Azərbaycan Ordusu istənilən vəzifəni
həll etməyə
hazırdır və buna qadirdir
Azərbaycan
Ordusu bu gün nəinki bölgədə,
dünya
miqyasında güclü ordular sırasındadır - həm
hərbi potensialına,
həm
döyüş qabiliyyətinə, həm də təchizata
görə.
Əminəm ki,
Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir.
Ordumuz istənilən
vəzifəni həll etməyə hazırdır, buna
qadirdir.
Mən Ali Baş Komandan kimi bundan
sonra da ordu quruculuğuna,
ordunun inkişafına öz dəstəyimi verəcəyəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti,
Silahlı Qüvvələrin Ali
Baş Komandanı
Ümummilli lider Heydər Əliyev
müstəqil Azərbaycana rəhbərliyə
başladığı gündən qarşıya qoyduğu
prioritet məsələlərdən biri Milli Ordunun yaradılması
oldu. Ulu öndər ilk gündən ordu
quruculuğu prosesinə başladı. Başıpozuq,
yarımhərbi birləşmələr, ayrı- ayrı
qruplara xidmət edən özünümüdafiə
batalyonları ləğv edildi. Vahid komandanlıqdan
idarə edilən nizami ordunun formalaşdırılması
prosesi uğurla həyata keçirildi.
Qısa bir vaxtda hərbi birləşmələr
komplektləşdirildi, Silahlı Qüvvələrin
maddi-texniki təminatı yaxşılaşdırıldı. Ordu müasir
hərbi texnika, silah-sursatla təchiz edilir, milli zabitlərin
hazırlanması istiqamətində bütün imkanlardan
istifadə olunurdu.
Hələ
SSRİ dövründə ümummilli lider Heydər Əliyev
İttifaq rəhbərliyinin razılığını alaraq, respublikamızda hərbi təhsil sisteminin
yaradılmasına başlamışdı. Ulu öndərin səyi
nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə
başladı. Azərbaycanda hərbi təhsilə maraq
getdikcə artırıldı. Müdrik şəxsiyyət bu işləri həyata
keçirərkən Azərbaycanın nə vaxtsa müstəqil
ölkə olacağını
düşünmüşdü. İndi ordumuza rəhbərlik
edən generallar, yüksək rütbəli zabitlər ulu öndərin bünövrəsini
qoyduğu hərbi məktəblərimizin yetirmələridir.
Müstəqil
Azərbaycana rəhbərlik edən ulu öndər cəmiyyətdəki ruh
düşkünlüyünü aradan qaldırmaq, gənclərin
vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək
məqsədilə gənclərin hərbi peşəyə cəlb
edilməsi sahəsində böyük işlər
gördü. Nəticədə hərbi məktəblərdə
təhsil almaq istəyən gənclərin sayı dəfələrlə
artdı. Həmçinin yüzlərlə
gənc hərbi təhsil almaq üçün dünyanın
ən qabaqcıl hərbi məktəblərinə göndərildi.
Bununla yanaşı, ölkəmizdəki hərbi
təhsil müəssisələrində əsaslı dəyişikliklər
həyata keçirildi. Bu çərçivədə
görülmüş işlərin davamı olaraq 1997-ci ildə
hərbi təhsil müəssisələrində NATO
standartları tətbiq edilməyə başlandı. Nəticədə gələcək zabitlərin daha
peşəkar, müasir hərbi texnikanı, silahları daha
mükəmməl öyrənməsi üçün hər
cür şərait yaradıldı. Ulu
öndər Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq
əməkdaşlığının sürətləndirilməsi
istiqamətində mühüm addımlar atdı.
Silahlı
Qüvvələrin dünya standartları səviyyəsində
formalaşdırılması üçün NATO ilə əlaqələri
genişləndirildi. Azərbaycan 1994-cü ildə NATO-nun
“Sülh naminə tərəfdaşlıq” proqramına,
1996-cı ildə “Planlaşdırma və analiz” proqramına,
2001-ci ildə “Fərdi tərəfdaşlıq üzrə
Əməliyyat Planı”na qoşuldu. Azərbaycan sülhməramlıları Kosovo,
Əfqanıstan və İraqda dövlətimizi ləyaqətlə
təmsil etməklə ordumuzun qüdrətini bir daha sübut
etdilər. Ordu quruculuğu sahəsində
aparılan islahatlar, maddi-texniki bazanın gücləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər nəticəsində
Azərbaycanda güclü, qüdrətli Milli Ordu
formalaşdı. Milli Ordumuz tədricən
Cənubi Qafqazın ən güclü ordusuna çevirdi.
