Duyumlu, savadlı, vətənpərvər sənətkar

 

Ağakişi Kazımov — 80

 

 “Sizi təbrik edirəm. Bəxtiyar Vahabzadə bu əsəri böyük qəlblə, milli hisslə, böyük istedadla, fədakarlıq və vətənpərvərliklə yazdığı kimi, siz də tamaşanı eyni dərəcədə sevə-sevə yaratmısınız. Mən aktyorluq sənətinə az-çox bələdəm. Düzdür, sənətşünas deyiləm, ancaq bilirəm - əgər ifa olunan əsər aktyorun sinəsinə düşməsə, onun ifası süni olacaqdır.

 

Ancaq Bəxtiyar Vahabzadənin əsəri ilə rejissorunaktyor truppasının harmoniyası  pyesi gördüyümüz kimi meydana çıxardı. Ona görə də mən rejissorun, quruluşçu rəssamın, tamaşanın bütün iştirakçılarının yaradıcılıq fəaliyyətini çox yüksək qiymətləndirirəm”. Bu sözləri  xalqımızın ulu öndəri Heydər Əliyev 1998-ci il aprelin12-də Azərbaycan Akademik Milli Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesinin ilk tamaşasından sonra səhnə arxasında  yaradıcı kollektivlə görüşündə demişdi.  

Əslində, ulu öndərin  bu sözləri  təkcə pyesin müəllifinə, rejissora, aktyorlara verilən qiymət deyildi. Bunlar, eyni zamandadaha çox yenicə müstəqillik qazanmış dövlətimizin başçısı tərəfindən bütün istedad sahiblərinə, çalışdığı sahədən asılı olmayaraq, hər bir ədəbiyyat və incəsənət xadiminə, hər bir yaradıcı adama verilən mesaj, onların qarşısında qoyulan tələb idi.

Qeyd etməliyəm ki, həmin tamaşanın quruluşçu-rejissoru  Ağakişi Kazımov incəsənət aləmində ilk addımlarından, xüsusən, bütün rejissorluq fəaliyyəti boyu ömrünü bu tələblərə cavab vermək kimi şərəfli bir vəzifəyə həsr etmişdir. Onun bu sahədə ilk işi o qədər böyük uğur qazanmışdı ki, keçmiş RSFSR miqyasında teatr tamaşaları müsabiqəsində qələbə çalmış və birinci dərəcəli diplomla təltif edilmişdi.  Niyə RSFSR? Çünki bu tamaşa Azərbaycandan uzaqlarda, Tatarıstanın paytaxtı  Kazan şəhərində, Q.Kamal adına Tatar Dövlət Akademik Teatrının səhnəsində qurulmuşdu...

...Yaxşı yadımdadır, 1969-cu ilin ilk ayları idi. Mən o vaxt Ağakişi Kazımovun doğulub boya-başa çatdığı Ağcabədi rayonunda nəşr edilən “Sürət” qəzetinin redaktoru idim.  SSRİ adlanan ölkə Leninin anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşırdı. Bu münasibətlə  “Azərbaycan təbliğatçısı” adlı qatar təşkil edilmişdi. Onun sərnişinləri, qatarın adından da göründüyü kimi, respublikamızın bütün rayonlarını təmsil edən təbliğatçılardan ibarət idi. Mən də onların arasında idim. Marşrutumuz belə idi: Kiyev, Leninqrad, Moskva, Ulyanovsk, Kazan, Volqoqrad.

Qəzetimizin məsul katibi qocaman jurnalist rəhmətlik Abbas Kazımov mənə demişdi ki, qardaşı oğlu Ağakişi Leninqrad Teatr İnstitutunun rejissorluq fakültəsini  bitirirdiplom işi olaraq,   Kazan teatrının səhnəsində Cəfər Cabbarlının “Aydın” pyesi əsasında tamaşa qurub...

...Aprelin 2-si idi. Novruz səmənilərinin ətri hələ evlərdən getməmiş, şəkərbura, paxlava nemətli süfrələr hələ yığışdırılmamış biz Leninlə bağlı yerlərə səyahətə çıxdıq. Qatarda 400 nəfərdən çox təbliğatçı var idi.Nümayəndə heyətinə o vaxtkı Mərkəzi Komitənin şöbə müdirinin müavini rəhmətlik Fikrət Əhmədov rəhbərlik edirdi. Təsadüfdümü, ya taleyin hökmü idi - bizim kupelərimiz yanaşı düşmüşdü, yəni mən də “qərargah vaqonu” deyilən vaqonda  gedirdim.

