivində yeni uşaq bağçası
yaradılmaqdadır. Yaxın gələcəkdə rayonun digər ərazilərində
də uşaq
bağçalarının tikintisi üçün yerlərin müəyyən
olunması istiqamətində işlər aparılır. Belə
zəruri tədbirlər uşaq bağçalarındakı
sıxlığın aradan
qaldırılmasına, bununla da ən aktual problemlərdən
birinin həllinə imkan
yaradacaqdır.
Bakı
şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətlənməsinə,
yol-nəqliyyat infrastrukturunun
təkmilləşməsinə, həmçinin, sosial məsələlərin həlli istiqamətində
irimiqyaslı layihələrin həyata keçirilməsi ilə
əlaqədar olaraq, Yasamal
rayonunda
ötən ildən belə bir
irimiqyaslı tədbirin icrasına artıq başlanılmışdır. Bununla əlaqədar Yasamal
Rayon İcra Hakimiyyəti
başçısının 20 dekabr
2013-cü il tarixli 518
saylı sərəncamı ilə komissiya
yaradılmışdır. Bu vaxta qədər
6676 təsərrüfatda tam ölçü və inventarlaşdırma
işlərinin aparılması təmin edilmiş, əhali arasında geniş
izahat işləri
aparılmışdır. Köçürülmə
işlərinin yalnız könüllülük
əsasında, hər kvadratmetr sahəyə
1500 manat verilməsi şərti ilə
aparılacağı bəyan edilmişdir.
Çox pis şəraitdə
yaşayan 2300 ailənin
köçürülməsi təmin edilmiş,
2280 ev sökülmüşdür.
Rayon sakinlərinə xidmət səviyyəsinin yüksəldilməsi
və onların ucuz və keyfiyyətli kənd
təsərrüfatı məhsulları ilə təmin edilməsi,
yerli sahibkarlığın dəstəklənməsi
və süni qiymət
artımının qarşısının alınması məqsədilə
ərazidə yarmarkanın
fəaliyyəti davam etdirilmişdir.
Beş kənd
rayonunun təhkim olunduğu
bu yarmarkada şənbə
və bazar günləri 60-75 ton kənd
təsərrüfatı məhsulları satışa
çıxarılır və bazar qiymətlərindən
15-20 faiz ucuz
satılır. Ölkə rəhbərliyinin əhalinin sosial problemlərinin həlli istiqamətində
tədbirlərin həyata keçirilməsi daim rayon icra
hakimiyyətinin diqqət mərkəzində olmuş
və bu sahədəki problemlər öz həllini tapmışdır. Bu sahəyə əhalinin
sağlamlığının qorunması istiqamətdə
görülən işlərin də daxil
edilməsi vacibdir. Prezident
İlham Əliyevin tapşırığına
əsasən 2014-cü il fevralın 17-dən başlayaraq
may ayının 1-dək rayon
əhalisinin ümumi profilaktik
tibbi müayinə tədbirləri
keçirilməsi xüsusi qeyd olunmalıdır. Tədbirin
rayonda yüksək səviyyədə və
mütəşəkkilliklə keçirilməsini təmin
etmək məqsədilə zəruri olan bütün təşkilati məsələlər
öz həllini tapmışdır. 18
yaşından yuxarı təxminən 182 min
nəfərədək rayon sakininin 160 min nəfərinin,
yəni, əhalinin 88 faizinin tibbi müayinədən keçməsi yüksək səviyyədə təmin
olunmuşdur.
Rayondakı
Heydər Əliyev mərkəzlərində ulu
öndər Heydər
Əliyevin siyasi irsinin
daha dərindən öyrənilməsinə
xidmət edən dərslərin mütəmadi keçirilməsi
təmin olunmuş və həmin tədbirlər
bu gün də davam etdirilir. Bu dərslərin tədrisində
fərqlənən müəllimlər rayon
icra hakimiyyəti
başçısının fəxri fərmanları və
qiymətli hədiyyələrlə
mükafatlandırılmışlar.
Yarandığı
gündən rayon ictimaiyyətinin,
xüsusilə gənclərin mütəmadi üz
tutduqları, artıq məbədgaha çevrilmiş
Yasamal rayonundakı Heydər Əliyev Mərkəzinin
fəaliyyəti ayrıca qeyd
olunmalıdır. Mərkəzdə, mütəmadi
olaraq, müxtəlif tarixi
və əlamətdar günlərlə bağlı
çoxsaylı tədbirlər keçirilmiş
və bü gün də
keçirilməkdədir. Ötən ildən başlayaraq
Heydər Əliyev Mərkəzində nikaha
daxil olan gənclərin,
onların valideynlərinin arzu və istəkləri
nəzərə alınaraq Yasamal Rayon Qeydiyyat Şöbəsi
tərəfindən nikah mərasimləri
təşkil olunmağa
başlanmışdır. Bu mərasimlər
müasir gəncliyin ulu
öndər Heydər Əliyev siyasi irsinə,
ümummilli liderimizin tarixi xidmətlərinə verdiyi
sonsuz dəyərin təzahürlərindən
biridir.
Hər il əlamətdar günlərdə
keçirilən tədbirlər rəngarəngliyi ilə
sakinlər tərəfindən rəğbətlə
qarşılanıb. Şübhəsiz ki,
bu tədbirlərin ən möhtəşəmi
və yaddaqalanı ulu öndər Heydər
Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr edilmiş silsilə tədbirlər
və “Gül bayramı” olmuşdur.
