2014-cü
ildə ölkənin sosial-iqtisadi inkişafı
2014-cü
ilə ölkə iqtisadiyyatının inamlı
inkişafı davam etmiş, əhalinin rifah halının daha
da yüksəlməsi, dövlət tərəfindən
bütün sosial və iqtisadi öhdəliklərin tam yerinə
yetirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni
iş yerlərinin yaradılması sayəsində işsiz və
yoxsul əhalinin sayının azalması, əmək
haqlarının və pensiyaların artırılması və
digər amillər onu deməyə əsas verir ki, ölkənin
iqtisadi və sosial həyatında son illər müşahidə
olunan dinamik inkişaf davamlı xarakter almış və bunun
nəticəsidir ki, dünyanın aparıcı iqtisadi
müzakirə mərkəzi olan Davos Dünya İqtisadi
Forumu rəqabət qabiliyyətinə görə ölkəmizi
38-ci yerə layiq görmüşdür.
İlkin məlumatlara görə 2014-cü il ərzində ölkədə
59,0 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. ÜDM-in hər nəfərə düşən həcmi
6264,2 manat, yaxud
7985,9 ABŞ dolları təşkil etmiş və
2013-cü ilə nisbətən 1,5 faiz artmışdır.
Yola
saldığımız ildə iqtisadiyyatın qeyri-neft
sektorunda əlavə dəyər 7,0 faiz
artmış, onun ÜDM-də xüsusi çəkisi 61,0
faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun
39,0 faizi neft-qaz sektorunun payına
düşmüş və əvvəlki ilə nisbətən
2,9 faiz azalmışdır.
Bu
dövrdə sənayedə 24,5 milyard
manatlıq, yaxud ümumi daxili məhsulun 41,5 faizi qədər,
kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıqda 3,1 milyard manatlıq
(müvafiq olaraq 5,3 faiz), tikintidə 7,4 milyard manatlıq (12,5
faiz) əlavə dəyər yaradılmışdır.
ÜDM istehsalının 33,4 faizi xidmət sahələrinin, o
cümlədən 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin
təmiri üzrə xidmətlərin, 4,5 faizi nəqliyyat və
anbar təsərrüfatının, 2,2 faizi turistlərin yerləşdirilməsi
və ictimai iaşə xidmətləri sahəsinin, 1,8 faizi
informasiya və rabitə xidmətlərinin, 17,0 faizi isə
sosial və digər xidmət sahələrinin payına
düşmüşdür.
2014-cü
ildə ölkə sənayesinin təsərrüfat subyektləri
tərəfindən 31,9 milyard manatlıq məhsul
istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənayenin qeyri-neft bölməsində əvvəlki illə
müqayisədə 6,9 faizlik artım
müşahidə olunmuşdur. Sənaye məhsulunun 69,6 faizi
mədənçıxarma, 24,0 faizi emal, 5,7 faizi elektrik
enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,7
faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrində istehsal olunmuşdur.
Özəl
bölmədə istehsalın həcmi sənaye məhsulunun
79,5 faizini təşkil etmiş, ümumi
istehsalın 92,4 faizi sənaye mallarının (əmtəələrin)
istehsalı, 7,6 faizi isə sənaye xarakterli xidmətlərin
göstərilməsi hesabına yaradılmışdır.
Mədənçıxarma bölməsində
22,2 milyard manatlıq məhsul istehsal
olunmuş, sahənin əsas məhsulu olan xam neft hasilatı
41,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə
18,7 milyard kubmetr təşkil etmişdir. Qaz hasilatı 4,9 faiz artmış, neft hasilatı isə 2,8
faiz azalmışdır.
Mədənçıxarma bölməsində fəaliyyət
göstərən sahibkarlar tərəfindən 76,5 min ton
bentonit, 415,9 min ton inşaat üçün əhəng
daşı, 1,9 ton qızıl, 239 kq gümüş və s.
istehsal edilmişdir.
Emal
bölməsinin müəssisələri və fərdi
sahibkarları (ev təsərrüfatlarının sənaye
istehsalı da nəzərə alınmaqla) tərəfindən
7,6 milyard manat dəyərində və ya əvvəlki
ilə nisbətən 2,2 faiz çox məhsul istehsal
olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Qida,
içki və tütün məmulatlarının
istehsalı müəssisələri tərəfindən 2,8
milyard manat həcmində məhsul istehsal edilmiş, əvvəlki
illə müqayisədə qida məhsullarının
istehsalında 2,0 faiz, içki istehsalında 10,1 faiz,
tütün məmulatlarının istehsalında isə 1,7 dəfə
artım müşahidə olunmuşdur. Əsas qida məhsullardan
pendir və kəsmik istehsalı 1,4 faiz,
duru bitki yağlarının istehsalı 3,7 faiz, marqarin 19,5
faiz, kərə yağı 6,5 faiz artmışdır.
Toxuculuq,
geyim, dəri, dəridən məmulatlar və ayaqqabı
istehsalı müəssisələri tərəfindən 97,7
milyon manat həcmində məhsul istehsal edilmiş, əvvəlki
illə müqayisədə geyim istehsalında 34,5 faiz,
toxuculuq sənayesində 5,2 faiz artım, dəri, dəridən
məmulatlar və ayaqqabı istehsalında isə 41,0 faiz
azalma müşahidə
olunmuşdur. Əsas məhsullardan 13,4 min ton pambıq lifi,
11,4 min ton pambıq iplik, 0,5 min kvadratmetr xalça və
xalça məmulatları, kişi və oğlanlar
üçün 123,8 min ədəd trikotaj palto, gödəkçə
və plaşlar, 632,0 min kvadrametr pambıq parçalar və
s. məhsullar istehsal edilmişdir.
Neft məhsullarının
istehsalı müəssisələrində istehsalın həcmi
6,1 faiz azalmışdır. Sürtkü
yağlarının istehsalı 13,9 faiz,
dizel yanacağının istehsalı 16,1 faiz, neft-kimya sənayesində
istifadə üçün benzinin istehsalı isə 75,5 faiz
artmışdır. Bununla yanaşı, avtomobil benzininin
istehsalı 14,2 faiz, ağ neftin
istehsalı 0,9 faiz, yanacaq mazutunun istehsalı 27,4 faiz
azalmışdır.
Kimya sənayesi,
əczaçılıq məhsullarının, rezin və
plastmas məmulatların istehsalı müəssisələri
tərəfindən 336,6 milyon manatlıq məhsul
istehsal edilmişdir. Əvvəlki illə müqayisədə
kimya sənayesində 28,9 faiz, əczaçılıq
məhsullarının istehsalında 27,1 faiz artım, rezin və
plastmas məmulatların istehsalında isə 30,3 faiz azalma
müşahidə olunmuşdur. Əsas kimya məhsullarından propilenin istehsalı 1,6 dəfə,
azotun istehsalı 19,0 faiz və polietilenin istehsalı 32,8 faiz
artmış, yuyucu maddələrin istehsalı 37,5 faiz,
izopropil spirtinin istehsalı isə 23,5 faiz
azalmışdır. Rezin və plastmas məmulatlarından
liflə armaturlaşdırılmış sair bərk plastik
boruların istehsalı 10,4 faiz
artmış, bərk polietilen boruların istehsalı isə
34,9 faiz azalmışdır.
