Fəaliyyətimiz informasiya

əsrinin tələblərinə uyğun qurulub

 

MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI - 96

 

Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq və bu baxımdan, Milli Təhlükəsizlik

Nazirliyinin müstəsna əhəmiyyəti və funksiyası var. Mən çox şadam ki, bu funksiya uğurla icra edilirbu gün  nazirlik ən yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Milli Təhlükəsizlik Nazirliyində işləmək, dövlətimizin, xalqımızın təhlükəsizliyini

təmin etmək  peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Son 15 ilin təcrübəsi XXI əsrin bəşər tarixinə tamamilə yeni keyfiyyət gətirdiyini göstərir. Artıq informasiyainformasiya texnologiyalarının dünyada inkişafın əsaslarını müəyyənləşdirən mühüm faktora çevrilməsi ilə informasiya əsrinə keçid baş vermişdir.

 

Müasir dövrdə cəmiyyət həyatının bütün sferalarına, dövlət və özəl sektorun ən müxtəlif səviyyələrinə nüfuz etmiş informasiya texnologiyaları ictimai münasibətlər sisteminin mühüm müəyyənedici faktoru keyfiyyətində çıxış etməkdədir. Bu mənada, elmi-texniki tərəqqinin indiki mərhələsi informasiya texnologiyalarının sürətli inkişafı və qlobal kommunikasiya şəbəkələrinin yaranması ilə xarakterizə edilir. Operativlik və səmərəli menecment imkanlarını təmin etməklə aktual çağırışlara münasibətdə optimal həll variantları və alternativlərin müəyyənləşdirilməsinə töhfə verən informasiya texnologiyaları bu gün artıq seçim deyil, labüd və qaçılmaz reallıqdır. İnformasiya texnologiyalarının inkişafı bu prosesin ən parlaq təcəssümü olan internet qlobal səviyyədə milyardlarla istifadəçini — ayrı-ayrı fərdləri, təşkilatları və dövlət institutlarını vahid bir şəbəkədə — virtual məkanda birləşdirən, informasiya dövriyyəsinin və giriş imkanlarının məhdudiyyətsiz səviyyəsini təmin edən zəmin rolunu oynayır.

İnformasiya texnologiyalarının hiper nüfuzetmə tempi informasiya təhlükəsizliyi problemini aktual edir. Çünki müasir qlobal inkişafın danılmaz atributu olan informasiya texnologiyaları və internet yalnız leqal subyektlər üçün deyil, eyni zamanda, transmilli mütəşəkkil səviyyədə fəaliyyət göstərən kriminal qruplar, terrorçuradikal ekstremist qüvvələrin fəaliyyəti baxımından da geniş imkanlar yaradır.

İnformasiya texnologiyalarından, o cümlədən internetdən asılılığın qlobal səviyyədə artan dinamikası, internet vasitəsilə həyata keçirilən cinayət fəaliyyətlərinin risk dərəcəsi, müvafiq cinayət-fəaliyyət növündə məsafə amilinin rol oynamaması, habelə insan resurslarına minimum tələbat və qanunazidd əməlin törədilməsi prosesində fiziki təmas zərurətinə ehtiyacın getdikcə azalması kimi amillər informasiya texnologiyaları vasitəsilə həyata keçirilən kiber müdaxilə üsullarını cinayətlərin törədilməsi baxımından son dərəcə əlverişli bir vasitəyə çevirmişdir. Ən nəhayət, informasiya texnologiyaları özündə müharibə taktikasının ənənəvi vasitələri ilə yanaşı, qeyri-ənənəvi və qeyri-hərbi üsullarını da birləşdirən müasirhibrid müharibələr”in ayrılmaz mexanizmi rolunda çıxış edir.

