Lerik: ildən-ilə, uğurdan-uğura

 

Ölkəmizin cənubunda dağların tacı sayılan Lerik ilin hər fəslində heyranlıq doğurur. Elə bu soyuq qış günlərində də gözəlliklər diyarının bəyaz mənzərələri könülləri isti duyğulara kökləyir. Ormanların qış nağılı yaşından asılı olmayaraq hər kəsi cazibəsinə salır. Zirvələrin qaşı göz qamaşdırır.

 

Lerikin bir özəlliyi də budur ki, burada ötən hər il həyatın müxtəlif sahələrində qazanılan uğurlarla əlmətdar olur. Yola saldığımız 2014-cü ilbu baxımdan istisna deyil. Rayonda çox işlər görülüb, əlbəttə, hələ həyata keçiriləsi vacib tədbirlər də var. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov bizimlə söhbətində elə bu məsələlərə güzgü tutdu. O, dövlət qayğısı sayəsində əldə olunmuş nailiyyətləri şərh etdi və qarşıda duran vəzifələri diqqətə çatdırdı.   

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil daxilixarici siyasət nəticəsində son 11 ildə dövlətimiz uğurlu inkişaf yolu keçmiş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə həm iqtisadi, həm də ictimai-siyasi sabitlik qorunmuşdur. 2014-cü ildə də ölkəmiz sürətli inkişaf tempini saxlaya bilmiş, mühüm iqtisadisosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı demişdir: “Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdirbizim bütün proqramlarımızın uğurla icrasıdır”.

Aparılan uğurlu siyasətin nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür.

Respublikada aparılan ardıcıl, uğurlu islahatlar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Lerikin siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyat sahələrində uğurlara imza atılmışdır.

Rayonumuz əsasən dağlıq relyefdə yerləşdiyindən əhalinin əsas məşğuliyyəti və gəlir əldə etdiyi sahə kənd təsərrüfatıdır. 2014-cü ildə rayonun kəndli, fermer və şəxsi təsərrüfatlarında payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərlə yanaşı kartof, tərəvəz və digər bitkiçilik məhsulları da yetişdirilmişdir. 1332 hektar sahədən 2427 ton taxıl, keçən ilə nisbətən 368 ton az (əkin sahəsi keçən ilə nisbətən 213 hektar az olmuşdur), 1291 hektar sahədən 17403 ton kartof, 376 ton çox, 420,2 hektar meyvə bağından 6304 ton meyvə, 1066,4 ton az (ilin quraqlıq keçməsi səbəbindən),  295 hektar sahədən 3967,7 ton tərəvəz, 14 ton çox məhsul əldə edilmişdir.

Payızlıq əkinlər üçün 1244 hektar sahədə herik şumu qaldırılmış, 1196 hektar sahədə əkin işləri aparılmışdır.   Yeni cins mal-qaranın yetişdirilməsi ilə əlaqədar alınmış toxumlar hesabına 2014-cü ildə 352 baş heyvanda süni mayalanma aparılmış, 126 baş sağlam buzov əldə edilmişdir. İribuynuzlu mal-qaranın sayı 37929 baş, keçən ilin müvafiq dövrünə nisbətən 130 baş çox, qoyun və keçilərin sayı 132132 baş (244 baş çox) olmuşdur. Təsərrüfatlarda diri çəkidə 4915,2 ton ət, 15194,2 ton süd, 4435 min ədəd yumurta, 228 ton yun  istehsal edilmişdir. 

2014-cü ilin 12 ayı ərzində bütün maliyyə mənbələri hesabına tikinti komplekslərində 17499,7 min manat məbləğində və yaxud 2013-cü ilin müvafiq dövründən 5761,3 min manat çox təmir-tikinti işləri həyata keçirilmişdir.

Rabitə xidməti genişləndirilmiş, internet şəbəkəsi sürətləndirilmişdir.    Peştətük kəndində 64 nömrəlik EATS tikilib istifadəyə verilmiş, AlmuMistan kəndlərində isə hər bir 64 nömrəlik iki EATS  quraşdırılır. 

Rayonda işləyənlərin orta aylıq nominal əmək haqları 278,5 manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən çoxdur. Muzdla işləyənlərin orta aylıq əmək haqları isə 2013-cü ilə nisbətən 10 faiz artmışdır.

  Əhalinin sağlamlığını qorumaq məqsədilə ardıcıl tədbirlər görülür. İl ərzində rayon mərkəzi xəstəxanasının səyyar həkim briqadaları Bibiyanı, Hamarat, Vizəzəmin, Nuravud, Blaband, Tülü-Conu, Siyov kəndlərində olmuş, mərkəzi xəstəxanaya müraciət edə bilməyən 289 nəfər xroniki xəstəni müayinədən keçirərək onlara lazımi tibbi yardım göstərmiş, tövsiyələr vermişlər.

