I Avropa Oyunları Azərbaycanın
beynəlxalq
nüfuzunu daha da artırdı
İqtisadi araşdırmalar göstərir ki, Olimpiya Oyunları və
ona bərabər tutulan
yarışlar keçirilən ölkələrdə
iqtisadiyyatın açıqlıq dərəcəsi yüksəlir.
Bundan başqa, belə
Oyunlara ev sahibliyi edən dövlətlərin
ixracatını 30 faiz artırır. Bu, böyük
artımdır, mütəxəssislər belə bir artımı hər hansı bir ölkənin Ümümdünya
Ticarət Təşkilatına daxil
olması effektinə bərabər olduğunu
bildirirlər. Bununla yanaşı, müasir iqtisadi metodlar da təsdiq etməyə
imkan verir ki, əsas olan təkcə
Olimpiadanın keçirilməsi deyil.
Əslində, ixracatın artması iqtisadiyyatın açıqlıq səviyyəsinin artırılması kursunun nəticəsidir, Olimpiadanın keçirilməsilə bağlı edilən müraciət isə açıqlıq kursuna sadiq qalmanın ciddi olması barədə ötürülən siqnaldır. İlk Avropa Oyunlarını keçirən Azərbaycan dövləti də iqtisadi həyatında yeni imkanlar yaratmaqla yanaşı, beynəlxalq nüfuzunu da artırmaq şansı əldə etdi və beynəlxalq ictimaiyyət də “Odlar yurdu”nun timsalında dünya xəritəsində parlayan yeni ulduzu gördü.
Sual oluna bilər: Olimpiada nəyə lazımdır? Nədən bütün ölkələrdə
Olimpiadanın keçirilməsi
xalq tərəfindən
dəstəklənir? Belə düşünülür ki,
böyük idman tədbirlərinin keçirilməsi
hər halda iqtisadi cəhətdən sərfəlidir, çünki
ölkəyə marağı
artırır və xarici ticarət üçün yeni perspektivlər yaradır.
Doğrudur, uzun müddət
Olimpiadanın səmərəsi
barədə deyilənlər
ciddi araşdırma mövzusu olmamışdı.
Bu boşluğu 2009-cu ilin
aprel ayında ABŞ-ın Berkli Universitetinin professoru Endryu Rouz və
San-Fransisko Federal Ehtiyat
Bankının mütəxəssisi
Mark Şpiqel Olimpiadanın
keçirilməsi ilə
xarici ticarətin həcmi arasında əlaqənin olmasını
araşdıran məqalə
yazmaqla doldurmuşdular.
Adları sadalanan müəlliflər
1948-ci ildən 2004-cü ilədək
Olimpiadaya iddia edən və Olimpiada keçirmək hüququnu qazanan ölkələrdə xarici
ticarətlə bağlı
geniş məlumatlardan
istifadə etmişdilər.
Maraqlıdır ki, Olimpiadadan
əldə edilən müsbət səmərə
həqiqətən də
böyükdür. Belə ki,
Olimpiadanın keçirilməsi
ölkənin sonrakı
illərdə ixracatını
təqribən 30 faiz artırır. Buna görə də, ixracatın iqtisadi inkişafa göstərdiyi
müsbət təsiri
nəzərə alınarsa,
o zaman bunun Olimpiya oyunlarının keçirilməsinə dair
irəli sürülən
arqumentləri gücləndirdiyini
demək olar.
Mütəxəssislər Endryu Rouz və
Mark Şpiqel tərəfindən
aparılmış araşdırmanın
əhəmiyyətini onunla
izah edirlər ki, onlar Olimpiada
keçirilmiş ölkələrlə
Olimpiada keçirmək
istəyən ölkələri
müqayisə etmişdilər
və əldə edilmiş nəticələr
göstərmişdi ki,
hətta möhtəşəm
idman tədbirini bu və ya
digər səbəblərə
görə keçirmək
imkanından məhrum
olan dövlətlərdə
də ixracat sahəsində artım müşahidə olunmuşdu. Beləliklə, Olimpiada keçirilməsi
öz-özlüyündə iqtisadiyyatın açıqlıq
səmərəliliyinin artmasına
gətirib çıxarır.
Olimpiadanın keçirilməsilə bağlı edilən müraciət ölkənin
dünyaya açıq
olması barədə
vermək istədiyi siqnaldır. Məsələn,
Çin Xalq Respublikasının Ümumdünya
Ticarət Təşkilatına(ÜTT) daxil olmasında 2009-cu ildə Yay Olimpiya Oyunlarının
keçirilməsi böyük
rol oynamışdı.
Əslində, rəsmi Pekinin
ÜTT-yə daxil olması prosesi 2001-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə müraciət etməsindən
sonra başlamışdı.
Eyni sözləri Yaponiya barəsində də demək olar.
1964-cü il Olimpiadasını keçirməklə
eyni zamanda rəsmi Tokio Beynəlxalq Valyuta Fonduna daxil olmuşdu. 1988-ci ildə
Cənubi Koreyada Olimpiadanın keçirilməsindən
sonra ölkə siyasi liberallaşma dövrünə qədəm
qoymuşdu.
Göründüyü kimi, böyük idman yarışlarına ev sahibliyi edilməsi həmin ölkənin ictimai-siyasi həyatında böyük
dəyişikliklərin baş
verməsinə şərait
yaradır. Ölkənin xoş niyyətləri
təkcə Olimpiada keçirilməsilə yekunlaşmır.
Məsələn, futbol üzrə
Avropa və ya Dünya çempionatlarının
keçirilməsi də
iqtisadi və siyasi effekt yaradır.
