Pensiya islahatları
uğurlu nəticələr verir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, respublikamız inikişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb və beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, başa vurduğumuz 2014-cü ildə də öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sistemi də inkişafdadır.
- Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizə yaxın hissəsini əhatə edir
- Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manatdır
- Pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, 2003-cü ildə isə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğdə idi
- Pensiyaçıların 99,9 faizinin təqaüdü plastik kartlarla ödənilir
- Fərdi hesab açılmış sığortaolunanların sayı 2 milyon 976 min nəfərə çatıb
- 2014-cü il ərzində Fondun elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə olub
- 2014-cü ildə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35 faiz azalıb.
Azərbaycanın
pensiya sistemi iqtisadi
həyatın pensiyaçıların sosial müdafiəsi
ilə
uzlaşdırılmasını təmin edir
Azərbaycanın iqtisadi həyatı ilə
pensiyaçıların sosial müdafiəsinin bazar
iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi
siyasətinin uğurlu icrası nəticəsində mövcud
maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən
pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunub və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini
tapıb. 2014-cü ilin nəticələrinə görə,
yaşa görə əmək pensiyalarının orta
aylıq məbləği 192,3 manatdır və ölkə
üzrə orta aylıq əməkhaqqının 43,5 faizini təşkil
edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə
tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki
2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə
aşağı məbləğlə ifadə olunurdu. Ölkəmizdə
iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi
ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə
cavab verən çevik modeli fəaliyyət göstərir ki,
bu əsasda formalaşan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın
dinamik inkişafı nəticəsində əldə olunan
potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi
mexanizmini ifadə edir. 2014-cü ildə fondun gəlirləri
2013-cü ilə nisbətən 223 milyon manat və ya 8,3 faiz artaraq 2894,3 milyon manata yüksəlib. Məcburi
dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 1744,9 milyon manat təşkil edib
ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8
milyon manat çoxdur. Pensiyaların və fərdi hesablara
toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə
alınmaqla hər il indeksləşdirilməsi
isə sistemin mənfi fiskal təsirlərdən səmərəli
şəkildə qorunmasını təmin edir. Bu tədbir
2014-cü ildə də davam etdirilmiş və Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən
2014-cü ilin yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq olunmuşdur.
Qeyri-büdcə
sahəsindən toplanan sosial
sığorta haqlarının artımı nəticəsində
dövlət büdcəsi transfertinin xüsusi çəkisi
azalıb
2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 milyon manatı
qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə
nisbətən 13,5 faiz və ya 134,4 mln manat artıqdır.
Qeyri-büdcə üzrə sosial sığorta
daxilolmalarında əhəmiyyətli artım ölkədəki
iqtisadi inkişafın birbaşa göstəricisidir və
bunun nəticəsində dövlət büdcəsindən fonda ayrılan transfertin xüsusi çəkisi
azalıb. Hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin və
torpaq pay mülkiyyətçilərinin sosial sığortaya
cəlb edilməsi işləri də gücləndirilmişdir.
Nəticədə, 2013-cü il ilə müqayisədə
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərdən daxilolmalar 15,1
faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar
5,4 faiz artıb. Büdcədən maliyyələşən təşkilatlardan
daxil olmuş sosial sığorta haqqının məbləği
618,5 milyon manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə
tutulduğu məbləğdə, yəni, 1142 milyon manat həcmində
fondun hesabına daxil olub. Fondun sair gəlirlər
(sanatoriya-kurort yollayışlarının qismən dəyərinin
ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 milyon manat təşkil edib.
Sosial
sığorta sistemində
iştirakçıların aktivliyi artırılır
2014-cü il ərzində
sığortaolunanların fərdi uçot sisteminin
qurulması tədbirləri davam etdirilib və ilin sonuna sosial
sığorta nömrəsi verilmiş və fərdi hesab
açılmış sığortaolunanların sayı 2
milyon 976 min nəfərə çatıb. Fərdi uçot
sistemində qeydiyyata alınan sığortaolunanların
sayı ilin əvvəlinə nisbətən 285 min nəfərə
yaxın artıb ki, bu da ölkədəki iqtisadi inkişafa
uyğun olaraq daimi yeni iş yerlərinin
açılmasının, habelə sosial sığorta
sistemində təbliğat işlərinin gücləndirilməsi
və iştirakçıların aktivliyinin artırılmasının
göstəricisidir. Eyni zamanda, sığortaedənlərdən
məcburi dövlət sosial sığorta haqları üzrə
sığortaolunanlar haqqında məlumatların qəbulu
prosesi aparılıb, Fondun internet saytında fərdi şəxsi
hesablarda əks olunan məcburi dövlət sosial
sığorta haqlarının məbləği barədə
sığortaolunanların məlumatlandırılması xidməti
fəaliyyətini davam etdirib.
