Ermənilərin ruslara
qarşı
törətdikləri terror
və qırğınlar
Bu gün özlərini dünyaya
“məzlum millət”, “soyqırımına məruz qoyulan xalq”
kimi sırıyan ermənilər XIX–XX əsrlərdə təkcə
türk-müsəlman əhaliyə qarşı deyil, eləcə
də kürdlərə, yəhudilərə, habelə
onları həmişə himayə edən ruslara qarşı
da terror və qırğınlar törətmişlər. Bu məqalədə ermənilərin ruslara qarşı törətdikləri terror aktlarından və qırğınlardan
bəhs edilir.
XIX əsrin əvvəllərindən etibarən çar Rusiyası Cənubi Qafqazda işğalçılıq planlarını həyata keçirərkən erməni amilindən məharətlə istifadə etmişdir. Ermənilər də öz növbəsində Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr nəticəsində işğal etdiyi ərazilər hesabına tarixdə ilk dəfə öz dövlətlərini yaratmağa nail olmuşlar. Rusiyanın hakim dairələri ermənilərdən həmişə bir alət kimi istifadə etmiş, eyni zamanda, “velikorus” mənafeyini ermənilərin “Böyük Ermənistan” iddialarından üstün tutmuşdur. Ruslar tarixin müəyyən dönəmlərində, ermənilərdən istifadə edərək öz məqsədinə nail olduqdan sonra onları taleyin hökmünə buraxmışlar. Bunu bir sıra erməni tədqiqatçıları və siyasi xadimləri öz əsərlərində etiraf etmişlər.
Yüz illər boyu Osmanlı imperiyasından himayə görən ermənilərin I Dünya müharibəsi illərində türklərə xəyanət edərək, onlara arxadan zərbə vurmalarını ruslar heç vaxt nəzərdən qaçırmamışlar. Ona görə də ruslar qətiyyən ermənilərin sədaqətinə inanmamışlar.
Ermənilər ruslara istiqamətlənmiş ilk terror əməliyyatını Rusiya imperatoru II Aleksandra qarşı həyata keçirmişlər. 4 aprel 1866-cı ildə II Aleksandra sui-qəsd edən və buna görə də edam cəzasına məhkum edilən inqilabçı-terrorçu Dmitri Karakozovun vaxtilə İrandan Qarabağa köçən erməni əsilli Karakozovların nəslindən olması barədə məlumatlar mövcuddur.
XIX əsrin sonuncu rübündə Cənubi Qafqazda erməni separatizmi və terroru güclənmiş, erməni kilsələri “Daşnaksütyun” və “Hnçak” partiyalarının silah-sursat anbarına çevrilmişdi.
Rusiya hökuməti həmin əsrin 70-ci illərindən etibarən Cənubi Qafqazda və Qars vilayətində kütləvi surətdə rus sektalarını məskunlaşdırmağa başlamışdı. Müəyyən mərhələlərlə İran və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilərin özləri bu regiona gəlmə olduqları halda, Rusiya hökumətinin Qafqazda və Qars vilayətində ruslaşdırma siyasətinə qarşı çıxırdılar. Ermənilər rusların kütləvi surətdə məskunlaşdırılmasından ciddi narahat olur, hər vasitə ilə bu işə maneçilik törədirdilər. Rus müəllifi N.Şavrov yazır ki, xarici dövlətlərin, xüsusən də İngiltərə və Fransanın Qafqazda müstəqil dövlət qurmaq işində onlara yardım edəcəklərinə inanan ermənilər, daha çox ərazilərə sahib olmaq üçün “Qafqazda rusların məskunlaşdırılması üçün boş torpaqlar yoxdur!” şüarını irəli sürmüşdülər.
Rus tədqiqatçı-jurnalisti V.Veliçkonun “Kavkaz” əsərində XIX əsrin sonlarında Yelizavetpol quberniyasının Tərtər qəsəbəsində “dinc” və “mədəni” ermənilərin iblis qəddarlığı ilə rusların başına gətirdikləri faciəni ürək ağrısı ilə təsvir etmişdir. V.Veliçko yazır ki, Tərtər qəsəbəsində onlarca rus ailəsinın məskunlaşdırılmasından sonra ətraf kəndlərdə yaşayan ermənilərin nümayəndəsi gələrək ruslardan tələb etmişdir ki, qəsəbəni tərk etsinlər. Sonra isə əli xəncərli erməni bandaları rusların içməli su gətirdikləri bulağın yolunu kəsmişlər. Tarixi xislətini gizlədə bilməyən ermənilər rusların məcbur qalıb içməli su kimi istifadə etdikləri çaya peyin, heyvan cəmdəklərini tökmüş, hər cür zibillə onu müntəzəm zəhərləmişdilər. Daha sonra V.Velişko yazır ki, bütün bunlardan sonra qəsəbədə elə xəstəlik yayılır ki, düşünəndə adamın tükləri biz-biz olur. İnsanlar diri-diri çürüməyə başlamış, bədənlərini üfunətli yara bürümüş, dözülməz dərddən qupquru qurumuşdular. Tərtərə göndərilən erməni həkimi dava-dərman əvəzinə cəhənnəm əzabına düçar olan ruslara demişdi: “Rədd olun, rus köpəkləri, yoxsa hamınız qırılacaqsınız”. Bu kəndin əhalisinin üçdə ikisi tamamilə qırılmış, qalanları qaçıb getmişdilər.
