Nəsimi rayonu: inkişaf,

tərəqqi və abadlıq ünvanı

 

2014-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə böyük uğurlar əldə olunub. Ötən il dünyada hökm sürən iqtisadi böhran ölkəmizin dinamik inkişafına təsir etməmişdir. Son illərdə olduğu kimi 2014-cü ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda sosial-iqtisadi inkişaf sahəsində nailiyyətlər qazanılıb və bütün sahələrdə tərəqqi davam etmişdir.

 

Ötən il əldə edilən uğurlarda Nəsimi rayonunun da öz töhfəsi və rolu olmuşdur. 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafında önəmli nailiyyətlər qazanılmış, son illər vüsət alan yenidənqurma və abadlıq işlərinin tempi artmışdır.

2014-cü ildə rayonda 400 milyon 666,3 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur.Nəqliyyat müəssisələri tərəfindən görülmüş və xidmətlərin həcmi 2013-cü ilə nisbətən 4,6 faiz artaraq 468 milyon 506 min manat təşkil edib. Rabitə müəssisələrinin gördükləri və xidmətlərin həcmi isə 9,4 faiz yüksələrək 60 milyon 263 min manat olmuşdur. Rayonda əmtəə dövriyyəsinin  həcmi 667 milyon 71,1 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 560 milyon 580 min manat təşkil edib.

2014-cü ildə rayonda 3131 yeni yeri açılmışdır.

Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri “Təzə bazar” MMC və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində təşkil olunan yarmarkalar ötən il də fəaliyyətlərini davam etdirmişlər.

2014-cü ildə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10 transformator məntəqəsində transformatorlar yeniləri ilə əvəz olunmuş, 30 min 773 metr kabel xətləri dəyişdirilmiş, 3350 metr iki dövrəli hava  xətti kabel xətti ilə əvəz edilmişdir. Sərf olunan enerji üzrə ödəmələr 36,28 milyon manat olmuşdur ki, bu da əvvəlki illə nisbətdə 0,9 faiz çoxdur.

“Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsinin Nəsimi rayon texniki istismar sahəsi tərəfindən keçən il 216 ədəd elektrik dirəyi dəyişdirilmiş, 432 ədəd çıraq yenisi ilə əvəz olunmuş, 16 məhəllədaxili elektrik xətləri təmir edilmiş, ümumilikdə 4952 metr kabel dəyişdirilmişdir.

İl ərazində qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli 3319 metr qaz kəməri çəkilmiş, 4138 ədəd mexaniki qaz sayğacı “Smart-karttipli sayğacla əvəz olunmuşdur. İstehlakçılara, ümumilikdə 10 milyon 88 min 458 manat dəyərində təbii qaz satılmışdır.

Keçən il Nəsimi Rayon Sukanal Departamenti tərəfindən 6900 paqonometr su kəməri çəkilmiş, müxtəlif diametrli 1100 paqonometr kanalizasiya şəbəkəsi, 30 ədəd quyu təmir olunmuş, 15 ədəd yeni yağış barmaqlıq quraşdırılmışdır. İl ərzində 5169 ədəd yeni su sayğacı quraşdırılmışdır. Abonentlər üzrə ümumi ödənişin miqdarı 9 milyon 119 min 764 manat təşkil etmişdir.

Payız-qış mövsümünə hazırlıqla bağlı rayondakı bütün istilik məntəqələrində və qazanxanalarda təftiş və təmir işləri görülmüş, müxtəlif ərazilərdə yaşayış binalarının məhəllədaxili istilik xətləri və aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunmuşdur.

2014-cü ildə Nəsimi rayonunda genişmiqyslı abadlıq, yenidənqurma və yaşıllaşdırma  işləri davam etdirilmişdir.

Azadlıq, Tbilisi, Moskva, Vaqif prospektlərində, H.Ələsgərov, 20 Yanvar, S.Əsgərova, Cavadxan, H.Seyidzadə küçələrində,  parkbağlarda, ümumilikdə 10 mindən çox ağacgül kolları əkilmişdir. İl ərzində rayon ərazisindəki keçirilmiş iməciliklərdə abadlıq işləri aparılmış və 25 min kvadratmetrdən artıq yeni yaşıllıq zolaqları salınmışdır.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun müxtəlif ərazilərində 2500-dən çox həmişəyaşıl ağac əkilmiş və bu işlər cari ildə  davam etdiriləcəkdir.

