Elmimizin qayğıları ilə yaşayan alim

 

AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin elmi nailiyyətləri dünyada maraqla izlənilir

 

Son 100 il ərzində Azərbaycan elmi böyük nailiyyətlər əldə edib. XIX əsrin sonlarından etibarən Bakıda neft sənayesinin inkişafı ötən yüzillikdə neft-kimya elminin yeni uğurlar qazanmasına ciddi təkan verib. Məhz bunun nəticəsidir ki, indi neft-kimya elmi sahəsində çalışan görkəmli alimlərimizin sorağı dünyanın hər yerindən gəlir, hətta ən inkişaf etmiş ölkələrin elm adamları da onların əsərlərinə istinad edirlər.

Eyni zamanda, bu sahənin mütəxəssisi olan elm adamlarımız özlərinin elmi nailiyyətlərini artırmaqda davam edir, müasir elmi yanaşmaları və ixtiraları, yeni texnologiyaların yaradılması və istehsalata tətbiqi ilə istər Azərbaycan, istərsə də dünya elminə layiqli töhfələr verirlər. Neftkimya elminin müasirləşməsi, yeni texnologiyalarla zənginləşməsi istiqamətində yorulmadan çalışan alimlərimizdən biri də Azərbaycan Milli Elmlər Akademiyası M.F.Nağıyev adına KatalizQeyri-Üzvi Kimya İnstitutunun kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Qüdrət Kəlbəliyevdir.

Qüdrət müəllimi zəhmətkeş və fədakar alim kimi ölkəmizin elmi ictimaiyyəti yaxşı tanıyır, onun elmi nəticələrinə yüksək qiymət verilir. İlk növbədə çalışdığı institutun direktoru, akademik Dilqəm Tağıyev alimin elmi uğurlarının artırılması üçün öz qayğısını əsirgəmir. Alim ölkəmizdən kənarda da kifayət qədər məşhurdur. Dünyanın ən reytinqli elmi jurnallarında onun məqalələri dərc edilir.

Qüdrət İsrafil oğlu Kəlbəliyev 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə Bakıya gələrək NeftKimya İnstitutuna (indiki Neft Akademiyası) daxil olub, 1969-cu ildə burada ali təhsilini başa vurub. Təyinatla bir müddət Sumqayıtdakı Ümumittifaq Xlor Layihə İnstitutunda işləyib. Burada əsasən kimyəvi proseslərin layihələrini hazırlamaqla məşğul olub. Bu layihələr keçmiş SSRİ-nin əksər kimya müəssisələrində, xüsusən Ukraynadakı, Rusiyanın TambovKursk şəhərlərindəki, eləcə də Sumqayıtdakı kimya müəssisələrində istifadə olunub, onların əsasında yeni texnologiyalar yaradılaraq istehsalata tətbiq edilib. İki ildən sonra Qüdrət müəllim “NeftkimyaavtomatElmi Tədqiqat İnstitutuna gəlib, 1976-cı ilə qədər burada işləyib. Həmin ilin sentyabrından Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda çalışmağa başlayıb. Qüdrət müəllim texnologiya və modelləşdirmə ilə məhz bu institutda geniş formatda məşğul olmağa başlayıb. Sonrakı illərdə 7 il Türkiyədə (1999-2006) çalışıb. İndi isə çalışdığı institutda fəaliyyətini davam etdirir.

Hazırda onu Azərbaycanda və dünyada kimya texnologiyasının nəzəri əsasları, istilik-kütlə mübadiləsi, çoxfazalı və dispers sistemlərin hidrodinamikası, kimya texnologiyasının prosesləri və aparatları, texnoloji proseslərin sistemli analizi, modelləşdirilməsi və optimallaşdırılması sahəsində nadir mütəxəssislərdən biri kimi tanıyırlar. Alimin namizədlik və doktorluq dissertasiyalarının mövzusu da bu sahələrlə bağlıdır. Qüdrət müəllim, demək olar ki, bütün şüurlu həyatını elmin bu gərəkli sahəsinin öyrənilməsinə həsr edib. Bu sahəyə aid 230 elmi məqalənin, 10-a qədər müəlliflik şəhadətnaməsinin və patentin sahibidir.

Son illərdə alimin öz həmkarları ilə birgə yazıb çap etdirdiyi bir neçə kitab isə elmi ictimiyyət tərəfindən böyük nailiyyət kimi qiymətləndirilib. Bu kitablardan biri 2013-cü ildə Moskvada nəfis şəkildə çap edilmiş “Tullantı suların təmizlənməsi texnologiyasında kütlə mübadiləsi prosesləri”dir. Müəlliflər Qüdrət Kəlbəliyev, Gülməmməd Süleymanov, Sakit Rəsulov və Lalə Hüseynovadır. 2014-cü ildə Sankt-Peterburqda çap olunmuşDispers mühitlərdə hidrodinamika və kütlə mübadiləsi” kitabını isə Qüdrət Kəlbəliyev professor Sakit Rəsulovla birgə qələmə alıb. Hazırda görkəmli alim həmkarları Sakit Rəsulov və Abbas Rzayevlə birlikdə “Neft hidrodinamikası” kitabını çapa hazırlayır. Neft hasilatı ilə məşğul olan ölkələr üçün mühüm əhəmiyyət kəsb edən bu kitablara Azərbaycanda və digər ölkələrdə tələbat böyükdür. Ümumiyyətlə, Qüdrət müəllimin müəllifi olduğu əsərlər, o cümlədən, məqalələr Rusiyada, ABŞ-da, Hollandiyada, İngiltərədə, Fransada, İspaniyada, İtaliyada, Koreyada, Çində, Avstriyada, Kanadada, Braziliyada və digər ölkələrdə böyük diqqət və maraqla qarşılanır.

