Ümummilli lider Heydər Əliyevin ölməz irsi

Azərbaycanı yüksəlişə və firavanlığa qovuşdurur

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın tarixi taleyində misilsiz rol oynamış dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsindəyik.  Dövlətçiliyinin xilaskarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş  ölməz soydaşımızın  əziz xatirəsi hər il olduğu kimi, bu dəfə də respublikamızda və onun hüdudlarından çox-çox kənarlarda böyük təntənə ilə qeyd edilir.

 

Ulu öndərimizin uyuduğu Fəxri xiyaban bugünlərdə xalqımızın ziyarətgahına çevrilmişdir. Qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün bu müqəddəs  ünvana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri var. Özüonlar təkcə paytaxtı təmsil etmirlər. Əbədiyaşar liderimizin xatirəsini Azərbaycanın hər bölgəsindən gəlmiş, bütün sosial təbəqələri təmsil edən insanlar böyük sevgi ilə anırlar.

Fədakar həyatı, çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış ümummilli liderimizə olan vətəndaşlıq borcumuz sonsuzdur. Dövlətimizin müstəqilliyini, xalqımızın  azadlığını əbədiləşdirmiş rəhbərə bəslənən hüdudsuz ehtiram bu günlərdə bütün ürəklərdə coşğu ilə əks- sə q bayramı kimi qeyd edilən bu  ildönümləri Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən qədirbilənlik hadisəsidir.

Ulu öndərin keçdiyi zəngin  həyat yolununmisilsiz fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də onun yaratdığı müstəqil Azərbaycan dövlətinin öz dahi oğluna ehtiramının parlaq tazahürüdür.

Bəşəriyyətin keçmişində zaman-zaman elə dahi şəxsiyyətlər olmuşdur ki, onlar öz xalqının taleyində əvəzsiz rol oynamış, onu  tarixin çətin sınaqlarından müdrikliklə çıxarmış, dərin zəkası, dəmir iradəsi ilə ölkəsini intibaha, yüksəlişə aparmağa nail olmuşdur. Belə liderlər xalqı və vətəni naminə gördüyü misilsiz xidmətləri ilə yeni bir  tarix yaratmışlar. Onların üzərinə bütöv bir xalqı, toplumu birləşdirmək, cəmiyyəti inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa  aparmaq kimi tarixi missiya düşmüşdür. Bu tarixi şəxsiyyətlərin sırasında bənzərsizliyi ilə seçilən ümummilli liderimiz Heydər Əliyev öz üzərinə düşən belə missiyanı yüksək məharət və məsuliyyətlə yerinə yetirmişdir. Ulu öndərimizin adı  Azərbaycanın şərəf  salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir.

Ümummilli lider Heydər Əliyev  ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsinə deyil, həm də bütöv bir xalqın tarixinin ən uca məqamına yüksəlməyi bacardı. Heydər Əliyev zamanın fövqündə ucalmağı ilə məmləkətini də dünyada görünən səviyyəyə qaldırmağa nail oldu. Bu nadir rəşadəti ilə ulu öndər xalqımızın dünya düzənində çağdaş yerinirolunu müəyyən etdi.

Bu böyük tarixi şəxsiyyət yalnız öz dövrü üçün yaşamadı, tarixi keçmişimizdə itib- batanları da bərpa etdi, milli-mənəvi dəyərlərimizi özümüzə qaytardı, gələcəyimizin yolunu maneələrdən təmizləyib gur  işıqlandırdı. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən mükəmməl irs, siyasi məktəb qoyub getdi. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı məqsədlərinə həsr edən ulu öndər Azərbaycanı dünyaya layiqincə tanıtdı, xalqımızın təminatlı gələcəyi üçün möhkəm əsaslar yaratdı, mobil idarəçilik mexanizmi formalaşdırdı.

