Saatlıda saatlar gələcəyə işləyir

Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı son illər Saatlı rayonunun sosial-iqtisadi inkişafına müstəsna töhfələr vermişdir. Prezident bölgələrə səfərləri çərçivəsində son 7 ildə demək olar ki, hər il  rayonda olmuş, görülən işlərlə maraqlanmış,  əhali ilə  görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək  mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar saatlılılarda böyük ruh yüksəkliyi və coşqunluq yaratmış, onları daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun söhbət əsnasında dediyi sözlər reallığa verilən dəqiq qiymətdir: Möhtərəm Prezidentin Saatlıya bu cür ölçüyəgəlməz diqqət və qayğısını minnətdarlıqla anmaqondan rayonun  gələcəyi naminə faydalanmaq bizim şansımızdır. Bu şansdan düzgün faydalanmağın nəticəsidir ki, bu gün Saatlı, sözün əsil mənasında, özünün yeni inkişaf dövrünü yaşayır.

Şəhərin Heydər Əliyev prospektinin, digər küçə və meydanların abadlaşdırılması sahəsində işlər davam etdirilmişdir.  2014-cü ildə Heydər Əliyev prospekti, H.B.Zərdabi, Nəsimi, Q.Qarayev, Nizami, Dədə-Qorqud, C.Cabbarlı  küçələrində  ümumilikdə  8750 kvadratmetr daş hasarlar təmir edilərək rənglənmişdir. Prospekt boyunca 4900 kvadratmetrdə səkilər  yüksək keyfiyyətli  beton  plitələrlə  yenilənmişdir. Babək,  M.Ağayev, M.Əliyev, 28 May küçələrinə 23770 kvadratmetr qum-çınqıl qarışığından yol çəkilmişdir. Heydər Əliyev prospektində uşaqların istirahəti üçün nəzərdə tutulmuş attraksion quraşdırılmış, Heydər Əliyev prospekti və H.B.Zərdabi küçələrində səkilərə ümumilikdə 6000 kvadratmetr tamet düzülmüşdür. Heydər Əliyev prospekti, Nizami, Xətai, M.Ağayev küçələrində yerləşən yaşayış binalarının 955 kvadratmetr dam örtüyü dəyişdirilmiş, 762 kvadratmetr suvaq işi görülmüş, 140 kvadratmetr sinklənmiş metal lövhələrdən hasar düzəldilmişdir. Binaların ətrafına, dağılan yerlərə 225 kvadratmetr çınqıl qatı verilmişdir. Binaların 4587 kvadratmetr fasad hissəsi rənglənmişdir.

Ötən il rayon icra hakimiyyətinin daxili imkanları hesabına beşmərtəbəli yaşayış massivində mini futbol meydançası, yelləncəklər, 2 ədəd istirahət üçün söhbətgah, 1 mərasim zalı tikilib istifadəyə verilmişdir. Bundan əlavə, Qara Nuru kəndində xeyir-şər tədbirlərinin keçirilməsi üçün müasir görkəmli mərasim zalı tikilmişdir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 16 iyul 2013-cü il tarixli, “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 31 avqust 2013-cü il tarixli, “Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında” 12 may 2011-ci il tarixli, Sımadakənd- Qarayevkənd yerli əhəmiyyətli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə əlaqədar 27 mart 2014-cü il tarixlirayonun sosial-iqtisadi inkişafı ilə bağlı digər sərəncamlarının, Nazirlər Kabinetinin müvafiq sərəncamlarının icrası sahəsində bütün qüvvələr səfərbər edilmişdir.

İnvestisiya qoyuluşu hesabına uzunluğu 11,4 kvadratmetr olan Saatlı-Heydərabad yerli əhəmiyyətli avtomobil yolunda 1,8 milyon manat dəyərində, 9,4 kilometrlik Qara-Nuru-Məmmədabad-Əliabad yerli əhəmiyyətli avtomobil yolunda isə 2,8 milyon  manat dəyərində yenidənqurma işləri görülmüşdür. Sımadakənd-Qarayevkənd yerli əhəmiyyətli (uzunluğu 21 km) avtomobil yolunda əsaslı yenidənqurma işləri davam etdirilmişdir.

Ölkə başçısının  yüksək diqqət və qayğısı sayəsində son illər qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində rayonda ardıcıl işlər görülmüş, Əlisoltanlı kəndində istismar müddətini başa vurmuşfin evləri”nin yerində bütün sosial-texniki  infrastruktura malik 230 fərdi yaşayış evi tikilmişdir. Hazırda məcburi köçkünlərin evlərə köçürülməsi başa çatmaq üzrədir.