Ulu
öndərin siyasi xəttini inamla davam etdirən ölkə
başçısı, Ali Baş Komandan İlham Əliyev
ölkəyə rəhbərlik etdiyi gündən Silahlı Qövvələrin daha da inkişaf etdirilməsini diqqət
mərkəzində saxladı və bu sahədə həlledici uğurlara imza atdı. Azərbaycan Prezidenti
İlham Əliyev hələ 2003-cü ildə, dövlət
başçısı postunda fəaliyyətə
başladığı ilk günlərdə bəyan
etmişdi ki, ordu quruculuğunun inkişaf etdirilməsi onun fəaliyyətində
prioritet istiqamətlərdən biri olacaqdır. Dövlət rəhbərliyi səviyyəsində
ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə
etibarilə güclü və döyüşkən bir ordunun
yaranmasına səbəb oldu. Artıq beynəlxalq
hərbi qurumların rəsmiləri də Azərbaycan
Ordusunun ən müasir tələblərə cavab verən
etibarlı hərbi qurum olduğunu etiraf edirlər.
Ölkəmizin son illərdə iqtisadi qüdrətinin
artması Silahlı Qüvvələrimiz üçün
ayrılan büdcənin dəfələrlə artmasına zəmin
yaradıb.
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135
milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard
ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları,
2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7
milyard ABŞ dolları təşkil edib.
Azərbaycan
2015-ci ildə isə dövlət büdcəsindən hərbi
qurumların (Fövqəladə Hallar Nazirliyi istisna olunmaqla) saxlanılmasına 4 milyard ABŞ dollarından artıq
vəsait ayrılıb. Bu da səbəbsiz
deyildir. Azərbaycan Silahlı Qüvvələri
müstəqilliyimizin dayağıdır.
Bütün
bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə Milli Ordunun müasirləşdirilməsı,
maddi-texniki bazasının gücləndirilməsi dövlətin
həyata keçirdiyi siyasətin prioritetidir. Ali
Baş Komandan İlham Əliyevin və ordu rəhbərliyinin
həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində
ordumuzun döyüş qabiliyyəti daha da güclənmiş,
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilmişdir. Hazırda Azərbaycan Cənubi Qafqaz
regionunda öz ordusunu daxili imkanları hesabına hərbi
texnika və silah-sursatla təmin etmək gücünə
malik olan yeganə ölkədir. Son illər
formalaşan hərbi sənayemizin hesabına biz nəinki
öz ordumuzu müasir silah-sursatla təmin edirik, hətta bir
çox xarici ölkələrə öz məhsullarımızı
ixrac etməyə başlamışıq. Silahlı
Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi,
müdafiə sənayesi potensialının
artırılması istiqamətində atılan addımlar da
ordumuzun gücünə güc qatır.Bunu şərtləndirən
ən mühüm amillərdən biri də 2005-ci ildə Azərbaycan
Prezidentinin sərəncamı ilə Müdafiə Sənayesi
Nazirliyinin fəaliyyətə başlamasıdır. Qısa vaxtda nazirliyin tabeliyinə verilən müəssisələrdə
yenidənqurma işlərinə başlanılması və
son illərdə dövlətimizin
başçısının iştirakı ilə nazirliyin
30-a yaxın müəssisəsində yeni istehsal sahələrinin
istifadəyə verilməsi bu gün ölkəmizin müdafiə
sisteminin möhkəmləndirilməsində çox
mühüm rol oynayır.
2008-ci və
2011-ci illərdə keçirilən möhtəşəm hərbi
paradlar, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 95 illiyinə həsr olunan hərbi
parad bir daha təsdiqləyir ki, Azərbaycan özünün
hərbi üstünlüyünü real nəticəyə
çevirmək mərhələsinə qədəm qoyub. Azərbaycan əsgəri havada, suda və quruda Vətənin
maraqlarını şərəflə qoruyur. Bu gün hərbi
hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti
yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin
peşəkar, ali hərbi təhsili olan, mənəvi,
fiziki və psixoloji cəhətdən hazırlıqlı,
döyüş təcrübəsi toplamış zabitlərlə
komplektləşdirilməsi ardıcıl şəkildə həyata
keçirilir. Silahlı Qüvvələrin idarə
edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə
təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə,
nəzarət, rabitə və
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi
üzrə işlər artan sürətlə davam etdirilir.
