14 iyul 1969-cu il – Azərbaycanın
inkişafında strateji
dönüş məqamı
Heydər
Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət
etmişdir.
Ümummilli lider ictimai-siyasi quruluşdan
asılı olmayaraq bütün
dövrlərdə
Azərbaycanın
inkişafına çox böyük
töhfələr vermişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil
edən 14 iyul 1969-cu il
ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi böyük
bir dövrün
başlanğıcıdır. 1920-ci ildən başlayaraq Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin dəfələrlə dəyişən rəhbərliyi
respublikada əsaslı
dönüş yarada
bilməmiş, məhz bu səbəbdən
də böhranlı illər bir-birini əvəz
etmişdir. Ulu öndər
Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi
seçildiyi 14 iyul
1969-cu il respublikamızda yeni
dövrün, sosial - iqtisadi, mədəni həyatda əsaslı dönüşün başlanğıcı oldu. Həmin vaxtdan başlayaraq Azərbaycanın gələcək
inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.
Heydər Əliyev ilk dəfə republikaya rəhbər seçilədən sonra müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycan sovet məkanında bütün sahələrdə öz sözünü deməyə başladı və respublikamızın şöhrəti getdikcə yüksəldi. O vaxtdan başlayaraq Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. Həmin dövrdə Sovet İttifaqında cəmi iki respublika özünü iqtisadi cəhətdən tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi.
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı günə qədərki statistikasına nəzər yetirdikdə bütün sahələr üzrə göstəricilərin ilbəil azaldığına, rəhbərlikdə təmsil olunan şəxslərin səriştəsizliyi üzündən əhalinin həyat səviyyəsinin getdikcə pisləşdiyinin şahidi oluruq. Zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, Azərbaycan İttifaq respublikaları arasındakı iqtisadi inkişaf tempinə görə geridə qalır, adət-ənələrimizin qorunub saxlanılması istiqamətində qətiyyətli addımlar atılmırdı. Respublikanın təbii sərvətləri isə başqalarının mənafeyinə xidmət edirdi. Ölkənin təhsil sistemi də yarıtmaz vəziyyətdə idi. Bütün bunları dərindən təhlil edən ulu öndər ciddi islahatlara başladı. Bir neçə ildən sonra artıq Azərbaycanda bütün sahələr üzrə əsaslı dönüş yaradıldı. Qısa müddət ərzində respublikamızda sənaye istehsalının 3, kənd təsərrüfatı məhsullarının isə 2 dəfə artımına nail olundu.
1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikildi, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. Pambıq istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəlmişdi. Üzüm istehsalı 1980-ci ildə 1,5 milyon tona çatdırıldı. Bu da 1969-cu ildəki göstəricidən 5-6 dəfə yüksək idi.
Ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrin biri də elmin və təhsilin inkişafı idi. Kənd yerlərində məktəblərin sayının sürətlə artırılması yetişən yeni nəslin maarifləndirilməsində, hərtərəfli biliyə yiyələnməsi istiqamətində böyük əhəmiyyət kəsb edirdi. Həmin dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Məhz ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmişdir. Həmin gənclər təhsillərini başa vurduqdan sonra yenidən republikaya dönərək müxtəlif sahələrdə öz fəaliyyətlərini davam etdirmişlər. Bu da sərt sovet rejimində milli kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Ulu öndər milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirərək böyük uzaqgörənliklə ölkəmizin gələcək müstəqillyini düşünmüş və həmin dövrdə milli kadrlara zəruri ehtiyac yaranacağını zərgər dəqiqliyi ilə hesablamışdır. Biz bu gün-Azərbaycanın dünya birliyinin inkişaf etmiş dövlətəri sırasına qoşulduğu bir dövrdə milli kadrların necə böyük əhəmiyyət kəsb etməsinin şahidi oluruq. Bütün bunlar ümummilli liderin uzaqgörənliyinin bariz nümunəsidir.
Faktlara diqqət yetirək. Əgər 1969-cu ilə qədər Azərbaycandan kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və onların da əksəriyyəti qeyri-azərbaycanlı olurdusa, artıq 80-ci illərin əvvəllərində ildə 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilimişdi və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə diqqət yetirən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfələr vermiş olurlar. Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqətin 1969-cu ildən başlanan mərhələsi Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir.
Mədəniyyətin, elm və ədəbiyyatın inkişafı da ulu öndərin diqqət mərkəzində saxladığı sahələrdən idi. Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə respublikamızın tanınmış ictimai-siyasi, ədəbi, mədəniyyət, incəsənət xadimlərinin, “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülən azərbaycanlıların sayı artır və başqa görkəmli soydaşlarımızın abidəsinin ucaldılmasına nail olmuşdu.
Həmin dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ana dilinin inkişafı sahəsində qətiyyətli addımlar atılması, Azərbaycan dilinin dövlət dili səviyəsinə qaldırması idi. Müdrik şəxsiyyət Heydər Əliyev kommunist ideologiyasının tüğyan etdiyi bir dövrdə bu istiqamətdə hər hansı bir addımın atılmasının milliyətçi damğası ilə nəticələnəcəyini çox yaxşı bilirdi. Ancaq xalqına, Vətəninə, millətinə qəlbən bağlılığı onu qorxutmadı və bu ali məqsədindən çəkindirmədi.
Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq ana dilimizin qorunması, inkişaf etdirilməsi, rolunun artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması və inkişafının təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Müdrik şəxsiyyət Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, ilk növbədə milli dövlətçilik düşüncəsini aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Heydər Əliyev deyirdi ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığını təsdiq edən başlıca amildir. Ona görə də bu istiqamətdəki fəaliyyətində Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun ana dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Azərbaycanın Sovet
imperiyasının tərkibində olduğu
illərdə ana dilimizə qarşı həmişə
kəskin hücumlar olub
və dövlət dili kimi
formalaşmasının qarşısı bütün
vasitələrlə alınıb. Kommunist
ideologiyasının müxtəlif
xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn sərt siyasəti Azərbaycanda da özünü göstərirdi.