Qroznını, Minvodu keçmişdik. Axşam tərəfi Fikrət müəllimə dedim ki, səyahətimizin proqramına daxil edilməyən, amma bizim məqsədimizə  tam uyğun olan bir məsələ var. Həmyerlimiz Ağakişi Kazımovun Kazanda C.Cabbarlının  pyesi əsasında “Aydın” tamaşasına quruluş verməsinin təfsilatını danışdım. Onu da əlavə etdim ki, Leninqrad Teatr İnstitutunun son kursunda oxuyan həmyerlimizə Rusiyanın hər hansı bir şəhərində dünyaya rus dramaturgiyasının nümayəndələrindən birinin pyesi əsasında diplom tamaşası qurmaq tapşırılmışdı. O isə dil, adət və ənənələr baxımından bizə ən yaxın olan Tatarıstanı, Kazan teatrını seçmişonun səhnəsində Azərbaycan dramaturgiyasının ən gözəl nümunələrindən biri olan  “Aydın” pyesini tamaşaya qoymuşdu. Bu, o dövr üçün çox böyük vətənpərvərlik nümunəsi idi.

Fikrət müəllim məni diqqətlə dinləyirdi. Hiss etdim ki, söhbətim onu bərk maraqlandırıb. Bir az da ürəkləndim:

- Necə bilirsiniz, Fikrət müəllim, bəlkə Kazanda olarkən hamılıqla gedək, o tamaşaya baxaq?!

- Çox gözəl fikirdir, “Təbliğat qatarı”nın bütün heyəti ilə gedək.  Fikrət müəllimin bu təşəbbüsü belə ürəkdən bəyənməsi məni bir az da ruhlandırdı:

- Amma bir müşgül var...  Fikrət müəllim zənn ilə üzümə baxdı. Yəni ki, “çəkinmə, de!”

- Biz Kazanda aprelin 14-ü, 15-i olacağıq. Teatrın repertuarı var. Bəlkə, həmin günlərə ayrı tamaşa təyin edilib biletlər satılıb?!- təklif edirsən?

- Razı olsanız, sizin imzanızla teatrın direktorunun adına teleqram vuraq xahiş edək ki, biz Kazanda olan günlərin birinəAydıntamaşasını təyin etsinlər bizim üçün dörd yüz bilet saxlasınlar.

Fikrət müəllim bu təklifi bəyəndi:

- Teleqramın mətnini  hazırla, - dedi: - Direktora yox, vilayət partiya komitəsinin katibinnin adına. O mənim tələbəlik dostumdur.

Halvaçı qızı daha şirin”, - deyə fikrimdən keçirib mətni hazırladım.Xalqların qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi”, “Bir-birinin tarixinə, mədəniyyətinə daha yaxından bələd olmaları zərurətikimi bu gün bəşəriyyətə lazım olan  cümlələrdən ibarət bir məzmun yarandı axırda da məqsədimiz bildirildi. Rostova çatan kimi teleqram hökumət blankında yola salındı. yaxşı ki, vaxtında vuruldu. Doğrudan da, həmin günlərə başqa tamaşalar təyin edilibmiş onların vaxtı məhz bizə görə dəyişdirildi.

Azərbaycandan gəlmişTəbliğat qatarı”nın bütün heyətiAydınpyesinin səhnə təcəssümünə çox böyük şövqlə, yüksək əhval-ruhiyyə ilə tamaşa etdi. Bu bir tərəfdən tamaşanın yüksək bədii zövqlə hazırlanmasından, mahir rejissor işindən, peşəkar aktyor ifasından irəli gəlirdisə, digər tərəfdən daha çox əsərə quruluş vermiş həmyerlimiz Ağakişi Kazımovun vətənpərvərliyindən, doğma xalqına, onun tarixinə, mədəniyyətinə sədaqətindən doğan razılq minnətdarlıq hisslərinin təzahürü idi. 

 

Hacı RAFİQ,

“Say” qəzetinin

baş redaktoru

 

Xalq qəzeti.- 2015.- 30 iyun.- S.15.