Azərbaycanın ilk balerinası

 

Qəmər Almaszadə—100

 

Qəmər xanım haqqında  bu yazını ulu öndər   Heydər Əliyevin 2000-cı il martın 9-da aktrisaya  85 illik yubileyi ilə bağlı göndərdiyi  təbrik məktubundan  bu  sözlərlə başlamaq istərdim: “Avropa və rus klassiklərinin şah əsərlərində yaratdığınız dolğun, rəngarəng səhnə obrazları öz təkrarolunmaz ifa tərzi və yüksək peşəkarlıq səviyyəsinə görə həmişə balet mütəxəssisləri tərəfindən əsl sənət inciləri kimi qiymətləndirilib. Məhz bu baxımdan sizi mübaliğəsiz olaraq Azərbaycan baletinin təşəkkül tapmasında başlıca rol oynamış sənətkar adlandırmaq olar”.

 

Bu,  istedadlı balet  ustasının  sənətinə verilən yüksək qiymət idi.  Bu yaxınlarda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Qəmər xanımın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə  görkəmli balet ustasının 100 illik  yubileyi ilə bağlı tədbirlər planı hazırlamaq   həvalə olunmuşdur. Artıq  bu tədbirlərin  keçirilməsinə start verilmişdir.

Qəmər  xanım çox şərəfli həyat yolu keçmişdir. Almaszadə Qəmər Hacıağa qızı 1915 -ci ilin mart ayında   Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan  dostu onda bu sənətə maraq yaradıb. Mühafizəkar baxışlı atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra   studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğuna inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır, atası əvvəllər qəzəblənsə də, sonralar gizlicə  teatra  gəlir və qızının çıxışlarına tamaşa  edirdi.

 O, professional səhnəyə çıxanda  cəmi 12 yaşı  var idi. 1930-cu ildə M.F.Axundov adına Bakı OperaBalet Teatrının səhnəsinə çıxdı. Onun “Koreliya”dakı debütü çoxlarının yaddaşına əbədi həkk olundu. Həmin il milli teatrların Moskvada keçirilmiş olimpiadasında o, təkcə balerina kimi çıxış etmir, həm də dram tamaşasında baş rolu ifa edir ki, bu da kifayət qədər parlaq aktyorluq istedadından xəbər verirdi.

1931-ci il Almaszadənin yaradıcı həyatında xüsusi mərhələ sayılır. Həmin il  Moskvaya, SSRİ Böyük Teatrı yanındakı xoreoqrafiya məktəbinə qəbul olunur.

 1934-cü ildə onu Bakıya çağırırlar. M.F.Axundov adına OperaBalet Teatrı Qliyerin “Şahsənəm” operasını tamaşaya qoyurilk azərbaycanlı balerina rəqs səhnələrini ifa edir. Daha sonra yenidən təhsilini davam etdirir, ustalığını təkmilləşdirir. Bu dəfə Leninqrad Xoreoqrafiya məktəbində Romanova (məşhur balerina Qalina Ulanovanın anası) və Boçarovun siniflərində oxuyur. Yenidən Opera Teatrına qayıtdıqdan sonra  A.Adanın “Korsar” baletində Medora rolunu ifa edir.

 1938-ci il, Moskvada ilk Azərbaycan incəsənəti və ədəbiyyatı dekadası keçirilir. O vaxt rəqs ansamblının  repertuarına Qəmər Almaszadənin quruluşunda bir neçə xalq rəqsi daxil edilmişdi. Burada gənc baletmeysterin yaradıcılıq fantaziyası və rejissor tapıntıları özünü büruzə verirdi. Bakı Opera Teatrının repertuarında  milli baletin olmadığı bir vaxtda respublikanın rəqs sənəti “Koroğlunun, “Nərgiz”in, “Şahsənəm”in opera quruluşlarında öz əksini tapdı. Özü də, əgər “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Arşın mal alan”, “Əsli və Kərəm”də rəqslər hələ dramaturji funksiya daşımırdılarsa, M.Maqomayevin “Nərgiz”ində (1935) “Yallı” rəqsi mübarizəyə qalxan xalqın obrazını yaradırdı.