2014-cü
il ərzində DSMF-yə daxilolmaların
səviyyəsi pensiya və müavinətlərin
qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan
verib
2014-cü il ərzində DSMF-nin xərcləri 2868,8 milyon manat təşkil edib ki, bunun da 2809,1
milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə
yönəldilib. Əmək pensiyaları ilə bağlı
xərclər 2738,5 milyon manat, məcburi
dövlət sosial sığorta haqları hesabına ödənilən
müavinətlər isə 70,6 milyon manat təşkil edib.
Fondun aparatının və yerli orqanlarının
saxlanılması xərcləri 22,5 milyon manat, pensiya və
müavinətlərin əhaliyə
çatdırılması, bank əməliyyatlarının
aparılması üzrə xidmət haqqı xərcləri
17,5 milyon manat, sığortaolunanların sanatoriya-kurort
müalicəsi və sağlamlaşdırma tədbirlərinin
həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər 18,6 milyon manat olub. Əldə
edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə
pensiya və müavinətlərin ödənişinin hər
ay qrafikdən əvvəl reallaşdırılması təmin
olunub.
Sosial
sığorta sahəsinin avtomatlaşdırılması nəticəsində
Azərbaycan
“Doing Business 2015” hesabatında 32 pillə irəliləyib
Fond tərəfindən vətəndaşlara və təşkilatlara
göstərilən xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması və bu xidmətlərin
təqdim edilmə müddətinin azaldılması məqsədilə
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi
nəticəsində bütün mövcud proseslərin, yəni,
həm məcburi dövlət sosial sığorta haqlarının
toplanması və fərdi uçotunun qurulması, həm
pensiyaların məbləğinin hesablanması, həm də
pensiyaların ödənişinin
avtomatlaşdırılması daha da inkişaf etdirilib.
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə
əhalisinin 45 faizə yaxın hissəsini əhatə edir və
fondun məlumat bazasında 1 milyon 290 min pensiyaçı, 2
milyon 976 min sığortaolunan barədə müvafiq məlumatlar
toplanıb.
Fond tərəfindən əhaliyə
göstərilən elektron xidmətlərin keyfiyyətinin
artırılması və əhatə dairəsinin genişləndirilməsi
sahəsində ardıcıl tədbirlər davam etdirilir. 2014-cü il ərzində fondun 6 yeni elektron xidməti
aktivləşdirilərək “Elektron hökumət”
portalına inteqrasiya edilmişdir. Fondun təqdim
elədiyi elektron xidmətlər “Elektron hökumət”
portalının statistikasına əsasən ən çox
istifadə olunan xidmətlər sırasında ilk yerləri
tutur. 2014-cü il ərzində fondun öz saytı,
“elektron hökumət portalı” və “elektron ödəniş
portalı” vasitəsilə ümumilikdə 1 milyon 380 minə
yaxın elektron xidmətlərdən istifadə sayı qeydə
alınmışdır.
Nəticədə Dünya Bankının
“Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi
dövlət sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində
32 pillə irəliləyib. Bu,
ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən
yüksək göstəricidir.
Pensiyaların
təyini və ödənişinin
avtomatlaşdırılması
sistemi
daha da genişləndirilib
2014-cü ildə pensiya təyinatının
avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
“Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli
telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi,
habelə “ASAN xidmət” mərkəzlərində əmək
pensiyalarının təyinatı xidmətinin təşkili
işi daha da genişləndirilib. Hesabat ili
ərzində pensiyaların plastik kartlarla ödənişinin
kənd yerlərində yaşayan pensiyaçıları əhatə
etməsi tədbirləri davamlı olaraq həyata
keçirilib. Hazırda kənd yerlərində yaşayan
pensiyaçıların 99,9 faizinin, şəhərlərdə
yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə
isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi,
bu məqsədlə ümumilikdə 858, o cümlədən
kənd və qəsəbələrdə 198 bankomatın
istifadəsi təmin olunub.