Tikinti
materialları sənayesi müəssisələri tərəfindən
istehsal edilmiş məhsulun həcmi 24,6 faiz artaraq 444,4 milyon
manat təşkil etmiş, o cümlədən sement
istehsalı 35,2 faiz, betondan yığma-tikinti
konstruksiyaların istehsalı 22,1 faiz, hörmə
üçün hazır beton qarışığı istehsalı
21,3 faiz, asfalt istehsalı 3,0 faiz artmışdır.
Metallurgiya
sənayesi və hazır metal məmulatlarının
istehsalı müəssisələrində 413,5
milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər
göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində
7,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində
isə 4,0 faiz artmışdır. İl ərzində sahə
üzrə 1,4 min ton çuqun tökmə, 324,1 min ton polad
tökmə məhsulları, 35,9 min ton polad borular istehsal
edilmişdir.
Kompüter,
elektron və optik məhsulların, elektrik avadanlıqlarının
istehsalı sahəsində məhsul istehsalının həcmi
225,6 milyon manat olmuşdur. Əvvəlki
illə müqayisədə kompyuter və digər elektron
avadanlıqlarının istehsalı 32,2
faiz azalmış, elektrik avadanlıqlarının istehsalı
isə 12,4 faiz artmışdır. İl ərzində 166 ədəd
güc transformatoru, 3,9 min ədəd məişət
soyuducusu, 6,1 min ədəd televizor istehsal edilmişdir.
Maşın
və avadanlıqların istehsalı, nəqliyyat vasitələri,
avtomobil və qoşquların istehsalı sahəsində məhsul
istehsalının həcmi 402,2 milyon manat olmuş, 284 ədəd
yük avtomobili, 1,9 min ədəd minik avtomobili, 1265 ədəd
traktor və s. məhsullar istehsal edilmişdir.
Elektrik
enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsinin müəssisələri tərəfindən
il ərzində 1832,1 milyon manat həcmində
məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Əvvəlki illə müqayisədə sahədə 6,2 faizlik artım əldə olunmuşdur.
Ölkədə 22,0 milyard kVt-saat və ya
ötən illə müqayisədə 6,4 faiz çox elektrik
enerjisi istehsal olunmuş, onun 5,6 faizi su elektrik
stansiyalarının, 94,4 faizi isə istilik elektrik
stansiyalarının payına düşmüşdür.
Su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsinin müəssisələri tərəfindən
istehsal edilmiş məhsulların həcmi 6,6
faiz artaraq 230,8 milyon manat təşkil etmişdir.
Ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı
üçün 2014-cü ildə bütün maliyyə mənbələrindən
əsas vəsaitlərə 17615,8 milyon
manat investisiya yönəldilmiş, onun 75,4 faizi
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf edilmişdir. Əvvəlki illə müqayisədə
tikinti-quraşdırma işlərinə sərf edilmiş
investisiyanın həcmi 11,8 faiz
artmışdır. Məhsul istehsalı obyektlərinin
inşasına 11255,2 milyon manat, xidmət sahələri
üzrə obyektlərin tikintisinə 6360,6 milyon manat
investisiya yönəldilmiş, ümumi sərmayənin 48,2
faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət müəssisələrinin
payına düşmüşdür. Daxili mənbələrdən
əsas vəsaitlərə yönəldilmiş
investisiyanın həcmi ümumi sərmayənin 72,3 faizini təşkil etmiş, onun 63,4 faizi
dövlət bölməsinin payına düşmüşdür.
Əsas vəsaitlərə
yönəldilmiş sərmayənin ümumi həcmində
müəssisə və təşkilatların vəsaitləri
9654,0 milyon manat, bank kreditləri 540,9 milyon manat, büdcə vəsaitləri
6452,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri
324,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 566,9
milyon manat, sair vəsaitlər 77,2 milyon manat təşkil
etmişdir.
2014-cü
ildə əsas vəsaitlərə yönəldilmiş
ümumi investisiyanın 41,4 faizi sənaye sahələrinin
inkişafına, 20,8 faizi tikintiyə, 7,4 faizi istirahət, əyləncə
və incəsənətə, hər birində 7,0 faiz olmaqla
nəqliyyat və anbar təsərrüfatına, dövlət idarəetməsinə,
4,9 faizi ticarətə, 2,8 faizi təhsilə, 2,3 faizi inzibati və
yardımçı xidmətlərin göstərilməsinə,
2,1 faizi səhiyyəyə, 1,7 faizi kənd təsərrüfatına,
1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai
iaşəyə, 0,8 faizi informasiya və rabitəyə, 0,3
faizi digər sahələrdə xidmətlərin göstərilməsinə,
0,2 faizi peşə, elmi və texniki fəaliyyətə, hər
birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyətinə,
daşınmaz əmlakla əlaqədar əməliyyatlara sərf
edilmişdir.
2014-cü
ildə neft bölməsinə 5964,2 milyon
manat həcmində investisiya yönəldilmişdir. Qeyri-neft
bölməsinin inkişafına sərf edilmiş
investisiyanın həcmi 11651,6 milyon manat təşkil
etmiş, o cümlədən 1325,7 milyon manat qeyri-neft sənaye
bölməsinin inkişafında istifadə edilmişdir.
Qeyri-neft bölməsinə yönəldilmiş
investisiyanın 63,8 faizi dövlət
müəssisə və təşkilatlarının payına
düşmüşdür.
2014-cü
ildə xarici mənbələrdən əsas vəsaitlərə
4880,4 milyon manat investisiya yönəldilmişdir.
Xarici
ölkələr və beynəlxalq təşkilatlar tərəfindən
əsas vəsaitlərə yönəldilmiş
investisiyanın 4484,2 milyon manatı (91,9 faizi)
Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa,
İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus
olmuşdur.
Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə
malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi
davam etmişdir.
