Hər gün bir tarix,
hər gün bir zəfər
Dünən Azərbaycan Milli
Olimpiya Komitəsində
“Zəfər günləri:
hər gün bir tarix, hər
gün bir zəfər” devizi altında iyunun 26-da medallar qazanmış Azərbaycan idmançıları
ilə ictimaiyyət nümayəndələrinin növbəti
görüşü keçirildi.
Tədbirdə çıxış
edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə boks üzrə yarışlarında
qalib gələrək
ölkəmizə 3 qızıl
medal qazandırmış Teymur
Məmmədov, Kollazo
Sotomayor və Elvin Məmişzadəni, eləcə
də gümüş
medalçı Səbinə
Abdullayevanı və bürüc medal sahibi Zakir Mislimovu qələbə münasibətilə
təbrik etdi.
Azərbaycan MOK-un vitse-prezidenti əvvəlcə
bildirdi ki, birinci Avropa Oyunlarının açılışından
sonra müxtəlif idman növləri üzrə keçirilən
yarışlarda medallar
qazanmış Azərbaycan
idmançıları hər
gün geniş ictimaiyyətə təqdim
edilir. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları
hər gün qələbələr əldə
etdikcə yarış
meydanlarında Azərbaycan
bayrağı qaldırılır,
dövlət himni səsləndirilir, ölkəmizin
əsl idman dövləti olduğu bir daha təsdiqini
tapır. Artıq Oyunlar
başa çatmaq üzrə olsa da, hər gün
zəfərlərimiz olur.
Paralimpiya yarışlarında qəhrəmanımız, ikiqat
Paralimpiya və dünya, beşqat Avropa çempionu, cüdoçumuz İlham Zəkiyev yenidən öz məharətini göstərdi, qızıl
medal qazandı. Onun medalını
cənab Prezident İlham Əliyev şəxsən təqdim
etdi. İlham Zəkiyev həm
də Qarabağ uğrunda döyüşlərin
qəhrəmanıdır, gözlərinin
nurunu da həmin döyüşlərdə
itirib. O, hərtərəfli
qəhrəmandır – həm
həyatda, həm də idmanda. İndiyədək idmançılarımız
18-i qızıl olmaqla,
ümumilikdə 52 medal qazanıblar.
Beləliklə, Azərbaycan Avropanın
idman tarixinə yeni səhifələr yazır.
Çingiz Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa
Oyunlarının bağlanış
gününə qədər
Azərbaycan idmançılarının
uğurları davam edəcək. MOK-un vitse-prezidenti
qarşıdakı günlərdə
mübarizəyə qoşulacaq
idmançılarımıza yeni-yeni zəfərlər
arzuladı. Onun sözlərinə
görə, Avropanın
müxtəlif ölkələrindən
gəlmiş idmançılar
Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox
razı qaldıqlarını
etiraf edir, onlar üçün yaradılmış şəraiti
yüksək qiymətləndirirlər.
Eyni zamanda, bütün işlərin bu qədər zövqlə təşkilində Prezident
İlham Əliyevin və birinci Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusilə
qeyd edirlər. Hamı Azərbaycana, Bakıya heyran olduğunu bildirir. İyunun 28-də
birinci Avropa Oyunlarının bağlanışı
da, yəqin ki, sürprizlərlə dolu olacaq və
yenə hər kəsi heyran qoyacaq.
Sonra Çingiz Hüseynzadə,
Olimpiya çempionlarımız
Elnur Məmmədli və Lyudmila Şubina qalib idmançılarımızı
təbrik edərək
onlara hədiyyələr
təqdim etdilər. İdmançılar “Fəxri olimpiyaçılar”
lövhəsinə öz
imzalarını atdılar.
Fürsətdən istifadə edərək
biz də qalib idmançılarmızı təbrik
etdik və “Xalq qəzeti” üçün eksklüziv
olaraq təəssüratlarını
öyrəndik.
İlham Zəkiyev:
– Birinci Avropa Oyunlarının çox məsuliyyətli bir yarış olacağını
əvvəlcədən özüm
üçün yəqin
etmişdim və yarışlara çox ciddi hazırlaşmışdım. Uzun müddət
Olimpiya yığması
ilə birgə hazırlıq keçdim.
Müəyyən zədələr olsa da, Allaha
şükür ki, mənə bu yarışda ölkəmizi
layiqincə təmsil etməyə mane olmadı.
Bilirdim ki, Azərbaycan xalqı məndən məhz qızıl medal gözləyir.