“Pensiya+” xidməti nağdsız hesablaşmaların
genişləndirilməsi üçün mühüm tədbirlərdəndir
2014-cü ilin əvvəlindən nağdsız
hesablaşmaların pensiyaçılar arasında təşviqini
nəzərdə tutan “Pensiya+” xidməti istifadəyə
verilmişdir. Bu xidmət çərçivəsində
Azərbaycan Beynəlxalq Bankına məxsus bütün
pensiya kartlarının sahibləri üçün avtomatik
olaraq aylıq pensiya məbləğində hər ay yenilənən
faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və
pensiyaçılar tərəfindən nağdsız ödəniş
zamanı istifadə edilən bu vəsaitlərə görə
heç bir xidmət haqqı ödənilmir. “Pensiya +”
xidməti fəaliyyətə başladığı dövrdən
hazıradək bu xidmət çərçivəsində həyata
keçirilən nağdsız ödənişlərin
dövriyyəsi 2 dəfə artmışdır.
Elektron
xidmətlərdən istifadənin təşviqi
müsbət nəticələr Verdi
DSMF müasir informasiya texnologiyalarından
istifadə etməklə interaktiv və informativ elektron xidmətlər
vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya
sisteminə aid bütün məsələlərə
aydınlıq gətirir. Bu sahədəki fəaliyyətin
gücləndirilməsi məqsədilə 2014-cü il ərzində 4 sayda mərkəzi, 15 sayda
regional təqdimat keçirilib. Bununla
yanaşı, “Sığorta-pensiya sistemində elektron xidmətlər
şəffaflığın əsas vasitəsidir” və
“Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin
təminatıdır” mövzularında KİV arasında
müsabiqə keçirilib. Həmçinin
elektron xidmətlər mövzusunda xüsusi reklam
çarxı hazırlanaraq televiziya kanallarında
yayımlanıb. Kiçik ödəniş
edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərin hesabatlarının elektron formada qəbulunu
təmin etmək məqsədilə fondun bütün yerli
orqanlarında yardım masaları yaradılıb. Vətəndaşların müraciətlərinə
elektron qaydada baxılması üç istiqamət üzrə
- fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi,
vətəndaşlar tərəfindən fondun saytında
birbaşa ünvanlanan məktub və 190 nömrəli
“Çağrı Mərkəzi” vasitəsi ilə həyata
keçirilir.
Bu sahədə ardıcıl tədbirlərin
icrası nəticəsində 2014-cü ildə vətəndaşların
şikayət xarakterli müraciətlərinin sayı 35 faiz
azalıb.
Vətəndaşlardan, hüquqi və
fiziki şəxslərdən daxil olan sorğuların, ərizə
və şikayətlərin vaxtında və operativ şəkildə
cavablandırılması işləri davam etdirilib. Hesabat ilində bilavasitə fondun sədri tərəfindən
aparatda 59, regionlarda isə 351 vətəndaş qəbul edilərək
onların müraciətlərinə baxılmışdır.
Azərbaycanın
sığorta-pensiya sistemində
aparılan islahatlar Beynəlxalq Sosial Təminat
Assosiasiyasının
diqqət mərkəzindədir
2014-cü ildə DSMF Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin üzvü kimi fəaliyyətini uğurla davam
etdirib. 2014-cü ilin oktyabr ayında Bakı şəhərində
DSMF-nin ev sahibliyi ilə BSTA-nın “Sosial
müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət
və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq
seminarının təşkil olunması Azərbaycan
Respublikasında sığorta-pensiya sistemində aparılan
islahatlar, bu sferada informasiya və kommunikasiya
texnologiyalarının, elektron xidmətlərin tətbiqi təcrübəsinin
diqqətə alınmasının göstəricisidir. Tədbirdə
Beynəlxalq Əmək Təşkilatının, Dünya
Bankının və digər beynəlxalq təşkilarların,
15 Avropa, MDB və Baltikyanı dövlətin
sığorta-pensiya qurumlarının, Azərbaycan
Respublikasının dövlət orqanlarının rəhbər
və səlahiyyətli şəxsləri, habelə informasiya
və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
beynəlxalq ekspertlər iştirak ediblər.
