Gəncə – qədimliklə

müasirliyin qovuşduğu şəhər

 

Gəncə şəhəri nəinki ilbəil, aybaay, hətta günbəgün böyüyür, inkişaf edir, gözəlləşir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bunun Prezident İlham Əliyevin Gəncəyə olan qayğı və diqqəti sayəsində baş verdiyinison illər bütün sahələrdə müşahidə olunan dinamik inkişafın 2015-ci ilin ilk aylarında da davam etdiyini bildirdi.

İnkişafı xarakterizə edən ümumi məhsul buraxılışı üç ay ərzində 2,6 faizya müqayisəli qiymətlərdə 4,1 milyon manat artaraq 159,7 milyon manata çatmışdır. Əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi 2,4 faiz artaraq 485,4 manat təşkil etmişdir. Ümumi daxili məhsulun 72,9 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür.Şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 319,3 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 3,1 faiz artıqdır. Şəhər sənayesində 2015-ci ilin ilk üç ayında 56 milyon 493 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Keçən ilin müvafiq dövrü  ilə müqayisədə istehsal edilən mal və xidmətlərin həcmi 2,1 faiz artmış, ümumi istehsalın 88,9 faizi sənaye mallarının, 11,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.

Ölkə Prezidentinin sənayenin daha da inkişaf etdirilməsi siyasətinə uyğun olaraq, Azərbaycanda, o cümlədən Gəncə şəhərində yeni sənaye müəssisələrinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır. Bu baxımdan respublikada sənaye sektorunda ən böyük layihələrdən biri olan Gəncə şəhərində poladəritmə kompleksininalüminium texnoparkının yaradılması və tezliklə bu işlərin həyata keçirilməsi sahəsində nəzərdə tutulan tədbirlər ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda demişdir: “Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər üçün lazımı tədbirlər görülür”.

Qeyd etmək lazımdır ki, ölkə başçısının xeyir-duası ilə təməli qoyulmuş ən müasir standartlara cavab verən sərnişin vaqonlarının və lokomotivlərin istehsalına dair zavodun tikintisi istiqamətində də işlər görülür.İstehsal gücü sutkada 150 baş qara mal, 600 baş davar, 20 min ədəd toyuq emal edən “Elba Kəsim və Emal Fabrikası” MMC-nin və gündəlik istehsal gücü 10 ton olan müasir çörək istehsalı zavodunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu istehsal sahələrinin istifadəyə verilməsi ilə 100-dən çox yeni yeri yaradılacaqdır. “Gəncə Avtomobil zavoduİstehsalat Birliyində Rusiya Federasiyasının Naberejni – Çelnı şəhəri ilə “KAMAZ” markalı yük maşınlarının yığılması barədə bağlanılmış müqavilə artıq icra olunmağa başlanıb."Gəncə Şərab-2" ASC-də aparılan yenidənqurma işləri ilə əlaqədar cari ilin birinci rübündə 328 min manatlıq və 7 min avro dəyərində müxtəlif avadanlıqlar və torpağı gübrələmək üçün çubuq doğrayan maşın alınmışdır.

Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayanümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksinin dinamik inkişafı hesabat ilində də davam etmişdir. 2015-ci ilin birinci rübündə şəhərin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsaslı kapitala 36 milyon 205 manatya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox vəsait yönəldilmişdir.Dövlət başçısının söylədiyi: “Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət daimidir. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir” – sözləri son illər Gəncədə görülən işlərə verilən yüksək qiymətdir.