2014-cü
ildə Bakı şəhərində “Norm” sement zavodu,
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin
yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev
Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Milli
Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi
çərçivəsində bərə terminalı, Azərbaycan
Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni
binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya
İnstitutunun binası, Suraxanı Günəş Elektrik
Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika
Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları,
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2" Su
Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici
Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt
şəhərində Azərbaycan kağız və karton
istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə
şəhərində Metaltökmə və fasiləsiz yayma
zavodu, Təzyiqlə emal və boyama
zavodu, Şirvan şəhərində Kür çayı üzərində
körpü, Naftalan şəhərində ”Qarabağ SPA and
Resort" Otel Kompleksi, Abşeron rayonunda Şahmat və Musiqi
məktəbləri, Stadion, Ağdaş rayonunda Yem zavodu və
Meyvə emalı zavodu, “Ağdaş” Elektrik
yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər
stadionu, Birinci Şahsevən - Əhmədli -
Dünyamalılar kəndlərarası avtomobil yolu, Daşkəsən
rayonunda Avtovağzal Kompleksi, Füzuli rayonunda Tikiş fabriki,
Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı -
Babı kəndlərarası
avtomobil yolu, Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd
avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər
Mərkəzi, İmişli rayonunda
Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun
Bulaqlı-Bəhrəmtəpə hissəsi,
İsmayıllı rayonunda Çörək istehsalı
zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək
Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi,
“Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran
rayonunda Çörək istehsalı zavodu, Şamaxı
rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, Şəmkir
rayonunda Çörək zavodu, Şəmkirçay üzərində Su anbarı və Su Elektrik
Stansiyası, bütün maliyyə mənbələri
hesabına ölkədə ümumi sahəsi 1978,3 min
kvadratmetr olan yeni yaşayış evləri, 280
çarpayılıq xəstəxanalar, növbədə 251
nəfəri qəbul etmək imkanına malik
ambulatoriya-poliklinika müəssisələri, 29230 şagird
yerlik ümumtəhsil məktəbləri, 1332 yerlik məktəbəqədər
təhsil müəssisələri, 294 yerlik klub və s.
obyektlər istifadəyə verilmişdir.
İlkin
məlumatlara görə, 2014-cü il ərzində
iqtisadiyyatın inkişafına, müxtəlif sosial və
infrastruktur layihələrinin həyata keçirilməsinə
21,8 milyard manat (27,7 milyard ABŞ
dolları) həcmində investisiya yönəldilmişdir.
İnvestisiyaların 58,5 faizi daxili mənbələr
hesabına maliyyələşdirilmiş, 41,5 faizi isə
xaricdən cəlb edilmişdir.
Bu
dövr ərzində istifadə olunmuş investisiya vəsaitlərinin
6,5 milyard manatı (8,2 milyard ABŞ
dolları) neft-qaz sektorunun inkişafına, 15,3 milyard
manatı (19.5 milyard ABŞ dolları) iqtisadiyyatın qeyri-neft
sahələrinin və maliyyə bazarının inkişaf
etdirilməsinə yönəldilmişdir.
Əvvəlki
illə müqayisədə ölkədə ümumi
investisiya qoyuluşlarının həcmi 1,4 faiz artmışdır. Son
10 ildə ölkə iqtisadiyyatına bütün mənbələrdən
176,8 milyard dollar investisiya qoyulmuş və
qeyri-neft sektoruna yönəldilən sərmayələr 30,8
faiz artmışdır.
2014-cü
ildə kənd təsərrüfatının ümumi məhsulunun
faktiki qiymətlərlə dəyəri 5225,8
milyon manat təşkil etmişdir. Əlverişsiz hava şəraiti
ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulu
2013-cü ilə nisbətən 2,6 faiz, o
cümlədən bitkiçilik məhsulları üzrə 8,3 faiz azalmış, heyvandarlıq
məhsulları üzrə isə 3,0 faiz artım
müşahidə olunmuşdur.
Bitkiçilik. İlkin məlumatlara görə 2014-cü ildə 955,1 min hektar payızlıq və yazlıq dənli
və dənli paxlalı bitkilərin sahəsi
(qarğıdalısız) biçilib döyülmüş
və hər hektardan orta hesabla 22,8 sentner olmaqla 2179,7 min ton məhsul
götürülmüşdür. Bundan başqa, hesabat
dövründə 37,6 min hektar qarğıdalı sahəsindən
qıçaları quru dənə çevirməklə 203,6
min ton məhsul toplanmış, hər hektardan orta hesabla 54,2 sentner
qarğıdalı dəni
götürülmüşdür. Qarğıdalı dəni
nəzərə alınmaqla ölkə üzrə 992,7 min
hektar dənli və dənli paxlalı bitki sahələrindən
ilkin çəkidə 2383,3 min ton taxıl məhsulu
toplanmış, orta məhsuldarlıq 24,0 sentner olmuşdur.
Dənli və dənli paxlalıların tərkibində
payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş
taxıl məhsulunun 60,8 faizini (1449,1 min
ton) buğda, 8,5 faizini (203,6 min ton) qarğıdalı təşkil
etmişdir.
2014-cü
ildə 41,0 min ton xam pambıq, 20,3 min ton dən
üçün günəbaxan və 2,9 min ton tütün
istehsal edilmişdir.
Ölkədə
ötən il 5706 hektar sahədə emal üçün
şəkər çuğundurunun əkini
aparılmış, 5606 hektardan 175,1 min ton
məhsul götürülmüşdür.
Sahələrdən
819,3 min ton kartof, 1187,7 min ton tərəvəz, 440,9 min ton
bostan məhsulları toplanmışdır. 2013-cü ilə
nisbətən kartof istehsalı 17,5 faiz, tərəvəz
istehsalı 3,9 faiz azalmış, bostan məhsullarının
istehsalı isə 2,6 faiz artmışdır. Hektarın orta məhsuldarlığı
kartof üzrə 133 sentner, tərəvəz üzrə 152
sentner, bostan məhsulları üzrə isə 157 sentner
olmuşdur.
2014-cü
ildə 849,9 min ton meyvə və giləmeyvə, 147,7 min ton
üzüm və 474,2 ton yaşıl çay yarpağı məhsulu
toplanmışdır.
Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının
vacib sahələrindən biridir və son illərdə
dövlətin dəstəyi ilə ölkəyə cins
mal-qaranın gətirilməsi və təsərrüfatlarda
süni mayalanmaya üstünlük verilməsi nəticəsində
mal-qaranın baş sayının sabitləşdirilməsinə
səbəb olmaqla yanaşı, məhsul istehsalına da
öz müsbət təsirini göstərmişdir. Belə
ki, 2014-cü ildə diri çəkidə 505,5 min ton ət,
1855,8 min ton süd, 1562,7 milyon ədəd yumurta və 16,8 min
ton yun istehsal edilmişdir. Ət istehsalı 2013-cü illə
müqayisədə 8,3 min ton və ya 1,7
faiz, süd istehsalı 59,1 min ton və ya 3,3 faiz, yumurta
istehsalı 161,3 milyon ədəd və ya 11,5 faiz, yun
istehsalı isə 263 ton və ya 1,6 faiz artmışdır.
