“Erməni işğalçıları Qarabağda
maddi-mədəni
irsimizi məhv etməklə
dünyaya çoxdan məlum
olan tarixin izlərini
itirmək istəyirlər”
Azərbaycanın Dağlıq
Qarabağ bölğəsinin və əfraf
rayonlarının işğal olunmuş və 25 ilə
yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin
nəzarəti altında olan ərazilərində
xalqımıza məxsus əmlakın və təbii sərvətlərin
kütləvi surətdə talan və məhv edilməsi bu
gün də davam edir. Ölkə rəhbərliyinin, rəsmi
qurumların işğalçı dövlətin vandallıq
hərəkətlərinin qarşısının
alınması üçün beynəlxalq qurumlarda dəfələrlə
səsləndirdiyi “həyəcan təbili”nə baxmayaraq,
dünyanın gözü qarşısında maddi və mənəvi
sərvətlərimizin axırına çıxılır.
Bu ərazilərin
min illərdən bəri xalqımıza məxsusluğuna
şahidlik edən tarixi abidələr isə xüsusi
amansızlıqla məhv edilir, saxta əlavələrlə
“özününküləşdirilir”. Bu barədə
kütləvi informasiya vasitələrinə geniş
açıqlama verən Azərbaycan Abidələrini
Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq
İSMAYILOV erməni işğalçılarının
Dağlıq Qarabağa sahiblənmək iddialarını elə
onların tarixi havadarlarının mötəbər
mülahizələri ilə cavablandırmışdır:
– Ermənilər
Qafqaza və tarixi Azərbaycan torpaqlarına sonradan gəldiklərini
və gətirildiklərini min bir yalan və iddia ilə inkar
etməyə çalışsalar da, onların güclü və
əliuzun dostları nəinki bu həqiqəti danmağa cəhd
etmir, hətta yeri gələndə etiraf da edirlər. Erməni
işqalçılarının Qərbi Azərbaycanda və
Qarabağda özlərinin köklü xalq olduğunu
sübut etmək üçün qədim tarixi abidələrimizi
ya yer üzündən sildiyi, ya da mənimsədiyi bir vaxtda
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey
Makarovun dediyi sözləri dünyanın haqsevər
insanlarının diqqətinə kifayət qədər ucadan
çatdırmaq lazımdır: “Əgər Rusiya dövləti
və xalqı olmasaydı, bu gün Ermənistan mövcud
olmazdı”. Başqa bir rus politoloqu isə bu yaxınlarda onun
dövlətinə sayğısızlıq göstərmək
istəyən erməni dairələrinə telemüsahibəsində
belə qulaqburması verdi: “İrəvanın, sadəcə,
500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın
köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər
isə həmin ərazi İrəvan xanlığının
mərkəzi idi. Tarix isə hələ də heç bir erməni
imperiyası tanımır və əgər 1918-ci ilə qədər
Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən
tarixçilər indiyə qədər niyə baş
çıxara bilmirlər ?”
QHT rəhbəri sözünə davam edərək demişdir:
– Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan qanunvericiliyinin yaratdığı şərait çərçivəsində Ermənistanın soydaşlarımızı qovduğu və Qarabağda işğal etdiyi ərazilərin maddi və mədəni sərvətlərinin xilas edilməsi dövlət orqanlarından, hüquqi şəxslərdən və vətəndaş cəmiyyəti üzvlərindən təxirəsalınmaz, təsirli tədbirlər görməyi tələb edir. Onsuz da, erməni vandalları işğal zonasında təbiətimizə sağalmaz yaralar vurublar, varidatımızı və tarixi abidələrimizi bütünlüklə talan ediblər. Nə qədər gec olsa da, erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir.
Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını dünyanın gözü qarşısında açıqca və kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərinin talan edilməsini və dağıdılmasını davam etdirir. Bundan ermənilərin əsas məqsədi işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silmək, özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə çağdaş dünyanın ən qatı millətçi- separatçıları kimi tanınan ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə apararaq, Ermənistanı təkmillətli respublikaya çevirdilər. Azərbaycanın işğal altında olan ərazilərini “özəlləşdirdiyini” düşünən Ermənistanın siyasi dairələri bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, məqsədli və davamlı siyasət həyata keçirir. Bu niyyətlə hazırlanmış fəaliyyət planına aşağıdakılar daxildir:
– toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı;
– tarixi şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sərkərdə və qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin adları ilə bağlı ünvanların, xatirə abidələrinin dəyişdirilməsi, yox edilməsi;
– İslam dini abidələrinin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının yerlə yeksan edilməsi;
– memarlıq abidələri üzərindəki türk rəmzlərinin və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması və s.
