Azərbaycanın bölgələrində
də
seçkilər siyasi
fəallıq şəraitində keçdi
Gəncə
Gəncədə parlament seçkilərinə əhalinin marağı böyükdür. Biz qəzetimizin ötən nömrəsində qeyd etmişdik ki, şəhərdə adamların seçki əhval-ruhiyyəsi açıq- aşkar hiss olunur. Elə seçki günü səhər tezdən bu, bir daha özünü göstərdi. Budur, 38 saylı Nizami I seçki dairəsi üzrə 16 saylı seçki məntəqəsindəyik. Səhər tezdən olmasına baxmayaraq, məntəqəyə xeyli seçici gəlib. Öyrənirik ki, məntəqə üzrə 1495 seçici qeydə alınıb. Onlardan 5 nəfəri ilk dəfə səs verir. Ən yaşlı seçicinin 83 yaşı var. Bütövlükdə, dairə üzrə 6 namizəd mübarizə aparır.
Yenicə səs verib çıxan seçicilərdən biri — Azərbaycan Respublikasının Xalq artisti, tanınmış müğənni Şahnaz Haşımova ilə rastlaşırıq. Hal-əhvaldan sonra səsvermənin gedişi ilə maraqlanırıq. Deyir ki, deputatlığa namizədin seçki kampaniyasında da yaxından iştirak edib. Buradakı səliqə- sahman, nizam- intizam çox xoşuna gəlib. Millətinə, xalqına vicdanla xidmət edə biləcək namizədə səs verib.
Şəhərdəki 39 saylı Kəpəz seçki dairəsinin 8 və 9 saylı məntəqələrində olarkən xarici müşahidəçilərlə rastlaşdıq. Onların ilkin təəssüratları çox yüksək idi.
Ömər Kocaman, Türkiyə:
– Xoş bir təsadüfdir ki, bu gün bizim ölkədə də parlament seçkiləri keçirilir. Azərbaycan da, Türkiyə də artıq bütün dünyaya sübut ediblər ki, əsl demokratik, azad və şəffaf seçki keçirmək mümkündür və bunu bizim ölkələrin timsalında görmək olar. Mən bilmirəm, bundan artıq nə etmək olar. Seçicilərə heç bir təsir göstərilmir, veb- kameralar quraşdırılıb, hər kəs öz istədiyi namizədə sərbəst şəkildə səs verir. Heç bir nöqsana rast gəlmirik. Demək istəyirəm ki, Azərbaycanın bu qədim şəhəri seçki mədəniyyəti nümunəsi göstərir.
Amantay Şarip, Qazaxıstan: — Biz şəhərə bir gün əvvəl gəlmişik və vaxtımız az olsa da, Gəncənin görməli yerləri ilə tanış olmuşuq. Çox gözəl şəhəriniz var. Adamlarla söhbət edərkən bir daha əmin olduq ki, sizdə seçkilərə çox böyük maraq var. Dünən eşitdiklərimizin reallığını bu gün öz gözlərimizlə gördük və heyran qaldıq. Bax əsl demokratik seçki budur. Burada adamlar o qədər sərbəst, cəsarətlidirlər ki, onlara seçki ilə bağlı heç kim, heç bir irad tuta bilməz.
Məntəqə seçki komissiyasının sədri Füzuli Musayev bizimlə söhbət zamanı bildirdi ki, bütövlükdə səsvermənin gedişini 14 müşahidəçi izləyir. Narazılıq, şikayət yoxdur.
Sonda məlum oldu ki, 37 saylı Nizami I seçki dairəsində seçicilərin 47 faizi, 38 saylı Nizami II seçki dairəsində 50,2 faizi, 39 saylı Kəpəz I seçki dairəsində 48,7 faizi, 40 saylı Kəpəz II seçki dairəsində isə 46,8 faizi səs verib.
