Azərbaycana qürur yaşadan qaliblər
Medal qazanmış
idmançılarımız
İlk Avropa
Oyunlarında 50 ölkənin idmançılarının mübarizəsi uğurla
davam edir. Yüksək
mübarizə əzmi idmançıların ruhuna
hakim kəsilib. I Avropa
Oyunlarında hər bir ölkə daha çox medal qazanmaq üçün bütün
qüvvəsini səfərbər edir. Burada Avropanın ən güclü
atletləri qüvvələrini sınayırlar.
Azərbaycan komandasının bir-biri ardınca möhtəşəm qələbələri Avropanı heyran edib. Komandamız elə ilk günlərdə qitənin ən güclü komandalarından biri olduğunu sübut etdi.
Yarışlarda yüksək nəticə əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb söhbət etdik. Atletlərimiz Olimpiya Oyunları səviyyəsində keçirilən I Avropa Oyunlarının onların həyatında silinməz izlər buraxacağını qeyd etdilər, bildirdilər ki, doğma divarlar arasında keçirilən bu möhtəşəm oyunlarda yüksək nəticə qazanmalarından hədsiz qürur duyurlar:
Rəfael Ağayev, I Avropa Oyunlarının qalibi:
– Avropa Oyunları çox fərqli bir yarışdır. Düzdür, nailiyyətlərim çox olub. Amma ilk Avropa Oyunlarının qızıl medalı mənim üçün möhtəşəm bir nailiyyətdir. Döyüşlər bir-birindən gərgin olsa da, həm də maraqlı mübarizə şəraitində keçdi. Finalda dünya arenalarında dəfələrlə qarşılaşdığım İtaliya təmsilçisi Luici Busa ilə mübarizə apardım. Bu, onunla 9-cu görüşüm idi (idmançımız onu müxtəlif yarışlarda 7 dəfə məğlub edib) və 1:0 hesabı ilə qalib gəldim.
Karate komandamız yarışları
lider kimi başa vurdu. Bu da ölkəmizdə Olimpiya idman növləri kimi, qeyri-olimpiya idman növlərinin inkişafına
da dövlət tərəfindən göstərilən
diqqət və qayğının nəticəsidir.
Firdovsi Fərzəliyev, karate üzrə I Avropa Oyunlarının qalibi:
– Möhtəşəm bir yarışdır. İlk Avropa
Oyunlarında Azərbaycan
yığmasında ilk qızıl
medalı qazandım.
Qeyd edim ki, bu
ən böyük uğurumdur. Qarşılaşmalar zamanı maraqlı anlar çox oldu. Yarımfinalda makedoniyalı Emin
Pavlovla görüşün
gedişində 2:4 hesabı
ilə geridə olduğum halda, görüşün sonunda
mübarizəni təmiz
qələbə ilə
başa vurdum. Finala qədər irəlilədikdən
sonra qızıl medalı əldən verməmək üçün
daha əzmlə mübarizə apardım.
Qızıl medal uğrunda
italiyalı idmançını
4:0 hesabı ilə məğlub etdim.
İlahə Qasımova, karate üzrə
I Avropa Oyunlarının
bürünc medalçısı:
– Yığma komandamıza
ilk medalı qazandırdığım
üçün xoşbəxtəm.
Etiraf edim ki, bir
qədər həyəcan
var idi. Yarımfinala
qədər inamla irəliləsəm də,
Fransa idmançısına
məğlub oldum.
Düşünürəm ki, taktika qura bilmədim. Bürünc
medal uğrunda mübarizə
isə son şansım
idi. İspaniyalı Kristina Ferrer Qarsiya
ilə döyüşdə
2 dəfə hesabda geriyə düşməyimə
baxmayaraq, yekunda 5:2 hesabı ilə qələbə qazandım.
Oqtay Məmmədov, karate üzrə yığma komandanın məşqçisi:
– I Avropa Oyunlarının vətənində–Azərbaycanda idmançılarımızın bir-birinin ardınca əldə etdikləri nailiyyətlərlə hədsiz
qürur duyuruq. Karateçilərimizin zəfər qələbəsini
xüsusi qeyd etmək istəyirəm.
12 dəst medal uğrunda
mübarizədə aktivinə
4 qızıl medal yazan,
ümumilikdə isə
6 medal qazanan karateçilərimiz
qeyri-rəsmi komanda hesabında bütün rəqiblərindən üstün
oldular. Şübhəsiz, Milli Olimpiya
Komitəsinin, Gənclər
və İdman Nazirliyinin, federasiya rəhbərliyinin, məşqçilərimizin
birgə səyləri,
karate ustalarımızın gərgin məşqləri
sayəsində böyük
uğurlar qazandıq.
Karateçilərimiz ilk Avropa Oyunlarını
lider kimi başa vurdular.
Rəsul Çunayev, yunan-Roma
güləşi üzrə
I Avropa Oyunlarının
çempionu:
– İlk Avropa Oyunlarında qızıl
medal qazanmaq arzum böyük idi. Ümumiyyətlə isə Azərbaycan komandasının yüksək
uğurlar qazanacağına
əmin idim. Ən çətin görüşüm
moldovalı idmançı
Daniel Kataraqa ilə
(7:6 (1/8 final) oldu. Digər görüşlər
də gərgin mübarizə şəraitində
keçdi. Xoşbəxtəm ki, qarşıma qoyduğum məqsədə
çatdım. I Avropa Oyunlarının qalibi olmağımla qürur duyuram.
