Bakı Ağ şəhər
layihəsi üç ildən sonra
Azərbaycan Prezidenti cənab İlham
Əliyev tərəfindən müasir
dünyanın ən möhtəşəm şəhərsalma
layihələrindən biri olan Bakı Ağ şəhərin
təməlinin qoyulmasından 3 il keçir.
Bakı Ağ şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən həyata keçirilir. Paytaxtın şərqində 100 ildən çox “Qara şəhər” kimi tanınan, neftin emalı və daşınmasında böyük rol oynamış ərazidə, bu gün dünyanın ən böyük yenidənqurma layihələrindən biri olan Bakı Ağ şəhər yaradılır. Layihənin əsas məqsədi çirklənmiş torpaqların təmizlənməsi, ərazidə yeni, beynəlxalq standartlara uyğun sosial infrastrukturun yaradılması, paytaxtın sakinləri və qonaqları üçün yeni yaşayış, iş, əyləncə və istirahət məkanının yaradılmasıdır.
Hazırda Ağ şəhərin 10 rayonundan 6-sı tamamilə təmizlənərək inşaat işləri aparılır. Layihənin icra müddətində Ağ şəhərin neft məhsulları ilə çirklənmiş böyük ərazisi təmizlənmiş və şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. Bu işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir.
Yaşayış rayonu kimi tanınan Yaşıl Ada rayonu yeddimərtəbəli Paris üslublu binalardan ibarətdir. Bu yaşayış komplekslərinin bəzilərində tikinti artıq son mərhələdədir və yaxın zamanlarda onlar ilk sakinlərini qəbul etməyə hazır olacaq.
Ümumi
sahəsi 24 hektar olan Park rayonunda da tikintiyə start verilib. Burada iyirmimərtəbəli yaşayış binaları
tikilir. Sahənin relyefinə uyğun
olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı
bulvara və Bayraq Meydanına gözəl mənzərə
açılır. Binaların üstünlükləri
sırasına şəhərin
ən iri parklarından olan Nizami parkı ilə qonşuluq da daxildir.
Sahilyanı rayonda 25 may 2013-cü il tarixində
Prezident İlham Əliyev tərəfindən
bünövrəsi qoyulmuş,
uzunluğu 5 kilometr olan Ağ şəhər
bulvarının tikintisi
yüksək templə
davam edir. Həmçinin, dəniz kənarında
Bakı Ağ şəhərin ilk mehmanxanası
- Boulevard Hotelin inşası
başa çatır.
Bu hotel, ümumi sahəsi
52 min kvadratmetr olan 818 otaqdan ibarət olacaq. Boulevard Hotel 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa
Oyunlarının qonaqlarını
qəbul etməyə
hazırlanır. Həmçinin, bu rayonda son zamanlar sakinlərin sevimli istirahət və əyləncə məkanlarına çevrilmiş
ticarət mərkəzlərindən
ən irisinin - 90 min kvadratmetrlik “Ağ şəhər Mall”ın
inşasına başlanılıb.
Bu mərkəz Fəvvarələr meydanından
Nobel prospekti üzərindən
uzanan möhtəşəm
piyada körpüsü
vasitəsilə sakinləri
Sahilyanı rayona çatdıracaq.
Ağ şəhərin mərkəzi
rayonu sayılan Fəvvarələr meydanında
yeddimərtəbəli, müasir
üslublu yaşayış
binalarının tikintisinə başlanılıb.
Binalarla yanaşı, bu rayonda 800 yerlik ictimai avtoparkın tikintisi nəzərdə tutulub. Fəvvarələr
meydanı mərkəzindəki bir hektarlıq parkla birlikdə sakinlərin sevimli istirahət məkanına çevriləcəkdir.
Layihənin şimalında yerləşən
yaşayış rayonu
kimi nəzərdə
tutulmuş Babək rayonunda müasir, eləcə də klassik üslublu yeddimərtəbəli yaşayış
komplekslərinin tikintisinə
başlanılıb. Ərazini qərb
və şərq hissəsinə ayıran, mərkəzi prospektin ortasında yerləşən
meydan, bu rayonun qəlbi olacaqdır.