Sumqayıt
Gənclik şəhərində vətəndaşların demokratik şəraitdə, rahat və maneəsiz səs vermələri üçün hər cür şərait yaradılmış dörd seçki dairəsi 154 məntəqəni birləşdirir. Bu seçki məntəqələrinin 38-də səsvermə prosesini internet vasitəsilə onlayn izləmək mümkün olub. Sumqayıtlıların çoxu vətəndaşlıq borcunu yerinə yetirmək üçün səhər saat 8-dən seçki məntəqələrinə gəliblər. Onların arasında ağsaqqallar və ilk dəfə səs verən gənclər də az deyildi. Bu insanlar öz seçimlərini etməklə respublikamızın çiçəklənməsinə və tərəqqisinə səs vermələrindən məmnun idilər.
Ümumilikdə, Sumqayıtda 161 min 518 seçici qeydə alınmışdır. 42 saylı Sumqayıt ikinci seçki dairəsi seçki komissiyasının sədri Ruslan Hacıyev dedi ki, dairənin əhatə etdiyi yaşayış ərazilərində 41 449 seçici qeydiyyata alınıb. Onlardan 279-u ilk dəfə səs verənlərdir. 80-100 yaşlı 622 seçici var. Bir nəfərin isə yaşı 100-ü keçib. Xəstəlik keçirən, hərəkəti məhdud olan və məntəqəyə gəlməkdə çətinlik çəkən digər bu kimi seçicilər də nəzərə alınıb.
Dairənin 33 saylı məntəqəsində Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin icraçı direktoru, Belçikadan olan rus əsilli Jevgeniya Qvozdyeva bizimlə söhbətində gördüklərinin ona pozitiv təsir bağışladığını bildirdi:
—Mən bir sıra ölkədə seçkiləri izləmişəm. Sizdə olan səliqə-sahman daha nümunəvidir. Veb-kameralar, seçicilərin baş barmağına bənövşəyi boya vurulması kimi müsbət prosedurları xüsusi olaraq qeyd edirəm. Bir də ki, Sumqayıtda məntəqə komissiyası üzvlərinin, seçkilərin keçirilməsinə məsul olan hər kəsin yüksək cavabdehlik hissinə malik olması diqqətçəkəndir. İlkin müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər düzgün təşkil olunub.
Biz 42 saylı ikinci seçki dairəsinin 34 və 35 saylı məntəqələrinin qarşısında müstəqil qrupların “exit-poll” keçirdiklərinin şahidi olduq.
Şəhərin mərkəzində yerləşən 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin komissiya sədri Məzahir Süleymanovun bildirdiyinə görə, burada 44 494 nəfər seçici qeydiyyata alınıb. Onlar üçün dairəyə daxil olan 48 məntəqənin hamısında təlimata uyğun şərait yaradılıb. Dairə komissiyasının tərkibində YAP, Ana Vətən, Böyük Quruluş, Azərbaycan Demokratik İslahatlar partiyalarını təmsil edən şəxslər və bitərəflər cəmləniblər.
Dairənin 9 məntəqəsində veb-kameralar quraşdırılıb. Xaricdən gəlmiş müşahidəçilər dairənin 1, 10, 20, 21, 31, 38 saylı və digər məntəqələrində səsvermənin gedişini izləyiblər. MDB dövlətlərini təmsil edən müşahidəçilərdən Mixail Lonkin, Sukles Urmas, Mirsek Kurmet, Yevgeni Sokogin və başqaları ciddi pozuntu halları ilə rastlaşmadıqlarını qeyd ediblər. Türkiyədən gəlmiş müşahidəçilər qrupu da əksər seçki məntəqələrinə baş çəkərək səsverməni izləyib.
Günün sonunda öyrəndik ki, 41 saylı Sumqayıt I seçki dairəsində 52,5 faiz, 42 saylı Sumqayıt II seçki dairəsində 50,5 faiz, 43 saylı Sumqayıt III seçki dairəsində 50,1 faiz, 44 saylı Sumqayıt – Xızı seçki dairəsində 51,2 faiz seçici səsvermədə iştirak etmişdir.