Müasir tariximizin 35 illik bir dövrü ərzində ulu öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında oynadığı mühüm rola, ölkəmizin milli mənafeləri baxımından bənzərsiz fəaliyyətinə nəzər salarkən bir daha aydın olur ki, xalqımızın müasir tarixinə məhz bu insan yönnizam verib.Tarixi yaradan belə şəxsiyyətlər bəşər sivilizasiyası durduqca yaşayacaqlar. Bu, dahi öndər Heydər Əliyevə də nəsib olan  şərəfli taledir.  Ümummilli liderimizin siyasi müdrikliyi, fenomen yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, sərt və həm də qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi onun siyasi portretinin parlaq cizgiləri kimi təcəssüm olunmuşdur. Ulu öndərin diqqətiçəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti, sözsüz ki, heç zaman xatirələrdən silinməyəcəkdir.

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Öz fədakar əməlləri ilə müasir Azərbaycan tarixini yazan Heydər Əliyevin xalqı və dövləti qarşısındakı xidmətləri sübut etmişdir ki, o, Azərbaycan dövlətini qorumaq, müstəqilliyini əbədi etmək üçün yaşamış, soydaşlarını firavan yaşatmaq üçün qurub-yaratmışdır. Azərbaycan xalqının müstəqilliyini qoruyub möhkəmləndirmək, xalqı milli birlik, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirmək Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini təşkil etmişdir. Heydər Əliyevin atdığı addımlar, verdiyi qərarlar bütün varlığı ilə bağlı olduğu Azərbaycanın etibarlı gələcəyinə yönəlmişdir.

Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə vəhdət təşkil edir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir.

Bu gün ümummilli lider Heydər Əliyev barədə danışmaq, fikir söyləmək şərəfli və eyni zamanda, çox məsuliyyətlidir. Hər ötən gün bizə onun necə uzaqgörən bir insan olduğunu, Azərbaycanın qarşıdakı onilliklər boyu yüksəliş yolunu necə zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyini bir daha təsdiqləyir. Heydər Əliyev həm də regionun şəriksiz lideri idi və dünyanın ən görkəmli dövlət xadimləri sırasında öz adını əbədi həkk etdirmişdir. Bütün dövrlərdə xalqımızın ali örnək kimi qəbul edəcəyi böyük vətəndaşı, qüdrətli lider timsalı olan Heydər Əliyev yalnız dövlətin tərəqqisi, müstəqil Azərbaycanın yaranması və tarixdə yerini möhkəmləndirməsi üçün yaşamışdır.

1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin nadir liderlik xüsusiyyətinin, təşkilatçılıq məharətinin ali etirafı və təsdiqi olmaqla yanaşı, tezliklə milli intibahımızın bünövrəsinin qoyulması, müstəqillik düşüncəsinin dircəldilməsi ilə əlamətdar oldu. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək, iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün əhəmiyyətli işlər görmüşdür. Fenomenal uzaqgörənliklə respublikamızın həm mənəvi-iqtisadi mühitini, həm də insan resurslarını müstəqilliyə hazırlayan ulu öndər sistemli bir şəkildə milli inkişafın əsas istiqamətlərini müəyyənləşdirən məqsədyönlü, düşünülmüş tədbirlər həyata keçirmişdi.

Xalqın gücünün və istedadının Azərbaycanın ümumi yüksəlişinə səfərbər olunması sayəsində həmin illərdə iqtisadiyyatın bütün sahələrində sıçrayış baş vermiş, respublikamız keçmiş ittifaq miqyasında qabaqcıl mövqelərə çıxa bilmişdi. Həmin dövrdəki sosial-iqtisadi yüksəliş, sənayenin və istehsalatın, elm və mədəniyyətin inkişafı, ümumən, ictimai-mənəvi ab-havanı səciyyələndirən bütün amillər, əslində, milli ruhunqürurun oyanışına da güclü təkan vermişdi.

Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisimisilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda da özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdi. Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə təşəbbüskarı və rəhbəri olması ilə dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı, Siyasi Büronun üzvü olduğu 1982— 1987-ci illərdə də Heydər Əliyevin qəlbi Azərbaycanla, Vətənlə döyünmüşdü.

