Azərbaycan-dünyada ən
çox islahat aparan
ölkə
İyirmi dörd il öncə müstəqilliyini
bərpa etmiş Azərbaycan bu gün sürətli iqtisadi inkişafı ilə beynəlxalq
aləmdə güclü
nüfuz sahibi kimi tanınır. Artıq ölkə həyatının bütün
sahələrində köklü
islahatlar aparılaraq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçid başa çatdırılmışdır və Azərbaycan böyük transmilli layihələrin təşəbbüskarı
və aparıcı iştirakçısı kimi,
regionun siyasi, iqtisadi və mədəni mərkəzinə
çevrilmişdir.
Prezident
İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
düzgün siyasət
nəticəsində son 10 ildə
ÜDM 3 dəfə, onun
adambaşına düşən
həcmi 2,6 dəfə,
sənaye 3,6 dəfə,
kənd təsərrüfatı
1,4 dəfə, dövlət
büdcəsinin gəlirləri
12 dəfə artmışdır.
Son illərdə büdcə
kəsiri ÜDM-nin 1 faizindən çox olmamış, ölkənin
xarici borcu ÜDM-nin 8,6 faizi
səviyyəsindədir və
hazırkı valyuta ehtiyatları isə bu borcu 8 dəfə
üstələyir.
Bu gün Azərbaycan
iqtisadiyyatı Cənubi
Qafqaz iqtisadiyyatının
80 faizə yaxın hissəsini təşkil edir. Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının
əhəmiyyətli dərəcədə
yüksəlməsinə əlverişli
zəmin yaratmışdır.
Belə ki, 10 ildə əhalinin gəlirləri 6 dəfə,
orta aylıq əmək haqqı 4,5 dəfə artmış, işsizlik səviyyəsi
cəmi 4,9 faiz təşkil etmişdir.
Burada bir mühüm məqamı da xatırlatmaq yerinə düşər. Belə ki,
hazırda Minilliyin İnkişaf Məqsədləri
üçün dünyanın
128 ölkəsi yoxsulluğun
5 faizdən aşağı
endirilməsi öhdəliyini
götürmüş və
həmin ölkələrdən
yalnız 18-i buna nail olmuşdur. Azərbaycan
da dünyada
qeyd edilən öhdəliyə nail olan
29 ölkədən biridir.
Xatırladaq ki, bu münasibətlə
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
cari ilin iyun ayında keçirdiyi konfransda ölkəmizi bu təşkilatın xüsusi
medalı ilə təltif etmişdir.
Son on il ərzində
Azərbaycanın əldə
etdiyi uğurlar beynəlxalq təşkilatlar
tərəfindən də
yüksək qiymətləndirilmiş,
hesabatlarda ölkəmizin
reytinqləri davamlı
olaraq yaxşılaşdırılmışdır.
Belə ki, əsas agentliklər-“Fitch
Ratings”, “Standart & Poor’s” və
“Moody’s”, hətta
böhran illərində
Azərbaycanın suveren
reytinqini yüksəldərək
investisiya reytinqi vermişlər.
“Dünya rəqabət qabiliyyətliliyi
2014-2015” hesabatında Azərbaycan
144 ölkə arasında
38-ci olmuşdur və
artıq 6 ildir ki, MDB ölkələri arasında 1-ci yerdədir.
Bununla yanaşı, Azərbaycan adambaşına
düşən ümumi
milli gəlirin həcminə görə
“aşağı orta gəlirli” ölkələr
qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, insan inkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan
“yüksək insan inkişafı” qrupuna yüksəlmişdir.
Minilliyin İnkişaf Məqsədləri
üçün dünyanın
128 ölkəsi yoxsulluğun
5 faizdən aşağı
endirilməsi öhdəliyini
götürmüş və
həmin ölkələrdən
yalnız 18-i buna nail olmuşdur. Azərbaycan da dünyada
qeyd edilən öhdəliyə nail olan
29 ölkədən biridir.
Respublikamızda davamlı iqtisadi inkişafı təmin edən ən mühüm şərtlərdən
biri sahibkarlığın
inkişaf etdirilməsi,
biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin
prioritetlərindən biridir.
Bu məqsədlə mütərəqqi qanunvericilik
bazası yaradılmış,
bu sahəyə səmərəli dövlət
dəstəyi mexanizmləri
formalaşdırılmış, beynəlxalq təcrübədə
uğurla sınaqdan çıxmış təşkilati-hüquqi
modellərin, o cümlədən
sənaye parklarının
və məhəllələrin,
aqroparkların, biznes inkubatorların və digərlərinin yaradılmasına
başlanılmışdır. Bununla yanaşı, dövlət
idarəetmə sistemində,
məhkəmə və
hüquq, korrupsiyaya qarşı mübarizə
sahələrində ciddi
institusional islahatlar aparılır. Eyni zamanda,
investorların hüquqları
etibarlı şəkildə
qorunur, inzibati prosedurlar sadələşdirilir
və şəffaf mexanizmlər tətbiq edilir.
