Birinci Avropa Oyunları dövlətimizin
gücünü,
xalqımızın istedadını və
idmançılarımızın
əzmkarlığını göstərdi
Azərbaycan
Avropanı qəbul etməyə hazırdır. Əminəm
ki,
dünya
miqyasında ən gözəl Oyunları biz keçirəcəyik...
Biz Avropa
standartları haqqında, adətən, tez-tez eşidirik.
Əlbəttə ki, bu,
yüksək standartlardır.
Ancaq biz artıq Azərbaycan
standartlarını tətbiq edirik.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, Atletlər
kəndi,
9 iyun 2015-ci il
Beynəlxalq Olimpiya Komitəsinin bir
çox prezidentləri,
o cümlədən Samaranç, Roq və Bax hər zaman
qeyd ediblər ki,
Oyunların uğurlu keçməsinin
ən vacib hissəsi ev sahibliyi edən
ölkənin
Oyunlara uğurla başlamasıdır
və həqiqətən də dünən
siz medal sayına görə çox uğurlu
çıxış etdiniz.
Patrik HİKKİ
Avropa Olimpiya Komitəsinin
prezidenti
Bakı, 14 iyun
2015-ci il
Ümummilli liderimiz hələ 14 il qabaq demişdi ki, biz Avropa ilə əməkdaşlıq
zamanı ümumavropa dəyərləri xəzinəsinə
öz töhfələrimizi gətirməyə
hazırıq. Budur, artıq həmin töhfələri
gətirmişik. Dünyamızın ən qədim mədəniyyət
mərkəzlərindən olan Avropanın bütün
sülh elçiləri – məşhur idmançılar, məşqçilər
və Olimpiya hərəkatının, idman ictimaiyyətinin
görkəmli nümayəndələri Azərbaycana
toplaşıblar. Dövlət başçımızın təbirincə
desək, biz artıq Avropa miqyasında Azərbaycan
standartlarını yaradırıq. Azərbaycan paytaxtında
keçirilən birinci Avropa Oyunlarının geridə qalan
günləri sübut etdi ki, xalqımız və dövlətimiz,
sözün həqiqi mənasında, Avropa dəyərləri
xəzinəsini zənginləşdirmək potensialına
malikdir.
Prezident İlham Əliyev iyunun 12-nə – dünya idman
tarixinə özünəməxsusluğu və qeyri-adiliyi ilə
yazılmış möhtəşəm
açılış mərasiminə bir neçə gün
qalmış demişdi ki, ilk Avropa Oyunları Azərbaycanda
artıq ümumxalq məsələsinə çevrilib. Biz həmin
fikrin təsdiqini sonralar hər gün daha böyük miqyasda
gördük. Prezidentdən başlayaraq, ən sadə vətəndaşa
qədər bütün insanlarımızın bu möhtəşəm
beynəlxalq tədbiri öz şəxsi məsələsi
kimi qəbul edərək hamılıqla, mütəşəkkilliklə,
canfəşanlıqla uğura doğru
apardığını görəndə yadımıza
düşən ilk ifadə “xalq-iqtidar” birliyinin gücü
oldu. Qədim Atəşgah məbədindən
alovlandırılan məşəlin bütün ölkəmizi
dolaşması, həmin məşəli Prezident və ailə
üzvləri başda olmaqla, görkəmli
ziyalılarımızın, tanınmış sənət
adamlarının daşıması, idman
federasiyalarımızın bu yarışlar üçün
heç zaman görünməyən bir səviyyədə
seçim edərək hazırlaşması, ölkə mətbuatının
başdan-başa bütün nümayəndələrinin
hansısa dəvət və ya çağırış
gözləmədən bu tədbirin təbliğinə səfərbər
olması, bir sözlə, Avropa üçün tarixi hadisə
olan ilk Oyunların ən yüksək səviyyədə
keçirilməsinə bütün azərbaycanlıların
töhfə verməsi bir ünvandan qaynaqlanırdı – bizim
mənəvi zənginliyimizdən, xalqın
tolerantlığından, millətin mental səviyyəsindən,
hər bir fərdin ümumi işə yanaşma tərzindən.
Ulu öndər məhz bu potensiala inanaraq 14 il
qabaq AŞPA siyasətçiləri qarşısında
çıxış edərkən bizim Avropaya verəcəyimiz
töhfələrdən danışırdı.
Dövlət
başçımız iyunun 12-də – birinci Avropa
Oyunlarının rəsmi açılış mərasimi
iştirakçılarının şərəfinə verilən
rəsmi qəbuldakı nitqində xatırlatdı ki, birinci
Avropa Oyunlarının Bakıda keçirilməsi barədə
qərar qəbul edilərkən
idmançılarımızın uğurları ilə
yanaşı, digər amillər də öz rolunu
oynamışdır. Belə ki, Azərbaycanda
çox inkişaf etmiş idman infrastrukturu
yaradılmışdır. Bizim bölgələrimizdə
50-yə yaxın Olimpiya idman mərkəzi
yaradılmışdır. Bakıda isə
bütün idman qurğuları, idman obyektləri ən
yüksək standartlara cavab verir. Yeri gəlmişkən,
Oyunların iştirakçıları və qonaqlar son on
gündə bu faktı dəfələrlə təsdiq etdilər.
Bu bir danılmaz faktdır ki, ölkədə
daxili sabitlik və əmin-amanlıq olmadan nəinki idmana
qayğı göstərilməsi, heç o barədə
danışmaq mümkün deyil. Ona görə də
dövlət başçımız Avropa Oyunları barədə
danışarkən həmin məqamı xüsusilə
qabardır: “Azərbaycanda siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu, dayanıqlı
inkişafı təmin edilir. İqtisadi
inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox
artmışdır. Son 10 il ərzində
isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən
sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən
çox artmışdır. Bütün bu amillər,
əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları
yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm
ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər”.
