Bərdədə sahibkarlığın inkişafı

diqqət mərkəzindədir

 

Söhbət burada yaradılmış Aqro-Sənaye Parkının fəaliyyətindən gedir

 

Bərdə — Ağcabədi yolunun sol tərəfində, Mehdili kəndinin yaxınlığında yaşıllıqlar içərisinə qərq olmuş binalar uzaqdan diqqəti cəlb edir. Əslində bu binalar, yaşıllıq, su, elektrik, qaz, yol, bir sözlə, bütün infrastruktur son illər gözlərimiz qarşısında tikilib, qurulub, yaradılıb. Bəli, Bərdə Aqrar-Sənaye Parkı burada yerləşir.

Aqrar-Sənaye Parkının fəaliyyəti ilə tanışlığa hardan və nədən başlamaq o qədər də asan deyil. Məsələ burasındadır ki, buradakı ayrı-ayrı kompleksləri gəzmək, yaradılmış şəraitlə yaxından tanış olmaq üçün bəlkə də saatlarla vaxt  lazımdır. Hər kompleks adama ayrıca bir təsərrüfat təsiri bağışlayır. Yeri gəlmişkən, ayrı-ayrı komplekslərin adlarını  sadalamaq yerinə düşərdi: kənd  təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu, anbar, yem zavodu, südçülük kompleksi, ətlik kompleksi  s.

Onu da  deyək ki, Bərdə Aqrar-Sənaye Parkının əsası 2011-ci ildə  qoyulmuşdur. Əvvəllər tamamilə istifadəsiz, boş sahə idi. İndi isə göründüyü kimi, burada böyük  komplekslər, müasir,  nümunəvi bir təsərrüfat yaradılmışdır.

Öyrəndik ki, Bərdə Aqrar-Sənaye Parkında gün ərzində 30 ton süd istehsal olunur. Parkın illik ət istehsalı isə 400 tondur.  Əlbəttə, bu göstəricilər hələlik ilk nəticələrdir. Nəzərdə tutulur ki, yaxın illərdə ümumi məhsul istehsalı iki dəfə artırılsın.

Aqrar — Sənaye Parkı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına yaradılmışdır. Almaniyadan, Fransadan, Meksikadan, Avstriyadan gətirilmiş  mal-qara,  hər şeydən əvvəl, öz məhsuldarlığı və südünün keyfiyyəti ilə fərqlənir. Digər mühüm cəhət isə ondan  ibarətdir ki,  xarici ölkələrdən gətirilmiş  mal-qara yerli torpaqiqlim şəraitinə çox tez uyğunlaşıb.

Aqrar-Sənaye Parkının direktoru  Vahid Rzayevlə çoxdan tanışıq. Əvvəllər müxtəlif rəhbər vəzifələrdə çalışıb.   Təşəbbuskar,  daim yenilik hissilə yaşayan,  təcrübəli insandır. Əsas  cəhət odur ki, təkcə uzun illər  qabaqcıl təsərrüfat rəhbəri kimi  qazandığı zəngin təcrübə ilə kifayətlənmir. Dünya iqtisadi proseslərindən yaxşı baş çıxarır, tez-tez  xarici ölkələrə işgüzar səfərlərə gedir. İlk sualımız da elə bu barədə oldu:

— Hər halda, oxucular üçün nəinki regionda, hətta respublikamızda analoqu olmayan belə bir parkın yaranması maraqlıdır. Ona görə də yaxşı olar ki,  keçilmiş yola qısa da olsa  nəzər saldıq...

— Ən əvvəl onu qeyd edək ki, Bərdə Aqrar-Sənaye Parkı regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramının böyük  uğurla həyata keçirilməsinin real bəhrəsidir. Digər tərəfdən, biz belə bir çətin, məsuliyyətli işə başlayarkən ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət  və qayğısına, azad sahibkarlığın daha sürətli inkişafına yaratdığı əlverişli  şəraitə arxalanırdıq. Elə ona  görə də  nəzərdə tutulan tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirildi.

Düzdür, işlərin böyük bir hissəsi görülüb başa çatdırılmışdır. Ancaq gələcək illər üçünkonkret tədbirlərimiz var  biz hazırda həmin işlərin icrasına başlamışıq.

İstifadəyə verilmiş  komplekslərdə 200 nəfər daimi işlə təmin olunmuşdur. Onu da  əlavə  edim ki,  burada çalışmaq  müvafiq ixtisas  təhsili,  zəngin təcrübə  müasir  iqtisadi  münasibətlərdən  baş çıxarmağı, iqtisadi  təhlillər aparmağı tələb edir. Ona görə də  mütəxəssislərin  işə  qəbul  edilməsi əslində  bir neçə  mərhələdən keçir.

