Yardımlı: Dağlar
sabaha boylanır
Yüksəliş
dövrünü yaşayan Yardımlıda ötən hər
ay, rüb, il nailiyyətlərlə müşayiət olunur. Cari ilin ilk
rübünün yekunları müzakirə
edilən zaman bu barədə
ətraflı danışılıb, dövlət
qayğısından nəsibini alan dağlar diyarının aşkar
tərəqqi meyilləri nəzərə çatdırılıb.
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, ilk rübdə rayonda abadlıq-quruculuq işləri, avtomobil yollarının təmiri, binaların tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Artıq mart ayından Heydər Əliyev küçəsində, Şəhidlər xiyabanı abidə kompleksindən başlayaraq ticarət mərkəzinə qədər yolun yuxarı hissəsində istinad divarlarının tikintisinə başlanıb. Köhnə tikililər yenilənərək müasirləşdirilir.
Yeri gəlmişkən, son 10 ildə rayonda 13 idarə və müəssisə üçün müasir standartlara cavab verən inzibatı bina, 10 poçt şöbəsi, 11 EATS, 60 məktəb binası (28-i birtipli layihə əsasında olmaqla), 4 uşaq bağçası, 1 uşaq musiqi məktəbi, 6 avtomobil körpüsü, 1 yarımstansiya yenidən tikilib və ya əsaslı təmir edilib.
Hazırda icra hakimiyyəti üçün şəhərin Heydər Əliyev küçəsində yeni inzibati binanın tikintisi davam etdirilir. Bina müasir memarlıq üslubunda, bütün funksionallıq nəzərə alınmaqla inşa olunur. Bina 3 min 268 kvadratmetr sahədə 3 mərtəbəli olacaq və bu il istifadəyə veriləcək. Eyni zamanda, ölkə Prezidentinin sərəncamı ilə ötən ilin sonlarında rayonda müasir idman kompleksinin tikintisinə başlanıb. Kompleksdə açıq şəraitdə mini futbol, voleybol və tennis üçün meydançalar, kompleksin daxilində güləş, boks və trenajor zalları, 300 yerlik böyük idman zalı, 2 mərtəbədən ibarət 40 otaqlı, 62 yerlik müasir otel binası da tikilir. Burada respublika əhəmiyyətli idman yarışları keçirmək mümkün olacaq. Kompleks qapılarını idmançıların üzünə bu il açacaq.
Şəhərin Nizami küçəsindəki “Biləzəmi” adlanan ərazidə bir-bir yeni tikililər boy göstərir. Rayonun genişləndirilmiş inkişaf planında bu ərazidə idarə və müəssisələr üçün müasir inzibatı binaların inşası nəzərdə tutulur. Hazırda bu ərazidə kənd təsərrüfatı idarəsi üçün üçmərtəbəli inzibatı bina inşa olunur. Həmin ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi, zona miqyaslı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bina, eləcə də, güləş və idman zalı da tikiləcək. Eyni zamanda, bu ərazidə vətəndaşların fərdi yaşayış evi tikməsi üçün də torpaq sahəsi ayrılıb, hazırda burada müasir evlər tikilir.
Hamarkənddə Yaponiya səfirliyinin maddi köməyi ilə yeni tibb məntəqəsinin tikintisinə başlanıb. Xatırladaq ki, Yardımlıda sosial layihələrin həyata keçirilməsinə maraq göstərən gündoğar ölkə hökumətinin dəstəyi ilə ötən il şəhər 1 saylı və Köryədi məktəblərində müasir sanitar qovşağı inşa edilib.