İlkin
məlumatlara görə 2015-ci il yanvarın 1-i vəziyyətinə
ölkə üzrə 2706,9 min baş iribuynuzlu mal-qara, o
cümlədən 1303,5 min baş inək və camış,
8686,7 min baş qoyun və keçi mövcud olmuşdur. Son
bir ildə iribuynuzlu mal-qaranın sayı 3,6 min baş (0,1
faiz), o cümlədən inək və camışların
sayı 2,0 min baş (0,2 faiz), qoyun və keçilərin
sayı 56,1 min baş (0,7 faiz) artmışdır. Qaramal
naxırının 48,2 faizini inək və
camışlar təşkil etmişdir.
Ötən
il quşçuluq fabriklərində diri çəkidə 85,3 min ton (keçən il
73,3 min ton) quş əti, 703,3 milyon ədəd (keçən
il 561,0 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə
fabriklər üzrə cəmi quşların sayı 41,1 faiz artaraq 11,6 milyonu keçmiş, hər
toyuqdan orta hesabla 227 ədəd yumurta
alınmışdır.
Ölkə iqtisadiyyatının əsas
infrastrukturlarından biri olan nəqliyyat sektoru da
dayanıqlı inkişaf edir. Əvvəlki illərdə
olduğu kimi, 2014-cü ildə də nəqliyyat sektoruna
investisiyaların yönəldilməsi, dəmir yolunun, hava nəqliyyatının
yenilənməsi, yeni avtomobil yollarının çəkilişi,
yenidənqurulması, iri layihələrin icrası sahənin
inkişafına öz müsbət təsirini göstərmişdir.
Nəqliyyat
sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən 2014-cü ildə 222,0
milyon ton yük daşınmış və 1,9 faiz
artmışdır. Qeyri-neft yüklərinin həcmi 3,4 faiz artaraq 159,0 milyon tona
çatmışdır. Nəqliyyat vasitələri ilə
daşınmış yüklərin 58,0 faizi avtonəqliyyat,
27,7 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,5 faizi dəniz
nəqliyyatı vasitələri ilə həyata
keçirilmişdir.
Qeyri-dövlət
bölməsində yük daşınması 3,5
faiz artmış, bu bölməyə məxsus nəqliyyat
vasitələri ilə yük daşınmasının payı
nəqliyyat sektorunda 76,4 faiz təşkil etmişdir.
İl ərzində
nəqliyyatçılar 1,8 milyard nəfərə
və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
4,7 faiz çox sərnişinə xidmət göstərmişdir.
Sərnişinlərin 88,0 faizi avtomobil,
11,8 faizi metro nəqliyyatının xidmətlərindən
istifadə etmişdir.
Dəmir
yolu nəqliyyatı ilə yük daşınması cari ildə 21,8 milyon
ton olmuşdur. Orta hesabla sutkada 592 vaqon yüklənmiş,
608 vaqon boşaldılmışdır.
Sutka ərzində
dəmir yolunun Şimal istiqaməti üzrə 22,0 min ton, Qərb istiqaməti üzrə 6,8 min
ton və Cənub istiqaməti üzrə 5,4 min ton yüklənmə
işi yerinə yetirilmişdir.
Dəniz
nəqliyyatında daşınmış yüklərin həcmi
9,9 milyon ton təşkil etmişdir.
Yüklərin 56,1 faizini neft yükləri,
43,9 faizini isə quru yüklər təşkil etmiş və
bütün daşımalar xarici əlaqə üzrə həyata
keçirilmişdir. Dəniz limanlarında 12,0
milyon ton yükləmə-boşaltma işləri həyata
keçirilmişdir. İşlənmiş yüklərin 86,9 faizini beynəlxalq tranzit yüklər təşkil
etmişdir. 2015-ci ilin yanvar ayının 1-i vəziyyətinə
limanlarda göndərilmək üçün 167,8 min ton idxal yüklərin qalığı
olmuşdur.
Nəqliyyat
sektorunda daşımaların həcminə görə ən
böyük paya malik olan avtomobil nəqliyyatı ilə 128,6
milyon ton yük, 1,6 milyard sərnişin
daşınmış və əvvəlki ilin eyni dövrü ilə
müqayisədə müvafiq olaraq 2,7 faiz və 4,8 faiz
artım qeydə alınmışdır. Sərnişinlərin
96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin
xidmətlərindən istifadə etmişlər. Yük
dövriyyəsi 2,8 faiz, sərnişin
dövriyyəsi isə 5,1 faiz artmışdır.
Metro nəqliyyatının
xidmətlərindən istifadə etmiş sərnişinlərin
sayı 4,3 faiz artaraq 215,5 milyon nəfər
olmuşdur.
Hava nəqliyyatı
ilə 1,8 mlyon və ya 7,6 faiz çox sərnişin
daşınmış, daşınmanın 99,6 faizi dövlət,
0,4 faizi isə özəl müəssisələrə məxsus
hava gəmiləri ilə həyata keçirilmişdir.
Bu nəqliyyat
növü ilə daşınmış yüklərin həcmi
123,8 min tona çatmışdır.
Magistral
neft kəmərləri ilə 45,8 milyon ton
neft nəql edilmiş və 5,1 faiz artım müşahidə
olunmuşdur. Nəqletmənin dörddə üç hissəsi
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata
keçirilmiş və il ərzində bu kəmər vasitəsilə
34,6 milyon ton neft
ötürülmüşdür. Gəmilər vasitəsilə
ölkəyə gətirilərək Səngəçal
terminalından BTC kəməri ilə 5,6
milyon ton tranzit Türkmənistan nefti nəql edilmişdir.
Magistral
qaz kəmərləri ilə 21,9 milyard
kub-metr və ya 9,4 faiz çox qaz nəql edilmişdir. Nəql
edilmiş qazın 29,9 faizi
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə
həyata keçirilmiş və 6,5 milyard kub-metr qaz
ötürülmüşdür.
“İpək
yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 58,2 milyon ton yük, 307,3 milyon nəfər və
ya 7,8 faiz çox sərnişin daşınmışdır.
Yüklərin 29,0 milyon tonu və ya 49,8
faizi avtomobil nəqliyyatı, 19,9 milyon tonu və ya 34,2 faizi dəmir
yolu nəqliyyatı, 9,3 milyon tonu və ya 16,0 faizi dəniz nəqliyyatı
ilə daşınmışdır.
Yük
daşımaları fəaliyyətindən 531,0
milyon manat, sərnişin daşınmasından isə 120,4
milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq
11,5 faiz və 13,1 faiz artmışdır.
İnformasiya və rabitə sektoru öz inkişaf
sürətinə görə iqtisadiyyatın digər sahələrini
qabaqlamışdır. İnformasiya və rabitə sektorunda 2014-cü ildə
təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq və ya 15,1 faiz çox
xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş
informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil etmişdir.
Xidmətlərdən
əldə olunmuş gəlirlərin 56,5
faizi mobil telefon rabitəsindən yaranmış və
2013-cü illə müqayisədə bu xidmətlərin həcmi
6,8 faiz artaraq 914,6 milyon manat təşkil etmişdir.