Bu mənada, informasiya əsrinin yaratdığı imkanlar yalnız elmi-texniki inkişafın prizmasından deyil, həm də dünyada təhlükəsizlik sahəsində baş verən proseslər müstəvisində nəzərdən keçirilməlidir. Bu gün dövlətlərarası ziddiyyətlər əsasən güc tətbiqi ilə deyil, daha çox qapalı üsul və vasitələrlə həll olunur.

Münaqişələrin məzmununun dəyişməsi ilə qabaqlayıcı informasiyanın əldə edilməsi, bir çox hallarda naməlum, konkret dövlət mənsubiyyəti olmayan təhdidlərin qarşısının alınması xüsusi əhəmiyyət kəsb etdiyindən, obyektiv olaraq xüsusi xidmət orqanlarının rolu da artmaqdadır. Xüsusi xidmətlərin rolunu artıran digər amil dünyada gedən qloballaşma prosesləri müstəvisində informasiyanın əhəmiyyətinin müqayisəolunmaz dərəcədə yüksəlməsi və onun əldə edilməsi uğrunda mübarizənin kəskinləşməsi ilə bağlıdır.

Hazırda dünyada informasiyanın həcmi, miqyası və dövriyyə sürəti hər il dəfələrlə artır. Milli təhlükəsizlik baxımından belə irimiqyaslı və yüksək sürətli informasiya axınında zəruri məlumatların aşkarlanması, qiymətləndirilməsi, təhlili və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi daha səmərəli və çevik fəaliyyət tələb edir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi öz fəaliyyətini məhz bu reallıqlar nəzərə alınmaqla, dünyanın inkişaf etmiş ölkələrinin xüsusi xidmət orqanlarının təcrübəsinə uyğun qurur. Bu baxımdan, əsas vəzifələrdən olan ölkə rəhbərliyinin informasiya-təhlil təminatı işi səmərəli şəkildə həyata keçirilir. Ümumiyyətlə, xüsusi xidmət orqanlarının informasiya-təhlil işinin mühüm əhəmiyyət kəsb etməsi ilk öncə ölkədə qərar qəbuletmə mexanizmlərinin getdikcə təkmiləşdirilməsi zərurəti və həmin prosesdə bu təşkilatların iştirakının mühüm amilə çevrilməsi ilə bağlıdır. Çünki dünyada sürətlə artan informasiya axınının tendensiya xarakteri alması onun idarəedilməsi zərurətini də aktuallaşdırır. Digər tərəfdən, müasir dövrdə informasiya o qədər sürətlə dəyişir ki, onun məxfiliyi və təbii olaraq, əhəmiyyəti günlərlə deyil, bəzən saatlarla ölçülür. Bu halda uzağı bir neçə gün, yaxud bir neçə saat çəkən məlumatların məxfiliyi anlayışı zaman müstəvisində tədricən öz əhəmiyyətini itirərək şərti xarakter daşıyır. Bununla əlaqədar, məlumatların toplanılması, sistemləşdirilməsi və qiymətləndirilməsi sahəsində müvafiq hazırlıqlı kadrların və texniki vasitələrin, bir qədər də konkretləşdirsək, işlək mexanizmlərin mövcudluğu müstəsna əhəmiyyət kəsb edir.

Qeyd edilməlidir ki, 1919-cu il mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində yaradılmış Azərbaycanın ilk təhlükəsizlik orqanında informasiya-təhlil təminatı ilə məşğul olan struktur bölmə mövcud olmamışdır. SSRİ dövründə Azərbaycan təhlükəsizlik orqanlarının tərkibində bir sıra struktur bölmələr fəaliyyət göstərsə də, informasiya-təhlil işi bilavasitə mərkəzi orqanın səlahiyyətində saxlanılmışdır. Çünki proses və hadisələrin ölkənin təhlükəsizlik maraqları baxımından təhlili, tendensiyaların müəyyənləşdirilməsi və proqnozlaşdırılması kimi strateji əhəmiyyətli işin yerlərdə aparılmasına etibar olunmurdu.