Təbii ki, bu münbit şərait, lazım olan idman
qurğuları, potensial yaradılıbsa, ölkəmiz gələcəkdə
də bu qəbildən olan tədbirlərə müvəffəqiyyətlə
ev sahibliyi edəcək. Həmin məqamı
qonaqların yadına salan dövlət
başçımız deyir: “Oyunlardan sonra, əlbəttə
ki, həyat davam edəcək. Azərbaycan digər
böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı
ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası
keçiriləcəkdir. Eyni zamanda,
2016-cı ildə “Formula-1” yarışı Bakıda
keçiriləcəkdir. 2017-ci ildə
İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda
keçiriləcəkdir. 2020-ci ildə isə
futbol üzrə Avropa çempionatının qrup mərhələsi
və dörddəbir final yarışları Bakıda
keçiriləcəkdir. Yəni, Azərbaycan
artıq idmanın inkişafı istiqamətində öz
rolunu dünyaya göstərib. Əminəm
ki, Bakıya gələn və gələcək
yarışlarda iştirak edəcək idmançılar,
qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla
ayrılacaqlar”. İyunun 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci
Avropa Oyunları ilə bağlı Olimpiya ailəsinin üzvləri
üçün təşkil edilən qəbulda Avropa Olimpiya
Komitəsinin prezidenti Patrik Hikkinin söylədiyi fiklirlər
sadə bir azərbaycanlı və qələm sahibi kimi
ömrüm boyu mənim yadımdan çıxmayacaq. Çünki
həmin məqamda, sözün həqiqi mənasında, fəxr
etmişdim: “Beynəlxalq Olimpiya Komitəsinin bir çox
prezidentləri, o cümlədən Samaranç, Roq və Bax
hər zaman qeyd ediblər ki, Oyunların uğurlu keçməsinin
ən vacib hissəsi ev sahibliyi edən ölkənin Oyunlara uğurla
başlamasıdır və həqiqətən də dünən
siz medal sayına görə çox uğurlu
çıxış etdiniz. Mən uzun
günün sonunda mehmanxanaya qayıdandan sonra Azərbaycan
Televiziyasına baxdım. Sizin və birinci
xanımın karate yarışında medalların verilməsində
iştirak etməyiniz məni fərəhləndirdi".
Cənab
Hikkinin başqa bir məntiqini də yada salmaq zərurəti
var. Cənab Hikki dedi: “Azərbaycanın uğuru ilə
bağlı digər bir məsələyə toxunmaq istərdim
– bu gün heyrətamiz bir iş baş verib. Azərbaycan
triatlon idman növündə bürünc medal qazanıb.
Bu salonda toplaşanların diqqətinə çatdırmaq
istərdim ki, bir il öncə belə bir
idman növü Azərbaycanda mövcud deyildi. Bir
il ərzində medal qazanacaq idmançıların
hazırlanması məharət, tərəqqi və təlim
üçün şəraitin yüksək olmasının
göstəricisidir”.
Prezident
İlham Əliyevin fikrincə isə, bizim qarşıya
qoyduğumuz məqsədlərə lazımi səviyyədə
nail olmağımızın əsas səbəbi cəmiyyətin
təmiz və bəşəri dəyərlər üzərində
qurulmasıdır: “Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir.
Bu yaxınlarda mən Azərbaycanda
Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə
bağlı sərəncam imzaladım və Bakının ən
gözəl yerlərindən birində – Bayraq
Meydanının yaxınlığında Tolerantlıq abidəsinin
açılışı oldu. Bunlar
hamısı bizim həyatımızın və siyasətimizin
tərkib hissəsidir. Azərbaycan həm
Avropa Şurasının, həm də İslam Əməkdaşlıq
Təşkilatının üzvüdür. Bu hər iki təşkilatın yüzdən
artıq üzvü var. Biz isə Avropa və Asiya arasında
təbii körpü rolunu oynayırıq. Bu, yalnız coğrafi deyil, mədəni, iqtisadi və
siyasi körpüdür. Beləliklə,
müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti yaratmalı deyildik, eyni
zamanda, bir sistemdən digərinə transformasiya etməli idik.
İslahatların həyata keçirilməsi bu
gün ölkəmizin uğuruna və firavanlığına
gətirib çıxarmışdır. Bu
gün Azərbaycan Avropa Oyunları kimi belə böyük
miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə
etdiyimiz nailiyyətlərin göstəricisidir”.
Xatırladaq ki, birinci Avropa Oyunları təkcə adıçəkilən qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Belə bir mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya bir daha göstərir ki, son illərdə iqtisadi inkişafı ilə diqqət mərkəzində olan ölkəmiz həm də idman sahəsində mühüm nailiyyətlər qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də tarixi uğurlar qazanılır. Hər an Azərbaycan dövlətinin qayğısını hiss edən idmançılarımız müxtəlif olimpiadalarda, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandıqları medalların sayını ilbəil artırırlar. Bütün bunlar Avropanın idman tarixində bir ilk olan birinci Avropa Oyunlarının keçirilməsinin məhz Azərbaycana etibar edilməsində mühüm rol oynamışdır.
Bütün bu fikirlərin ən yaxşı ifadəsini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərində görürük: “Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir... Təbii ki, Bakı Oyunları bütün gələcək oyunlar üçün səviyyə, standart müəyyən edəcək”.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 21 iyun.- S.2.