Masallı: hər ilin tarixdə öz izi qalır

 

Ötən təqvim ili Masallı rayonu üçün özünəməxsus uğur hekayələri ilə zəngin olub. Əksər   sahələrdə  mühüm nailiyyətlərə imza atılıb. İllik hesabat tədbirində tərəqqi yürüşünün bu il eyni vüsətlə davam etdirilməsi əzmi ifadə edilib.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Masallı şəhər Mədəniyyət Mərkəzində təşkil olunan sərgi ilə tanış oldular 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə baxdılar.

Hesabat yığıncağında icra hakimiyyətinin başçısı Rafil Hüseynovun məruzəsi maraqla dinlənildi. O, respublikanın hər yerində olduğu kimi, Masallıda da ardıcıl gerçəkləşdirilən inkişaf proqramının, abadlıq-quruculuq işlərinin geniş icmalını verdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə son üç ildə Masallı rayonunda ümumi uzunluğu 47,5 kilometr olan asfalt yollar çəkilmiş, kəndlərarası yollar təmir edilmişdir.   

Ümumilikdə son üç ildə 11 yeni məktəb binası tikilmiş, 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 uşaq bağçası əsaslı təmir edilib, bir bağçanın inşası başa çatıb, bir bağça binasının tikintisi davam etdirilir. Ötən il üç məktəb əsaslı təmir olunmuş, bir məktəb yenidən tikilmişdir. Hazırda daha 4 məktəb inşa olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən iki uşaq bağçası istifadəyə hazır vəziyyətə gətirilmişdir. Bununla da rayondakı uşaq bağçalarının sayı 18-ə çatacaq. Eyni zamanda, bir kənd uşaq bağçası əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan bir bağça üçünsə yeni bina tikilir.

Üç il ərzində rayonda 9 həkim məntəqəsi tikilmiş, 3 xəstəxananın əsaslı təmirinə başlanmışdır. O cümlədən ötən il Kalinovka kənd Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, müxtəlif ərazilərdə 5 həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır. Hazırda rayon mərkəzi xəstəxanasının əsaslı təmiri Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam etdirilir. Yaxın günlərdə altı kənddə tibb məntəqələrinin tikintisinə başlanacaq.

Prezident sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-diyarşünaslıq muzeyinin uşaq incəsənət məktəbinin tikintisi aparılır. Hesabat ilində rayonda ümumi sahəsi 11 min kvadratmetr olan bayraq meydanının tikintisinə başlanılmışdır. Masallı-Ərkivan yolunda yeni səkilərin, işıqlandırma sistemlərinin qurulması başa çatdırılmış yaşıllıq zolağı salınmışdır. Masallı şəhərində böyük bir layihə - Viləş park-bulvar kompleksinin tikintisinə start verilmişdir. Burada istirahət mərkəzləri, idman meydançaları tikiləcək. Bundan əlavə, şəhərin bir sıra küçələri  abadlaşdırılmışdır.

Eyni zamanda, “ASAN xidmətMərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Masallı rayon inzibati-laboratoriyası üçün binanın, rayonlararası mühafizə bölməsi üçün inzibati binanın tikintisinə başlanmış   bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Ötən il rayon üzrə məhsul istehsalı göstərilən xidmətlərin həcmi 2013-cü illə müqayisədə 2,8 faiz artaraq 456,4 milyon manata çatmışdır. Adambaşına düşən pul gəliri 2122 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı  271,3  manat olmuşdur. Qeyri-neft sektorunun inkişafına göstərilən qayğının nəticəsidir ki, Masallı rayonuna qoyulan investisiyaların həcmi son 10 ildə 13,3 faiz artaraq 35,8 milyon manatı keçmişdir.

Sahibkarlığın inkişafı dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Masallıdan   olan 230 sahibkara ümumilikdə 16,9 milyon manatlıq güzəştli kredit verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci ilKənd təsərrüfatı ilielan olunmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həlli rayonda aqrar sahənin inkişafı ilə bağlı tədbirlər planı hazırlanmış, icrası nəzarətə götürülmüşdür.

