Xalq artistinin 100 illik yubileyi qeyd olundu

 

Akademik Milli Dram Teatrında görkəmli teatr kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə,  Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutan gecədə M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat yaradıcılığından danışmış, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunmuşdur.

Yubiley mərasiminin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov idi.

Məlumat üçün bildirək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. 1954-cü ildə mədəniyyət nazirinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

TeatrdaGöz həkimitamaşasında Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildəBəxtiyarfilmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdəQızmar günəş altında”da Alı kişi, “Leyli Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyiƏhməd haradadır?” musiqili komediyasında Şirin kişi rolunda çıxış edib. 1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyiTütək səsifilmində İsfəndiyar kişi rolunda çıxış edib.

M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 5 noyabr.- S.15.