Şəhərin tarixi siması qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşməsi sahələrində, hər il olduğu kimi, cari ilin əvvəlindən də mühüm tədbirlər həyata keçirililmiş və yerinə yetirilən işlər şəhər icra hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının “möcüzə” adlandırdığı Heydər Əliyev Park Kompleksində 4 min kvadratmetr ərazidə Əyləncə Mərkəzinin və Qış Parkının, həmçinin beynəlxalq standartlara cavab verə biləcək 17 hektar ərazidə Gəncə Olimpiya Parkının tikintisinə başlanılması istiqamətində işlər aparılır. Ölkə Prezidentinin xeyir-duası ilə təməli qoyulmuş 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Filarmoniyasının və tamaşaçı zalı 520 nəfər olacaq Gəncə Dövlət Dram Teatrının yeni binalarının inşası davam etdirilir. Cari ildə Filarmoniyanın və Sahil parkında inşası başa çatmaqda olan Mətbuat evinin istifadəyə verilməsi gözlənilir. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və himayəsi sayəsində orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” Kompleksində təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri sürətləndirilmişdir. Kompleksin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Şəhərin müxtəlif yerlərində onlarca çoxmərtəbəli yaşayış binaları inşa olunur. Hacıkənd qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilməklə yanaşı, burada inşa edilən dördmərtəbəli mehmanxananın tikintisi sürətləndirilmişdir. Məhsəti və Şıxzamanlı qəsəbələrində icra nümayəndəliyinin, poliklinikanın, poçt şöbəsinin, uşaq bağçasının yerləşdirilməsi üçün nəzərdə tutulan binaların əsaslı təmiri davam etdirilirbu binalar cari ildə istifadəyə veriləcəkdir.

 Şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yolların genişləndirilməsi, prospekt və küçələrdə mövcud binaların fasadlarının, fərdi evlərin müasirklassik memarlıq üslubunda yenidən işlənilməsi istiqamətində aparılan genişmiqyaslı işlər cari ilin əvvəlindən də davam etdirilmişdir. Şəhərlə “İmamzadə”ni birləşdirən yol genişləndirilmiş, yeni asfalt örtüyü salınmış, yol kənarlarındakı divarlar dekorativ kərpiclə üzlənmiş və bu sahədə işlər davam etdiriləcəkdir. Eyni zamanda, bu yolda fərdi evlərin hasarları – 180 min 596 kvadratmetr sahə Gəncəyə xas qədim memarlıq üslubunda kərpiclə üzlənmişdir.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet sahələrindən biri olan ətraf mühitin mühafizəsi, müasir dövrdə təbii mühitin sağlamlığının qorunub saxlanılması şəhər icra hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır və ötən dövr ərzində bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kampaniyası 2015-ci ildə də davam etdirilməklə, ilin əvvəlindən ulu öndər Heydər Əliyev adına parkda ilkin olaraq 15 mindən çox ağac əkilmişdir və bu say  işlər davam etdirilməklə 60 minə çatdırılacaqdır. Həmişəki kimi, ilin əvvəlindən də ayrı-ayrı ərazilərdə, yaşayış massivlərində, qəsəbələrdə yeni yaşıllıq zonalarının yaradılmasında və həmçinin mövcud yaşıllıqların qorunub saxlanılmasında müəssisə, idarə və təşkilatlar, sakinlər yaxından fəal iştirak edirlər. Şəhərin müxtəlif ərazilərində 22 mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları , 10 min 500-dən çox mövsümi gül və çiçək əkilmiş, 20 hektar sahədə çəmənlik salınmış, yaşıllıqların suvarılması üçün istifadə edilən 8 ədəd subartezian nasosu təmir edilərək istismara verilmiş, ağaclara vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilmiş, abadlıq və təmizlik işləri aparılmışdır. Şəhərin Gülüstan yaşayış massivində böyük şair Mirzə Şəfi Vazehin ev muzeyinin və mütəfəkkirin adını daşıyan parkın, Əziz Əliyev küçəsində onun adına parkın, eləcə də Gəncəçayın sağ sahili boyunca yeni parkın salınması istiqamətində işlər davam etdirilməkdədir. Hər il olduğu kimi, bu il də şəhər sakinlərini qayğılandıran mənzil-məişət problemlərinin həlli, yaşayış binalarında dam örtüklərinin, zirzəmilərin təmiri, lift təsərrüfatının yenidən qurulması və digər məsələlər daim diqqət mərkəzində saxlanılmaqla, əsaslı tədbirlər həyata keçirilir. 2015-ci ilin ilk aylarında nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, avtomobil yollarının yenidən qurulması, təmiri və bərpası və sair işlər davam etdirilmişdir.Dövlət başçısının tapşırığına əsasən, uzunluğu 19,2 kilometr olan Zazalı – “İmamzadə” ziyarətgahı - Gəncə - Şəmkir magistral yolunu birləşdirən və 54 min nəfərə yaxın əhalinin istifadə etdiyi Gəncə dairəvi avtomobil yolunun təmiri və yenidən qurulması işləri istiqamətində əməli tədbirlər həyata keçirilir.Yeni yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər, xüsusilə yük maşınları ölkənin şimal və qərb istiqamətlərinə Gəncə şəhərinə daxil olmadan hərəkət edəcəkdir.