2014-cü ildə Masallıda cəmi əkin sahəsinin həcmi 18.266,8 hektar olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi az da olsa, artmışdır. 19307 ton buğda, 7566 ton apra, 29553 ton tərəvəz, 17066 ton kartof, 4552 ton bostan məhsulu istehsal edilmişdir. 2015-ci ilin əvvəlinə rayonda qaramal 73.668 başa, davarlar isə 84.805 başa çatdırılıb. Ötən il süd istehsalı 48.960 tona, ət istehsalı 5.739 tona, yumurta istehsalı 55,9 milyona çatmışdır. Bakıda keçirilən satış-yarmarkaya xeyli miqdarda ekoloji təmiz məhsul göndərilmişdir.

R.Hüseynov sonra bildirdi ki, Masallı respublikanın ən sıx əhali yaşayan az torpağı olan rayonlarından sayılsa da, burada 10 min hektara qədər əkin sahəsi istifadəsizdir. Torpaqdan düzgün səmərəli istifadə üçün bu il ciddi tədbirlər görüləcək. Rayonda daha çox əmək tutumu olan   daha çox gəlir götürmək mümkün olan sahələrin, o cümlədən istixana təsərrüfatlarının yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayacar. 

Çayçılığın inkişafı məqsədilə 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan plantasiya salınması üçün hazırlıq işlərinə başlanmışdır. Yaxın gələcəkdə bu gəlirli sahə ən azı 1400 hektara çatdırıla bilər. Həmçinin soyuducu anbarların, topdan pərakəndə satış-ekspozisiya bazarının, ilkin emal müəssisəsinin tikilməsi zərurəti yaranmışdır. Eyni zamanda, Masallıda Yaşıl marketin tikintisi üçün sahə ayrılmışdır.

Məruzəçi daha sonra  işıq, qaz təchizatından danışdı, görülən konkret işləri xatırladı.   Müasir rabitənin artan imkanları, yeni ATS-lərin tikintisi və kəndlərin sürətli internet xəttilə təminatı barədə məlumat verdi. Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına başlandığını qeyd etdi. 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlandığını söylədi. Kommunal təsərrüfatı birliyində struktur dəyişikliyi edildiyiniyeni xidmət sahələri yaradıldığını diqqətə çatdırdı. Bundan əlavə, Yaponiya səfirliyi ilə yaradılmış işgüzar münasibətlərin nəticəsində yaxın günlərdə Masallıda zibil emalı müəssisəsinin tikintisinə başlanacağını bildirdi.

 Rayonun ictimai-mədəni yüksəlişi də göz önündədir. Son üç ildə Masallıda yüksək səviyyədə Beynəlxalq Folklor Festivalı təşkil olunub. Festivalda iştirak etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bu ilin avqustunda sayca 4-cü festivalın keçirilməsi nəzərdə tutulur. Ötən il Masallıda turizmaqrar sahə mütəxəssisləri hazırlayan dövlət regional kolleci açılmışdır. Bu il fevralın 10-da Bakıda keçirilən Masallı mədəniyyət günlərində rayon geniş təmsil olunub. Bundan başqa, Masallı şəhəri ilə Türkiyə Respublikasının Sandıqlı bələdiyyəsi arasında “Qardaşlıq sazişi” imzalanmışdır. Belə əlaqələr rayonda turizmin inkişafına müsbət təsir göstərəcək. Yeri gəlmişkən, hesabat dövrü ərzində rayona 22354 turist səyahət edib. Bu il Qəriblər və Qodman kəndləri arasında Turizm şəhərciyinin salınması ən böyük layihələrdəndir.

Məruzə ətrafında müzakirələr yetərincə işgüzar səpkidə keçdi. Görülən işlər təqdir olundu, qarşıdakı dövr üçün konkret vəzifələr müəyyənləşdirildi.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkilləri Elmira Axundova və Nəriman Əliyev də çıxış edərək rayonda görülmüş işləri yüksək qiymətləndirdilər, 2015-ci ilinrayon üçün uğurlu olacağına inam hisslərini ifadə etdilər.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Həmçinin rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 22 fevral.- S.6.