Azərbaycan təhlükəsizlik orqanlarında informasiya-təhlil işi yalnız dövlət müstəqilliyinin bərpasından sonra, bir sıra dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin yaradılması ilə mümkün olmuşdur. Müstəqil ölkənin mənafelərinə xidmət göstərən Milli Təhlükəsizlik Nazirliyinin tərkibində struktur dəyişiklikləri aparılmaqla həmin dövrədək mövcud olan funksional istiqamətlərlə yanaşı, məlumat-təhlil sahəsi də fəaliyyətə başlamışdır. SSRİ dövründə yerlərdə aparılmasına etibar edilməyən təhlil, proqnozlaşdırma, strateji tədqiqatlar kimi mühüm istiqamətlərinin mərkəzləşdirilmiş qaydada təşkili ilə məşğul olacaq struktur qısa müddətdə, müvafiq baza olmadan yaradılmışdır. Yeni dövrdə informasiya axınının vahid mərkəzdə cəmləşməsi, müxtəlif istiqamətlər üzrə təsnifatlaşdırılması, qiymətləndirilməsi, təhlili və nazirliyin funksional sahələri üzrə göndərilməsinə olan ehtiyac MTN-də informasiya-təhlil işinin təşkilini zərurətə çevirirdi.

Bu istiqamətdə əsaslı dönüş xüsusi xidmət işinin dahi peşəkarı Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra baş verdi. Ümummilli liderin informasiya təminatının günün tələbləri səviyyəsinə qaldırılması, məlumat axınının koordinasiyası ilə bağlı tövsiyələri nəzərə alınaraq, MTN-in müvafiq funksional istiqamətin fəaliyyəti daha da təkmilləşdirildi.

İlk vaxtlar siyasigeosiyasi problemlərə aid məlumat daşıyıcıları əldə edilərək, Azərbaycanın millistrateji maraqları baxımından ilkin tədqiqatının aparılması həyata keçirilirdi. Əldə olunan məlumatlar sistemləşdirilərək, təhlil və strateji tədqiqatların müxtəlif ölkələr, regionlar və beynəlxalq təşkilatlar, aktual qlobal problemtendensiyalar üzrə aparılması təmin edilmişdir.

Son zamanlar ölkənin dinamik iqtisadi inkişafı, sabitliyin hərtərəfli təmin edilməsi, bir çox sahələrdə olduğu kimi, informasiya-təhlil istiqamətində fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasına da yeni imkanlar yaratmışdır. Müvafiq modern təcrübənin tətbiqi işdə mühüm keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. Bu, MTN-də informasiya-təhlil işinin başlıca istiqamətlərindən olan Azərbaycan Respublikası, onun xalqına, milli və dövlət maraqlarına münasibətdə düşmən mövqe tutan ölkə və qüvvələrə qarşı informasiya mübarizəsinin təşkilində özünü daha aydın surətdə göstərir.

İnformasiya mübarizəsi son dərəcədə aktual bir məsələdir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ərəfədə və sonrakı ilk illərdə bu aydın görünürdü. Ölkəmiz, sözün tam mənasında, informasiya blokadası şəratində yaşayırdı. Azərbaycanın əleyhinə məqsədli şəkildə nüfuzdansalıcı təbliğat kampaniyası aparılır, bu məqsədlə informasiya mübarizəsinin bütün vasitələrindən istifadə edilirdi. O zaman əsas vəzifə bu blokadanı yarmaq, dünyaya Azərbaycanla bağlı obyektiv məlumatları çatdırmaq idi. Sonrakı mərhələdə düşünülmüş, ardıcıl siyasət nəticəsində bu sahədə effektliyinin artırılması, erməni təcavüzü və Dağlıq Qarabağ probleminin əsl mahiyyəti, münaqişənin Azərbaycana vurduğu ağır zərbələr barədə dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılması mümkün oldu. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən informasiya blokadasının yarılmasında Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Bu gün həmin fəaliyyət daha intensiv xarakter almış, ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin apardığı siyasi xəttin həyata keçirilməsi üçün bütün imkan və vasitələr səfərbər olunmuşdur. Ermənistanın, erməni diasporunun Azərbaycana qarşı yalan siyasəti kampaniyasının ifşası planlı və müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır.