2014-cü
ildə əmtəə bazarının dinamik inkişafı
davam etmiş, əhaliyə 22,0 milyard manatlıq istehlak
malları satılmış və 10,0 faiz
artmışdır.
İstehlak
bazarından alınmış məhsulların 50,1 faizini ərzaq məhsulları, 49,9 faizini
qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının
satışı 3,9 faiz, qeyri-ərzaq mallarının
satışı isə 16,2 faiz artmışdır.
İstehlakçıların pərakəndə ticarət
şəbəkələrində xərclədikləri vəsaitin
48,4 faizi qida məhsulları və içkilərin, 1,7 faizi
tütün məmulatlarının, 18,7 faizi toxuculuq
malları, geyim və ayaqqabının, 4,7 faizi elektrik
malları və mebelin, 0,6 faizi kompüterlər,
telekommunikasiya avadanlıqları və digər məmulatların,
1,4 faizi əczaçılıq və tibb mallarının,
7,1 faizi avtomobil yanacaqlarının, 17,4 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2014-cü
il ərzində əhalinin alıcılıq qabiliyyətinin
yüksəlməsi müşahidə olunmuş, ölkənin hər bir sakini ticarət
şəbəkəsindən orta hesabla 2336,8 manatlıq və
ya 2013-cü illə müqayisədə 222,5 manat çox
müxtəlif istehlak malları almışdır.
Əmtəə
dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq
mallarının xüsusi çəkisi artaraq 2013-cü illə
müqayisədə 46,6 faizdən 49,9 faizədək
yüksəlmişdir. Pərakəndə şəbəkədə
satılmış qeyri-ərzaq mallarının həcmi 16,2 faiz artaraq 11,0 milyard manata çatmış,
əmtəə dövriyyəsi üzrə real artımın
78,4 faizi qeyri-ərzaq mallarının satışı
hesabına təmin edilmişdir. Qida məhsulları,
içkilər və tütün məmulatları üzrə
pərakəndə əmtəə dövriyyəsinin həcmi
2013-cü ilin səviyyəsini 3,9 faiz
üstələmişdir.
Hər
bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə
ticarət müəssisələrində orta hesabla ayda 97,5 manatlıq qida məhsulları, içkilər
və tütün məmulatları, 97,2 manatlıq qeyri-ərzaq
malları almışdır. 2013-cü ilin müvafiq göstəricisi
ilə müqayisədə istehlakçılar tərəfindən
qeyri-ərzaq mallarının alınmasına 15,2
manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları,
içkilər və tütün məmulatları üzrə
bu məbləğ 3,3 manata bərabər olmuşdur.
2014-cü
ildə elektron ticarət şəbəkəsində
istehlakçılara 6,4 milyon manatlıq və
ya 2,4 dəfə çox istehlak malları
satılmışdır. Elektron ticarət dövriyyəsinin
94,6 faizini təşkil edən
qeyri-ərzaq mallarının
satışı əvvəlki ilin səviyyəsini 2,5 dəfə üstələyərək
6,1 milyon manata bərabər olmuşdur.
Elektron
ticarəti üzrə istehlak mallarının
satışının 91,3 faizi hüquqi
şəxslərin, 8,7 faizi isə fərdi sahibkarların
ticarət subyektləri tərəfindən həyata
keçirilmişdir.
İctimai
iaşə dövriyyəsinin həcmi 2013-cü illə
müqayisədə 18,2 faiz artaraq 956,0
milyon manat olmuşdur.
Özəl
sektorda ictimai iaşə dövriyyəsinin 46,1
faizi hüquqi şəxs statuslu müəssisələrin,
53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fərdi sahibkarların payına
düşür. Hüquqi şəxs statuslu müəssisələrdə
dövriyyənin həcmi 2013-cü ilin müvafiq dövrü
ilə müqayisədə 15,2 faiz artaraq
433,6 milyon manat təşkil etmişdir.
Əhaliyə
göstərilən pullu xidmətlərin həcmi 2013-cü
illə müqayisədə 7,2 faiz artaraq
7,0 milyard manat olmuşdur. Artımın 59,2
faizi hüquqi şəxslərdə yaranmış və bu
müəssisələrdə əhaliyə 5,2 milyard
manatlıq və ya 5,7 faiz çox pullu xidmətlər
göstərilmişdir. Hesabat
dövründə hər bir ölkə sakini hər ay orta
hesabla 62,1 manatlıq və ya ötən
ilin müvafiq dövrü ilə müqayisədə 3,6 manat
çox müxtəlif pullu xidmətlərdən istifadə
etmişdir.
2014-cü
ildə Azərbaycan Respublikasının rezidentləri
dünyanın 150 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları həyata
keçirmiş, 110 ölkəyə əmtəə ixrac
olunmuş, 137 ölkədən idxal olunmuşdur.
Dövlət
Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən
2014-cü ildə xarici ölkələrlə 31,0 milyard
ABŞ dolları məbləğində ticarət, o cümlədən
21,8 milyard dollarlıq ixrac və 9,2 milyard
dollarlıq idxal əməliyyatları aparılmış,
12,6 milyard dollarlıq müsbət saldo yaranmışdır.
2013-cü ilə nisbətən əmtəə mübadiləsinin
dəyəri müqayisəli qiymətlərlə 5,9 faiz, o cümlədən ixracın həcmi
2,0 faiz, idxalın həcmi isə 14,6 faiz azalmışdır.
Xarici
ticarət dövriyyəsinin beşdə dörd hissəsindən
çoxu (84,8 faizi) İtaliya, Almaniya, İndoneziya, Rusiya,
İsrail, Türkiyə, Fransa, Amerika Birləşmiş
Ştatları, Böyük Britaniya, Tailand, İspaniya,
Hindistan, Çin, Çexiya, Gürcüstan, Portuqaliya,
Ukrayna, Tayvan, Avstriya və Tunis dövlətlərinin
hesabına formalaşmışdır.
Ölkəmizə
idxal olunmuş malların ümumi həcminin 14,3 faizi
Rusiyanın, 14,0 faizi Türkiyənin, 10,6 faizi Böyük
Britaniyanın, 7,7 faizi Almaniyanın, 7,6 faizi Çinin, 6,1
faizi Amerika Birləşmiş Ştatlarının, 4,6 faizi
Ukraynanın, 3,0 faizi
İtaliyanın, 2,6 faizi Yaponiyanın, hər birində
2,4 faiz olmaqla Braziliya və Qazaxıstanın, 2,1 faizi
Niderlandın, 2,0 faizi Koreyanın, 1,7 faizi Fransanın, 1,6 faizi
İranın, 1,1 faizi Belçikanın, 16,2 faizi isə digər
ölkələrin payına düşür.