Ötən
illər ərzində ordu quruculuğu sahəsində həyata
keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycanda
müdafiə sənayesi sahəsində əhəmiyyətli
nəticələr əldə olunub. Belə ki,
Müdafiə Sənayesi Nazirliynin tabeçiliyində olan
strateji müəssisələrin yenidən qurulması,
maddi-texniki bazasının möhkəmləndirilməsi, ən
qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi
məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil
silah, sursat və digər avadanlıqların istehsalına zəmin
yaranmışdır. Son illər bu müəssisələrdə
silsilə yenidənqurma tədbirləri həyata
keçirilmiş, dünyanın ən inkişaf etmiş
ölkələrində istehsal olunmuş dəzgah və
avadanlıq quraşdırılmışdır. Məsələn,
“İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat
birlikləri, “Elektron hesablayıcı maşınlar”, “Gəncə
maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”,
“Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu
gün hərbi müdafiə sənayesinin əsas
sütunları kimi dəyərləndirilməlidir. Bu müəssisələrdə aviasiya, naviqasiya,
neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı
məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir,
həm də ən yeni nəsil müasir texnologiyalar istehsal
olunur.
Eyni zamanda, respublikamızda hərbi-sənaye təyinatlı
məhsulların istehsalı üçün strateji müəssisələrin
texniki imkanlarının daha da gücləndirilməsi və
modernləşdirilməsi ilə bağlı davamlı tədbirlər
görülür. Məsələn, “İqlim” və
“Dalğa” kimi elm-istehsalat müəssisələrinin fəaliyyətə
başlaması müdafiə sənayesi sektorunda dinamizmin daha
da yüksəlməsinə əhəmiyyətli dərəcədə
təsir edib. Bu strateji obyektlər quraşdırılan
modern avadanlıq və tətbiq edilən yeni texnologiyalar
hesabına ən müasir standartlara cavab verən müdafiə
təyinatlı məhsulların istehsalına görə
mühüm əhəmiyyətə malikdir
Bu gün
Silahlı Qüvvələrimizin hərbi arsenalında T-72,
T-80 və T-90 tankları, Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli
döyüş, hərbi nəqliyyat və hücum tipli
helikopterlər, MiQ-29 “Fulcrum” və Pakistan istehsalı olan JF-17
döyüş təyyarələri, “Orbiter”, “Aerostar”,
“Seacher”, “Hermes-450", ”Heron" tipli pilotsuz kəşfiyyat təyyarələri,
Rusiya istehsalı olan S-300 PMU-2 “Favorit” və İsrail
istehsalı olan “Barak-8" zenit-raket kompleksləri, ”Green
Pine" radarları və digər müasir silah növləri
mövcuddur.
Hazırda Azərbaycan müdafiə sənayesi sahəsində
40 ölkədən 70 şirkətlə əməkdaşlıq
edir. Bu gün fəaliyyətdə olan onlarca hərbi
zavodda 750 adda hərbi təyinatlı silah-sursat, məhsul
istehsal edilir. Respublikamızda istehsal olunan
müdafiə təyinatlı məhsullar beynəlxalq sərgilərdə
maraqla qarşılanır və diqqəti cəlb edir.
1997 - ci
ildən Azərbaycanın hərbi təhsil müəssisələri
NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin
tərkibində yaradılan sülhməramlı bölük,
daha sonra isə, sülhməramlı tabor NATO xəttilə həyata
keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak
edir, münaqişə ocaqlarında təhlükəsizliyin,
sülhün təminatına dəstək verir. Azərbaycan Ordusu bu
gün dünyanın ən peşəkar, NATO standartlarına
cavab verən orduları ilə bir sırada dayanır.
Azərbaycan postsovet məkanının ən
güclü 4-cü ordusuna malikdir. Bunu beynəlxalq səviyyədə
keçirilən sorğuların nəticələri də təsdiqləyir.
“Global Firepower” saytının hər il tərtib
etdiyi dünyanın ən güclü orduları
siyahısında da bunun şahidi oluruq. Bu
siyahıda Azərbaycan ən güclü ordular
siyahısında yer aalıb. 106 ölkənin
yer aldığı siyahıda ölkənin ümumi iqtisadi
gücü və strateji qaynaqlara yaxınlığı kimi
bir çox amillər nəzərə alınıb.
Göründüyü kimi, ölkəmizin hərbi-sənaye potensialı ildən-ilə güclənir, Milli Ordunun daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün güclü, qüdrətli, işğal altında olan ərazilərimizi hər an düşməndən azad etməyə qadir olan mətin ordu formalaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Güclü və qüdrətli ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 26 iyun.- S.12.