İcra başçısı narahatlıq doğuran məsələ kimi rayondaxili-kəndlərarası yolların yararsız olmasını qeyd edərək dedi ki, ölkə Prezidentinin sərəncamı, daxili imkanlar və Nəqliyyat Nazirliyinin köməyi hesabına son üç ildə 188,5 kilometr yol təmir olunub. Hazırda Bilnə-Bülüdül-Alar, Zeynələzir-Honuba Şıxlar, Horonu-Yolocaq, Sırıq-Horavar, Şəfəqli-Kürəkçi, Gendərə-Astanlı, Zevin, Porsova, Mirimli, Məlikli və Tahirli kənd avtomobil yollarının çınqıl örtüklə təmiri nəzərdə tutulur. Artıq müvafiq layihə də razılaşdırılıb. Yaxın aylarda bu işə başlanacaq. Onu da deyək ki, ötən il “Kənd investisiya layihəsi” çərçivəsində rayonun 4 yaşayış məntəqəsində, ümumi uzunluğu 10,3 kilometr olan kənd yolları çınqıl örtüklə təmir olunub. Rayonda yeni yolların çəkilişi və təmiri istiqamətində aparılan ardıcıl tədbirlərin nəticəsidir ki, ilin istənilən fəslində ən ucqar kəndlərə belə rahatlıqla getmək mümkündür. Uzunluğu 15 kilometr olan Yardımlı-Bozayran-Osnağaran-Bürzümbül-Vərgədüz -Sırıq avtomobil yolu üzrə də müvafiq sənədləşmə işləri aparılıb, aidiyyatı üzrə təqdim olub və 2015-ci ildə tikintisi planlaşdırılıb. Bu yoldan Lerikin Yardımlı ilə həmsərhəd olan kəndlərinin əhalisi də istifadə edəcək.
Yardımlıda hər kəs bu il fevralın 20-dən 23-dək fasiləsiz yağan qarın törətdiyi çətinlikləri xatırlayır. Qarın hündürlüyü rayon mərkəzində 1 metrə, kəndlərdə 1,5-2 metrə çatırdı. Bunun da nəticəsində ictimai binalara, elektrik, qaz və rabitə təsərrüfatına, şəxsi evlərə və yardımçı tikililərə ciddi ziyan dəymişdi: yüzlərlə elektrik və rabitə dirəyi, xətt məftilləri yararsız hala düşmüş, bütün avtomobil yollarında maşınların hərəkəti dayanmışdı. Qüvvələr dərhal səfərbərliyə alındı. Mövcud potensial hesabına qısa müddətdə rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisi verilişi və rabitə əlaqəsi tam bərpa edildi, şəhərdaxili və kəndlərarası yollar tezliklə qardan təmizləndi və avtomobillərin normal hərəkəti təmin olundu.
Ötən il içməli suyun azalması nəzərə alınaraq yeni su mənbələrinin müəyyən olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Bununla bağlı rayonun 12 kənd yaşayış məntəqəsində üç il ərzində içməli suların axtarışı ilə əlaqədar kəşfiyyat işləri aparılması nəzərdə tutulub. Köryədi kəndində kəşfiyyat xarakterli 2, Yardımlı şəhərində 1 artezian quyusu qazılıb, sonra isə əhalinin köməyi ilə istismar quyuları kimi istifadəyə verilib. Yay mövsümündə digər yaşayış məntəqələrində də kəşfiyyat işləri aparılacaq. Artıq indidən qazılacaq quyuların istismar quyusu kimi istifadəsi üçün Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb. Əlavə olaraq ölkə Prezidentinin sərəncamı ilə Zevin və Urağaran kəndlərində də artezianlar qazılması üçün kəşfiyyat işləri aparılıb və yerlər müəyyənləşdirilib.
Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir. Təbii qaz abonentlərinin sayı əhali sektoru üzrə 2 min 80-ə, müəssisələr üzrə isə 19-a çatıb. Yaxın aylarda abonentlərinin sayı 560 olan Urağaran, Bürzünbül və Vərgədüz kəndlərinin qazlaşdırılmasına başlanacaq.