Professor Qüdrət Kəlbəliyevin çalışdığı sahələrdən biri, qeyd etdiyimiz kimi, hissəciklərdən ibarət dispers sistemlərdir. Alim öz elmi axtarışları barədə həvəslə söhbət açır: “Dispers sistemlər elementar hissəciklərdən başlayır, sonra keçir atoma, molekula, daha sonra nanohissəciklərə, bundan sonra mikron hissəciklərə və get-gedə böyüyərək kainatda kilometrlik hissəciklər olur. Siz təsəvvür edin ki, Yer kürəsi kainatda nanohissəcikdir və demək olar ki, başqa planetlərdən baxanda görünmür. Qeyd olunan hissəciklər neftin çıxarılması, saxlanması, nəqli və istehsalı prosesində ciddi problemlər yaradır. Çünki xam neftin, yəni quyudan çıxan neftin içərisində qumun, gilin, mineral duzların hissəcikləri və əsasən qətran , asfaltensu var. Neft quyudan çıxarkən təzyiq fərqinə görə su layları parçalanmağa başlayır. Bundan sonra su nasoslardan, nəqliyyat borularından keçirdaha çox parçalanır. Sonda isə neftin içində mikron ölcüdə bir cox su damlaları alınır. Böyük damlalar öz-özünə neftdən ayrılır, amma kiçik damlaları ayırmaq üçün texnologiyalar, ayrı-ayrı kimyəvi maddələr lazımdır. Biz indi çalışırıq ki, yeni texnologiya yaradaq, bu kiçik damlaları neftdən və bərk hissəciklərdən təmizləyərək lay təzyiqi stabil saxlamaq üçün yenidən quyuya verək. Suyu təmizləmədən quyuya vermək olmaz. Təmizlənməmiş suyun tərkibində asfalten və qətran vardır, onu təmizləmədən quyuya vurduqda asfalten gedib bütün məsamələri tutacaq, suyu buraxmayacaq. Asfalteni zəliyə bənzətmək olarçox kiçikdir, yəni bir nanometr ölcüsündədir. O, bütün nasosların, boruların içərisini tuturneftin tərpənməsinə imkan vermir. Bu halda olan neftlərə Qeyri-Nyuton neftlər, yaxud strukturlaşmış neftlər deyirlər”.

Qüdrət müəllimin xarici elmi nəşrlərdə 2015-ci ildə çap olunmuş son məqalələri də məhz bu mövzudadır. Məqalələr Belarus-Hollandiya birgə nəşri olan “Mühəndis-fizika jurnalı”nda, Moskva şəhərində çıxan, ABŞ və Avropada ingilis dilinə tərcümə olunaraq nəşr olunanKimya texnologiyasının nəzəri əsasları” və “Neft təsərrüfatı” elmi jurnallarında öz əksini tapmışdır.

Hazırda Qüdrət müəllimin birgə çalışdığı alimlər qrupu neft hasilatında və nəqlində səmərəliliyin artırılmasına imkan verən, eləcə də ekoloji problemlərin həllinə kömək edən elmi işlər üzərində çalışır. Məsələ bundadır ki, Azərbaycanda yüz illərlə tarixi olan neft hasilatında bu günə qədər mütərəqqi və müasir metodların tətbiqinə çalışmışlar. Amma dünya müasirləşməkdə davam edir. Elmözünün yenidaha mütərəqqi üsullar axtarıb tapmaq imkanlarına malikdir. Qüdrət Kəlbəliyev məhz belə üsulmetodlar üzərində çalışır. Məsələn, quyulardan neftin hasilatı prosesi elədir ki, təxminən 40 faiz hasilat olursa, 60 faiz neft orada qalır. Bax, həmin qalıq neftin quyulardan çıxarılması məsələsi öz həllini tapmalıdır. Bunun üçün riyazi model qurulmalıdır, proqnoz verilməlidir, yəni elmi əsaslar yaradılmalıdır. Qüdrət müəllimin əməkdaşlıq etdiyi texnika elmləri doktoru, professor Sakit Rəsulov, kimya elmləri doktoru, professor Gülməmməd Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Elmira Ramazanova (o, həm də texnika elmləri doktoru dərəcəsi almış ilk azərbaycanlı qadındır) texnika elmləri doktoru, professor Abbas Rzayevdən ibarət qrup məhz bu işləri yerinə yetirmək məqsədi ilə eksperimentlər aparmaq üçün Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində fəaliyyət göstərən Neftin, Qazın Geotexnoloji Prosesləri və Kimya İnstitutunda əməkdaşlıq müqaviləsi əsasında xüsusi laboratoriya təşkil etmişdir. Qüdrət Kəlbəliyev hesab edir ki, bu, dövlət əhəmiyyətli bir işdir. Neftin yarıdan çoxuüçün quyularda istifadəsiz qalmalıdır? İndi alimlər bu məsələni həll etmək üçün nanotexnologiyalardan istifadə etməyə üstünlük verirlər. Son məqsəd, həm quyularda qalmış və ən müasir elmi nəticələr tətbiq olunmadığından çıxarılması mümkün olmamış neft qalıqlarını əldə edib hasilatı artırmaq, həm də quyulara vurulmalı olan suyu təmizləməklə ekoloji mühitin sağlamlığını təmin etməkdir. Görkəmli alimə belə faydalı elmi yaradıcılığında uğurlar arzulayırıq!

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2015.- 19 may.- S.15.