Nizami rayonu: 2014-cü ilin sosial

-iqtisadi göstəriciləri uğurludur

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri düzdülər. Sonra “Sənaye ili” çərçivəsində rayonun sənaye inkişafını əks etdirən, ayrı-ayrı müəssisələrinin istehsalı olan məhsullardan ibarət sərgiyə baxış keçirildi.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. Hesabat yığıncağı Nizami rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafını əks etdirən filmin nümayişi ilə davam etdirildi. Rayonda həyata keçirilmiş geniş miqyaslı abadlıq-quruculuq işlərindən, Prezident İlham Əliyevin rayon ərazisindəki açılış və təməlqoyma mərasimlərindəki iştirakından bəhs edən film yığıncaq iştirakçılarının dərin marağına səbəb oldu. Belə ki, kadrlardan da aydın olduğu kimi, ötən il yeniləşən paytaxtımızın gözəl guşələrindən birinə çevrilmiş Nizami rayonunda abadlıq-quruculuq işləri bir qədər də sürətlənmiş, sakinlərin firavan həyatının təminatına hesablanmış mühüm tədbirlər reallaşdırılmışdır.

2014-cü ildə ölkəmizin ümumi inkişafına mühüm töhfələr vermiş Nizami rayonunun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, rayon üzrə ümumi məhsul buraxılışının həcmi 4 milyard  477,7 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 13 faiz çoxdur. İl ərzində rayonun sənaye müəssisələri tərəfindən 476,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu isə 2013-cü illə müqayisədə 4,2 faiz artıqdır. Ötən il rayon üzrə istehsal olunmuş ümumi sənaye məhsulunun 298,1 milyon manatlığı və ya 62,4 faizi dövlət sektorunun payına düşmüşdür. Bütövlükdə isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Sənaye ilielan edilmiş 2014-cü il rayonun sənaye müəssisələri üçün son dərəcə uğurlu olmuş, ayrı-ayrı istehsal sahələrində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmişdir.

2014-cü ildə rayonun tikinti təşkilatları öz gücləri ilə 444,5 milyon manat podrat işləri həyata keçirmişlər. İl ərzində rayon iqtisadiyytının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 234,4 milyon manat həcmində investisiya yönəldilmiş, bu sahədə 1,6 faizlik artıma nail olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 213,1 milyon manatı və ya 90,4 faizi dövlət, 21,3 milyon manatı və ya 9,1 faizi qeyri dövlət müəssisələrinin payına düşmüşdür. Ötən il rayon üzrə istifadə edilmiş investisiyaların 181,7 milyon manatı və ya 77,5 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 84,3 faiz çoxdur. Hesabat ilində rayon üzrə bütün maliyyə mənbələri hesabına 40 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. Ötən il rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 10,6 faiz artaraq 1 milyard 870,8 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 23,4 faiz çoxalaraq 531,3 milyon manata çatmışdır. 2014-cü ildə Nizami rayonu üzrə 292,4 milyon manatlıq rabitə və 89,7 milyon manatlıq  nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 25 faiz  17,9 faiz artıqdır.

Son illər bütün ölkədə olduğu kimi, Nizami rayonunda da məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, ötən il rayonda 2763 yeni yeri yaradılmışdır ki, bunun da 842-si yeni açılmış müəssisə və təşkilatların, 232-si mövcud müəssisə və təşkilatların, 1689-u isə fiziki şəxslərin payına düşmüşdür. Bütövlükdə isə son on ildə Nizami rayonunda 23609 yeni yeri açılmışdır ki, onun da 23512-si daimi yerləridir.

Hazırda Nizami rayonu paytaxtımızın ən abad, ən yaraşıqlı guşələrindən birinə çevrilmişdir. Bu, rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, rayon ərazisində reallaşdırılan abadlıq-quruculuq tədbirləri dövlət başçısı İlham Əliyevin daimi diqqət mərkəzində olduğu üçün bu işlər xüsusi zövqlə aparılır. Ötən il Prezident İlham Əliyev yeddi dəfə Nizami rayonuna gəlmiş, bir sıra obyektlərin açılışında iştirak etmişrayonda aparılan abadlıq işləri ilə yaxından tanış olmuşdur.

Məlum olduğu kimi, hazırda ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Bunun da real nəticələri getdikcə aydın hiss olunur. Bu vacib məsələ Nizami rayonunda da diqqət mərkəzində saxlanılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir. 2014-cü ildə rayonun elektrik enerjisi, qaz, içməli suistilik təchizatı sahələrində həyata keçirilən tədbirlər bu sahədə xidmətin səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Bununla yanaşı, hesabat ili rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olmuş, bu sahədə yüksək uğurlar əldə olunmuşdur.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova, İqbal Məmmədov, Rasim Musabəyov, Rüfət Quliyev, eləcə də Xəzər Universiteti qəyyumlar şurasının sədri Hamlet İsaxanlı  2014-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosialiqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək hesabat ilində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlarından, əldə olunmuş nailiyyətlərdən bəhs etdi, il ərzində Nizami rayonunda görülən işləri yüksək qiymətləndirdi.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 2015-ci ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Sonra Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyiNizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək son illər ölkəmizdə mətbuata göstərilən dövlət qayğısından ətraflı bəhs etdi.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2015.- 19 fevral.- S.5.