Məhz bunun nəticəsidir ki, indi ölkəmizin haqlı mövqeyi əksər beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən birmənalı qəbul edilir. Hazırda dünyanın 14 ölkəsi və ABŞ-ın 16 ştatının qanunverici orqanında Xocalıda törədilmiş kütləvi etnik təmizləmə soyqırımı aktı, yaxud qətliam kimi qiymətləndirilmişdir. Eləcə də, İslam Əməkdaşlığı Təşkilatı, Avropa Şurası və Avropa İttifaqı Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini müdafiə edən qərarlar qəbul etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il iyul ayının 7-də keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində demişdir: “Mən istəyirəm ki, Ermənistanın işğalçı siyasəti nəinki dövlətlərin rəsmi orqanlarında, ictimai rəydə, mətbutda tam şəkildə ifşa olunsun. Bu da çox önəmlidir. Çünki ictimai rəy dünyada, o cümlədən Azərbaycanda çox böyük rol oynayır. Münaqişə haqqında dəqiq məlumat, Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması - bütün bu mövzular daim danışıqlar və fəaliyyət mövzusu olmalıdır... Bizöz mübarizəmizi dayanmadan aparmalıyıq. Hücum etməliyik. Nəzərə almalıyıq ki, bunu etməyə, həqiqəti deməyə bizim tam əsasımız var”.

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarının, o cümlədən informasiya məkanının yad təsirlərdən qorunması konteksində rəqib ölkələr tərəfindən Azərbaycana qarşı aparılan informasiya mübarizəsinin adekvat tədbirlərlə neytrallaşdırılması istiqamətində fəaliyyət də uğurlu olmuşdur. Elmi, strateji araşdırmalar mərkəzləri, alimlər, ekspertlər və ayrı-ayrı istiqamətlər üzrə mütəxəssislər cəlb edilməklə müxtəlif dillərdə minlərlə kitab, sənədli material, elektron vəsait və film hazırlanaraq geniş coğrafiyada yayılması təmin edilmişdir.

Son dövrlər müxtəlif ölkələr bu sahədə tamamilə yeni metodlardan istifadə edərək internetsosial şəbəkələr vasitəsilə virtual məkanda rəqibə qarşı daha genişmiqyaslı informasiya mübarizəsinin təşkili məqsədilə könüllülərdən ibarət “informasiya orduları” yaradırlar. Bütün resurslar rəqibin təbliğatının zəiflədilməsi, yaxud effektli əks-təbliğata nail olunmasına yönəldilir.

MTN-də ötən dövrdə elmi-tədqiqat işi istiqamətinin yaradılmasını informasiya-təhlil fəaliyyətinin mühüm nəticələrindən biri hesab etmək olar. Bu sahədə ölkə arxivlərində və bəzi xarici arxivlərdə ardıcıl tədqiqat işləri aparılaraq, əldə olunan materiallar əsasında, XX əsr Azərbaycan tarixinə, xüsusilə 20-50-ci repressiya illəri ilə bağlı 200-dən çox elmi, publisistik məqalə, 30-a yaxın kitab yazılıb çap etdirilmiş, təhrif olunmuş həqiqətlər olduğu kimi ölkə ictimaiyyətinə çatdırılmışdır. 20-50-ci illərin respressiya qurbanları və Almaniya hərbi əsirliyində olmuş azərbaycanlıların siyahılarından ibarət 3 xüsusi buraxılış çap edilmişdir.