Yeni salınmış qəsəbədə 198 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-kitabxana, poçt, tibb məntəqəsi və ərazi nümayəndəliyi üçün binalar tikilmişdir. Eyni zamanda,  qəsəbənin enerji, təbii qaz, içməli su sistemləri tam qurulmuş, qəsəbədaxili yollara asfalt örtüyü döşənmiş və küçələrin işıqlandırılması təmin olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “Kənd İnvestisiya Layihəsi” çərçivəsində icma layihəsinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və infrastruktur xidmətlərindən istifadə olunmasını artırmaq məqsədilə AZKİL qeyri-hökümət təşkilatının sərmayəsi və Sımada icmasının töhfəsi hesabına kəndin daxili yollarının 4050 metrinə çınqıl tökülərək hamarlanmışdır.

Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır.   2014-cü ildə şəhərin Vaqif küçəsində sutkalıq istehsal gücü 15 ton olan  müasir tipli çörək zavodu tikilərək istifadəyə verilmişdir.

Maraqlı  məqamlardan biribudur ki, 18 dekabr 2014-cü ildə Qıraqlı kəndində sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda keçirilən seminar-müşavirədə  80 fermersahibkar iştirak etmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Saatlıda 216 yeni yerinin yaradılması üçün 96 subyektə güzəştli kreditlər verilmişsahibkarlara yeni investisiya layihələri təqdim edilmişdir. Hazırda rayonda 634 hüquqi, 4273 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olur.

Ümumilikdə, 2014-cü ildə rayonda 880  yeni  yeri yaradılmışdır ki,  bundan  556-sı daimidir. Məlumat üçün deyək ki, dövlət proqramlarının qəbul edilməsindən ötən illər  ərzində Saatlıda cəmi 24546 yeni yeri yaradılmışdır ki, bunun da 16502-si daimi yerləridir.   2014-cü ildə rayonda ümumi məhsul buraxılışının həcmi  0,1 faiz artaraq 211270,9 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 78,2 faiz təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq  261,3 manat olmuşdur. Əhalinin  pul gəlirləri  1,4 faiz artaraq adambaşına 2234,6 manat təşkil etmişdir.

Saatlı rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmaqla ümumi dəyəri 110272,1 min manat olan məhsul istehsal edilmişdir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Ötən il istifadə edilmiş yanacaqmotor yağlarına görə məhsul istehsalçılarına vaxtlı-vaxtında maliyyə yardımları ödənilmiş, həmçinin mineral gübrələr 50 faiz güzəştli qiymətlərlə vətəndaşlara satılmış, toxumçuluqla məşğul olan təsərrüfat subyektlərinə dövlət tərəfindən subsidiyalar verilmişdir.

2014-cü ildə 7105,6 ton ət (diri çəkidə), 37892  ton süd və 6236 min ədəd yumurta istehsal edilmişdir.

2014-cü ildə rayonun pambıq zavodları əhali və fiziki şəxslərlə 4507 hektar sahə üçün pambıq toxumu əkilməsinə dair müqavilə bağlanılmış və 7474,1 ton xam pambıq tədarük edilmişdir. Həmçinin orta məhsuldarlıq 37.1 sentner olmaqla 21031 hektar taxıl sahəsindən 62105.4 ton, 4291 hektar arpa sahəsinin hər hektarından 29.7 sentner olmaqla 12744.3 ton  məhsul istehsal edilmişdir.  2014-cü ildə Avropa istehsalı olan 8 kombayn alınaraq rayona gətirilmişdir.

Məlumdur ki,  Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən yeni torpaqlar əkin dövriyyəsinə cəlb edilir.  Bununla bağlı Saatlıda da müəyyən işlər görülmüşdür. Rayonun qış otlaqları “MKT-İK” MMC-nin “Saatlı İnnovasiya” filialına uzunmüddətli icarəyə verilmişdir. Hazırda təyinatı dəyişdirilmiş 3335 hektar ərazidə kollektor-drenaj şəbəkəsi qurulmuş, su kanalları çəkilmiş, şlüzlər quraşdırılmışdır. Şumlanan 1200 hektar sahənin 350 hektarında payızlıq arpabuğda əkilmiş, qalan sahədə isə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Təsərrüfatın inkişafı üçün lazım olan avadanlıqlar gətirilmişdir. Mövsümi işçilər nəzərə alınmamaqla hazırda bu təsərrüfatda 35 daimi işçi çalışır.  2014-cü ildə kollektor-drenaj şəbəkəsində  324,94 kilometr məsafədə 949,57 min kubmetr sahə lildən təmizlənmişdir. Ümumi uzunluğu 662 kilometr olan suvarma kanallarında 1722 min kubmetr lildən təmizləmə işləri aparılmış, 172  hidrotexniki qurğu, 10 istehsalat binası, 30  hidropost və 10 nasos stansiyası cari təmir edilmişdir. Aşağı Muğan Kanalının 9-cu və 26-cı kilometrində səviyyə qaldıran qurğular əsaslı təmir edilmiş, yanında xidməti bina tikilmişdir. Sabir kanalının 23,64 və 96-cı piketlərində dəmir-beton körpülər əsaslı təmir edilmişdir.