Göründüyü kimi, rusların himayədarlığı ilə gətirilib həmin regionda yerləşdirilən ermənilər özlərinə yer elədikdən sonra nəinki aborigen azərbaycanlılara, habelə rusların özlərinə də qənim kəsilmişdilər.
1896-ci ildə Q.Qolitsının Qafqazın baş rəisi təyin edilməsindən sonra Eçmiədzin katolikosluğuna, xüsusən də erməni siyasi təşkilatlarına qarşı münasibət kəskin şəkildə dəyişmişdi. Q.Qolitsın erməni siyasi partiyalarının, erməni kilsəsinin və onun nəzdindəki məktəblərin terror yuvasına çevrildikləri qənaətinə gəlmişdi. Onun qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün ermənilərin katolikosu Mkrtıç Xrimyan olmaqla, erməni siyasi təşkilatları çar məmurlarına qarşı sui-qəsdlər və terror aktları həyata keçirməyi qərara almışdılar. Həmin qanunun icrası erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurmuş, bu da öz növbəsində erməni terrorizminin genişlənməsinə, anti-rus əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu.
XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni Cənubi Qafqaza axışmışdı. “Novaya vremya” qəzetinin verdiyi məlumata görə, həmin dövrdə törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.
Erməni terrorçu təşkilatları knyaz Q. Qolitsını aradan götürmək üçün terrora əl atmışdılar. 14 oktyabr 1903-cü ildə “Hnçak” partiyasının terrorçu dəstəsinin dilənçi qiyafəsinə girən üzvləri Tiflisin ətrafındakı Botanika bağında arvadı ilə gəzintidən sonra şəhərə qayıdan knyaz Qolitsının ekipajına hücum edərək onu xəncərlə ağır yaralamışdılar. Terrorçulara tapşırıq verilmişdi ki, Qolitsının başını bədənindən ayırıb, Tiflisin “İrəvan meydanı”ndakı dirəkdən assınlar. Qolitsını öldürməyə müvəffəq olmayan erməni terrorçuları onun sarayını partlatmaqla həyatına son qoymağa çalışmışdılar. Qolitsın uzun müddət vəzifəsini icra edə bilmədiyi üçün 1904-cü ilin iyulunda Peterburqa getmiş və vəzifəsindən istefa etməyə məcbur olmuşdu.
Eçmiədzin kilsəsi və “Daşnaksütyun” partiyasının birgə təşkilatçılığı ilə çar II Nikolaya qarşı da sui-qəsd planı hazırlanmışdı. Bu əməliyyatın həyata keçirilməsi üçün “Daşnaksütyun” partiyasının 4 üzvü Bakıdan Peterburqa göndərilmişdi. “Armenak”, “Qriqor”, “Simon” və “Kaspar” gizli adları altında fəaliyyət göstərən erməni terrorçuları niyyətlərini həyata keçirməyə imkan tapmamış və xəfiyyə məlumatları əsasında vaxtında ifşa olunmuşdular.
1903-cü il avqustun 13-də Aleksandropol (indiki Gümrü) şəhərindəki rus pravoslav kilsəsinin baş keşişi Vasilyev “Daşnaksütyun” partiyasının terrorçuları tərəfindən xəncərlə qətlə yetirilmişdir.
Erməni terrorçuları törətdikləri təxribatların qarşısını almağa cəhd göstərdiyinə görə 11 sentyabr 1904-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andrey Andreyevi qətlə yetirmişdilər.
15 dekabr 1904-cü ildə isə erməni terrorçuları Şuşa şəhər polisinin rəisi, polkovnik Saxarovu qətlə yetirmişdilər. Lakin istintaq Saxarovun qatillərini üzə çıxara bilməmişdi.
1905-ci ildə Qafqaza canişin təyin edilən İllarion Vorontsov-Daşkovun ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksütyun” və “Hnçak” partiyaları Türkiyədən qaçıb gələn erməni ailələrini məskunlaşdırmaq üçün İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında azərbaycanlılar yaşayan əraziləri silah gücünə təmizləmək siyasəti həyata keçirməyə başlamışdılar.
Digər tərəfdən, erməni siyasi partiyaları öz silahlı dəstələrini mailyyələşdirmək üçün terrorçu dəstələrinin vasitəsilə banklara və poçt şöbələrinə basqınlar edir, inkassatorları öldürür, pulları ələ keçirirdilər. Arxiv sənədlərində göstərilir ki, erməni terrorçuları silah-susat daşıyan qatarlara tez-tez basqınlar edir, hərbi ləvazimatı ələ keçirirdilər. Milliyyətindən asılı olmayaraq terrorçuların tələblərinə əməl etməyən ayrı-ayrı sahibkarlara qarşı da sui-qəsdlər həyata keçirirdilər.