Rayonun ümumtəhsil məktəblərində, məktəbəqədər müəssisələrdə maddi-texniki baza yaxşılaşdırılmış, təhsilin səviyyəsində də uğurlar müşahidə olunmuşdur.    Son 11 ildə rayonda 50-yə yaxın məktəb, 3 uşaq bağçası inşa edilmiş, onlarla məktəb və uşaq bağçaları əsaslı təmir edilmişdir. Hesabat ilində 180 şagird yerlik Vizəzəmin və Nücü kənd tam orta məktəbləri inşa edilmiş, Lerik şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü, akt zalı, Mastail kənd tam orta məktəbi isə bütünlüklə əsaslı təmir edilərək istifadəyə verilmişdir.  180 şagird yerlik Pirasora, Boykəndil, Anbu kənd tam orta və Əvilə kənd ümumi orta məktəblərinin, Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına Lerik şəhərində 100 uşaq yerlik, ikimərtəbəli uşaq bağçasının tikintisində tamamlama işləri görülür. Hazırda rayon üzrə elmlər namizədlərinin sayı 17, ali təhsilli mütəxəssislərin sayı 2948, orta ixtisas təhsilli mütəxəssislərin sayı isə 3054 nəfərdir. Lakin təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə kadrlara ciddi ehtiyac var.   Son illər rayonumuzda turizm-istirahət mərkəzlərinin, şadlıq saraylarının, iaşə obyektlərinin artmasını nəzərə alaraq peşə məktəbində bu sahələr üzrə mütəxəssislərin hazırlanması vacib məsələdir.

Heydər Əliyev Mərkəzində il ərzində 85 tədbir keçirilmiş, 3658 nəfər ziyarətçi olmuşdur. 18 gənc cütlük bu müqəddəs məkanda nikah bağlamışdır. Keçən ilin fevral-may ayları ərzində ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrədilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin 479 nəfər 11-ci sinif şagirdi mərkəzdə keçirilən tarix dərslərinə cəlb edilmişdir. Gənc nəslin tərbiyəsində bunların önəmi böyükdür.   Hesabat ilində ən yadda qalan tədbirlərdən biri Mədəniyyət və Turizm NazirliyiLerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrdaRelax” turizm-istirahət mərkəzində keçirilən uzunömürlülərin yaradıcılıq festivalı olub. Məqsəd rayonumuzun möcüzəli diyar kimi təbliği, ahıl insanların yaradıcılıq potensialının göstərilməsi, regionlararası mədəniyyət mübadiləsi idi. Festivalda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllının folklor kollektivləri, xalq tətbiqi sənəti biliciləri, respublikanın mədəniyyət və incəsənət ustaları iştirak edirdi. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatları  festivala qatılan 150 nəfərə yaxın uzunömürlü ilə görüşüb söhbət etmiş, onların problemləri ilə maraqlanmışlar. Festival çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Milli Kulinariya Mərkəzinin birgə təşkil etdikləri plov müsabiqəsi keçirilmiş, tədbir unudulmaz təsir bağışlamışdır.

Cənab Prezidentin təşəbbüsü ilə hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları, dünyanın nüfuzlu ictimai xadimləri, elm adamlarının bir qrupu hesabat ilində də rayonumuzda olmuş, Tarix-Diyarşünaslıq, “Uzunömürlülər” muzeyi və “Xəlifə Zəkəriyyə” türbəsi ilə, milli mətbəximizlə tanış olmuşlar. Qonaqlara rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, tikinti-quruculuq işləri, turizm potensialı haqqında məlumatlar verilmişdir.