Azərbaycan da ilk Avropa Oyunlarını keçirməklə, ölkənin
mütərəqqi beynəlxalq
ictimaiyyətin bir hissəsi olduğunu biruzə verdi.
Bundan başqa, belə möhtəşəm
tədbirə ev sahibliyi etməklə Azərbaycan
ölkə iqtisadiyyatının
liberallaşdırlması prosesinin
dönməz xarakter aldığını və
açıqlıq dərəcəsinin
yüksək qaldığını
təsdiqlədi. İqtisadi
araşdırmalar göstərir
ki, ilk Avropa Oyunlarının keçirilməsinin
Azərbaycanın makroiqtisadi
göstəricilərinə birbaşa təsiri var. Daha vacib faktorlardan
biri də budur ki, belə
böyük idman tədbirinin ölkəmizdə
keçirilməsi maliyyə
sabitliyinin daha da möhkənlənməsinə
müsbət təsir
göstərəcək. Belə ki,
ölkəyə gəlmiş
turistlərin xarici valyutanı manata çevirmələrinin milli
valyutaya tələbatın
artmasına səbəb
olduğu bildirilir.
Azərbaycanın əldə edəcəyi
mühüm dividendlərdən
biri də infrastrukturun inkişafına
yatırılan sərmayələrdir
və bu, gələcəkdə xarici
kapitalın cəlb olunması baxımından
əhəmiyyət kəsb
edir. Məlumdur ki, Azərbaycan
2016-cı ildə “Formula1 Avropa
Qrand Pri” yarışlarını keçirəcək.
Belə bir yarışın ölkəmizdə keçirilməsinin
Azərbaycanın dünyanın
idman ictimaiyyətinə
bir daha tanıdılmasında böyük
rol oynayacağı şübhəsizdir. Nüfuzlu yarışın
Azərbaycanda təşkil
edilməsi xarici sərmayədarların ölkəmizə
maraqlarının daha
da artmasına gətirib çıxaracağı
da danılmaz faktdır.
İlk Avropa Oyunlarına hazırlıq
prosesi çərçivəsində
infrastrukturun inkişaf
etdirilməsinin iqtisadi
effekti də böyük olacaq. Belə ki,
yaradılmış infrastrukturdan
uzun müddət istifadə etmək imkanı qazanmaqla xarici kapitalın Azərbaycana yatırılmasına
səbəb olacaq.
Məlumdur ki, şəhər
infrastrukturunun inkişafı
ölkənin rəqabət
qabiliyyətini artırır.
Şərqlə Qərb arasında mühüm ərazidə
yerləşməsi və
inkişaf etmiş infrastruktur Azərbaycana milli iqtisadiyyatını daha da gücləndirmək
üçün əlavə
stimullar verir. Ən əsası,
Avropa Oyunları kimi böyük idman tədbirlərinin keçirilməsi xarici sərmayənin təşviqilə
yanaşı, iqtisadiyyatın
şaxələndirilməsinə də müsbət təsirini göstərəcək.
Belə ki, xarici sərmayələrin
qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə yerli istehsalın genişlənməsinə və
ixracatın həcminin
artmasına gətirib
çıxaracaq. Bir sözlə,
ilk Avropa Oyunlarının
keçirilməsi Azərbaycan
üçün qısa
və uzunmüddətli
dövrdə sərmayələrin
cəlb olunması baxımından böyük
əhəmiyyət daşıyır.
2017-ci ildə İslam Həmrəylik Oyunlarının və
2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd
oyunun Bakıda keçiriləcəyini nəzərə
alsaq, o zaman Azərbaycan iqtisadiyyatının
əldə edəcəyi
mənfəətin böyük
olacağını indidən
demək olar.
İlk Avropa Oyunlarının keçirilməsi
ölkəmizin təbliğatı
baxımından da müstəsna rol oynadı. Oyunların bir neçə ölkədə yayımlanması
Azərbaycanın dünyada
daha da yaxından
tanınmasına şərait
yaratdı. Məlumdur ki,
dünyada hər bir turist uğrunda
ciddi mübarizə gedir. Ölkəyə turist cəlb
etmək üçün
reklam kampaniyaları, tədbirlər keçirilir.
Bu mənada ilk Avropa Oyunlarının yüksək səviyyədə
təşkilinin və
Oyunların xarici televiziya kanalları vasitəsilə yayımlanması
Azərbaycana turist marağının artmasına
gətirib çıxaracağı
şübhə doğurmur.
Mütəxəssislərin fikrincə, Oyunlar zamanı Azərbaycanın
turizm potensialı ilə tanış
olan əcnəbilər
qarşıdakı illərdə
yenidən ölkəmizə
baş çəkməyə
can atacaqlar. Belə bir perspektiv
də Azərbaycanın
turizm potensialına müsbət təsir göstərəcək. Xarici
mütəxəssislər də Azərbaycanın
Avropa Oyunlarına ev sahibliyi etməklə
bir çox istiqamətlərdə faydalar
götürəcəyini düşünürlər.
Oyunların ilk növbədə siyasi baxımdan əhəmiyyət kəsb
etdiyini önə çıxaran mütəxəssislər
əlavə edirlər
ki, belə mötəbər yarışları
keçirməklə Azərbaycan
beynəlxalq nüfuzunu
artırır və dünyanın diqqət mərkəzinə düşməsi
ölkəmizə iqtisadi
dividentlər də gətirir. Bir sözlə, ilk Avropa
Oyunları kimi böyük idman layihələrinin keçirilməsində
iqtisadi-siyasi səmərənin
böyük olduğunu
çəkinmədən söyləmək
olar.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2015.- 8
iyul.- S.1.