Şəhərdə qaz, elektrik enerjisi, su və digər xidmətlər köklü surətdə yaxşılaşdırılıb və bu işlər davam etdirilir. Dövlət başçısının dəstəyi ilə reallaşan, Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində şəhərin sukanalizasiya şəbəkəsinin yenidən qurulması işləri, həmçinin şəhər və məhəllədaxili sukanalizasiya xətlərinin tikintisi davam etdirilir.Göygöl-Gəncə magistral su xəttinin və 4 min kubmetrlik su anbarının, eləcə də digər su anbarlarının və borularının tikintisi başa çatdırılmışdır. Hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı Göygöl-Gəncə magistral su xətti ilə təmin olunur, bu il isə Qızılqaya-Totanlı və Şəmkirçay-Gəncə magistral su kəmərlərinin tikintisinin başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

2014-cü ildə Mir Cəlal Paşayev adına 930 şagird yerlik 39 nömrəli tam orta məktəbdə mövcud bina əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilmiş, hazırda isə burada 1200 şagird yerlik müasir yeni korpusun inşası və 250 şagird yerlik sanatoriya tipli internat məktəbin tədris korpusunda və yataqxanasında əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda təlim şəraitinin yaxşılaşdırılması məqsədilə 2015-ci ildə 4 min 956 yerlik 4 məktəb binasının, məktəb-lisey kompleksinin əsaslı təmiri sahəsində işlər davam etdirilir.Ayrı-ayrı peşə liseyləri, ümumi sayı 720 yerlik körpələr evi-uşaq bağçalarında günün tələbləri səviyyəsində yenidənqurma və əsaslı təmir işləri aparılır.

 Aliorta-ixtisas məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyi ərazisində 7 mərtəbəli, 5 bloklu, 514 yerlik mehmanxana tipli müasir tələbə yataqxanasının tikintisi davam etdirilir. Bu obyektin 2015-ci ilin sentyabr ayınadək təhvil verilməsi nəzərdə tutulmuşdur. Birinci rüb ərzində Azərbaycan Dövlət Aqrar Universitetində iqtisadiyyat fakültəsinin tədris korpusunun həyətində istifadəyə yararsız vəziyyətdə olan 5 auditoriyanın əsaslı təmirinə başlanılmış, dam örtüyü dəyişdirilmişdir. Gəncə Dövlət Universitetinin əsas tədris binasında kimya laboratoriyası yenidən qurulmuş, 5-ci tədris korpusunun əsaslı təmir işlərinə başlanılmışdır. Azərbaycan Texnologiya Universitetində auditoriya və ayrı-ayrı laboratoriyaların təmiri istiqamətində işlər aparılmış, müvafiq avadanlıq və cihazlarla təchiz olunmuşdur.