Yevlax
Növbəti parlament seçkilərində Yevlax seçiciləri 48 saylı Yevlax və 49 saylı Yevlax – Mingəçevir seçki dairələrində öz iradələrini ifadə edirlər. Biz seçkilərin gedişi haqqında ilk məlumatı 48 saylı Yevlax dairəsinin sədri Yaşar Abbasovdan aldıq:
– Dairə üzrə seçicilərin sayı 33284 nəfərdir. Onlar 30 seçki məntəqəsində səs verirlər. Onu da bildirirəm ki, seçkilərin azad, ədalətli və obyektiv keçirilməsi üçün bütün məntəqələrdə hər cür şərait yaradılmışdır. 15 məntəqədə veb-kamera quraşdırılmışdır. Müntəzəm olaraq məntəqələrlə əlaqə saxlayırıq. Aldığımız məlumat belədir ki, hər yerdə işlər yaxşı gedir, seçicilərin fəallığı yüksəkdir.
29 saylı məntəqəyə baş çəkdik. Məşhur fermer, Sosialist Əməyi Qəhrəmanı, “Qəhrəman ana” Şamama Əliyeva yenicə səs vermişdi:
– İstədiyim namizədə səs verdim. Heç bir təsirə, maneəyə və başqa neqativ hallara rast gəlmədim. Məntəqədə səsvermənin azad, ədalətli və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılmışdır. İndi vəziyyət elədir ki, heç kimə təsir etmək, fikrindən döndərmək mümkün deyil. Ona görə ki, hamı hər şeyi yaxşı görür və qiymətləndirir. Biz o adamı Milli Məclisdə görmək istəyirik ki, daim bizim yanımızda olsun, çətinlik və problemlərin həllində kömək əlini uzatsın. Birdəfəlik başa düşmək lazımdır ki, təmtəraqlı sözlərlə etibar qazanmaq mümkün deyil.
Bərdə
Səhər tezdəndir. Havanın soyuq, yağışlı olmasına baxmayaraq, şəhərdə və kəndlərdə bir canlanma, yüksək əhval-ruhiyyə, fəallıq dərhal nəzərə çarpır. Seçicilər dəstə-dəstə seçki məntəqələrinə yaxınlaşır, istədikləri namizədə səs verirlər.
Öyrəndik ki, Bərdədə 93 və 94 saylı seçki dairələri fəaliyyət göstərir. Biz əvvəlcə 93 saylı DSK-da olduq. Dairənin sədri Asif Hüseynov bizi səsvermənin gedişi ilə tanış etdi:
– Bizim dairə üzrə 54 məntəqə yaradılmışdır. Seçicilərimizin sayı isə 44731 nəfərdir. Əlbəttə, əsas vəzifəmiz dairə və məntəqələrin seçkilərə vaxtında və keyfiyyətli hazırlığını təşkil etmək, burada hər cür şərait yaratmaqdan ibarət idi. Belə də etmişik. Ona görə də hazırda səsvermənin gedişində heç bir çətinlik yoxdur.
45 saylı məntəqənin sədri Səyyarə Həsənova bizi ilk səs verən bir ailə ilə tanış etdi. Öyrəndik ki, Vaqif Fətullayev Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında, həyat yoldaşı Ləman İsgəndərova isə Qaradəmirçi kənd məktəbində müəllim işləyirlər. Vaqif müəllim seçkilərin gedişi haqqında öz fikir və ürək sözlərini belə ifadə etdi:
– Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün parlament seçkilərində ailəliklə iştirak etmişik. Ancaq etiraf edim ki, bu dəfəki seçkilər daha azad, ədalətli və şəffaf şəraitdə keçir. Heç bir kənar təsir hiss etmədik. Hamı öz iradəsini sərbəst şəkildə ifadə edir, istədiyi, inandığı namizədə səs verir.
Tərtər
28 saylı Bala Zərgərli seçki
məntəqəsi. Biz bura günortadan sonra gəldik. Seçki məntəqəsinin sədri Rəşid Şahbazov
bildirdi ki, indiyə kimi seçicilərin yarısından
çoxu məntəqəyə gəlmiş, öz iradəsini sərbəst şəkildə ifadə
etmişlər. Ümumiyyətlə,
seçicilərimizin sayı 389 nəfərdir. Seçici fəallığı gözlədiyimizdən də yüksəkdir. Gördüyünüz kimi,
məntəqəmizdə
hər cür şərait
yaradılmışdır. Elektrik, su, yol kimi
məsələlər vaxtında həll edilmiş,
lazım olan hallar üçün xüsusi
avtomobillər ayrılmışdır.