Araşdırmalar nəticəsində Azərbaycanın təhlükəsizlik orqanlarının və ilk sərhəd mühafizə qüvvələrinin təşəkkül tarixi dəqiqləşdirilmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanları ilə bu tarixlər təhlükəsizlik orqanları işçilərinin peşə bayramı və Sərhəd Qoşunlarının yaranması günü kimi müəyyənləşdirilmişdir. Bununla bütün digər dövlət orqanlarının tarixinin müəyyənləşdirilməsində tamamilə yeni, həm də varislik prinsipinə əsaslanmağın çox gərəkli ənənəsi qoyulmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan tarixinin ləkələrdən təmizlənməsi, milli mənəviyyat qatlarımızın unudulmaqda olan səhifələrinin bərpası sahəsində ilk addım atan dövlət qurumu olmasında aparılmış elmi-tədqiqat işləri mühüm rol oynamışdır. Elmi-tədqiqat istiqaməti yalnız tarixi problemlərə yox, həmçinin nazirliyin, qloballaşan müasir dünyada müstəqil dövlətimizin perspektiv inkişafına istiqamətləndirilmişdir. Eləcə də inkişaf etmiş ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının təcrübəsinin öyrənilməsi ilə MTN-in fəaliyyət istiqamətlərini əhatə edən mövzular üzrə xüsusi, metodoloji və tədris ədəbiyyatının hazırlanması işi daha da genişləndirilmişdir.

XXI əsrin reallıqları sırasında istənilən ölkənin virtual məkandan gözlənilən təhlükələrin artmasının strateji əhəmiyyət kəsb edən elektron “sərhədləri”nin mühafizəsinə ciddi problemlər yaratması da vardır. Təsadüfi deyil ki, ekspertlər tərəfindən bu əsrdə informasiya təhlükəsizliyinə qarşı yönəlmiş təhdidləri qlobal və ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyinin əsas problemi qismində qiymətləndirilir. Məhz informasiya sahəsindəki təhlükələr son illər cəmiyyətin qarşısında duran ekologiya, energetika və kəskin şəkildə təzahür edən digər problemlərdən önə çıxmaqdadır. İnformasiya texnologiyalarının inkişafı bizim daha şəffaf dünyada yaşamağımıza və fəaliyyət göstərməyimizə gətirib çıxarır.

Son hadisələr göstərir ki, müxtəlif tipli qarşıdurmalarda rəqiblər ilk növbədə idarəolunmanı təmin edən qapalı rabitə kanalları və məlumat mübadiləsi kommunikasiyalarına müdaxiləyə cəhd göstərirlər. İnformasiya əsrində ölkənin elektron və digər texnologiyalardan artan asılılığı, kiberhücumların intensivləşməsi və insanların şəxsi həyatına müdaxilə halları rəqəmsal şəbəkələrin və infrastrukturun təhlükəsizliyinin artırılmasını son dərəcə zəruri edir.

Cəmiyyətin və dövlətin normal funksionallığı üçün müvafiq infrastrukturların təhlükəsizliyi müstəsna əhəmiyyət daşıyır. Elmi-texniki inkişaf kritik infrastrukturlarla bağlı “təhdid və təhlükəsizlik” konsepsiyasına münasibətdə yeni yanaşmanı aktual etmişdir. Yeni yanaşma kritik infrastrukturların (həyat təminatı obyektlərin) mühafizəsi probleminin hərtərəfli nəzərə alınması, ənənəvi-fiziki təhlükəsizlik tədbirləri ilə yanaşı, virtual məkanda mühafizə standartlarının da təkmilləşdirilməsini aktual edir. Bu obyektiv reallıq kritik infrastrukturların idarəedilməsinin informasiya texnologiyalarından asılılıq səviyyəsinin labüd artımı ilə izah edilir.

