Naxçıvanda xalq yaradıcılığı sərgisi keçirilir

 

Noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olub.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xalq yaradıcılığı sərgisinin açılışında iştirak edib.

 

Ali Məclisin sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə milli dəyərlərinə istinad etməlidir. Bu zərurəti əsas götürən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdı. Azərbaycan Konstitusiyasında ən ali milli dəyərlərimiz olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş, xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradılmışdı. Həmin dövrdə Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Dədə Qorqud”, xalqımızın müstəqillik uğrunda mübarizə tarixini və qəhrəmanlıq ənənələrini təbliğ edən “Babək”, azərbaycanlılara xas olan Novruz ənənələrini ilk dəfə ekranlara çıxaran “Dəli Kürkimi bədii filmlər çəkilmişdi.

Ali Məclisin sədri deyib: Azərbaycanda  ulu öndərimiz ötən əsrin 70-ci illərindən başlayaraq xalq yaradıcılığının himayə olunması siyasətini daha geniş miqyasda davam etdirmişdir. Dahi şəxsiyyət bu sahədə görülən işləri ümummilli ideologiyada - azərbaycançılıqda birləşdirmiş, azərbaycançılığı və milli dövlətçiliyi ən yüksək milli dəyər kimi qiymətləndirərək demişdir: “Azərbaycançılıq - öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dəyərlərini və dövlətçiliyini qoruyub saxlamaq deməkdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə çatdırmağın əsas şərtini milli dövlətçilikdə görərək qeyd etmişdir ki: “Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, ancaq milli dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub”.

Qeyd olunub ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında 2009-cu ildə sərəncamı olub, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ilielan edilib. Bütün bunlar öz nəticəsini göstərib, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Tarixi abidələrə yeni həyat verilib, xalq yaradıcılığı günləri təşkil olunub, milli kökə bağlılıq nümayiş etdirilib. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq, taxta üzərində oyma kimi qədim sənət sahələri qorunub saxlanılıb. Son illər el sənətkarları üçün emalatxanalar istifadəyə verilib, əl işlərindən ibarət sərgilər təşkil olunub. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilir. Bədii yaradıcılıq prosesində də milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət artırılıb. “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” və “Tarixi qaynaqlarda Nuh peyğəmbər” kitabları, üç cildlik “Naxçıvan folkloru” antologiyası nəşr etdirilib. Yallılar nota köçürülübonun əsasında “Naxçıvan - Şərur el yallıları” kitabı çap olunub. Bununla yanaşı yallılardan ibarət kompakt disk də buraxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 3 noyabr tarixli sərəncamına əsasən xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə 8 nəfər “Rəşadətli əməyə görə” nişanı, “Tarixi mənbələrdə Nuh peyğəmbər” və “Naxçıvan - Şərur el yallıları” kitablarının müəllifləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin pul mükafatı ilə təltif ediliblər.

 

Xalq qəzeti.- 2015.- 5 noyabr.- S.8.