2014-cü il ərzində DSMF-nin
nümayəndə heyəti BSTA-nın 110-cu büro
iclasında, habelə BSTA Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin iclaslarında iştirak edib. Qeyd edilən iclaslar
BSTA-nın 2014-2016-cı illər üzrə tərəqqi
hesabatı, Assosiasiyanın Təlimatlarının
hazırlanması üzrə Komitəsi və Təkmilləşdirmə
Mərkəzi ilə bağlı fəaliyyət istiqamətləri,
idarəetmə, xidmətin təşkili, İKT-nin tətbiqi
və s. üzrə BSTA standartlarının tətbiqi, Avropa
Şəbəkəsi Rəhbər Komitəsinin
2014-2016-cı illər üzrə fəaliyyət planı və
digər məsələlərin müzakirəsinə həsr
olunub. Bu iclaslar çərçivəsində BSTA-nın
prezidenti, baş katibi, Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin sədri, habelə BSTA-nın üzvü olan bir
sıra ölkələrin pensiya və sosial sığorta təşkilatlarının
rəhbərləri ilə ikitərəfli görüşlər
keçirilərək qarşılıqlı və regional əməkdaşlıq
perspektivləri müzakirə edilib.
Əlavə
pensiya təminatı imkanlarının
yaradılmasını nəzərdə tutan DSMF ilə
Avropa
İttifaqının
birgə layihəsi fəaliyyətə
başlamışdır
Azərbaycanın sığorta-pensiya sistemində
yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət
pensiya fondlarının formalaşdırılması və fəaliyyətini
tənzimləyəcək qanunvericilik bazasının
yaradılması ilə bağlı DSMF ilə Avropa
İttifaqının birgə layihəsi 2014-cü ilin may
ayından fəaliyyətə başlamışdır. Layihə üzrə işlərin 2015-ci ilin noyabr
ayında başa çatdırılması nəzərdə
tutulub.
Layihənin təsdiq olunmuş fəaliyyət
planına müvafiq olaraq ötən dövrdə Avropa
İttifaqının ekspertlər qrupunun ölkəmizə
çoxsaylı səfərləri çərçivəsində
Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyət,
qanunvericilik, maliyyə və sığorta-pensiya sistemi öyrənilib,
geniş araşdırma işləri aparılıb, eləcə
də DSMF ilə, habelə müxtəlif dövlət
orqanları və sair qurumlarla görüşlər
keçirilib. Layihənin fəaliyyət
göstərdiyi ötən dövr ərzində ekspertlərin
və DSMF-nin nümayəndələrinin iştirakı ilə
təşkil olunmuş seminarlarda Azərbaycanın və
Avropa İttifaqına daxil olan bir sıra ölkələrin
sosial sığorta və pensiya təminatı sistemləri ilə
bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin
xüsusiyyətləri barədə ətraflı müzakirələr
aparılıb. Layihənin icrasını
həyata keçirən beynəlxalq ekspertlərin daxil
olduğu missiya hazırda yığım komponentinin tətbiqi
və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti
ilə bağlı qanunvericiliyin ilkin planının
(“blueprint”) layihəsi üzərində işləyir.
Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin
apardığı araşdırma işlərinin nəticələri
əsasında beynəlxalq təcrübə nəzərə
alınmaqla tərtib ediləcək və bu işlər
başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı
məlumatlandırılması məqsədilə sənəd
layihəsinin Avropa İttifaqı tərəfindən geniş
təqdimatının keçirilməsi nəzərdə
tutulur.
Qeyd edilən layihənin
reallaşdırılması ilə ölkəmizdə
dövlət pensiya təminatı sistemində real
yığım komponentinin və qeyri-dövlət pensiya
institutlarının fəaliyyətini tənzimləyəcək
təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial
sığortası ilə yanaşı, könüllü
sosial sığortanın inkişafı vətəndaşların
pensiya təminatının gücləndirilməsinə əlavə
imkanlar yaradacaqdır.
DSMF-yə
dövlət qulluğuna
müsabiqə yolu ilə qəbul davam edir
2014-cü il ərzində DSMF-yə
dövlət qulluğuna müsabiqə yolu ilə qəbul
prosesi davam etdirilib. İl ərzində fond
sistemi üzrə dövlət qulluğu vəzifələrinin
tutulması üçün iki müsabiqə elan edilib.
Birinci müsabiqə çərçivəsində
müsabiqənin test və müsahibə mərhələlərində
uğur qazanan iştirakçılardan 65 nəfəri aidiyyəti
vəzifələrə təyin olunublar. Hazırda davam edən
ikinci müsabiqə üzrə isə test mərhələsində
uğur qazanmış 156 nəfər iştirakçı
müsahibə mərhələsinə keçid
almışdır.