F. İsmayılov daha sonra bildirmişdir:
– Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində
işğal altındakı
ərazilərdə Azərbaycanın
çox sayda monumental
incəsənət, tarixi
və İslam dövrü abidələri
məhv edilərək
sıradan çıxarılmışdır.
Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları
və vandallıq hərəkətlərini bir
çox erməni ekspertləri, analitikləri
və jurnalistləri də dolayısı ilə etiraf edirlər. Onlar vandallıq hadisələrinin
baş verdiyi yerlərdən sökülmüş
və dağıdılmış
abidələrin görüntülərini
yaymaqla ermənilərin
bu ərazilərdə
vəhşilik etdiklərini
bilərəkdənmi- bilməyərəkdənmi
təsdiq edirlər.
Nəzarətsiz qalmış ərazilərdə
tarix və mədəniyyət abidələrinin
korlanmasına və ya tamamilə dağılmasına ermənilərin
vandallıq hərəkətlərindən
başqa, nəzarətsizlik
və dağıdıcı
təbii proseslər də səbəb ola bilər. Lakin təbiət hadisələri nəticəsində
uçmuş, dağılmış
abidələrin tikinti
quruluşlarına, ornamental və bədii işləmələrinə, divar
yazılarına o qədər
də zərər dəymir. Belə abidələrin bərpası
zamanı ornamental nümumələr
və və yeni hörgü daşları tələb
olunmur. Ermənilərin
vandalizm aktları nəticəsində isə
abidənin görünüşü
tamamilə dəyişərək
onun mövcudluğunu
şübhə altına
alır.
Buna misal olaraq Ağdam
şəhərinin bağ
və parklarında heykəltaraşlıq nümunələrini,
xatirə abidələrini,
Şuşa şəhərində
tarixi əhəmiyyətli
bina və qurğuları, Vaqifin məqbərəsini, Laçın
rayonunun Güləbird
kəndində bayatı
janrının ustadı
Sarı Aşığın
xatirə kompleksini və s. göstərmək
olar. Bütün bunların əvəzində
isə ermənilər
Şuşa, Laçın,
Kəlbəcər, Xankəndi,
Xocavənd, Ağdərə,
Qubadlı ərazilərinin,
Qarabağın işğalında
fərqlənən erməni
terrorçularına xatirə
abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin
heykəllərini ucaldırlar.
İşğal altındakı inzibati
yaşayış mərkəzlərində
azərbaycanlılara məxsus
heykəllərin dağıdılması
xüsusi üsulla həyata keçirilir. Heykəli əvvəlcə
kiçik hissəciklərə
bölür, sonra isə bir neçə
yüz metr ərazidə ətrafa səpələyirlər. Ona
görə belə edirlər ki, bu hissələrin nə vaxtsa bir yerə toplanıb
bərpa edilməsi mümkün olmasın.
Monumental xatirə abidələrini
isə əksər hallarda sökmür, üzərindən lövhələri
və barelyefləri çıxararaq erməni
dilində yazı lövhələri və barelyeflərlə əvəz
edirlər.
Dağlıq Qarabağ və
ətraf rayonları etnik təmizləməyə
məruz qoyan Ermənistan hökuməti,
bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına
özlərini inandırmağa
çalışır. Məhz
bu səbəbdən də bir zamanlar
etnik təmizləməyə
məruz qoyduqları ərazilərdə azərbaycanlılar
yaşamış kənd
və şəhərlərin
xarabalıqlarında və
turizm üçün
əlverişli yerlərdə
erməni xaçları
ilə bəzədilmiş
monumental incəsənət abidələrinin tikintilərini
ilbəil genişləndirirlər.
Bundan məqsəd gələcək nəsillərə
bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır.
Dağıdılan Azərbaycan
mədəniyyəti fonunda
bu mənzərələrin
yaradılması acınacaqlı
və olduqca təhlükəlidir.
Azərbaycan Abidələrini Müdafiə
Təşkilatı ictimai
birliyinin sədri qeyd etmişdir ki, təcavüz nəticəsində işğala
məruz qalan ərazilərdə tarixən
mövcud olmuş mədəni dəyərlərin
qorunması və eləcə də memarlıq, incəsənət
və tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni
dəyərlərin müdafiə
edilməsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi
bu gün Azərbaycan xalqının
qarşısında təxirəsalınmaz
bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən UNESCO-nun Silahlı
münaqişələr zamanı
mədəni mülkiyyətin
qorunması üzrə
Komitəsinin 8-ci sessiyası
çərçivəsində işğal edilmiş ərazilərdə mədəni
mülkiyyətin qorunması
haqqında qəbul edilən sənəd imkan verir ki,
Azərbaycan törətdiyi
cinayətlərə görə
Ermənistana qarşı
beynəlxalq təşkilatlar
vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin.