Ümumiyyətlə,
95 saylı Tərtər Seçki Dairəsində seçicilərin sayı 40834 nəfərdir. Öyrəndik ki, günün yarısı
olmasına baxmayaraq dairə
üzrə seçicilərin 60
faizindən çoxu artıq
öz istədikləri, etibar etdikləri namizədə səs vermişlər.
Biz
günün sonunda adları
çəkilən, o cümlədən Zərdab, Ağdaş, Göygöl, Goranboy,
Ağcabədi,
Füzuli, Ağdam royonları ilə bir daha
əlaqə
saxladıq, seçkilərin yekunu ilə maraqlandıq. Hər yerdə bu mühüm ictimai-siyasi kompaniyanın yüksək mütəşəkkilliklə, fəallıq və işgüzarlıq şəraitində keçdiyini bildirdilər.
Xaçmaz
Seçki
günü şimal bölgəsində, o cümlədən
Xaçmazda havanın
temperaturu əvvəlki günlərə nisbətən
bir qədər də enmişdi. Yerdə qar olmasa da, əsl qış
havası idi. Bununla belə, şəhərin küçə
və meydanları əvvəlki günlərlə müqayisədə daha izdihamlı
idi. Bayramsayağı
geyinmiş insanlar dəstə-dəstə seçki
məntəqələrinə tələsirdilər.
Ayrı-ayrı məntəqələrdə səs vermək
üçün əməlli-başlı növbə yaranmışdı. Ümumilikdə,
Xaçmaz seçiciləri 55 saylı Xaçmaz şəhəri
və 56 saylı Xaçmaz kənd seçki dairəsini birləşdirən 86 məntəqədə səs vermişlər. Səhər saat 10-da 55 saylı Xaçmaz seçki
dairəsi üzrə
seçicilərin 14,6
faizi, 56 saylı Xaçmaz
kənd seçki dairəsi üzrə isə 16,4 faizi məntəqələrə gələrək
özünün seçim hüququndan istifadə etmişdir. 917 nəfər
xaçmazlı gənc ilk dəfə
olaraq seçkilərdə
iştirak etməklə Azərbaycan parlamentinin yeni tərkibinin
formalaşmasına öz
töhfəsini vermişdir.
Xaçmazlı
seçicilər 55 saylı dairədə deputat
mandatı uğrunda mübarizə aparan 6, 56
saylı dairədə isə
7 namizəd arasında
seçim etməli olmuşlar.
Saat 19-a olan yekun məlumatına görə, 55
saylı Xaçmaz
seçki dairəsində
seçicilərin 56,9 faizi, 56
saylı Xaçmaz kənd seçki dairəsində isə 58,3
faizi səsvermə hüququndan istifadə etmişlər.
Seçkilərin gedişi
1000 nəfərdən
çox yerli və habelə
müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil
edən müşahidəçilər
tərəfindən izlənilmişdir.
Rayon üzrə
22 məntəqədə veb-kameralar
quraşdırılmışdır. Dairə seçki
komissiyalarının sədrlərindən
aldığımız məlumata görə, seçkilərin təşkili və səsvermə prosesinin
gedişi zamanı
heç bir ciddi qanun
pozuntusu qeydə
alınmamışdır.
Samux
Samuxda seçki günü yüksək fəallığın
olacağını sanki əvvəlcədən bilirdilər. Xüsusilə
bu dəfə gənclərin daha fəal olacaqlarını
söyləyənlər də çox idi. Rayonda
seçki ərəfəsində gənclərlə
aparılan iş də öz səmərəsini verməli
idi. İki həftə qabaq gənclərlə
“Sənin səsin, sənin gələcəyindir” adlı
maarifləndirici görüşlərin keçirilməsi də
noyabrın 1-də seçkinin fəal olacağından xəbər
verirdi.
102 saylı Samux- Şəmkir seçki dairəsinin 3
saylı seçki məntəqəsində olarkən bir daha
hiss etdik ki, seçicilərin fəallıığı əvvəlki
parlament seçkilərindən yüksəkdir. Rayon mərkəzindəki
1 saylı seçki məntəqəsində səsvermə
üçün hər bir şəraitin
yaradıldığının şahidi olduq. Müşahidəçilər səsvermənin
gedişini sərbəst şəkildə izləyirdilər.