Mariya, Esmeralda, Maşa, Raymonda, Kitri, Odetta, Odiliya, Tao-Xoa kimi rollar bir-birini əvəz edir. Klassik baletdən milliQız qalası”, “Gülşən”, “Yeddi gözəltamaşalarına yol gəlir. Klassik rəqsi milli Azərbaycan rəqs elementləri ilə bacarıqla uzlaşdırmaqla aktrisa bu partiyaların əsl mənada klassik traktovkalarını yaratmışdı. Onun dərin sevgi ilə yaratdığı Gülyanaq obrazı bu gün gənc balerinalar üçün özünəməxsusetalonaçevrilib. Qız qalasıilə Azərbaycan balet sənətinin şərəfli səhifəsi açılır.

1950-ci ilin dekabrında Bakı teatrının səhnəsində yeni Azərbaycan baleti - S.HacıbəyovunGülşən”i göstərilir. Librettonun müəllifi, quruluşu baş rolun ifaçısı  Qəmər Almaszadədir. O artıq özünü klassik baletdə təsdiqləmişdi eyni zamanda Azərbaycan rəqsinin dərin bilicisi kimi tanınırdı. Bu keyfiyyətləri özündə birləşdirməsi Almaszadəyə yeni mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Baletdə zəhmət hökmrandır.

Gülşən”dən iki il sonra Qara QarayevinYeddi gözəlbaleti səhnəyə qoyuldu. Libretto - Sionimski Rəhman Hidayətzadənin, quruluş - Qusevin idi. Rəqslər üzrə məsləhətçi  isə Qəmər Almaszadə idi. Baletin premyerası 9 noyabr 1953-cü ildə oldu. Dahi şair Nizaminin dərin fəlsəfi ideyalarını təcəssüm etdirən bu əsərdə onun yaradıcılığındakı əsas istiqamətlərdən biri - xalqın hökmdarın qarşılıqlı münasibəti yer alır. Ayişənin xalqın fəlakətləri fonunda cərəyan edən faciəsi musiqidə xoreoqrafiyada öz gerçək həllini tapmışdı. Tamaşanın milli koloritinin mükəmməl təqdimatı, heç şübhəsiz, Qəmər Almaszadənin - baletin əsas partiyasının ifaçısının buradakı bir sıra milli rəqslərin quruluşçusunun xidməti sayəsində idi.

1954-cü ildən etibarən Qəmər Almaszadə Azərbaycan Dövlət Opera Balet Teatrının balet truppasına rəhbərlik edirdi. 1980-ci ildə isə təqaüdə çıxmışdır.

Qəmər AlmaszadəQırmızı lalə”, “Şopeniana”, “Laurensiya”, “Qızıl açar”, “Yatmış gözəl s. kimi tamaşalara quruluş verib. 1969-cu ildə daha bir Azərbaycan baleti həyata vəsiqə aldı. Bu, Azərbaycan bəstəkarı Fikrət Əmirovun artıq məşhurlaşmış olan geniş populyarlıq qazanmışŞursimfonik muğamına müraciət etmiş xoreoqrafın yaradıcı bioqrafiyasının daha bir zəfəri idi.

Qəmər  xanım 2006-cı il  aprelin  7-də   vəfat etmişdir. SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadə məktəbi  keçmiş sovet baletində ən mükəmməl məktəblərdən  idi. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox səhnələrində çıxış etmiş Xalq artisti Leyla Vəkilova, Rəfiqə Axundova,  Tamilla Şirəliyeva, Çimnaz Babayeva bir çox digər balerinalar məhz bu məktəbin yetirmələridir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 31 may.- S.8.