Müxtəlif nominasiyalar
üzrə təqdim edilən kompozisiyaların dolğun və yüksək səviyyədə
tərtibat işlərinə görə rayonun
orta ümumtəhsil məktəbləri və
məktəbəqədər müəssisələrin
şagirdləri müxtəlif mükafatlarla
təltif olunmuşdur.
“20 Yanvar”
faciəsinə, 2 fevral - Ümumrespublika
Gənclər Gününə, 9 may - Qələbə
Gününə, 1 iyun - Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə və 15 iyun - Milli Qurtuluş
Gününə həsr olunmuş
müxtəlif tədbirlərin də yüksək səviyyədə
keçirilməsi artıq ənənə halını
almışdır.
Əhalinin müraciətlərinə,
ərizə və şikayətlərinə baxılması prioritet vəzifələrdən biridir. Rayon icra hakimiyyətinin
başçısının təşəbbüsü ilə
hüquq-mühafizə orqanları,
idarə və müəssisələrin rəhbərlərinin
iştirakı ilə səyyar qəbullar təşkil olunur və sakinləri narahat
edən məsələlər yerindəcə həll olunur. Fakt üçün qeyd edək
ki, ötən il ərzində rayon
icra hakimiyyəti
başçısının 23 səyyar qəbul
görüşündə 3027 nəfərdən çox rayon sakini iştirak etmişdir. Məhz buna
görə də vətəndaşlardan rayon
icra hakimiyyəti
başçısının aparatına və yuxarı instansiyalara
ünvanlanmış müraciətlərin sayı getdikcə
azalır.
Təhlillər
göstərir ki, müraciətlərin
sayının kəskin şəkildə artmasının əsas
səbəbi “Sovetski” adlanan
ərazidə istifadəyə yararsız evlərin, Qanlı Gölün Qərb sahilindəki
özbaşına tikililərin, İncəsənət
Gimnaziyasının yataqxanasının və Bakı Dövlət Universitetinin
yataqxanalarının sökülməsi ilə əlaqədar
vətəndaşların onları maraqlandıran suallarla bağlı rayon rəhbərliyi
ilə yanaşı, respublika rəhbərliyinə
müraciət etmələri olmuşdur.
Rayonda yenidənqurma
və abadlıq işlərinin geniş
vüsət almasını həyata keçirilən işlər
də təsdiqləyir. Qarşıda daha
ciddi vəzifələr durur.
Bunlardan biri də bu il Milli Məclisə
keçiriləcək seçkilərdir. Onu
da qeyd edək ki, rayonda hər
seçkilərin mütəşəkkil və demokratik şəraitdə keçirilməsi üçün bütün
imkanlardan səmərəli istifadə olunur.
Bu məqsədlə rayonun “Sovetski” adlanan ərazisindən
köçürülmə prosesi ilə
əlaqədar dislokasiyaya yenidən
baxılmalıdır. Bu da bilavasitə daimi seçici
siyahılarının bir daha
dəqiqləşdirilməsini aktual edir. Bütün bunlar göstərir ki, Milli Məclisə seçkilərə çox ciddi şəkildə,
özü də elə indidən
hazırlaşmaq lazımdır. Bu, seçki qanunvericiliyinin də
tələbidir. Milli Məclisə
seçkilərə hazırlıq rayon rəhbərliyinin
qarşıya qoyduğu prioritet vəzifələrdən
biridir.
Qarşıda heç də az əhəmiyyətli
olmayan digər mühüm
vəzifələr durur. Rayon
rəhbərliyi, ilk növbədə, Prezident İlham
Əliyevin qarşıya qoyduğu vəzifələrin
icrasının təmin olunması istiqamətində tədbirlər
görməyi qərara alıb. Bunlardan başqa, Bakı-2015 Avropa Oyunlarına hazırlıqla əlaqədar
tapşırıqların vaxtında, həm də yüksək
keyfiyyətlə icra olunması da həlli vacib məsələlərdəndir. Ölkə rəhbərliyinin bu və digər sahələrdə
qarşıya qoyduğu bütün
vəzifələrin Yasamal rayonunda da layiqincə
icrasına heç bir
şübhə ola bilməz. Bunu indiyədək görülən yüksək
səviyyəli işlər də təsdiqləyir.
Hesabat tədbirində səsləndirilən müzakirələrdə
Milli Məclisin deputatı, BDU-nun rektoru, professor Abel Məhərrəmov,
53 saylı tam orta məktəbin
direktoru Firəngiz Həsənova, Yasamal Rayon İcra Hakimiyyəti
başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Ramin Əliyev ötən il rayonda
aparılan abadlıq və yenidənqurma işlərinin
geniş vüsət
aldığını bilidirdilər. Prezident Administrasiyasının regional
idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin
baş məsləhətçisi
Tağı Tağıyev ötən il
ölkəmizin qazandığı uğurlardan
söhbət açdı. Qeyd etdi ki, dünyanı
bürüyən iqtisadi böhran
respublikamıza bir o qədər
də təsir göstərmir. Bunun əsas
səbəbi dövlətimizin başçısının məntiqli
siyasi və iqtisadi
strategiyasıdır. T.Tağıyev ölkəmizdə əldə
olunan uğurlarda Yasamal rayonunun da kifayət qədər payı olduğunu diqqətə çatdırdı.
Sonda qərar layihəsi oxundu
və iclas iştirakçıları
adından Prezident İlham
Əliyevə müraciət qəbul olundu.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 11 fevral.- S.4.