Böyük uğurla nəticələnmiş
Bakı Ağ şəhərin giriş
qapısı sayılan
yüksək səviyyəli
Bakı Ağ şəhər Ofis Binasının açılışı
ötən ilin sonunda baş tutdu. Hələ layihələndirildiyi
dövrdə bu möhtəşəm bina
beynəlxalq memarlıq
aləmində geniş
tanınmış və “Asia-Pacific Property Awards - 2011",
“Azeri Business Awards - 2011", “İlin Şirkəti - 2014" mükafatları
ilə təltif edilmişdir. Əhatədəki tarixi binalar
və Paris üslublu evlərdən fərqlənən
Bakı Ağ Şəhər Ofis Binasının cazibədar,
estetik xətləri müasir memarlığın
mükəmməl nümunələrindəndir.
Bütün müasir beynəlxalq
standartlara cavab verən yeni Ofis Binası Britaniyanın məşhur
“ATKINS” şirkəti tərəfindən
layihələndirilmiş, yerli
və beynəlxalq mütəxəssislər qrupu
tərəfindən inşa
edilmişdir. Tikinti dövründə
Ofis Binası BREEAM beynəlxalq ekoloji sertifikata da layiq görülmüşdür.
Belə ki, Bakı Ağ
şəhər Ofis Binası Azərbaycanda və regionda BREEAM sertifikatlaşdırmasını keçmiş ilk və yeganə bina oldu. Bu da
ölkənin beynəlxalq
ekoloji standartlara cavab vermək istəyini əks etdirir. Ölkə Prezidenti cənab
İlham Əliyev binanın açılışında
iştirak etmiş, layihə ilə bağlı tapşırıq
və tövsiyələrini
vermişdir.
2014-2015-ci
tədris ili üçün Ağ şəhərin ərazisində
yerləşən ilk təhsil
ocağı – Bakı
Fransız Liseyi fəaliyyətə başlayıb.
Sentyabr ayında baş tutan açılışda
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
320 şagird yerlik
lisey müasir memarlıq quruluşu ilə diqqət çəkir. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris
üçün hər
cür şərait yaradılıb. Fransız
liseyinin təməli
2011-ci ilin oktyabrında
Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində
imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında
Bakı Fransız Liseyinin yaradılmasına
dair” Sazişə əsasən qoyulub. Liseydə tədris uşaq bağçasından başlayaraq
12 illik ümumi təhsil müəssisəsində
Fransız dilində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq.
Layihənin yol və kommunikasiyalar
infrastrukturu da inşa olunmaqdadır. Hazırda
bu işlər ərazinin
xeyli hissəsini əhatə edir. İnşası gedən eni
45 metr olan Xaqani Rüstəmov küçəsi isə Neftçilər prospektini
Nobel və Babək prospektləri ilə birləşdirəcək. Bu yolun üzərində
Ağ şəhərin
6 strateji inkişaf planına uyğun olaraq, Nobel, Babək və Neftçilər prospektlərini birləşdirəcək
Xaqani Rüstəmov küçəsinin inşası
davam etməkdədir.
Metropolitenin Ağ şəhər
ərazisindən keçəcək
yaşıl xəttinin
tikintisinə başlanıb.
Bu metro xətti Xətai və Həzi Aslanov stansiyalarını birləşdirəcək.
Həmçinin, Ağ
şəhər metrostansiyası
Nobel prospektindən piyadaların
təhlükəsiz və
rahat yeraltı keçidi təmin edəcəkdir. Eyni zamanda layihədə
nəzərdə tutulmuş
6 yeni yeraltı piyada keçidindən
3-nün inşası həyata
keçirilir.
Bakı
Ağ şəhər
layihəsi çərçivəsində
həyata keçirilən
irimiqyaslı işlər
müxtəlif beynəlxalq
və yerli mükafatlara, o cümlədən
“MIPIM Asia Awards 2011" müsabiqəsində
”Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi"
nominasiyasında, “Cityscape Global” sərgisində “Ən yaxşı şəhərsalma
layihəsi” nominasiyasında
mükafatlara layiq görülüb. Dünyanın ən qədim neft sənayesi mərkəzi olan Bakı qısa zaman ərzində ən böyük şəhərlərdən birinə
çevrilib və təkrarolunmaz görkəm
alıb. Azərbaycanın iqtisadi inkişafı fonunda paytaxt gündən-günə yaşamaq
və işləmək
üçün arzuolunan
şəhərə çevrilməkdədir.
Bu layihənin həyata keçirilməsi
ilə Qara şəhərin sənaye
görkəmi keçmişdə
qalır, yerini paytaxtın yeni mərkəzinə çevriləcək
Bakı Ağ şəhərin komfort və harmoniyasına verir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.-
4 mart.- S.4.