Çıraq kimi işıq saçır Neftçala

 

Vaxtilə şair dostum Zabil Pərviz Neftçalanı “qarayanız Leyli”yə bənzədib. Doğma yurda   məhəbbət motivinin güclü olduğu poetik bir bənzətmədir. Amma bilənlər bilir ki, bu bənzətmədə bölgənin üzə gülməyən, neft-mazut tərkibli torpağı olduğuna da incə bir işarə var. Doğrudan da, əvvəllər, elə idi. Neftçala yalnız yeni əsrin başlanğıcından üzübəri gözəlləşməyə, abadlaşmağa başlayıb.

 

İndi hər ötən il Neftçalanın tarixində uğurlarla zəngin olur. Yenicə tarixə qovuşmuş 2014-cü ilbu baxımdan sayalı sayıla bilər. May ayının 28- də Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayona səfəri hər bir sakində xoş təəssürat yaradıb, rayon ictimaiyyəti ilə gorüşündə Neftçalanın gələcək inkişafı ilə bağlı tapşırıqları, eləcə də rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar sürətli inkişafa təkan verib, quruculuq işlərinin bir qədər də genişlənməsinə səbəb olub.

Neftçalanın makro-iqtisadi göstəricilər dinamikası yüksəlir. Ötən il rayonda istehsal həcmi  14,3  milyon manat artıb. Sənayedə, tikintidə, kənd təsərrüfatında, ticarət, iaşə digər xidmət sahələrində yüksəliş xüsusilə böyük olub. İl ərzində rayonda 9 yeni müəssisə yaradılıb, 585 fiziki şəxs fəaliyyətə başlayıb. Sənaye ili”ndə sənaye məhəlləsinin yaradılması ilə əlaqədar Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 hektar torpaq sahəsi ayrılıb layihə-smeta sənədlərinin hazırlanmasına başlanıb. Rayonda 12 sənaye müəssisəsi fəaliyyət göstərir gələcəkdə bu say daha da artacaq. Rabitə xidmətlərinin həcmi 2013-cü illə müqayisədə 24,2 faiz çoxalıb. Ümumi xidmətin 96,3 faizi sakinlərin payına düşür. Əhalinin orta aylıq əmək haqqı 265 manat təşkil edir.

Rayonda fəaliyyət göstərən bank kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara vətəndaşlara ümumilikdə 8 milyon 473 min manat kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına isə 21 sahibkar 242 min manat məbləğində güzəştli kredit əldə edib.

Neftçalada nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılır. Sularda çəki, kütüm, xanbalığı da var. Camaat taxıl əkinini genişləndirir, kənd təsərrüfatı məhsullarının bolluğunu yaradır.

Xol zonasında 17 min hektardan yuxarı ərazini tutan əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün ölkə rəhbərliyinin tapşırığı ilə Kür çayından 25 kilometrlik magistral kanalın tikinti layihəsi reallaşdırılır. Bu kanalın inşası 2008-2015-ci illərdə Azərbaycan RespublikasındaƏhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilib.

Neftçalaya səfərlərimin birində buradakı qışlaqda çalışan şamaxılı fermer Nadiri maşına götürmüşdüm. Zəhmətsevərliyi iri əllərinin qabarından görünən bu adam həm söhbətcil imiş. Jurnalist olduğumu bilcək Neftçalada aparılan abadlıq işlərini bəyəndiyini söylədi. Dedi ki, icra başçısı İsmayıl Vəliyevin yaxşı quruculuq zövqü var, özü mənim kimi zəhmət adamlarına diqqət göstərəndir. Elə buna görə rayon inkişaf edir, həyat şəraiti get-gedə yaxşılaşır. Gedin, özünüz baxın sözlərimin həqiqiliyinə əmin olun.

Gedib baxdım, gördüm zəhmət adamının heç üzgörənlik etmədiyinə inandım. Kiminlə söhbətləşdimsə, görülən işlərdən razılığını bildirdi. Neftçalanın çıraq kimi işıq saçmasına sevindim. (Onu da deyim ki, həmin gün fermer Nadir məni ürəklə öz obasına qonaq da çağırmışdı. Söz versəm , hələlik vədimə əməl eləməmişəm. Sağlıq olsun!..)

Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, təzə parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin inzibati binalarının, Bayraq meydanının, Şəhidlər kompleksinin, Kür çayı sahilində Bulvarın, yeni müasir saat qülləsinin tikintisi başa çatıb. İdman kompleksinin tikintisi ilə əlaqədar ərazi hazırlanır. Prezident sərəncamlarına əsasən, Neftçalanın sosial-iqtisadi inkişafının daha da  sürətləndirilməsi məqsədilə rayon icra hakimiyyətinə 2 milyon manat, otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun  tikintisi  məqsədilə 3 milyon manat ayrılıb. Tezliklə təzə yollarda maşınlar şütüyəcək. Dövlət Tikinti Proqramına uyğun olaraq il ərzində 360 yerlik Yuxarı Qaramanlı kənd tam orta 200 yerlik Kürkənd ümumi orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib, Aşağı Surra kənd tam orta məktəbi üçün isə 10 əlavə sinif otağının tikintisi başa çatdırılıb. Rayon genişzolaqlı internetlə təmin olunub. Bu, dünyaya rahat çıxış deməkdir. Yeni il ərəfəsində Kürqarabucaq kəndinə mavi yanacaq verilib. Ərzaq məhsullarının satış-yarmarkaları təşkil edilib. Yeniliklər çoxdur.

 Şəhər park-bulvar meydanında, Hüseyn Cavid adına parkda vaxtaşırı keçirilən tədbirlər  maraqla qarşılanır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi tədbirləri uğurla keçib, digər əlamətdar tarixi günlər, görkəmli şəxsiyyətlərin yubileyləri yüksək səviyyədə qeyd edilib. Bu sırada Lütfəli Abdullayevin, Keçəçioğlu Məhəmmədin yubiley tədbirləri cəlbedici olub. Respublikanın mədəniyyət incəsənət xadimlərinin, yerli bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə tədbirlər maraqla qarşılanır. İqtisadi siyasətin uğurları, korrupsiya rüşvətxorluğa qarşı mübarizə, gəncliyin problemləri, milli adət ənənələrin qorunması, hərbi-vətənpərvərlik, bədən tərbiyəsi idman mövzularında keçirilən seminarlarda, diskussiyalarda xeyli sakin iştirak edib. 

İndi nefçalalılar böyük el bayramı Novruzu təmtəraqlı qarşılamağa hazırlaşırlar. Hər yanda təmizlik, abadlıq səliqə-səhman işləri görülür. Camaat yazın pişvazına layiqincə çıxmaq istəyir.

Bəli, Neftçala gözəlləşir, rayonun mədəni həyatında aşkar canlanma duyulur.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 4 mart.- S.6.