Ölkə başçısının tapşırığına əsasən, respublikanın hər yerində olduğu kimi, Gəncədə də 2014-cü il fevral ayının 17-dən əhalinin ümumi profilaktik tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bu ilin fevral-mart aylarında 91 min 587 nəfər əhali ümumi profilaktik tibbi müayinədən keçirilmiş, onlardan 9 min 278 nəfərə ambulator müayinə təyin edilmiş, 1546 nəfər dərinləşdirilmiş müayinə və müalicə üçün Gəncə şəhərində stasionarlara, 234 nəfər isə Bakı şəhərinə göndərilmişdir. Bu müayinələrlə yanaşı, 19 min 253 rentgen-flüoqrafik müayinə aparılmışdır. Cari ilin birinci rübü ərzində “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq 23 min 641 uşaq dispanserizasiyadan keçirilmiş, 97 min 361 müayinə aparılmışdır. 5 min 429 uşaqda müxtəlif xəstəlik aşkar olunmuşdur. Onlardan 2 min 739 uşaq müxtəlif diaqnozlarla dispanser qeydiyyatına alınmışdır. Şəhərin hər bir poliklinikasında mütəxəssis həkimlərdən ibarət briqadalar yaradılmış, təhsil alan uşaqların dispanserizasiyası mütəşəkkil qaydada təhsil ocaqlarında həyata keçirilir. Aparılan işin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə 2 saylı uşaq xəstəxanası müasirSiemens” markalı portativ ultrasəslə müayinə aparatı ilə təchiz olunmuşdur. Bu tədbirlər çərçivəsində 13 fevral 2015-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri tərəfindən səyyar klinika vasitəsilə şəhərin göz xəstəxanasında 90 uşaq, 244 yaşlı əhali müayinə edilmiş və məsləhətlər verilmiş, 21 cərrahiyyə əməliyyatı aparılmışdır. Şəhər icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Tusi adına klinikanın aparıcı həkim mütəxəssisləri tərəfindən 71 nəfər, Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının əməkdaşlarının iştirakı ilə 74 nəfər, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun burun, qulaq, boğaz xəstəlikləri kafedrasının aparıcı həkimləri tərəfindən 57 nəfər xəstə müayinə olunmuşmüvafiq məsləhətlər verilmişdir.

 “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş hüquqların təmin edilməsi, bu sahədə mövcud olan hüquqi aktların tələblərinin və ölkə başçısı Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır.

 Müraciətlərin təhlili göstərir ki, 2015-ci ilin birinci rübü ərzində şəhər icra hakimiyyətinə vətəndaşlardan daxil olan 1 min 277 müraciətin yalnız 2,4 faizini şikayət təşkil etmişdir. Daxil olan müraciətlərin 905-i və ya 73,7 faizi bilavasitə yerli icra hakimiyyətinə ünvanlanan müraciətlərdir. Ötən ilin 3 ayı ilə müqayisədə müraciətlərin sayı 50,9 faiz azalmışdır. Daxil olan müraciətlərin 64,4 faizi müsbət həll olunmuş, 0,6 faizi əsassız sayılmış, qalanları barədə vətəndaşlara müvafiq izahat verilmişdir. Bu dövr ərzində rəhbər orqanlardan 372 sayda, o cümlədən Prezident Administrasiyasından 292 sayda müraciət daxil olmuşdur ki, onların da sayı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə uyğun olaraq 22,5 faiz və 18,8 faiz azalmışdır. Müraciətlərin mövzular üzrə təhlili göstərir ki, 2015-ci ilin birinci rübündə özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ayrı-ayrı mövzular üzrə, o cümlədən, birdəfəlik maddi yardım və məişət, mənzil, enerji, qazsu təchizatı məsələlərinin həlli ilə bağlı müraciətlərin sayı artsa da, təhsil, elm, mədəniyyət və turizm, əhalinin sosial müdafiəsi, nəqliyyat, sahibkarlığın inkişafı və iqtisadi məsələlər, mənzil, torpaq, tikinti üzrə müraciətlərin sayı azalmışdır. Hər il olduğu kimi, bu ilin üç ayı ərzində şəhər icra hakimiyyəti başçısı müxtəlif ünvanlarda, məhəllə və ərazilərdə vətəndaşlarla birbaşa ünsiyyətə, qarşılıqlı inam və səmimiyyətə şərait yaradan 10 səyyar görüş keçirmişdir. Bu görüşlərdə 3 min 100 nəfər sakin iştirak etmiş və 293 nəfər vətəndaş tərəfindən qaldırılmış 50-dən çox məsələnin, demək olar ki, hamısı müsbət həllini tapmışdır.

Qədimliklə müasirliyin qovuşduğu şəhər olan böyük Nizaminin vətəni özünün yeni inkişaf dövrünə qədəm qoyub.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2015.- 1 may.- S.6.