İxrac olunmuş
malların 22,0 faizi İtaliyaya, 9,2 faizi İndoneziyaya, 8,8 faizi Almaniyaya, 8,1
faizi İsrailə, 7,0 faizi Fransaya, 3,8 faizi Tailanda, hər
birində 3,6 faiz olmaqla İspaniya və Hindistana, 3,4 faizi
Amerika Birləşmiş Ştatlarına, 2,9 faizi Rusiyaya, 2,7
faizi Çexiyaya, 2,5 faizi Portuqaliyaya, 2,4 faizi Gürcüstana, 2,3 faizi Türkiyəyə,
2,0 faizi Tayvana, 1,9 faizi Tunisə, 1,6 faizi Avstriyaya, 1,4 faizi
Xorvatiyaya, 1,3 faizi Əfqanıstana, qalan 9,5 faizi isə digər
ölkələrə göndərilmişdir. İxrac olunmuş, lakin 2014-cü
ildə məlumatları rəsmiləşdirilməyən xam neft və təbii qazın
həcmi də nəzərə alınmaqla, statistik məlumatlara
əsasən xarici ticarət dövriyyəsinin həcmi 39,5
milyard ABŞ dollarına bərabər olmuş və
2013-cü illə müqayisədə 4,2 faiz
azalmışdır. Əmtəə dövriyyəsinin
ümumi həcminin 76,7 faizini, yaxud 30,3
milyard dollarını ölkədən ixrac olunmuş mallar təşkil
etmişdir. Xarici ticarət dövriyyəsinin 36,5
milyard dolları, yaxud 92,6 faizi, o cümlədən ixracın
29,4 milyard dolları (97,2 faizi) MDB üzvü dövlətləri
istisna olmaqla digər dövlətlərin payına
düşmüşdür. Bu ölkələrlə ticarət
dövriyyəsi 2,0 faiz azalmış, ixrac
olunan malların həcmi isə 1,0 faiz artmışdır.
Qeyri-neft məhsullarının ixracı 2014-cü ildə 1,7 milyard dollar olmuşdur.
2014-2018-ci
illəri əhatə edən regionların sosial-iqtisadi
inkişafının üçüncü Dövlət
Proqramının birinci ildəki icrası nəticəsində
ölkədə 127,3 min yeni, o cümlədən 105,1 min daimi
iş yeri açılmışdır. Ümumilikdə isə
2003-2014-cü illər ərzində 1364,6
min, o cümlədən 1010,9 min daimi iş yerləri
yaradılmışdır ki, bu da işsizlik və yoxsulluq səviyyəsinin
aşağı salınmasını şərtləndirən
əsas amillərdən biridir. Belə ki, işsiz əhalinin
sayı 0,1 faiz bəndi azalaraq 4,9 faizə,
yoxsul əhalinin sayı isə 0,3 faiz bəndi azalaraq 5,0 faizə
enmişdir.
2014-cü
ildə dövlət büdcəsinin gəlirləri 18,4
milyard manat, xərcləri 18,7
milyard manat olmuş, büdcənin icrasında yaranmış
298,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,5
faizini təşkil etmişdir.
Büdcə
gəlirlərinin 7,1 milyard manatı (38,9
faizi) Vergilər Nazirliyi, 1,5 milyard manatı (8,0 faizi) Dövlət
Gömrük Komitəsi tərəfindən daxil edilmiş,
9,8 milyard manatı (53,1 faizi) digər
mənbələr hesabına təmin olunmuşdur.
Büdcə
vəsaitlərinin 7,6 milyard manatı (40,6 faizi)
iqtisadiyyatın inkişaf etdirilməsinə, 2,0 milyard
manatı (10,5 faizi) əhalinin sosial müdafiəsi və
sosial təminatına, 1,6 milyard manatı (8,3 faizi) təhsilin,
665,3 milyon manatı (3,6 faizi) isə səhiyyənin maliyyələşdirilməsinə
xərclənmişdir.
2015-ci il
yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları
tərəfindən 18,5 milyard manat həcmində
və ya il ərzində 20,2 faiz çox kreditlər
verilmişdir. Qüvvədə olan kreditlərin 33,1 faizi dövlət, 64,0 faizi özəl
banklar, 2,9 faizi bank olmayan kredit təşkilatlarının
payına düşmüşdür. Ümumi kredit portfelinin
78,8 faizini uzunmüddətli kreditlər təşkil
etmiş, 5,3 faizinin ödənilmə vaxtı
keçmişdir.
2015-ci il
yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin
həcmi 12,4 faiz artaraq 7,2 milyard manata
çatmışdır. Əmanətlərin 4,4
milyard manatı və ya 61,5 faizi milli, 2,8 milyard manatı xarici
valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə
nisbətən müvafiq olaraq 13,7 və 10,3 faiz
artmışdır.
2014-cü
ildə istehlak mallarının qiymətləri və xidmət
tarifləri 2013-cü ilə nisbətən 1,4
faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri
1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz,
pullu xidmətlərin qiymət və tarifləri isə 0,3
faiz bahalaşmışdır.
Ərzaq
məhsullarından “Meyvələr” qrupu məhsullarının
qiymətləri 2,2 faiz, “Tərəvəzlər” qrupu məhsullarının
qiymətləri 5,7 faiz ucuzlaşmış, “Çörək
məmulatları və yarmalar” qrupu məhsullarının qiymətləri
0,9 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları”
qrupu 14,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu
1,5 faiz, “Yağ və piylər” qrupu 2,6 faiz, “Qənd, cem, bal,
şokolad və konfetlər” qrupu 0,1 faiz, “Qəhvə,
çay və kakao” qrupu 2,3 faiz, “Mineral sular, sərinləşdirici
içkilər və şirələr" qrupu 0,8 faiz,
“Spirtli içkilər” qrupu 0,6 faiz, “Tütün məmulatları”
qrupu məhsullarının qiymətləri isə 13,6 faiz
bahalaşmışdır.
Qeyri-ərzaq
mallarından “Parçalar” qrupu mallarının qiymətləri
0,3 faiz, “İri alət və avadanlıqlar” qrupu 2,0 faiz, “Minik
avtomobilləri” qrupu 2,7 faiz, “Telefon aparatları” qrupu 2,1 faiz,
“Fotoqrafiya, kinematoqrafiya avadanlıqları və optik cihazlar”
qrupu 1,3 faiz, “Səs və təsvir yazılışı
üçün daşıyıcılar” qrupu 2,3 faiz, “Zərgərlik
məmulatları” qrupu mallarının qiymətləri 1,3 faiz
ucuzlaşmış, “Geyim” qrupu 0,8 faiz, “Ayaqqabı” qrupu 0,2
faiz, “İnşaat materialları” qrupu 0,9 faiz, “Duru yanacaq” qrupu
11,1 faiz, “Mebel və ev əşyaları” qrupu 1,1 faiz,
“Xalça və digər döşəmə örtükləri”
qrupu 0,9 faiz, “Məişət cihazları” qrupu 0,3 faiz,
“Kiçik alət və avadanlıqlar” qrupu 0,2 faiz,
“Şüşə məmulatları, yemək qabları və
əşyaları” qrupu 1,4 faiz, “Dərmanlar” qrupu 0,1 faiz,
“Minik avtomobilləri üçün ehtiyat hissələri”
qrupu 0,3 faiz, “Oyuncaqlar” qrupu 0,2 faiz, “Yanacaq və sürtkü
materialları” qrupu mallarının qiymətləri isə
29,8 faiz bahalaşmışdır.