Günümüzdə informasiya texnologiyalarından silah kimi istifadə edilməsi və onun daha geniş yayılmış forması olan kompüter cinayətkarlığı artıq reallıqdır. İnformasiya silahı nəinki hərbi əməliyyatların aparılması metodlarını, həmçinin müharibə anlayışının özünü də dəyişmişdir. Bu vasitələrin terrorçuekstremist təşkilatlar tərəfindən istifadəsi daha təhlükəlidir.

Bütün bunlar nəzərə alınaraq, xüsusilə son 10 ildə MTN-də yüksək texnologiyaların tətbiqi ilə yanaşı, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl və səmərəli tədbirlər görülmüşdür. Həm əməliyyat-axtarış, həm də informasiya təminatı sahələrini əhatə edən bu tədbirlər MTN-in dünyanın aparıcı xüsusi xidmətləri ilə bir sırada dayanmasına geniş imkanlar yaratmışdır. Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyində yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizənin təşkilinə xüsusi diqqət yetirilir.

Milli təhlükəsizlik orqanlarının fəaliyyəti barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilkin mənbədən çatdırılması zərurəti və Azərbaycan Respublikasında “Elektron hökumət” Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar 2005-ci ilin mart ayında MTN-inmtn.gov.az/mns.gov.az” ünvanlı rəsmi internet saytı yaradılmışdır. Məlumat resurslarının qəbul edilməsi potensialı dəfələrlə artırılmış sayt müasir dizayn elementlərinə və təhlükəsizlik standartlarına cavab verə biləcək səviyyədə təkmilləşdirilmişdir. Monitorinqlərin nəticələrinə əsasən, MTN-in rəsmi internet saytına təkcə 2014-cü il ərzində istifadəçilər tərəfindən 415 163 daxilolma, 1 873 118 səhifə baxışı sayı qeydə alınmışdır. Həmin dövr ərzində sayta baxış coğrafiyası 56 ölkəni əhatə etmişdir.

Dünyada, xüsusilə ölkəmizə yaxın regionlarda gedən proseslər, bir çox hallarda vəziyyətin sürətlə dəyişməsi MTN-in informasiya-təhlil fəaliyyətinin getdikcə daha da təkmilləşməsini zəruri edir. Bu gün milli təhlükəsizliyə qarşı tendensiyaların vaxtında müəyyənləşdirilməsinə, risklərin və təhdidlərin proqnozlaşdırılmasına imkan verəcək təhlillər aparılmadan səmərəli qabaqlayıcı təbdirlərin görülməsi mümkünsüzdür.

Milli Təhlükəsizlik naziri, general-polkovnik cənab Eldar Mahmudov demişdir: “Risklərin təhlili və təhdidlərin qiymətləndirilməsi, yəni ölkənin həyatındakı real şərait, proses və amillərə dair müvafiq məlumatların toplanılması, bazasının yaradılması, eləcə də, onların təhlil edilərək qiymətləndirilməsi mexanizminin işlənməsi vacib məqamlardandır. Belə mexanizm vasitəsilə potensialya real, daxiliya xarici xarakterinə, eləcə də, sahəvi strukturuna uyğun olaraq, ölkənin milli təhlükəsizliyinə təhdidlər müvafiq məlumatlar əsasında sistemləşdirilir, konkretləşdirilir. Bu zaman həm də risk və təhdidlərin baş verməsinin mümkün nəticələri, eləcə də onların profilaktikası ilə bağlı tədbirlərin məcmusu müəyyənləşdirilir”.

Azərbaycan Respublikasının təhlükəsizlik təminatına xidmət edən MTN-in informasiya-təhlil fəaliyyəti digər istiqamətləri də əhatə edir. Məqsəd isə birdir: ölkənin təhlükəsizlik təminatında yaxından iştirakla, Azərbaycan xalqının dövlət və milli maraqlarının qorunmasına daha əlverişli şəraitin yaradılması.

 

Sultan FƏRZƏLİYEV,

MTN-in Baş İdarə rəisi, polkovnik

 

Xalq qəzeti.- 2015.- 19 mart.- S.9.