Adamlar bülleten almaq üçün növbəyə
dayanmışdılar. Səs verib çıxan Anar Qasımova
yaxınlaşır və təəssüratını
öyrənmək isyəyirik ki, bayırda gözləyən
övladları Zeynal və Vüsal onu bizdən qabaq sorğu-
suala tuturlar: “Ata, kimə səs verdin”, “onun adını de də,
nə olar” – deyə əl çəkmirlər. Ata isə gülümsəyərək “axşam deyərəm” – deyib
bizim sualları cavablandırdı:
– Səsvermə
o qədər gözəl təşkil olunub ki, söz tapa
bilmirəm. Qərb dediyimiz bəzi ölkələrdə
necə təşkil olunub, öz işləridir,
qarışmırıq. Amma hər halda, öyrənmək
istəsələr, Samuxa gəlmələrini məsləhət
bilərdim.
102 saylı Samux- Şəmkir seçki dairəsində
51 məntəqə fəaliyyət göstərir. Seçicilərin
sayı isə 44 min 976 nəfərdir.
Rayonun
Ziyadlı, Sərkar, Çobanabdallı və bir sıra digər
kəndlərindəki seçki məntəqələrinə
də baş çəkdik. Seçici fəallığı
açıq- aşkar hiss olunurdu.
Ziyadlı kənd orta məktəbindəki 10 saylı məntəqə
seçki komissiyasından dedilər ki, məntəqə
üzrə 777 seçicidən artıq 70 faizi səs verib.
Seçki
başa çatarkən məlum oldu ki, 102 saylı Samux-Şəmkir
seçki dairəsi üzrə səsvermədə 55,8 faiz seçici iştirak edib.
Quba
Noyabrın
1-də Milli Məclisə keçirilən seçkilərdə 52 saylı
Quba və 53 saylı Quba – Qusar
seçki dairələri üzrə 11 nəfər namizəd deputat mandatı
uğrunda mübarizə aparmışdır. Səhər saat 10-dək 52
saylı dairədə seçicilərin 14,4 faizi, 53
saylı dairədə isə
14,3 faizi səsvermədə iştirak etmişdir.
Seçkilərin
tam azad və demokratik
şəraitdə
keçməsini təmin
etmək
üçün
seçki dairələrinin
hər birində 10
veb-kamera işləmişdir. 52
saylı dairə seçki
komissiyasının sədri
Mübariz Abbasovdan aldığımız məlumata
görə, onun rəhbərlik
etdiyi dairə üzrə seçici siyahılarına 45005 nəfərin adı daxil edilib. Onlardan 354 nəfəri ilk
dəfədir ki, səs
vermə hüququndan istifadə
edir. Komissiya sədri səhər saatlarından başlayaraq ayrı-ayrı məntəqələrdə, o cümlədən 3, 6, 9, 38 və
39 saylı məntəqədə
seçici fəallığının daha
yüksək
olduğunu bildirdi.
47000 nəfər seçicini əhatə edən 53
saylı Quba — Qusar seçki dairəsində də
Milli Məclisə
beşinci
çağırış
seçkilər mütəşəkkil keçmişdir. Həmin dairədən
olan seçicilər 76 məntəqədə
səs vermişlər. Seçkilərin gedişi 767 nəfər yerli müşahidəçi tərəfindən izlənilmişdir.
Dairə seçki komissiyasının sədri Rahim Qarayevin
verdiyi məlumata görə, məntəqələrdən
heç birində qanun pozuntusu
qeydə
alınmayıb.
Komissiya sədri rayonun
İkinci Nügədi kəndindəki 7 və 9 saylı, habelə
Zərdabi qəsəbəsindəki
21 saylı və Hacı Hüseynqulu kəndindəki 31 saylı
məntəqələrdə
seçicilərin fəallığının daha
yüksək
olduğunu bildirdi. Dairə seçki
komissiyalarından aldığımız yekun məlumata görə 52 saylı
Quba seçki dairəsi
üzrə seçicilərin
56,4 faizi, 53 saylı
Quba – Qusar seçki dairəsi üzrə isə 57,9 faizi seçkilərdə iştirak etmişdir.