Elektrik şəbəkəsi tərəfindən əhalinin işıqla fasiləsiz təminatı məqsədilə xeyli təmir işi aparılıb. Sıradan çıxmış elektrik transformatorları dəyişdirilib. Rayon rəhbərliyinin Şirvan Regional Elektrik Şəbəkəsinə müraciətinə əsasən bu il 10 və 0/4 kilovoltluq xətlər üçün 160 ədəd dəmir dayaq gətirilib və bir qismi istifadə olunub.
Rayonda elektron
ATS-lərin sayı
24-ə, telefon abonentlərinin
sayı 4 min 332-yə çatıb. Qovşaqda EATS-lərin montaj tutumu isə 5 min
564-dür. Hazırda rayonun 32 yaşayış
məntəqəsinə çoxşaxəli
sürətli internet xətti
çəkilib. Rayon icra hakimiyyəti başçısı yanında
yaradılmış qərargah
bütün qış
ərzində işini
operativ şəkildə
qura bilib.
Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması,
sahibkarlığın inkişafı
və yeni iş yerlərinin açılması iqtisadi
göstəricilərin artmasına
səbəb olub. Birinci rüb ərzində rayon üzrə
16 milyon 897 min manatlıq
ümumi məhsul istehsal olunub ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
3 faiz çoxdur. Bu müddətdə 182 min 600 manatlıq
sənaye, 4 milyon 366
min manatlıq
kənd təsərrüfatı
məhsulları istehsal
edilib, əhaliyə
11 milyon 773 min
manatlıq ticarət,
300 min
manatlıq nəqliyyat,
96 min manatlıq rabitə
xidməti göstərilib,
179 min manatlıq tikinti
işləri həyata
keçirilib.
İlin
əvvəlindən 97 fiziki və 21 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçib və bununla da rayon üzrə sahibkar subyektinin sayı 2060-a çatıb. Sahibkarlıq subyektlərinin 1766-sı fiziki, 294-ü isə hüquqi şəxsdir.
Rayon üzrə sahibkarların sayı respublika üzrə orta göstəriciyə uyğundur.
Rayon məktəblərində təhsilin
keyfiyyətinin yaxşılaşdırılması
istiqamətində müəyyən
tədbirlər həyata
keçirilib, şagirdlər
rayon və respublika səviyyəli turnirlərdə,
bilik yarışlarında,
müsabiqələrdə nailiyyətlərə
imza atıblar. Ötən tədris ilində Elnur Əlizadə məktəbi
qızıl medalla bitirərək 695 balla ali məktəbə
qəbul olunub və Prezident təqaüdçüsü adını
qazanıb. Çayüzü
kənd tam orta məktəbi “İlin ən yaxşı məktəbi”, şəhər
1 nömrəli tam orta
məktəbinin müəllimi
Aygün Şabiyeva isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin
qalibi olub. Ostayır kənd tam orta məktəbinin müəllimi Mehdi Həsənov “Tərəqqi” medalına
layiq görülüb.
“Ölkəmizi tanıyaq” şüarı altında
keçirilən tur-aksiyalar
çərçivəsində Yardımlıdan bir qrup yuxarı sinif şagirdi Naxçıvana gedərək
qədim diyarla tanış olub. Rayon mədəniyyət
və turizm şöbəsi mədəni-kütləvi
tədbirlərin, musiqi
müsabiqələrinin təşkili,
istedadların üzə
çıxarılması, klub müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılması
üzrə işlərini
davam etdirir.
Ölkə Prezidentinin göstərişinə
əsasən, əhalinin
dispanserizasiyası tədbirləri
də Yardımlıda
uğurla icra olunub. On minlərlə sakin
müayinə edilib, onlardan 1021 nəfəri abmulator, 219 nəfəri stasionar müalicəyə
yazılıb, 61 nəfər
müalicə üçün
Bakıya göndərilib.
Beləcə, fəsillər, illər ötdükcə, Yardımlı
dinamik inkişaf edir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır. Dağlar sabaha
boylanır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2015.- 2
may.- S.7.