1905-ci ilin əvvəlində Bakıdan başlayan, sonralar bütün Cənubi Qafqazı bürüyən bu qırğınlara hakim dairələrin göz yumması üçün əvvəlcə onları qorxutmaq, başqa sözlə, sui-qəsdlər təşkil etmək, terror aksiyaları həyata keçirmək lazım gəlirdi. Qafqaz canişinliyinin sənədlərində göstərilir ki, erməni siyasi partiyaları 1905-1906-cı illərdə öz siyasi məqsədlərinə nail olmaq üçün Canişinlikdə və onun yerli orqanlarında fəaliyyət göstərən ruslara və rusdilli məmurlara qarşı çoxsaylı terror aktları həyata keçirmişlər.
“Daşnaksütyun” partiyasının terrorçu dəstəsinin üzvləri 1905-ci il mayın 11-də Bakının gürcü əsilli, ruslaşmış general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna bomba ataraq onun ölümünə səbəb olmuşdular. Ermənilər Nakaşidzeyə olum hökmünü hələ onun İrəvanın vitse-qubernatoru olduğu vaxt çıxarmışdılar. Çünki Nakaşidze erməni kilsələrinin əmlakının dövlətin sərəncamına keçirilməsi haqqında qanunun icrası üçün əlindən gələni əsirgəməmişdi. Hərbi məhkəmənin qərarı ilə M.Nakaşidzeyə sui-qəsd edən terrorçulara edam hökmü çıxarılmışdı.
1918-ci il mayın 18-də Nuxa (Şəki) qəzası rəisinin köməkçisi Abramoviçi şəhərin sakini , çəkməçi Mixail Şahunc şəhər məhkəməsinin qarşısında tapançadan açdığı atəşlə qətlə yetirmişdi.
Erməni terror təşkilatları İrəvan quberniyasında da çar məmurlarına qarşı terror aktları həyata keçirmişdilər. İrəvan qubernatoru Qafqazın Baş Rəisliyinə göndərdiyi məxfi məktubda yazırdı ki, 1903-cü ilin sentyabrından 1904-cü ilin iyul ayınadək İrəvan quberniyasında erməni komitəçiləri tərəfindən İrəvan və Aleksandropol (Gümrü) şəhərlərində polis məmurları öldürülmüş, Sürməli qəzasının rəisi, polkovnik Boquslavski və quberniyanın kəndlərində “ümumerməni işinin” həyata keçirilməsinə mane olan bir neçə nəfər də qətlə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində polkovnik Yakovlevin imzası ilə saxlanılan bir sənəddə 1905-ci il fevralın 19-da İrəvan şəhərində qubernatorun dəftərxanasının yaxınlığında quberniya həkimi, mülki müşavir Urazovun qətlə yetirildiyi yazılır. Sənəddə mərhumun bədənində bir neçə xəncər yarası aşkar edildiyi qeyd edilir. Ermənilər quberniya həkimi Urazovu qətlə yetirdikdən sonra onun yerinə erməni millətindən olan bir həkimin təyin edilməsinə nail olmuşdular. Bununla da ermənilər törətdikləri qırğınlar zamanı azərbaycanlıların canlı itkisinin az, ermənilərin tələfatının isə daha çox göstərilməsini təmin etmişdilər.
Erməni terrorçuları rus ordusunun zabitlərindən
o kəslərə qarşı terror aktları həyata keçirmişdilər
ki, onlar ya terrorçu erməni
silahlı dəstələrinə qarşı mübarizə
aparmış, ya da
onların tərksilah edilməsində iştirak
etmişdilər. Məhz bu səbəbdən
general Maqsud
Əlixanov-Avarskiyə qarşı erməni
terrorçuları dəfələrlə sui-qəsd təşkil
etmişdilər. M.Əlixanov-Avarski 1907-ci il
iyulun 3-də öz
ailə üzvləri ilə birlikdə Gümrüdə hərbçilərin
bayram mərasimindən qayıdarkən
erməni terrorçuları Dro (Drastamat Kanayan) və Kamo (SimonTer-Petrosyan) tərəfindən
karetasına bomba atılaraq qətlə yetirilmişdi. Karetada onlarla birlikdə olan general Qlebovun arvadı da həlak olmuşdu. Generalların uşaqları isə ağır yaralanmışdılar.
“Daşnaksütyun” partiyasının
mərkəzi komitəsi
general Frezenin öldürülməsini
ona görə qərara almışdı
ki, o, erməni terrorçu dəstələrinin
Türkiyə ərazisindən
Aleksandropol qəzasına
buraxılmaması haqqında
sərhəd mühafizə
xidmətinə xüsusi
tapşırıq vermişdi
və nəticədə
bu bandalardan biri sərhədi keçərkən məhv
edilmişdi. Həmin bandalardan birinin
məhv edilməsinə
rəhbərlik edən
sərhəd mühafizəsinin
rəisi podpolkovnik Bıkovu erməni terrorçuları bir müddət sonra qətlə yetirmişdilər.
(ardı
var)
Nazim MUSTAFA,
Azərbaycan MEA
Tarix İnstitutunun əməkdaşı,
Dövlət mükafatı laureatı
Xalq qəzeti.- 2015.- 24
may.- S.9.