Bu gün Azərbaycanda sahibkarlığın  inkişafı  elə bir  həddə çatıb ki, faydalı görmək  istəyən  adam  heç bir çətinliklə,  süni maneə    əngəllə  rastlaşmır. Baxın, Bərdənin bir kəndində qurduğumuz,  yaratdığımız  müəssisənin  səsi-sorağı  bu gün  xarici ölkələrdən gəlir.  Müvafiq  müqavilələr, təcrübə mübadiləsi,  qarşılıqlı səfərlər  isə sözsüz ki, işimizi yenidən qurmağa, müasir  idarəetmə    texnologiyadan  daha  səmərəli  istifadə etməyə  kömək edir.

Məlum  olduğu  kimi,  ölkə   Prezidentinin  tapşırığına  əsasən, 2015-ci  il “Kənd  təsərrüfatı  ilielan  olunmuşdur. Bu,  əlbəttə,  aqrar sektorun işçilərinə göstərilən böyük  etimadla yanaşı,  həm    yüksək  məsuliyyət deməkdir. Mən yeri  gəlmişkən, kənd  təsərrüfatı  işçiləri adından  Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyevə  öz  hədsiz təşəkkür    minnətdarlığımı bildirir,  bu  diqqət    qayğıya əməli işlə  cavab vermək  üçün  bütün qüvvə  və səylərimizi əsirgəməyəcəyimizi  deyirəm.

Biz burada əsasən Aqrar-Sənaye Parkının fəaliyyəti  üzərində  dayandıq.  Əlavə  edək ki, ümumiyyətlə,  son illər Bərdədə sahibkarlığın sürətli  inkişaf etdirilməsi  üçün əlverişli  şərait yaradılmış,  bütün  qüvvə və  səylər bu istiqamətə yönəldilmişdir. Nəticə isə göz qabağındadır. Bu gün rayonda istehsal olunan kənd  təsərrüfatı    sənaye  məhsulları  demək olar ki, bütünlüklə  özəl sektorun  payına düşür.

Dövlət  tərəfindən göstərilən  diqqət və   qayğının  artması,  yeni iqtisadi  münasibətlərin formalaşması,  infrastrukturun  inkişaf  etdirilməsi, bax, belə  uğurlu  nəticələrə  gətirib çıxarmışdır. Təkcə belə bir faktı göstərək ki, ötən il   sahibkarlıq fəaliyyəti  ilə məşğul olanların sayı 3,3 faiz  artaraq 9 min  nəfərə çatmışdır.

Sahibkarlığın inkişafında iri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəllələrinin təşkil edilməsi  prioritet  istiqamət təşkil  edir. Mehdili kəndindəki yeni yem istehsalı müəssisəsi, Mirzalıbəyli  kəndindəki yeni  heyvandarlıq kompleksi buna misaldır.

Kredit təşkilatları tərəfindən 2014-cü il ərzində 494  layihə  üzrə  sahibkarlara 14,8  milyon  manat  güzəştli  kredit  verilmişdir. Bu  layihələrin  həyata keçirilməsi  nəticəsində 624  yeni yeri yaradılmışdır.

Güzəştli  kreditlər  əsasında rayonda müasir texnologiyaların  tətbiqinə  əsaslanan  5  min  tonluq  laqostik mərkəz, 20  min tonluq  2 taxıl  anbarı, illik  istehal gücü 20,5 min ton  süd və 1,2 min ton ət olan 4700 başlıq 4 heyvandarlıq  kompleksi, illik istehsal gücü 1,6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik istehsal gücü 5 min ton olan süd emalı  müəssisəsi, 82 hektar ərazidə bağçılıq təsərrüfatı, gündəlik  istehsal gücü 38,6  ton olan  çörək  istehsalı müəssisəsi, gündəlik  istehsal  gücü 1,1 ton olan şirniyyat  istehsalı  müəssisəsi, illik  istehsal  gücü 5,4  min ton olan ət emalı müəssisəsi, illik  istehsal gücü 46 min ton olan qüvvəli yem istehsal müssisəsi yaradılmışdır. Hazırda əhalinin ərzaq məhsulları  ilə  təminatında bu müəssisələr əhəmiyyətli rol oynayır.

Həyata  keçirilmiş  kompleks tədbirlər nəticəsində  Dövlət proqramları  qəbul olunandan indiyədək 25574 yeni yeri açılmışdır ki, bunun  da 12773-ü  daimidir.

Bəli, Bərdədə iqtisadi, sosial və mədəni sahədə olduğu kimi, sahibkarlığın inkişafı, müasir infrastrukturun yaradılması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və cəsarətlə tətbiq olunması sahəsində zəngin təcrübə qazanılıb.  Bu təcrübənin öyrənilməsi  geniş yayılması  isə ümumi işimizə,  hər şeydən əvvəl, respublikamızda milli ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, daxili istehsal hesabına əhalinin  əsas  ərzaq məhsulları  ilə etibarlı şəkildə təminatına xidmət edir.

 

Ziyəddin SULTANOV,

Xalq qəzeti”nin

bölgə müxbiri

 

Xalq qəzeti.- 2015.- 2 iyul.- S.7.