2014-cü
ildə “Kompleks istirahətin təşkili” qrupu 2,2 faiz, “Dəniz
və çay sərnişindaşıma nəqliyyatı”
tarifləri 11,5 faiz, “Telefon rabitəsi xidmətləri” qrupu
tarifləri 13,2 faiz ucuzlaşmış, “Paltarların təmizlənməsi,
təmiri və kirayəsi” qrupu 2,0 faiz, “Ayaqqabıların təmiri”
qrupu 0,7 faiz, “Məişət cihazlarının təmiri”
qrupu 1,1 faiz, “Tibbi xidmət” qrupu 2,2 faiz, “Mehmanxana xidməti”
qrupu 2,2 faiz, “Dəmiryol sərnişindaşıma
nəqliyyatı” qrupu 7,3 faiz,
“Ali təhsil” qrupu 4,8 faiz, “Hava sərnişindaşıma
nəqliyyatı” qrupu 8,8 faiz, “Restoranlar və kafelər” qrupu
1,1 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu
tarifləri isə 1,8 faiz bahalaşmışdır.
2014-cü
il ərzində Statistik vahidlərin Dövlət registrində
müəssisə və təşkilatların sayı 9,9 faiz artaraq, 2015-ci il yanvarın 1-i vəziyyətinə
94563 vahid olmuşdur.
Artım əsasən
fəaliyyət növlərinin “Digər sahələrdə
xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla
əlaqədar əməliyyatlar”, “Peşə, elmi və
texniki fəaliyyət”, “İnformasiya və rabitə” bölmələrində
daha nəzərəçarpacaq dərəcədə
olmuşdur.
“Ticarət;
nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə
xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq” və “Peşə, elmi və texniki
fəaliyyət” bölmələrində müəssisə və
təşkilatların Dövlət registrindəki xüsusi
çəkisi daha yüksək olmuşdur.
Xüsusi
mülkiyyətə aid olan müəssisə və təşkilatların
əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”
(29,2%), “Digər sahələrdə xidmətlərin
göstərilməsi” (18,0%), Tikinti" (11,8%), “Kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq” (10,6%), “Peşə, elmi və
texniki fəaliyyət” (6,5%) və “Emal sənayesi” (6,4%)
bölmələrinin payına düşür.
Statistik
vahidlərin Dövlət registrində qeydiyyatdan
keçmiş tam xarici investisiyalı və birgə müəssisələr
əsasən Türkiyə (30,4%),
Böyük Britaniya (8,6%), Rusiya (6,5%), İran (5,1%), ABŞ
(3,7%), Almaniya (1,9%) və digər ölkələrin (43,7%)
sahibkarları tərəfindən yaradılmışdır.
2015-ci il yanvarın 1-i vəziyyətinə hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün qeydiyyatdan keçmiş fərdi
sahibkarların sayı 519 mindən çox olmuşdur.
Fərdi
sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin
təmiri” (36,8%), “Kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq” (16,2%), “Nəqliyyat və anbar təsərrüfatı”
(13,5%) və “Digər sahələrdə xidmətlərin
göstərilməsi” (13,3%) bölmələrində
qeydiyyatdan keçmişdir.
Sahibkarlıqla
məşğul olan fərdi sahibkarların 81,0
faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil
etmişdir. Qadınlar “Ticarət; nəqliyyat vasitələrinin
təmiri” fəaliyyəti sahəsində fərdi
sahibkarların 39,6 faizini, “Digər sahələrdə
xidmətlərin göstərilməsi”ndə 20,2 faizini, “Kənd
təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq”da 17,7 faizini təşkil edir.
2014-cü
ildə əhalinin
gəlirləri əvvəlki ilə nisbətən 4,8 faiz
artaraq 39,4 milyard manata çatmış, onun hər nəfərə
düşən həcmi 4180,5 manat və ya ayda orta hesabla 348,4
manat təşkil etmişdir. Hər nəfərə
düşən gəlirlərin artımı istehlak qiymətlərinin
bahalaşmasını 2,1 faiz bəndi
üstələyərək 3,5 faiz olmuşdur.
Bu
dövr ərzində gəlirlərin 68,8 faizi son istehlaka, 8,7
faizi vergilər, sosial sığorta və üzvlük
haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin
ödənilməsinə, 20,0 faizi isə əmanətlərin
və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin
sərəncamında qalan 35,9 milyard
manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə
5,1 faiz çox olmuşdur.
2014-cü
ildə ölkə iqtisadiyyatında muzdla çalışan
işçilərin orta aylıq əmək haqqı əvvəlki
ilə nisbətən 4,5 faiz artaraq 444,3 manat, neft sektorunda 1759,6 manat,
qeyri-neft sektorunda 411,3 manat, dövlət bölməsində 357,2 manat, özəl bölmədə
570,5 manat təşkil etmişdir.
Digər fəaliyyət
növləri ilə müqayisədə mədənçıxarma
sənayesində, maliyyə və sığorta fəaliyyətində,
informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət
sahəsində, tikintidə, inzibati və yardımçı
xidmətlərin göstərilməsi sahəsində orta
aylıq nominal əmək haqqı daha yüksək
olmuşdur.
2014-cü ildə də əhalinin sosial müdafiəsinin
yaxşılaşdırılması ölkədə həyata
keçirilən sosial siyasətin əsas istiqamətlərindən
biri olmuşdur.
2006-cı
il yanvar ayının 1-dən tətbiq edilən
sığorta-pensiya sistemi əmək pensiyalarının baza
hissəsinin istehlak qiymətləri indeksi nəzərə
alınmaqla bütün pensiyaçılar üzrə bərabər
məbləğdə artırılmasını və
sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə
tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaş-ların
pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin
edir.
İlkin
məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə
ölkədə pensiyaçıların sayı 1290,0 min nəfər olmaqla ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği
173,4 manata çataraq orta aylıq əmək
haqqının
39,1 faizini təşkil etmişdir.
2015-ci ilin əvvəlinə 338,2 min
nəfər sosial müavinət, 51,6 min nəfər Azərbaycan
Respublikası qarşısında xüsusi xidmətlərə
görə təqaüd və 94,8 min ailənin 415,2 min nəfər
üzvü ünvanlı dövlət sosial yardımı
almışdır. 2014-cü il ərzində birdəfəlik
müavinət alanların sayı 116,2 min
nəfər olmuşdur.
