Azərbaycan Avropa Oyunlarının

vətəni kimi adını tarixə yazdı

 

DünyaAvropa tarixində ilk dəfə Azərbaycanda reallığa çevrilən birinci Avropa Oyunları artıq tarix səhifəsinə yazılıb. İyunun 12-də möhtəşəm rəsmi açılış mərasimi ilə start götürən “Bakı-2015” Oyunlarında hər keçən gün bir-birindən maraqlı yarışlarla, mübarizələrlə yadda qaldı.

 

Birinci Avropa Oyunları həm də göstərdi ki, Azərbaycan  idman dövlətidir. Respublikamızda bu sahə dinamik inkişaf edir. Əgər əvvəllər ölkəmiz beynəlxalq yarışlarda idmanın güləş, cüdo, boks növlərində qazanılan uğurlara görə fərqlənirdisə, hazırda artıq karate, gimnastika, atletika, voleybol, avarçəkmə, triatlon idman növlərində də uğurlar əldə edilir.

Bəli, bu, onu deməyə əsas verir ki, Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlət siyasəti kimi baxılır. Məhz elə bunun nəticəsidir ki, respublikamız Atlanta (1996), Sidney (2000), Afina (2004), Pekin (2008), London (2012) Olimpiya Oyunlarında iştirak edib, böyük qələbələr qazanıb. 2012-ci ildə Londonda keçirilən sonuncu Yay Olimpiya Oyunları bu mənada xüsusilə fərqlənib. İdmançılarımız İngiltərənin paytaxtında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazanıblar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə arasında 30-cu yeri tutub. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

İdmanda son illərdə qazanılan uğurlar da qürur hissi doğurur. 2013-cü ildə ən mötəbər yarışlarda 782 medal qazanılıb onlardan 280-i qızıl olub. 2014-cü ildə isə idmançılarımız 805 medal qazanıblar. Qazanılan medallardan 275-i qızıl olub bu da o deməkdir ki, keçən il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın dövlət himni səslənib bayrağımız yüksəyə qaldırılıb. Ümumiyyətlə, son 23 il ərzində Azərbaycan idmançıları 5 Olimpiya, 3 Paralimpiya, dünya, Avropa çempionatları birinciliklərində, kubok yarışlarında 7473 medal əldə ediblər.

“Bakı-2015" birinci Avropa Oyunlarına çox böyük uğurla yekun vuruldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. Oyunlarda 3 idman növündə qitədə ilk pillədə yer aldıq.

Bəli, istər idman sahəsində əldə etdiyimiz uğurlarla, istərsə birinci Avropa Oyunlarını  yüksək səviyyədə, möhtəşəm keçirməklə  Azərbaycan sübut etdi ki, hansısa bir mühüm tədbirə ev sahibliyi etmək iqtidarındadır. Özü başqalarının 5-7 ilə etdiklərini 2 il yarıma reallaşdırmaqla. Bütün işləri yüksək səviyyədə, yüksək keyfiyyətdə, adına həyata keçirdi. Böyük idman arenaları tikildi, infrastruktur yaradıldı. Yarışların keçirildiyi 18 idman obyekti tam hazır vəziyyətə gətirildi. Kristal Zal, Heydər Əliyev adına İdman Arenası, Bakı Atıcılıq Mərkəzi, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Stadion, Olimpiya Stadionu kimi obyektlər göz oxşadı.

Azərbaycan sübut etdi ki, müstəqilliyinin yaşı çox olmasa da, əsl idman ölkəsidir. 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qaldı. Beləliklə, idmançılarımız Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə kimi böyük ölkələri qabaqladılar. Bu nailiyyətin arxasında illərlə görülən işlər, dövlətin idmana qoyduğu böyük investisiyalar durur.

Bütün bunları ümumiləşdirsək, artıq başa çatmış ilk Avropa Oyunları Azərbaycan üçün bir qürur mənbəyi gələcək üçün vizit kartıdır. Bu Oyunları keçirməklə biz özümüzə olan inamı artırdıq, idman infrastrukturumuza investisiya qoyduq. Ölkəmizin təbliği ilə ciddi şəkildə məşğul olduq, həm böyük bir təcrübə topladıq. Bu təcrübə bizə 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün əlavə imkanlar aça bilər. Yaxın gələcəkdə Bakıda Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyini nəzərə almaqla demək olar ki, Azərbaycan böyük idman tədbirlərinin keçirildiyi etibarlı bir məkana çevrilməkdədir.

Birinci Avropa Oyunlarının uğurlarından danışarkən, bir məqama da toxunmağı lazım bilirəm. Bu möhtəşəm bayramın reallaşmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi  I Avropa Oyunları Təşkilat Komitəsinin əzmkar, yorulmaz gərgin fəaliyyəti danılmazdır.  Müddətin az olmasına baxmayaraq, Təşkilat Komitəsi hazırlıq işlərini vaxtından əvvəl başa çatdırdı. Həmin dövrdə Bakıda 5 yeni möhtəşəm idman qurğusu inşa edildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi Veloparkdır. Digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən quruldu. Atletlər Media kəndləri xarici qonaqları heyran etdi. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanın uğurlu inkişafının göstəricisidir.

İyunun 29-da I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə Prezident İlham Əliyev Təşkilat Komitəsinin işi barədə deyib: “Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi var. Bu, ümumiyyətlə, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.

Həqiqətən Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi. Bakıya ilk dəfə gələn xarici qonaqlar xalqımızı daha yaxından tanıdılar. I Avropa Oyunlarının Bakıda keçirilməsi həm ölkəmizin dünyada təbliği oldu.

Respublikamızda mədəniyyətin, təhsilin, səhiyyənin idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görəHeydər Əliyevordeninə layiq görülən Mehriban xanım Əliyeva təltifetmə mərasimindəki çıxışı zamanı bu məsələyə toxunub Prezident İlham Əliyevə xitabən deyib: “Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalüqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq biz yenə qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb bir daha vurğulamaq istərdim ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasət dayanır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ulu öndər Heydər Əliyevin idman siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyevin “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” fikirləri bu sahənin inkişafına verilən önəmi şərtləndirən əsas amillərdəndir. Gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan indi dünyadaAvropada həm də nüfuzlu idman ölkəsi kimi tanınır. Bu sahədə uğurlarımız beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, bir daha görərik ki, doğrudan da, Azərbaycanda idman sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda bu gün Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 12 iyul.- S.4.