Ötən il  28 May küçəsində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli bəstəkar Qara Qarayevin abidəsinin açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Paytaxtın yol-nəqliyyat strukturunun yenidən qurulması, tıxacların aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı MustafayevHüseynbala Əliyev küçələrinin kəsişməsində yol qovşağı inşa olunaraq istifadəyə verilmişdir.

2014-cü ildə həyata keçirilən yenidənqurma və təmir işlərinin gedişi ilə tanış olmaq və açılış mərasimlərində iştirak etmək üçün respublikamızın Prezidenti İlham Əliyev səkkiz dəfə Nəsimi rayonunda olmuşdur.

Keçən il 2-ci mikrorayondakı “Heydər parkı”nda və Cavadxan küçəsindəki parkda yenidənqurma və abadlıq işləri başa çatdırılaraq  istifadəyə verilmişdir. Həmin parklarda sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır. A.Səhhət küçəsində salınan yeni parkın inşası başa çatdırılmış, A.Məhərrəmov küçəsindəki parkda isə hazırda abadlıq işləri görülür. Mir Cəlal küçəsində yeni parkın inşasına başlanılıb, Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsində yerləşən parkda yenidənqurma işləri aparılır.

Ötən il Azadlıq prospektində 18 ünvanda binaların fasadları təmir edilmiş, ümumilikdə 6700 kvadratmetr aqlay vurulmuşdur. İl ərzində, ümumilikdə müxtəlif küçələrdə 95 ünvanda fasadlar əsaslı təmir edilmişdir. Hazırda 8 ünvanda həmin işlər görülür. 2014-cü ildə rayonda, ümumilikdə 60 min kvadratmetrdən artıq asfalt, 20 min kvadratmetrdən artıq tamet plitə vurulmuş, 5 min metr uzunluğunda bardür dəyişdirilmişdir.

2011-2015-ci illərdə “Bakımetropoliten”in inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar 28 May stansiyasında yenidənqurulma işləri aparılır. 3-cü Alatava massivində metronun “B-3” stansiyasının tikintisi ilə bağlı 100-dən artıq yaşayış və qeyri-yaşayış sahəsinin köçürülməsi başa çatdırılmışdır. Azadlıq prospekti ilə M. Rəfili küçəsinin kəsişməsində “Bakımetropoliten”in Texnoloji korpusunun inşası yekunlaşmışdır.

Tbilisi prospektindəki Respublika Velotrekində yenidənqurma və bərpa işləri davam etdirilir. Rayon icra hakimiyyətinin tövsiyəsi ilə müəssisə, idarə, kommersiyaictimai iaşə obyektləri tərəfindən fəaiyyət göstərdikləri ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. “Dövlət dili haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə cavab verməyən 1000-dən artıq reklam lövhəsi yığışdırılaraq  yeniləri ilə əvəz olunmuşdur.

2014-cü ildə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən, ümumilikdə 6821 kvadratmetr dam örtüyü təmir edilmiş, 5677 metr uzunluğunda ventilyasiya kanalları və tüstü bacaları təmizlənmiş, 379 ədəd giriş qapısı, 478 ədəd pəncərə, 347 kvadratmetr keçid meydançası və pilləkənlərin təmiri həyata keçirilmişdir. 1135 kvadratmetr ümumi istifadə yerləri şüşələnmiş, 2250 paqonometr istilik boruları yeniləri ilə əvəz olunmuş, 63 binada su xətləri əsaslı təmir edilmişdir.

Keçən il rayonda 27 tam orta məktəb, 2 xüsusi məktəb, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Atatürk liseyi, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 47 körpələr evi-uşaq bağçası fəaliyyət göstərmişdir.