Pensiya təminatının daim yenilənən müasir
tələblərə uyğunlaşdırılması və
uzunmüddətli dövr üçün
pensiyaçıların etibarlı sosial müdafiəsinə
nail olmaq məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı
sisteminin islahatı Konsepsiyası” təsdiq edilmışdir.
Ölkədə səhiyyə sistemində həyata
keçirilən mühüm islahatlar nəticəsində
dövlət büdcəsində səhiyyənin
inkişafına ayrılan vəsaitin məbləği ilbəil
artır, yeni müasir müalicə ocaqları inşa edilir və
yenidən qurulur.
2013-cü illə
müqayisədə 2014-cü ildə büdcədən səhiyyə
xərcləri 7,5 faiz artaraq 665,3 milyon manat təşkil
etmişdir. 2015-ci il üçün büdcə vəsaiti
777,7 milyon manata
çatdırılmışdır.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun
olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir
tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin
yaradılması işi davam etdirilmişdir.
Ən müasir səviyyədə inşa olunmuş və
tibbi avadanlıqlarla təchiz edilmiş Bakı
Sağlamlıq Mərkəzi və İsmayıllı Rayon Mərkəzi
Xəstəxanası istifadəyə verilmişdir. 2014-cü ilin sonunda “Elektron
Azərbaycan”
Dövlət Proqramı çərçivəsində
ən müasir standartlara cavab verən “Elektron Səhiyyə”
xidməti vətəndaşların istifadəsinə verilmişdir.
Səhiyyə idarəçiliyinin müasir
prinsiplər əsasında həyata keçirilməsi, modern,
çevik, dövlət orqanının fəaliyyətində
şəffaflığın artırılması, əhaliyə
vaxt itkisinə yol vermədən müraciətlərinin həlli
baxımından elektron xidmətin yaradılması
mühüm məsələlərdəndir.
Səhiyyənin
prioritet sahələri olan ana və uşaqların
sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri,
qan xidməti, xroniki böyrək
çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə həyata keçirilən tədbirlər
nəticəsində xəstələrə göstərilən
tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər
üzrə müayinələrin sayı
artırılmış, xəstələrin dərmanla təchizatı
əhəmiyyətli dərəcədə
yaxşılaşmışdır.
Uşaqların
sağlamlığının qorunması işinin dövlət
siyasətinin ən prioritet istiqamətlərindən
olduğunu bir daha sübut edən
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Uşaqların icbari
dispanserizasiyadan keçirilməsinə
dair”, “Ana və uşaqların sağlamlığının
qorunması üzrə” Dövlət Proqramları qəbul
edilmişdir.
Bu sənədlər uşaqlar arasında xəstələnmə,
sağlamlıq imkanlarının məhdudluğunun və
ölümün səviyyəsinin azaldılmasına, perinatal
yardım islahatlarının davam etdirilməsinə, gənclərə
göstərilən reproduktiv sağlamlıq və ailə
planlaşdırılması xidmətlərinin
yaxşılaşdırılmasına yönəldilmişdir.
İlkin
məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə
ölkədə 32,9 min həkim
və 57,9 min orta tibb işçisinin
çalışdığı
567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi
fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə
orta hesabla 35 həkim və 61
orta tibb işçisi düşür.
Ötən
il qeydə alınmış xəstəliklər
arasında tənəffüs, əsəb sistemi və hissiyyat
orqanlarının, həzm orqanlarının, qan dövranı
sisteminin xəstəlikləri, eləcə də yoluxucu və
parazitar xəstəliklər üstünlük təşkil
etmişdir.
Səhiyyə
Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə
2013-cü illə müqayisədə ölkədə
bakterial dizenteriya ilə - 47,8 faiz, pedikulyoz
ilə - 37,8 faiz, qoturluq ilə - 32,7 faiz, viruslu hepatit ilə xəstələnmə
halları 18,2 faiz, epidemik parotit ilə xəstələnmə
halları isə 8 dəfə
azalmışdır.
Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə
məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda
tetanus, qızılca, göy öskürək və malyariya xəstəlikləri
qeydə alınmamışdır.
Bununla yanaşı,
tetanus, suçiçəyi, brusellyoz, skarlatina ilə xəstələnənlərin
sayı bir qədər artmışdır.
Ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının
təhlükəsiz və sağlam mühitdə
yaşamasının təmin edilməsi, təbii sərvətlərdən
xalqın rifahının yaxşılaşdırılması
üçün səmərəli istifadə edilməsi,
ekoloji problemlərin aradan qaldırılması istiqamətindəki
işlər ötən ildə də davam etdirilmişdir.
Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin
təmin edilməsi, bioloji müxtəlifliyin qorunub
saxlanılması və təbiətdən istifadənin səmərəli
təşkili istiqamətində görülən işlər
ötən ildə də müvəffəqiyyətlə
aparılmışdır.
2015-ci
ilin əvvəlinə flora və faunanın qorunub
saxlanması və təkrar istehsalı üçün
ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət
təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və
sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət
yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan
təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
monitorinq xidmətləri tərəfindən 2014-cü ildə
1573 müəssisədə müvafiq müayinələr
aparılmış və nəticədə su hövzələrinin
çirkləndirilməsi üzrə tədqiq olunmuş hər
üç müəssisədən birində və atmosfer
havasının çirkləndirilməsi üzrə
müayinəyə cəlb olunmuş hər dörd müəssisədən
birində atılan tullantıların icazə verilən həddən
artıq olması qeydə alınmışdır. Təbiəti mühafizə
qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə
cəlb olunmuş 727 nəfər vəzifəli şəxslərdən
və vətəndaşlardan 463,4 min manat
məbləğində cərimə tutulmuşdur.
Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi
ümumbəşəri dəyərlərə əsaslanaraq və
Boloniya prosesində yaxından iştirak etməklə
ümumdünya təhsil sisteminə inteqrasiya yolu ilə
inkişaf etməkdədir.
Aparılan
uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi
ilbəil artır və bu gün 15 və yuxarı
yaşlı əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir.
İlkin
məlumatlara əsasən, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə
ölkədə fəaliyyət göstərən 1639
dövlət və 41 qeyri-dövlət məktəbəqədər
təhsil müəssisəsində 108 min uşaq və ya 1-5
yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.
2014/2015-ci tədris ilinin əvvəlinə ölkənin 4455 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6127 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.
Son illər ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, 2013-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 15,1 faiz olmuş, 2014-cü ildə isə 14,9 faizə düşmüşdür.
(ardı var)
Dövlət
Statistika Komitəsi
Xalq qəzeti.- 2015.- 17 fevral.- S.3-4