Dünya Bankının ayırdığı vəsait hesabına Sımada kəndində təsərrüfat və sahə kanalları üzərində 163 hidrotexniki qurğu inşa edilmiş, meliorasiya məqsədi ilə 17 kilometr drenaj lildən təmizlənmiş, 16 kilometr təsərrüfat və sahə kanallarında lildən təmizləmə işləri aparılmışdır. Arxlar üzərində 2  körpü salınmış, 10 kilometr beton arx təmir olunmuşdur.

2014-cü ildə Soltanabad kəndində enerji itkisinin qarşısını almaq məqsədi ilə 1200 metr istismara yararsız naqillər SİP kabellə əvəz olunmuşdur. Qara Nuru kəndinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunmuş, istismara yararsız naqillər SİP kabellərlə əvəz olunaraq SMART-kart tipli sayğaclar quraşdırılmışdır. Ötən il rayonda 1345 ədəd yeni SMART-kart tipli sayğac, SMART olmayan ərazilərdə isə 1130 ədəd 1 fazalı sayğac quraşdırılmışdır.

Həmçinin 327 yeni abonent təbii qazla təmin edilmişdir. Ümumilikdə, 5987 abonent yeni “ELSTER” G-4T tipli qaz sayğacı ilə təmin olunmuşdur. Şəhərin M.Müşfiq küçəsində təmir işləri aparılaraq yeni qaz xətləri çəkilmişdir. Bir neçə küçədə  ümumilikdə 4409 poqonometr köhnə qaz xətləri yenisi ilə əvəz olunmuşdur.

Rayonun su təchizatının yaxşılaşdırılması məqsədi ilə 61927 poqonometr uzunluğunda Talış-Sabirabad-Saatlı maqistral su xəttinin çəkilişi başa çatdırılmışdır. 5000 kubmetrlik iki su anbarının tikintisi davam etdirilir. Artıq  şəhərin 1250 abonenti yeni sistem vasitəsilə içməli sudan istifadə edir.

Seyidlər kəndində su təchizatını yaxsılaşdırmaq məqsədilə 1000 metr uzunluğunda su xətti çəkilmişdir.

2014-cü ildə Saatlıda təhsil müəssisələrinin əsaslı təmiri tikintisi davam etdirilmişdir. V. Əsgərov adına şəhər 4 saylı tam orta Məmmədabad kənd ibtidai məktəbləri yeni dərs ilində istifadəyə verilmişdir.

Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir olunması insanların daha gözəl şəraitdə müayinə müalicə edilmələrinə geniş imkanlar yaratmışdır. Xəstəxana təmirdən sonra müasir tibbi avadanlıqla zəruri vasitələrlə təchiz olunmuşdur. Müasir tibbi avadanlıqlardan istifadə üçün həkimlər qısamüddətli tibbi kurslara cəlb olunmuşdur. Millət vəkili, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə səhiyyənin müxtəlif sahələrini əhatə edən həkim briqadaları tərəfindən müayinə müalicəyə ehtiyacı olan əhaliyə tibbi köməkliklər göstərilmişdir.

Rayonda açılan Tibb Kollecinin binasında əsaslı təmir, yenidənqurma işləri aparılmışdır. Azərbaycan Kənd İnvestisiya Layihəsi Təşkilatı yerli icmaların təkliflərini dəstəkləməklə, Qarayevkənd Yeni Novruzlu kəndlərində tibb məntəqələri üçün müasir binalar tikmişdir.

Ümumilikdə rayon üzrə 54296 nəfər tibbi müayinədən keçmişdir.

2014-cü ildə Mədəniyyət evində, Uşaq Musiqi məktəbində, Mərkəzləşdirilmiş kitabxana sistemində, uşaq kitabxanasında, Adıgün kənd mədəniyyət evi Novruzlu kənd klubunda ümumilikdə 48,8 min manat dəyərində  cari təmir işləri görülmüşdür.

Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr tərəfindən ötən il 105576 manat dəyərində 94 yerli əhəmiyyətli layihə həyata keçirilmişdir.

... “Saatlısözünün anlamı nədir, bunu dəqiq söyləmək, bəlkə bir az çətindir. Müxtəlif ehtimallar mövcuddur. Ancaq dəqiq mənası olursa olsun, bu sözün tərkibindəki  vaxtı, zamanı ifadə edənsaatsözü burada inkişafı, tərəqqini, gələcəyə aparmaq əzmini özündə ehtiva edir. Bir sözlə, Saatlıda saatlar sözün əsil mənasında gələcəyə işləyir.

Səməd HÜSEYNOĞLU

Xalq qəzeti.- 2015.- 18 fevral.- S.6.