Tarix sübut etmişdir ki, Heydər Əliyev xalqa arxalandığı kimi, xalq da öz taleyini Heydər Əliyevə etibar edir, ona arxalanırdı. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ən ağır günlərində xalq yalnız onu axtarmış, ona pənah aparmışdı. Bu böhranlı məqamda yalnız Heydər Əliyev xalqının səsinə səs vermiş, xilaskarlıq missiyasını öz üzərinə götürərək, ölkəni müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas edərək Azərbaycanı  sabitinkişaf edən dövlətə çevirmişdi.

Təsadüfi deyil ki, ümummilli liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə milli birliyin təmin edildiyi 15 İyun gününü ən yeni tarixinə xalqımız öz xilaskarının şərəfinə Azərbaycanın Milli Qurtuluş Günü kimi yazmışdır. Həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü - yeni missiyası başlanmışdır. Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirmişdir. Bəli, bu gün biz müstəqil Azərbaycan Respublikasının azad vətəndaşlarıyıq. Qədirbilən xalqımız ümummilli liderin bu tarixi xidmətini yüksək qiymətləndirir və onu heç vaxt unutmayacaqdır.

Tarixdə baş verən oxşar hadisələr dəfələrlə göstərmişdir ki, müstəqilliyi qoruyub saxlamaq, yaşatmaq onu qazanmaqdan qat-qat çətindir. Ümummilli lider Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurla çıxmağımızı təmin etmişdir. Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi vüsət aldı. Qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, dünyəvilik kimi ümummilli və ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu.

1995-ci ildə qəbul edilmiş və müəllifi məhz Heydər Əliyev olan ilk Konstitusiyamız hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, insan hüquqlarının üstünlüyünü və hakimiyyət bölgüsünü Azərbaycanın gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. Ölkədə sabitlik bərpa edildi, qanunçuluq möhkəmləndirildi.

Qarşıda duran mürəkkəb vəzifələrin həlli məqsədilə Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişaf etməyə başladı. Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi. Çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdanetiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərliyi təmin edildi.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra başlanan quruculuq  müstəqilliyi əbədi, dönməz və sarsılmaz olan Azərbaycan dövlətinin yüksəlişi ilə nəticələndi. Bir sözlə, həmin dövrdə Azərbaycan böyük və mütərəqqi inkişaf yolu keçdi. O inkişaf ki, bu gün müstəqil Azərbaycanı dünya miqyasına qüdrətli ölkə kimi təqdim edir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir.

Ulu öndərin “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyib hakimiyyət sükanını etibar etdiyi Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, çağdaş tariximizə yeni missiya ilə daxil olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev çox qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla, ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Möhtərəm dövlət başçımızın timsalında hər bir Azərbaycan vətəndaşı ölkənin tərəqqisinin təminatçısını görür, bu böyük şəxsiyyəti qanunun və inkişafın qarantı sayır. Fəaliyyəti ilə böyük rəğbət qazanan, cəmiyyətdən möhkəm dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan bu insan ölkəsində şəriksiz liderdir. Müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq, beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

Müasir Azərbaycanın rəmzinə çevrilmiş Heydər Əliyevin özünəməxsus müdriklik və uzaqgörənliklə müəyyənləşdirdiyi dövlətçilik xəttinin uğurla, ardıcıllıqla davam etdirilməsi öz möhtəşəm bəhrələrini verməkdədir. Nə qədər ki, ölkəmiz ümummilli liderimizin başladığı inkişaf yolu ilə gedəcək, Azərbaycanda Heydər Əliyevin dövlətçilik amalı da davam edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin siyasi kursuna daim sadiq qalaraq, dahi rəhbərin müəyyən etdiyi inkişaf strategiyasını yaşadaraqinkişaf etdirərək müstəqil Azərbaycanımızı iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmışdır. Artıq ölkəmiz regionun lider dövlətinə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu və qüdrəti xeyli artmışdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən hər bir dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin qarantıdır. Ulu öndər hər zaman deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın azad vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər Heydər Əliyevə əbədi minnətdarıq. Qəti əminik ki, dahi öndərimizin ideyaları həmişə bizi yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaqdır.

 

Asif ƏSGƏROV,

Səbail Rayon İcra

Hakimiyyətinin başçısı,

YAP Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2015.- 6 may.- S.6.