Görülən işlər nəticəsində
Azərbaycanda güclü
orta sahibkarlar təbəqəsi formalaşmış,
müasir texnologiyalara
əsaslanan minlərlə
müəssisə açılmış,
sahibkarlarımız xarici
ölkələrdə uğurla
fəaliyyət göstərməyə
başlamışlar. Son 10 il
ərzində sahibkarlıq
subyektlərinin sayı
2,5 dəfə artmış,
məşğulluqda özəl
sektorun payı 73 faiz, vergi daxilolmalarında
70 faiz, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi təqribən 82 faiz təşkil etmişdir. İndiyədək iqtisadiyyata 200 milyard
dollardan çox investisiya qoyulmuşdur ki, bunun da
yarısı xarici investisiyalardır.
Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan
siyasət, görülmüş
işlər, reallaşdırılan
islahatlar nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən də
yüksək qiymətləndirilir. Məsələn,
respublikamız bu il 189 ölkənin iqtisadiyyatını qiymətləndirən
“Doing Business-2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında
8-ci olmuşdur.
Yeri gəlmişkən, ekspertlər
tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın
23 faiz, yəni 12,6 milyard manat artacağı
proqnozlaşdırılır. Bu müddət ərzində
qeyri-neft sektoru 31,9 milyard manatdan
48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə
iqtisadiyyatının neft
amilindən asılılığı
yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu
da Azərbaycanda daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin
və yoxsulluğun daha da azalmasını,
rəqabətlilik indeksinin
artımını təmin
edəcək.
Təbii ki, iqtisadi artım
fonunda 2015-2017-ci illərdə
əhalinin gəlirləri,
orta aylıq əməkhaqqları da artacaq. Nəticədə növbəti dörd
ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək.
Bunu şərtləndirən əsas
amil isə növbəti illərdə
qeyri-neft sektorunun ölkə iqtisadiyyatında
öz yerini möhkəmləndirməsi olacaq.
Çünki neft sektorunda
çalışanlarla müqayisədə
qeyri-neft sektorunda məşğul əhalinin
təxminən 40 dəfə
artıq olması bu sahədəki inkişafın əhalinin
daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsini
və gəlirlərinin
artmasını təmin
edəcək. Bu müddət ərzində
orta aylıq əmək haqqının
da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.
Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən
irəli gələn öhdəliklərini tam şəkildə
və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı
olduğu transmilli enerji layihələri bu gün artıq
nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində
mühüm rol oynayır. Bu sahədə
1994-cü ildən başlayaraq
neft və qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Cənub qaz dəhlizi və digər qaz kəmərləri vasitəsilə
dünya bazarlarına
çıxarılması layihələri
uğurla həyata keçirilməkdədir. Digər tərəfdən, şərq-qərb
və şimal-cənub
istiqamətlərində magistral
yolların yenidən qurulması regional əməkdaşlığın
inkişafına, ölkəmizin
tranzit potensialından
səmərəli istifadəyə
şərait yaradır,
Azərbaycanı mühüm
tranzit qovşağına,
Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli
halqasına çevirir.
Məsələn, “Dəmir
ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlərin və
yüklərin Çindən
Londonadək dəmir yolu vasitəsilə daşınmasına imkan yaranacaq.
Qeyd etmək
lazımdır ki, enerji, nəqliyyat və digər regional infrastruktur layihələrinin
həyata keçirilməsində
Azərbaycan Türkiyə,
Rusiya, Gürcüstan
və digər ölkələrlə sıx
əməkdaşlıq edir. Bununla yanaşı,
ticarət, investisiya, enerji mübadiləsi kimi sahələrdə də region ölkələri
bizim əsas tərəfdaşlarımızdır.
Təəssüflər olsun ki, regional əməkdaşlığın
genişləndirilməsi bəzi
problemlərlə müşayiət
olunur ki, bunların da ən ciddisi, ağrılısı Ermənistan–
Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
Ermənistanın apardığı
işğalçılıq siyasəti, Azərbaycanın
ərazisinin 20 faizinin
işğal altında
saxlanılmasıdır. Bu siyasət nəticəsində
işğalçı dövlət
özü bütün
regional layihələrdən kənarda qalıb və işğala son qoyulmayınca bu ölkənin hər hansı layihədə iştirakı mümkün
olmayacaqdır.
Respublikamız bu il
189 ölkənin iqtisadiyyatını
qiymətləndirən “Doing Business-2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olmuşdur.
Azərbaycanın inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, Heydər Əliyev ideyalarından güc alan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması nəzərdə tutulmuşdur. Rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması sahəsində innovasiya fəaliyyətinin genişləndirilməsi üçün müvafiq qanunvericilik bazasının və zəruri mexanizmlərin yaradılması davam etdiriləcəkdir. Bunun üçün həlledici şərtlərdən biri kimi çıxış edən insan kapitalının davamlı olaraq inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Konsepsiyada nəzərdə tutulmuş vəzifələrə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 9
iyul.- S.1.