Zaqatala
Fadimay Əsgərova ilə çox
görüşmüşəm. 116 yaşı var.
Zaqatalanın Çobankol kəndində yaşayır. Bu yaşa çatsa da, yaddaşı yerindədir.
Maraqlı müsahibdir. Həmişə
belə adamlarla söhbət edəndə ürəyimdən
keçib ki, kaş
bütün gördüklərini qələmə
ala, maraqlı söhbətləri ipə-sapa düzə. Təbii ki, Fadimay nənə bu gün xatirələrini
yazmaq iqtidarında deyil. Bütün bunlar
barədə biz jurnalistlər düşünməliyik. Söhbət edirik: “Oğul, indiyədək
neçə seçkidə iştirak etmişəm, dəqiq
xatırlamıram, – dedi. – İnan, bəlkə
də ikisində-üçündə olmamışam. Amma həmişə məntəqəyə
getmişəm. Getmişəm ki,
özüm səs verəm. Bu dəfə
isə nə gizlədim, ayaqlarım sözümə
baxmır. Təklif
etdilər ki, səsvermə qutusunu evə gətirsinlər.
Razılaşmaqdan başqa çarəm
qalmadı”.
Seçki
günü 34 saylı məntəqənin sədri Murad
Nurullayevlə əlaqə saxlayanda bildirdi ki, məntəqəmizdə
1177 seçici var və artıq onların 400 nəfəri səs
verib.
– Bəs Fadima xala necə, səs verdimi, – deyə
soruşdum. –
Əlbəttə, – dedi. – Evlərinə getdik.
110 saylı Zaqatala dairə seçki komissiyasının
bütün mətəqələrində qələbəlik
oldu. Hamı
gəldi, istədiyi namizədə səs verdi.
Dairə seçki komissiyasının sədri
Fikrət Mustafayevlə söhbət zamanı bildirdi ki, 47 məntəqədə
542 nəfər müşahidəci qeydiyyatdan keçib.
46 min 107 nəfər seçicimiz var. 5 məntəqədə
veb kamera quraşdırılıb. Indiyədək
heç bir məntəqədən qanun pozuntusu ilə bağlı
müraciət olmayıb.
Həmin gün bir
neçə məntəqədə olduq. Seçicilərlə
görüşdük. Əliabad qəsəbəsindəki
9 saylı məntəqəyə ilk dəfə səs verməyə
gəlmiş Nailə Məmmədova dedi: “İnanın, səhərə
qədər sevincimdən yatmamışam. Fəxr
edirəm ki, bu gün ürəyim istəyən namizədə
səs verdim. Dəməli, müstəqil Azərbaycanın
müstəqil vətəndaşı kimi mənim səs vermək
hüququm var.”
Günün sonunda 110 saylı dairə seçki
komissiyasının sədri Fikrət Mustafayevə zəng
vurduq. Bildirdi
dairə üzrə
52,5 faiz seçici səs vermişdir.
Qax
Soyuq havalarda Qaxda olmağın başqa ləzzəti
var. Mən dəfələrlə yazmışam. Qaxlılar qədər
öz yurd- yuvalarını sevənlərə çox az rast gəlmişəm.
Jurnalist həmkarım Mustafa Dadaşovla məntəqələri
gəzirik. Kimi dindirsən, bugünkü seçkiyə həvəslə
gəldiyini deyir.
112
saylı Qax dairə seçki komissiyasının sədri
Abdukərim Əliyev bildirir ki, 41 min 741 nəfər
seçici 58 məntəqədə səs verəcək. 8 məntəqədə veb-kamera
quraşdırılıb. Seçicilərin
səsverməsi üçün bütün şərait
yaradılıb. Məntəqələrlə hər an əlaqəmiz var.
746 nəfər bu gün ilk dəfə səs verəcək. Amma məni
sevindirən başqa məsələdir. İlk dəfə
səs verənlərin üç nəfərin 18
yaşı məhz bu
gün-noyabrın 1-də tamam olur. Mərkəzi
Seçki Komisiyası tərəfindən hər
üçünə xüsusi dəvətnamə göndərilib.