Rafiq Hüseynov, I Avropa
Oyunlarının gümüş
mükafatçısı:
– Komandamıza gümüş
medal qazandırdım. Düzdür
bu, qızıl da ola bilərdi. Hər bir idmançı
qələbə üçün
meydana çıxır.
I Avropa Oyunları
kimi möhtəşəm
bir yarışın çempionu olmağı mən də arzulayırdım. Bunun üçün
imkanlarım da var idi. Amma nə etmək olar. Bütövlükdə isə Azərbaycan
komandasının qazandığı
nailiyyətlər qürurvericidir.
Elman Muxtarov, I Avropa Oyunlarının bürünc mükafatçısı:
– Yarışlara məsuliyyətlə
hazırlaşmışdıq. Hər birimiz medal qazanmağı
qarşımıza məqsəd
qoymuşduq. Yarımfinalda
Rusiya təmsilçisi
ilə qarşılaşmam
bir qədər gərgin keçdi.
Məğlub olduğuma üzülsəm
də, ruhdan düşmədim. Bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə mübarizə apardım.
Erməni güləşçisi London Olimpiadasında
da iştirak etmişdi. Mən də fikirləşdim
ki, inşallah, qalib gəlməliyəm.
Onu vaxtından əvvəl və tam qələbə
ilə məğlub etdim.
Mariya Stadnik, güləş
üzrə I Avropa Oyunlarının qalibi:
– Avropa Oyunlarının
elçisi, həm də məşəlini daşıyanlardan biri olmuşam. Arzum gözəl güləş
nümayiş etdirmək
idi. Məqsədimə çatdım. Sevincim hədsizdir. Burada çox
güclü idmançılar
mübarizə aparırdı.
Azarkeş dəstəyini xüsusi
qeyd etmək istəyirəm. Yarış boyu
bütün rəqiblərimə
vaxtından əvvəl
qalib gəlməyimdə
azakeş dəstəyinin
rolu böyük idi. I Avropa
Oyunlarının qalibi
olmaq mənim üçün böyük
şərəfdir.
Elvin Mürsəliyev,
güləş üzrə
I Avropa Oyunlarının
qalibi:
– Çempion olacağımı
qarşıma məqsəd
qoymuşdum. Rəqiblərimi tanıyırdım. Ən çətin görüşüm
Gürcüstan və
Rusiya idmançıları
ilə oldu. Gürcüstan idmançısı
ilə ötən il dünya
çempionatında görüşmüşdüm,
rus idmançı ilə ilk dəfə idi görüşürdüm.
Şükürlər olsun ki, rəqiblərimin öhdəsindən
gəldim. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının tarixinə
adımı yazdığım
üçün qürur
duyuram.
Qələbənin əldə edilməsində
azarkeş dəstəyinin
də çox təsiri oldu.
Anjela Doroqan, güləş
üzrə I Avropa Oyunlarının qalibi:
– Birinci Avropa Oyunlarının qalibi olduğum üçün
xoşbəxtəm. Oyunlarda çox
güclü pəhləvanlar
iştirak edirdilər.
Qızıl medal qazanmaq böyük
arzum idi. Onu da qeyd edim
ki, bu qazandığım
ilk qızıl medaldır.
Avropa Oyunlarının finalınadək
irəliləmək asan
olmasa da, sevinirəm ki, rəqiblərimi mübarizədən
kənarlaşdıra bildim.
Azərbaycan bayrağını ucaltdığıma görə
qürur duyuram.
Azarkeş dəstəyinin idmançılara
çox böyük təsiri var. Azarkeşlərə
təşəkkürümü bildirmək istəyirəm. Olimpiya Oyunlarına
vəsiqə qazanmaq üçün bundan sonra da məşqlərimi
davam etdirəcəyəm.
Patimat Abakarova, taekvondo
üzrə I Avropa Oyunlarının bürünc
medalçısı:
– I Avropa Oyunları çox möhtəşəm
yarışdır. Çalışırdım ki, həyəcanlanmayım.
Medal qazanmaq şansım
var idi. Bürünc medal uğrunda
italiyalı Erika Nikoli
il mübarizə
apardım və böyük hesabla rəqibimə qalib gəldim. Sevinirəm ki, yığmamıza
medal qazandırdım. Qalib gəlməkdə azarkeşlərimin
də böyük rolu oldu.
Rostislav Pevtsov, triatlon üzrə I Avropa Oyunlarının bürünc
medalçısı:
–Yarışlar çox gərgin keçdi. Avropanın ən güclü triatlonçuları burada
iştirak edirdi.
Medal qazanmağa böyük ümidlərim
var idi. Digər tərəfdən ilk Avropa
Oyunlarının tarixinə
adımı yazdırmaq
istəyirdim. Azərbaycana triatlon üzrə ilk medal
qazandırdığım üçün
çox sevinirəm.
Ümid edirəm ki, bu uğur Azərbaycanda
triatlon idmanının
inkişafına təkan
verəcək.
Valentin Demyanenko, avarçəkmə
üzrə I Avropa Oyunlarının gümüş
medalçısı:
– I Avropa Oyunları çox gərgin olmaqla yanaşı, həm də maraqlı mübarizə şəraitində keçdi.
Sevinirəm ki, ilk Avropa
Oyunlarında komandamızın
aktivinə medal yazdırmağa
nail oldum. Amma məqsədim
qızıl medal əldə
etmək idi. Azərbaycanı ləyaqətlə təmsil etdiyim üçün sevinirəm.
İnanıram ki, ümumi
komanda hesabında Azərbaycan yığması
yüksək yerlərdən
birini tutacaq.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2015.-
18 iyun.- S.9.