Rayon ərazisinin 37 faizini meşə sahələri  təşkil edir. Ekoloji tarazlığı qorumaq üçün hesabat ilində 19 hektar sahədə meşə səpini, 51 hektar sahədə isə ağac əkini aparılmışdır. Bundan başqa, meşə sahələrindən 112 min ədəd ting çıxarılaraq respublikanın ayrı-ayrı rayonlarına verilmiş, tinglərin bir hissəsi Lənkəran-Lerik avtomobil yolunun və kəndara avtomobil yollarının kənarlarında, boş meşə sahələrində əkilmişdir. “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində iməcilik yolu ilə 450 ədəd  müxtəlif növ ağac əkilmişdir. Eyni zamanda, yaşıllaşdırma aksiyası çərçivəsində meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi tərəfindən dövlət meşə fondu torpaqlarında, meşəbəylik dolaylarında akasiya, qoz, ağcaqayın, göyrüş, katolba cinsindən 15 min ağac əkilmişdir.  Rayon elektrik şəbəkəsi fasiləsiz işıq təminatına nail olmağa   çalışmış dır. Lakin bu sahədə müəyyən çətinliklər qalır. Lerik şəhəri daxil olmaqla 38 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Biz inanırıq ki, III Dövlət Proqramında nəzərdə tutulduğu kimi, qısa müddətdə rayonumuzun bütün yaşayış məntəqələri qazlaşdırılacaq. Qazlaşma təkcə məişətimizin yenilənməsi, rahatlıq deyil, həm də ekoloji tarazlığın bərpası, meşələrin qorunmasıdır. Son illər içməli su sarıdan korluq çəkən bir neçə kənddə bu müşkül həll edilmiş, artezian quyuları qazılmışdır. Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Dünya Bankının maliyyə dəstəyi ilə podratçı tərəfindən Qosmalian-Lerik və şəhərdaxili su xətləri çəkilmiş, bir neçə məhəllədə su anbarları inşa edilmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması  rayonumuzda razılıq doğurmuşdur. Biz bu il torpaqlardan təyinatı üzrə xeyli səmərəli istifadə etməli, əkin sahələrini daha da  genişləndirilməli, heyvandarlığı inkişaf etdirməliyik.  “Sənaye ili”ndə Piran kəndində açılan broyler fabrikinin məhsulları “Lebro” əmtəə nişanı ilə satışa çıxarılmışdır. Peştətük kəndində fəaliyyətə başlayan çörək zavodunun istehsalı daha da artırılmışdır. Lerik şəhərində çörək zavodunun, mebel sexinin, Peştətük kəndində şirə sexinin tikintisində işlər sürətlə davam etdirilir. 2014-cü ildə rayonda aparılan tikinti abadlıq işlərində, sahibkarlıq subyektlərində, digər sahələrdə 329-u daimi olmaqla 575 nəfər işlə təmin edilmişdir. Ümumilikdə isə dövlət proqramlarının icrası ilə bağlı rayonumuzda bu günə kimi 9599 yeni yeri açılmışdır. Hesabat ilində Lerik şəhərində və ərazilərimizdə tikinti-quruculuq işləri davam etdirilib. Lerik şəhərində “Azersellekspress ofisi,  Vistən və Orand kəndlərində tibb məntəqələri inşa olunub. Şəhər uşaq bağçasının əsaslı təmiri başa çatıb.

Abadlıq işləri genişlənmişdir. Hesabat ilində rayon ərazisində, əsasən Lerik şəhərində xeyli istinad divarı bərpa olunmuş, ağlay plitələri ilə üzlənmiş, səkilərə tamet döşənmişdir. Şəhərin küçə və yollarında 22,8 min  kvadratmetr asfalt salınmış, yeni müasir işıqlanma sistemləri qurulmaqla yüzədək  müasir estetik görkəmli elektrik dirəyi küçə və meydanlarda yerləşdirilmişdir. C.Cabbarlı, İ.Yaqubov, H.Heydər, V.Müslümov küçələrində işıqlandırma sistemi bərpa edilmişdir. 4 kommunal və 6 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilmiş, kommunal binalarda təmir işləri aparılmışdır. Daxili imkanlar hesabına XV-XVI əsrə aid “Xəlifə Zəkəriyyə” türbəsinin, LerikNoda kənd qəbiristanlıqlarının ətrafı abadlaşdırılmış, ərazi milli ornamentlərlə bəzədilmiş hasara alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binalarında təmir-bərpa işləri aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonda yeni yaradılacaq kənd təsərrüfatı idarəsi üçün inzibati idarə binası inşasına başlanmışdır.  Heç bir yol infrastrukturuna malik olmayan rayonumuzda bu sahədə inqilabi dəyişikliklər baş vermişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolunun tikintisi başa çatdırılmış, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə start verilmişdir. Bu yolun 18 kilometri asfaltlaşdırılıb, qalan   hissəsində isə tikinti sürətlə davam etdirilir. Rayon büdcəsinin vəsaiti hesabına da şəhərin küçələrində və kəndlərarası yollarda asfalt işləri həyata keçirilmişdir.  İl ərzində rayonun bütün inzibati ərazi dairələrində idarə, təşkilat və müəssisələrin rəhbərləri ilə birlikdə səyyar qəbul və görüşlər keçirmişik. Ərazilərdə 501nəfər qəbul edilmişdir. Müraciətlərin bir çoxu yerində həll edilmişya həll edilməsi üçün tapşırıqlar verilmiş, digər məsələlər barədə yuxarı dövlət orqanları qarşısında vəsadət qaldırılmışdır.

Bundan başqa, rayon icra hakimiyyəti və beş ərazi icra nümayəndəliyində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzləri vasitəsilə 26 vətəndaş rayon mərkəzinə gəlmədən onlayın qəbul edilmiş, rayon icra hakimiyyətinin internet saytı vasitəsi ilə müraciət etmiş 24 nəfərin 39 sorğusuna elektron qaydada müvafiq cavab verilmişdir.

Əminliklə qeyd etmək istəyirəm ki, cənab Prezidentin hər bir vətəndaşın yaxşı yaşaması və işləməsi üçün verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin 10 yanvar 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək və Lerik rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edəcəyik.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 20 fevral.- S.6.