Final döyüşündəki rəqibimlə
iki il
əvvəl Avropa çempionatında komanda
yarışında qarşılaşmışdım.
Hesab 2:2 olanda onunla üz-üzə
gəldim və onu məğlub edərək komandamıza
qələbə qazandırdım.
90 kiloqramdan artıq
çəki dərəcəsində
mübarizə apararaq
finalda ukraynalı Aleksandr Pominovu məğlub etdim.
Çox xoşbəxtəm ki,
final görüşümü Azərbaycan Prezidenti İlham Əliyev də tribunadan canlı izlədi. Mükafatlandırma mərasimində də ölkə başçısı
şəxsən iştirak
etdi və qızıl medalı mənə təqdim etdi. Bundan sonra himnimizin
sədaları altında
dövlət bayrağımız
dalğalandı. Bu anı yaşamaq çox qürürverici idi.
Mən gözlərimin
nurunu Azərbaycan torpaqlarının müdafiəsi
uğrunda, döyüş
tapşırığını yerinə yetirərkən itirmişəm. Hər dəfə məndən
harada yaralandığımı
soruşanda fəxrlə
deyirəm ki, Azərbaycan torpaqlarının
müdafiəsi uğrunda
düşmən gülləsinə
tuş gəlmişəm
və görmə qabiliyyətimi itirmişəm.
Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha
sübut etdik.
Elvin Məmişzadə:
– Yarışlar heç də asan olmadı.
Təbiidir ki, hər cür vəziyyətlə
qarşılaşmalı oluruq.
Qələbə qazanmaq
asan iş deyil. Biz də
qələbələrimizi çətinliklərdən keçərək
qazana bildik. Özümün 23 yaşım olsa
da, məndən 8 yaş böyük italiyalı boksçu Vinçenzo Pikkardi üzərində qələbə
qazandım. Rəqibim Olimpiya
Oyunlarının və
dünya çempionatının
bürünc medalçısı
idi və əlbəttə, asanlıqla
məğlub olmadı.
Medalımı cənab Prezident İlham Əliyev şəxsən təqdim
edəndə və “layiqli qələbəyə
görə təbrik edirəm”, - deyəndə
sevincimin həddi-hüdudu
yox idi. Sanki qalib
gəldiyimi onda hiss etdim. Çox yaddaqalan bir
an oldu.
Bu gərgin yarışlardan
sonra yəqin ki, bir qədər
dincəlmək imkanımız
olacaq. Sonra oktyabr ayında
Qətərdə keçiriləcək
dünya çempionatına
hazırlaşmalıyıq. Rio-de-Janeyro Olimpiya
oyunlarına lisenziya qazanmaq lazımdır.
Kollazo Sotomayor:
– Finala qədər yarışdığım 4 rəqibim
üzərində böyük
hesabla qələbə
çaldım. Həlledici
görüşdə isə
“London-2012"-nin bürünc medalçısı
Vinçenzo Manqiakapre
ilə qarşılaşdım.
Onu da 3-0 hesabı ilə məğlub etdim. Bununla da təmsil
etdiyim Azərbaycan komandasına daha bir qızıl medal qazandırdım. Bundan
böyük nə sevinc ola
bilər?!
Səbinə Abdullayeva:
– Paralimpiyaçı cüdoçular
arasında 57 kiloqram çəki dərəcəsində
mübarizə apardım.
İspaniyalı Mariya Monik Merensiano Herrero və Ukrayna təmsilçisi Natalya Nikolayçuku
məğlub edərək
finala yüksəldim.
Finalda isə, təbii ki, qızıl medal uğrunda döyüşə
atılmışdım. Bu dəfə başqa
bir Ukrayna təmsilçisi İnna Çernyakla qaşdılaşdım.
Lakin oyunum alınmadı və məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənməli
oldum.
Zakir Mislimov:
– Birinci Avropa Oyunlarını Azərbaycanın,
eləcə də Avropanın tarixində böyük hadisə hesab edirəm. Oyunlara çox yüksək səviyyədə hazırlıq
görülüb. Oyunların təşkili
ilə bağlı Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevanın zəhməti daha çox olub. Mən də istərdim ki, iştirak etdiyim idman növü
üzrə qızı
medal qazanım və bunun üçün əlimdən gələni
etdim. Ancaq bürünc medal qazana bildim. Gələcəkdə daha fəal
olmağa və azarkeşlərimin ümidlərini
doğrultmağa çalışacağım.
Paşa ƏMİRCANOV,
Əfsanə BAYPAMQIZI
Xalq qəzeti.- 2015.- 28 iyun.- S.7.