İşğal edilmiş ərazilərdə
mədəni mülkiyyətin
qorunması məsələsinin
UNESCO-nun Silahlı münaqişələr
zamanı mədəni
mülkiyyətin qorunması
üzrə Komitəsində
müzakirə edilməsinə
2012-ci ildə Azərbaycan
tərəfindən təşəbbüs
edilib və müvafiq sənədin hazırlanması tələb
edilib. Katibliyin hazırladığı sənəddə
Silahlı münaqişələr
zamanı mədəni
mülkiyyətin qorunması
haqqında 1954-cü il
Haaqa Konvensiyası və onun iki
protokolunda işğal
edilmiş ərazilərə
aid müddəaların hüquqi
təhlili, həmin müddəaların həyata
keçirilməsi mexanizmləri
və digər aspektlər yer alıb. Çox təhlükəli məqamlardan
biri də son zamanlar ermənilərin Azərbaycanın milli-mədəni
dəyərlərini mənimsəməsi
prosesinin daha da güclənməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin
sərgi pavilyonlarında
Azərbaycan mətbəxinin
bir çox nümunələri erməni
məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə
Azərbaycan xalqına
məxsus rəsm əsərləri, bəzək
əşyaları, bədii
toxuculuq, rənglı
şüşələrdən təsviri sənət nümunələri, mozaikalar,
əlyazmalar, vitrajlar,
musiqi əsərləri,
alətləri və
s. ermənilərin milli-mədəni
dəyərləri kimi
təqdim edilir. Bütün bunların vaxtında qarşısı
alınmasa, getdikcə
daha təhlükəli
bir prosesə çevriləcəkdir.
Memarlıq abidələri içərisində
ermənilər tərəfindən
ən çox dağıntılara və
tələfata məruz
qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində
rəsmi fəaliyyət
göstərmiş 67 müsəlman
məscidinin (Şuşada
13, Ağdamda 5, Füzulidə
16, Zəngilanda 12, Cəbrayılda
5, Qubadlıda 8, Laçında
8) 63-ü tamamilə, 4 məscid
isə qismən dağıdılaraq yararsız
hala salınmışdır.
Beynəlxalq təşkilatların
təzyiqləri nəticəsində
Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı
Gövhərağa, Yuxarı
Gövhərağa və
Saatlı məscidlərinin
divarlarını salamat
saxlamaq mümkün olmuşdur.
Ermənilər daha bir əxlaqsızlıq nümayiş
etdirərək, Ağdam
cümə məscidinin
içərisində ev
heyvanları, o cümlədən
donuz saxlamaqla azərbaycanlılara qarşı
öz nifrətlərini
nümayiş etdirirlər.
Onlar qəbiristanlıqların
mərmər daşlarını
söküb formalarını
dəyişərək Xankəndi,
Hadrut, Əsgəran, Laçın və Xocavənddə inşa etdikləri bağ və parklarda bəzək daşları
kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıq
dağıdılmış və minlərlə qəbir tanınmaz hala salınmışdır.
QHT rəhbəri sonda demişdir:
– Erməni işğalı
altında qalan bu abidələrə dəyən zərərin
qiymətləndirilməsi xüsusi
əhəmiyyət daşıyır
və bundan sonra xalqın mənəviyyatına vurulan
zərərin həcminin
nə dərəcədə
böyük olduğunu
təsəvvür etmək
o qədər də çətin olmayacaq. İşğal altındakı
tarix və mədəniyyət abidələrinə
dəymiş zərərlərin
qiymətləndirilməsi metodologiyası
hazırlanarsa, bu, Azərbaycan praktikasında
ilk dəfə həyata
keçirilən hadisə
olar. Belə bir qiymətləndirmə
beynəlxalq meyarlara uyğun aparılmalıdır.
Ermənistanın Azərbaycana
vurduğu maddi və mənəvi zərərin öyrənilməsi
işi zamanı çatanda bu itkinin tam həcmdə ödənilməsi zərurətini
yaradır. Beynəlxalq
hüquqa görə məsuliyyət daşıyan
dövlət özünün
hüquqazidd əməli
ilə digər dövlətə vurmuş
olduğu ziyanı tam
həcmdə ödəməlidir.
Göründüyü
kimi, erməni işğalçıları Qarabağda
maddi- mədəni irsimizi məhv etməklə dünyaya çoxdan məlum olan tarixin izlərini
itirmək istəyirlər.
Lakin tarixi dəyişmək bu vaxtadək heç kəsə nəsib olmadığı kimi, erməni faşistlərinə
də qismət olmayacaq.
Hazırladı: R.TAHİR
Xalq qəzeti.- 2015.- 30 mart.- S.6.