Pensiya
islahatlarının yeni mərhələsində
uzunmüddətli dövr üçün pensiyaçıların
etibarlı
sosial
müdafiəsinə nail olunması hədəflənir
Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin
prioritet hədəflərini müəyyən edən Azərbaycan
Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli
sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə
Azərbaycan Respublikasında pensiya təminatı sisteminin
islahatı Konsepsiyası”na uyğun olaraq növbəti mərhədə
islahatların əsas vəzifələri kimi pensiya sistemində
sığorta prinsiplərinin gücləndirilməsi və təyin
olunan pensiya məbləğinin ödənilən
sığorta haqqına mütənasibliyinin təmin edilməsi,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı
üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin
formalaşdırılması, əmək pensiyalarının
könüllü yığım komponentinin real praktikada tətbiqi
və qeyri-dövlət pensiya institutlarının
formalaşdırılması çıxış edir.
Bununla bağlı, pensiya təminatı
sistemi üzrə qanunvericilikdə sosial sığortaya dair
prinsiplər daha da təkmilləşdiriləcək, sistemin
uzunmüddətli dövr üzrə maliyyə
dayanıqlılığına nail olunacaqdır.
Əmək
pensiyasının baza hissəsinin restrukturizasiyası
sığorta-pensiya sistemi iştirakçılarının
marağını
azaldan
halları aradan qaldıracaq
2015-ci ildə mühüm islahat tədbiri
kimi reallaşdırılacaq əmək pensiyasının baza
hissəsinin restruktrizasiyası işləyənlərin fərdi
hesablarında ödənilən sığorta haqqının
yarısının deyil, tam məbləğdə nəzərə
alınmasını təmin edəcəkdir. Bu qaydanın tətbiqi ilə sosial sığorta
haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və
əməkhaqlarının tam qeydiyyatında maraqlı olacaqlar.
Digər tərəfdən, hazırda aktiv
iştirakçıların marağını azaldan bir
sıra hallar, məsələn, 5-10 il yüksək məbləğlə
sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin
12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə
kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən
yuxarı pensiya üçün kapital toplamış şəxslərə
ümumiyyətlə, staj tələbi qoyulmayacaq.
Əmək pensiyalarının baza hissəsi minimum
pensiya göstəricisi ilə əvəz olunacaqdır ki, bu
da pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına
imkan verəcək.
Dövlət
öhdəlikləri ilə sığorta-pensiya sisteminin
öhdəliklərinin
fərqləndirilməsi üçün qanunvericilik
bazası hazırlanır
Nəzərdə tutulmuş əsas
islahat istiqamətlərindən biri də pensiya təminatında
dövlət öhədəilikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə
mənbələrinin fərqləndirilməsidir.
Bu tədbirin nəticəsində pensiya təminatında
1992-ci il yanvarın 1-dən əvvəlki
dövr üzrə formalaşmış məbləğlər,
eləcə də bəzi kateqoriya şəxslərin
pensiyasına əlavələr dövlət öhdəlikləri
hesab olunacaq və bilavasitə dövlət büdcəsi vəsaiti
hesabına maliyyələşdiriləcəkdir. Dövlətin öhdəlikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi
sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf
dövrü üçün maliyyə
dayanıqlığının daha da möhkəmləndirilməsinə
imkan verəcəkdir.
Sosial
sığorta prinsiplərinin gücləndirilməsi
iştirakçılara əlavə stimul verəcək
Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi
sığorta haqqı normativinin strukturunda
sığortaolunanın məsuliyyətinin tədricən
artırılmasını zəruri edir. Bu məqsədlə
sığorta haqqı normativinin müəyyən hissəsinin
işəgötürənin üzərindən tədricən
işçinin üzərinə keçirilməsi nəzərdə
tutulur.
Bununla
yanaşı, sosial sığortaya cəlb edilən əməkhaqqına
müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ
üçün ödənilən sosial sığorta
haqqının istifadəsinin vətəndaşların
seçiminə verilməsi kimi təşviq vasitələrinin
tətbiqi sığortaolunanlara əlavə könüllü sığorta haqqı ödəməklə
pensiya kapitalını artırmaq imkanının verilməsini
nəzərdə tutur.
“2014-2020-ci illərdə
Azərbaycan Respublikasında pensiya təminatı sisteminin
islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin
icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə
komissiyası yaradılmışdır. Pensiya
islahatları çərçivəsində fond tərəfindən
kompleks hazırlıq işləri, o cümlədən
qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin
işlənilməsi, texniki hazırlıq və digər tədbirlər
həyata keçirilməkdədir.
Xalq qəzeti.- 2015.- 13 fevral.- S.5.