Ötən il rayonun ümumtəhsil məktəblərini 1755 nəfər bitirmiş, onlardan 1214-ü ali məktəblərə daxil olmuşdur. Abituriyentlərdən 31-i 600, 12-si 650-dən yuxarı bal toplamış, 2 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. 650-dən yuxarı bal toplamış abituriyentlərlə rayon icra hakimiyyətində görüş keçirilmişonlara qiymətli hədiyyələr verilmişdir.

2013-2014-cü tədris ilinin nəticələrinə görə Texniki Humanitar Liseyİlin ən yaxşı ümumtəhsil məktəbi”, rayon məktəblərinin 3 müəllimi isə “İlin ən yaxşı müəllimi”nominasiyaları üzrə qalib olmuşlar.

Keçən il rayondakı 46,54 saylı tam orta məktəblərdə və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində əsaslı təmir işləri görülmüşdür.Bu dövrdə 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi, 22,135 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri başa çatdırılmış, Hüseynbala Əliyev küçəsində mini idman meydançası inşa edilmişdir. 147 və 174 saylı körpələr evi - uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Hazırda Heydər Əliyev adına İdman Konsert Kompleksində əsaslı təmir işləri davam etdirilir.

Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki yeni körpələr evi-uşaq bağçasının tikintisi üçün yerlər ayrılmış və inşa işlərinə başlanılmışdır.

2014-cü ildə Nəsimi rayonunda  11 xəstəxana, o cümlədən 2 elmi-təqdimat institutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, təcili və təxirəsalınmaz Tibbi Yardım Stansiyası, 1 körpələr evi və 32 özəl səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.

Nəsimi Rayon GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən uşaq poliklinikalarında və körpələr evində profilaktik peyvənd işləri aparılmışdır. İl ərzində rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi zəhərlənmə halları baş verməmiş, sanitar norma  qaydalara cavab verməyən obyektlər barədə inzibati  tədbirlər həyata keçirilmişdir. Epidemiyaların qarşısını almaq məqsədilə əhalinin sıx yaşadığı yerlərdə, məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalardairi ticarət mərkəzlərində dezinfeksiya işləri aparılmışdır.

İl ərzində ticarət və xidmət şəbəkələrində mənşəyi məlum olmayan, standartlara cavab verməyən, saxlama müddəti ötmüşinsan sağlamlığı üçün təhlükəli malların satışı və ya xidmətlərin göstərilməsinin qarşısının alınması məqsədilə aidiyyatı orqanlarla birgə tədbirlər həyata keçirilmişdir.

2014-cü ildə Dövlət Sosial Müdafiə Fondu Nəsimi Rayon Şöbəsində 23800 pensiyaçı və müavinət alan vətəndaşa xidmət göstərilib. İl ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4917 nəfərə sosial müavinət və təqaüd verilmiş, 5 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 19 Qarabağ, 20 Yanvar və 3 Çernobıl əlili pulsuz avtomobillə təmin olunmuşdur. 886 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 321 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.

2014-cü ildə Nəsimi Rayon Sığorta Agentliyi tərəfindən bütün növlər üzrə 594 min 70 manat sığorta haqqı toplanmışdır ki, bu da 2013-cü illə müqayisədə 93 min 330 manat çoxdur.

İl ərzində dövlət  büdcəsinin  Nəsimi  rayonu üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 3 milyon 932 min 670 manat vəsait proqnozlaşdırılmış və həmin məbləğin 3 milyon 866 min 808 manatı, yəni 98,3 faizi xərclənmişdir.

Nəsimi rayonu ərazisində 7141 nəfər məcburi köçkün məskunlaşıb. Onların müxtəlif məsələlərlə bağlı müraciətləri daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuş və həmin məsələlərin həlli üçün zəruri tədbirlər görülmüşdür.

2014-cü ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində önəmli nailiyyətlər əldə olunmuş, qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Son illər vüsət alan genişmiqyaslı yenidənqurma və abadlıq işləri sayəsində Nəsimi rayonu paytaxtımızın gözoxşayan yaşıllıqlarla zəngin məkanına çevrilmişdir. Nəsimililər  2015-ci ildə də bütün sahələrdə uğurlara nail olmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək və ölkəmizin daha da qüdrətlənməsi naminə öz töhfələrini vermək əzmindədirlər.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2015.- 19 fevral.- S.4.