Belə ki, ölkədə rəsmi
dövlət dili rus dili idi, rəsmi tədbirlərdə
bir qayda olaraq, rus dilində
çıxışlar üstünlük
təşkil edirdi. Ana dilini
sevən, ona hörmətlə yanaşan ulu öndər
Heydər Əliyev Azərbaycan
dilinə münasibəti ilə hər kəsə örnək
oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev bir
çox ziyalıların cəsarət
etmədiyi halda, müxtəlif tədbirlərdə
Azərbaycan dilində çıxış etməklə ana dilinə verdiyi dəyəri,
məhəbbəti göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan
dilində dərsliklərin daha çox istifadəsinə dair
göstərişlər də vermişdi.
Bunlarla
kifayətlənməyən ulu öndər
1978-ci ildə tarixi bir
uğura imza atdı.
Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in
növbəti Konstitusiyasında ilk dəfə
olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dövlət dili
statusu əldə etdi.
Azərbaycan ana dilinin rəsmi dil statusuna malik
olduğu azsaylı Sovet respublikalarından biri idi.
Heydər Əliyev 1969-1982-ci illərdə
respublikaya rəhbərlik
etdiyi zaman Azərbaycan dövlətçiliyinin
müstəqilliyinin siyasi-
iqtisadi əsaslarını
yaratmışdı. Sovet İttifaqını lərzəyə
salan milli-azadlıq hərəkatının qüdrəti
və əzəməti tarixi
şəxsiyyətin müdrikliyi
və uzaqgörənliyi
ilə əsası qoyulmuş milli oyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri
ilə üzvü surətdə səsləşirdi.
Heydər Əliyev öz çıxışlarında
bu məsələyə
münasibət bildirərkən
demişdir: “... Bütün bunların
hamısı o vaxtlar Azərbaycanın gələcəyi
üçün yeni-yeni
mütəxəssislər hazırlamaq
məqsədi daşımışdır.
Bu işə biz hələ 1970-ci ildən
başlamışdıq. Mən bu gün çox
böyük məmuniyyət
hissi ilə qeyd edirəm ki, bu, mənim
təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan
ölkəmizin gələcəyi
barəsində düşünmüşəm,
həmin illərdən
başlayaraq gələcəyimiz
haqqında düşünürdüm.
Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi
isə Sizinlə görüşərək və
bu problemlərlə daim məşğul olaraq Azərbaycanın XXI
əsri haqqında düşünürəm...”.
SSRİ-nin süqutundan
sonra müstəqillik
qazanmış Azərbaycanda
ilk illər xaos, anarxiya, özbaşınalıq
baş alıb gedirdi. Belə bir vaxtda respublikaya zəngin dövlətçilik təcrübəsi
olan, xalqın inam və etibarını
qazanmış bir liderə böyük ehtiyac yaranmışdı.
Xalq yeganə ümid yerini yenə də ulu öndər
Heydər Əliyevdə
gördü. Həmin
vaxt iqtidarın
və Xalq Cəbhəsi liderlərinin
başı hakimiyyət,
vəzifə uğrunda
mübarizəyə qarışdığı
bir vaxtda ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan
xalqının azadlıq,
müstəqillik uğrunda
mübarizəsinə rəhbərlik
edirdi. Heydər Əliyevin uzaqgörən
siyasəti sayəsində
muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılaraq, Azərbaycan
Xalq Cümhuriyyətinin
üçrəngli, aypara
və səkkizguşəli
ulduz nişanlı bayrağı dövlət
bayrağı kimi qəbul edilmişdir. Bu dövrdə Heydər
Əliyevin Azərbaycan
xalqı qarşısında
ən böyük xidmətlərindən biri
də Naxçıvan
torpağını erməni
təcavüzündən xilas
etməsi oldu. Ulu öndərin bölgənin
və onun əhalisinin təhlükəsizliyinin
təmin edilməsi, hərbi müdafiə sahəsində atdığı
addımlar, rus qoşunlarının bölgədən
qansız-qadasız çıxarılması
və bu zaman bütün silah-sursatın Azərbaycanda
qalması dünya hərbi-diplomatiya sənətinin
ən böyük hadisələrindən biri
hesab edilməlidir.
Heydər
Əliyevin rəhbərliyi
ilə 1993-cü il iyunun 15-dən başlanan
müstəqil Azərbaycanın
milli qurtuluş tarixi bu gün
özünün ən
yüksək zirvəsinə
qədəm qoyub. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına sürətli
inteqrasiya prosesinin hazırkı möhkəm
təməli məhz ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış
potensiala əsaslanır.
Hər zaman fəxr edəcəyimiz, hər bir azərbaycanlının
qəlbində özünə
əbədi heykəl
qoymuş, qürur hissi ilə xatırlayacağımız dahi
şəxsiyyət, müasir
Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqın və dövlətin müstəqilliyi, inkişafı
naminə böyük
və əvəzedilməz
işlər görmüş
Heydər Əliyevin əsasını qoyduğu
siyasi strategiya bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirlir.
Müstəqil Azərbaycan hazırda dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Artıq ölkəmiz dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərini keçirdiyi məkana çevrilib. İlk Avropa Oyunlarının da məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində sürətlə artan reytinqinin göstəricisidir. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarı ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı olmasının, ölkənin iqtisadi qüdrətinin getdikcə artmasının, eləcə də Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olmasının nəticəsidir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyanın bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 14
iyul.- S.6.