Bu, bir tarixdir. Aradan illər
keçəcək, bu gün onların yaddaşında əbədi
qalacaqdır.
Qax peşə liseyində yerləşən 8 saylı məntəqəyə
gəlirik.
Xeyli adam var. Yaxınlaşıb, onlardan
biri ilə tanış oluruq. Xavər Əfəndiyeva
səsverməyə nəvəsi Tahirlə gəlib. O
bildirir: Burada hər şey ideal səviyyədə təşkil
olunub. Seçicilər istədikləri namizədə
müdaxiləsiz, sözsüz-söhbətsiz səs verə
bilirlər. Mən də səsimi layiq
bildiyim namizədə verdim. Məntəqənin
seçki komissiyasının sədri Ələkbər Musayev
deyir: – “1121 nəfər burada səs verməlidir. Kimdən istəsəniz soruşa bilərsiniz.
Seçkinin şəffaflığına söz ola bilməz”.
Axşama yaxın 112 saylı dairə seçki
komissiyasının sədri Abdulkərim Əliyevlə yenidən
əlaqə saxladıq. Bildirdi ki, seçicilərin 57,04
faizi seçkilərdə iştirak edib.
İsmayıllı
İsmayıllıya yağan yağış hələ
də dayanmayıb. Uzun illər rayon təhsilinə rəhbərlik
etmiş, hamının ziyalı, ağsaqqal kimi hörmət
etdiyi Fərman Bəşirovla dayanıb söhbət edirik.
Son vaxtlar İsmayıllıda görülən
abadlıq, tikinti-quruculuq işlərindən
danışır. Fəxrlə bildirir ki,
indi İsmayıllı həmin İsmayıllı deyil.
Başdan-başa dəyişib, gözəlləşib.
Yaxından, uzaqdan, demək olar ki, hər gün
qonağı var. Ən əsası isə burada böyük
sözünə, ziyalı fikrinə hörmətlə
yanaşılır.
Düz sözə nə deyəsən? Bu başqa bir
yazının mövzusu olsa da, Fərman müəllimin dediklərini
yazmaya bilməzdim.
Fərman Bəşirovdan ayrılıram. O, getməlidir. Getməlidir ki, seçki məntəqəsində
özünün ürəyindən keçən namizədə
səs versin.
Doğrusu,
həmin namizədin kim olduğunu heç
soruşmadım da. Fikirləşdim ki, birdən
qəlbinə toxunar. Amma
soruşmağın nə mənası? Fərman
Bəşirov ağı-qaradan seçməyi yaxşı
bilir. Bilir ki, kim
İsmayıllıların sözünü yuxarı
kürsülərdə daha sanballı deyə bilər.
Həmin
günü İsmayılladakı hansı seçki məntəqəsində
olduqsa, kiminlə söhbət etdiksə, hamının fikri
bir oldu: “Seçki ədalətli, demokratik, şəffaf
keçir. Heç kəsin səs verməsinə
müdaxilə yoxdur. Yaxınlaş, sənədi
göstər, bülletenini al, səsvermə kabinəsinə
gir, məsləhət bildiyin nazmizədə səs ver və
vəssalam”.
86 saylı dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov qeyd etdi ki, 41 min 50 nəfər seçici var. 69 məntəqənin 6-da veb-kamera quraşdırılıb. Seçkinin gedişini 875 nəfər müşahidəci izləyir.
Yaxşısı budur, gəlin, Rusiya Mərkəzi Seçki Komissiyasnın sədri Vladimir Çurovun fikirlərini dinləyək: “Bir çox məntəqələrdə olduq. Düzü seçkinin bu dərəcədə şəffaf, demokratik keçiriləciyini gözləmirdim. Sevinirəm ki, Azərbaycanda mükəmməl seçki sistemi yaradılıb. Sizə uğurlar arzulayıram.”
Qəzet çapa hazırlanarkən Əlirəmzi Məhərrəmov redaksiyaya zəng vurdu: “Seçicilərin 56 faizi seçkildə iştirak etdi.
Xalq qəzeti.-
2015.- 2 noyabr.-S.11.