Prezident İlham ƏLİYEV: Biz

bölgədə söz sahibiyik və bundan sonra

mövqeyimiz daha da möhkəm olacaqdır

 

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl siyasi kursun ən mühüm tərkib hissələrindən biri olan xarici siyasətimiz gündən- günə öz müsbət nəticələrini verməkdədir. Bunu beynəlxalq aləmdəki dostlarımız və tərəfdaşlarımız fəxrlə dilə gətirirlərsə, bədxahlarımız və milli dövlətçiliyimizin uğurlarını gözü götürməyənlər dəhşətli bir qısqanclıqla etiraf etmək məcburiyyətində qalırlar.

Biz bu səmimiyyəti və qısqanclığı  Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq quruma sədrlik etmək statusu qazandığı günlərdə də müşahidə etmişdik, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə də.  Bədxahlarımızın yanıb-yaxıldığı məqamları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərdə ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi bir məntiqlə vurğuladığı günlərdə də görmüşdük, ABŞ Prezidenti Barak Obamanın dövlət başçımıza məktublarında və şəxsi təmaslarında dilə gətirdiyi səmimi dostluq ifadələrinin səsləndiyi günlərdə də. Fikrimizi bir neçə  konkret faktla davam etdirək.

2013-cü ilin avqustunda azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə Bakıya gəlmiş Rusiya Prezidenti Vladimir Putin, dünyanın demək olar ki, bütün qütblərini təmsil edən kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında demişdi : Dünya iqtisadiyyatındakı ümumi mürəkkəb vəziyyətə baxmayaraq, ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin inkişafı 47 faiz təşkil edib, bu, bizim üçün rekordlardan biridir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”.

Dost ölkənin Prezidenti əlavə etmişdi ki,  iki ölkə arasında əlaqələr çoxsaylı istiqamətlər üzrə inkişaf edirçoxçeşidli xarakter daşıyır. Həmin səfərdən sonra Rusiya rəsmilərinin bu qəbildən olan ifadələri dəfələrlə bədxahlarımızın yuxusunu qaçırmışdı. Xüsusən, Kremlin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində nümayiş etdirdiyi fəallaşma, bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağda girov götürülmüş azərbaycanlıların taleyi barədə dediyi fikirlər Moskva- Bakı münasibətlərindəki qarşılıqlı inam və etimadın göstəricilərindəndir.

Ancaq Azərbaycanın xarici siyasətdəki uğurları təkcə Bakı - Moskva münasibətlərinin yüksələn xətlə inkişaf etməsiylə bitmir.  Bununla yanaşı, Bakı - Vaşinqton münasibətlərindəki dostluq və tərəfdaşlıq əlaqələri də ildən-ilə   yaxşılaşır. Həmin faktı bu günlərdə Bakının qonağı olmuş  ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nuland fevralın 17-də Bakıda keçirdiyi mətbuat konfransında  bu şəkildə dilə gətirmişdi:  “ABŞ Azərbaycanla 20 ildən artıq tarixə malik əməkdaşlığı yüksək qiymətləndirir. Rəsmi Vaşinqton ötən illər ərzində qurulmuş güclü əlaqələri davam etdirmək istəyir”.

Xanım Nuland  sanki bu dostluğu gözü götürməyənlərə mesaj göndərirmiş kimi demişdir: “Ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat-enerjidemokratiya sahələri üzrə əməkdaşlıq mövcuddur. Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstanda və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq. Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin, Avropa  Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də Azərbaycana gəlib. Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin gücləndirilməsi sahəsində müzakirələr aparılır”.

Vaşinqton təmsilçisinin Bakıda keçirdiyi mətbuat konfransında qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində görülən işlər çox yaxşı səviyyədədir. Biz əlavə işlər görməyə, layihələr həyata keçirməyə  çalışırıq. Ölkələrimizin birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. Hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması istiqamətində birgə çalışırıq. Bu, yalnız Azərbaycan deyil, eyni zamanda, Avropada indiyə qədər yalnız bir mənbədən asılı olan bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir”.

Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə münasibət bildirən ABŞ diplomatı  qeyd edib ki, Ermənistan humanitar jest olaraq girovları geri qaytarmalıdır. Viktoriya Nuland girovların azad edilməsi məsələsini Ermənistana səfəri zamanı da qaldıracağını bildirib. Yəni, Kreml kimi, Ev də Azərbaycanın problemlərinə biganə qalmır. Bu isə ekspertlərin fikrincə, ilk növbədə, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir.

Politoloq, siyasətçi və konfliktoloqlar bu fikirdədirlər ki,  rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq, beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Bu il fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda  keçirilmiş panel müzakirəsində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Ukraynadakı faciəvi vəziyyətin uzun illər davam edən digər münaqişələrə də diqqəti yönəltdiyini  dilə gətirmişdi: “Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilibbiz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb”.

Xarici ekspertlər Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakına münasibət bildirərkən daha çox iki məqamı yada salırlar. Birinci məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll ediləcəyi təqdirdə Ermənistan iqtisadiyyatının da dirçələcəyini vəd edir. İkinci məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev Avropada NATO təmsilçiləri ilə eyni masa arxasında əyləşərək çıxış etdiyi məqamda da dilə gətirir ki, Rusiya bizim dostumuzdurbu dövlətin subyektləri ilə sıx əlaqələrimiz vardır. Bu isə o deməkdir ki, Azərbaycan rəhbərliyi də, diplomatiyamız da hamı ilə münasibətlərdə səmimidir, açıq xətt götürürheç kimdən heç nəyi gizlətmir.

Dövlət başçımız demişdir: “Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox görəcəklər. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsasülh bərqərar edilərsə bu, bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə də, əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz çoxlu işlər görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz regional əməkdaşlığın və Cənubi Qafqazda əməkdaşlığa necə nail olmağın çox yaxşı nümunəsidir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi öz həllini taparsa, o zaman Ermənistan enerji, təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi kimi layihələrimizə qoşula bilər. Ümid edirik ki, Rusiya hökumətinin də eyni maraqları var. Çünki hər bir ölkə öz sərhədləri xaricində sülhdostluq mühitinin olmasında maraqlı olmalıdır. Buna görə də hesab edirəm ki, münaqişənin həlli yolunun tezliklə tapılması çox vacibdir. Çünki süni gərginliklərin olması siyasətinin istənilən qonşuya fayda verməsini düşünmürəm. Qonşu sabitlikdə maraqlı olmalıdır, regionda sabitlik isə sizin ölkənizdə və bölgənizdə sabitlik deməkdir. Rusiyanın bir hissəsi Qafqazdır və Qafqaz da böyük bir yerdir. Burada üç ölkə var, lakin eyni zamanda, Rusiyada çoxlu muxtariyyətlər mövcuddur və Azərbaycan ilə Rusiya Federasiyanın Qafqazdakı respublikaları arasında güclü mədəni əlaqələr var”.

Əlbəttə,  bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biri də işğalçı Ermənistanın qatil rəhbərliyinin beynəlxalq miqyasda ifşasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev Münxendə də bu istiqamətdə kifayət qədər uğurlu addımlar atmağa nail oldu: “Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf - həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonrabaş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir.

Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu”.

Gənc müstəqil respublikamızın  xarici siyasəti barədə qələmə aldığımız bu qısa yazını məhz dövlət başçımızın Münxendən İrəvana səsləndirdiyi çağırışla yekunlaşdırmaq istəyirik. Çünki həmin çağrışda bugünkü Azərbaycan diplomatiyasının qətiyyəti və məsuliyyəti ifadə olunmuşdur: “Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 19 fevral.- S.1.