Adi su aydınlıq,

Ağsu isə aydınlıqdadır...

 

Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır. Burada böyük bir şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif ölkələrə öz məhsullarını ixrac edir. Kənd təsərrüfatı inkişaf edir. Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa görə birinci yerdədir, rekord göstəricidir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

17 sentyabr, 2015-ci il

 

Təbii ki, ilin bu çağlarında bölgələrdən qələmə alınan yazılarda mütləq geridə qalan ayların göstəriciləri yada düşür, uğurlar təqdir,  nöqsanlar  tənqid olunur. Biz də Ağsu barədə qələmə aldığımız yazını məhz bu prinsiplər əsasında hazırlamaq istəyirik.  İlin geridə qalan doqquz ayında  bu rayonun tarixinə yazılan mühüm hadisələrin siyahısına baxanda  yadımıza düşən ən mühüm fakt Prezident İlham Əliyevin  Ağsuya 17 sentyabr tarixli səfəri oldu.

 

Dövlət başçısı həmin səfər çərçivəsində rayonda inşa edilən İdman Kompleksinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının  açılışında, Şahmat Məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsində və nəhayət,  “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə”nin təqdimatında iştirak etmişdi. Bu ünvanların hər biri Ağsu üçün xüsusi əhəmiyyət kəsb etsə də, biz indiki yazını bilavasitə bu rayonun su probleminin həlli istiqamətində atılan uğurlu addımlarla başlamaq istəyirik.

... Artıq sentyabrın ortaları olsa da, hələ də yaydakı kimi istilər davam edirdi. Dağların üstündə görünən adda-budda buludlar da sanki küləksiz səmada  oynayırmış kimi bir-birini “çiyinləyir”, o yan - bu yana yayılır, sıraları pozulur və yox olurdular. İnsanların əli işdə olsa da, fikri dağlar tərəfdə idi. Hamı yağışın nə zaman yağacağını, sərinlərin nə vaxt düşəcəyini gözləyirdi. Ancaq Ağsuya yağışın nə vaxt yağacağını bilən olmasa da, sərinliyin tezliklə  gələcəyini hamı bilirdi. Çünki  tezliklə  rayon mərkəzinə çəkilən içməli su xətti istifadəyə veriləcəkdi. Özü də dövlət başçısının iştirakı ilə.

... Heç yadımdan çıxmaz. Həmin günü  yəni 2015-ci il sentyabrın 17-sini  ağsuluların hamısı maraq və həyəcanla  gözləyirdi. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çöhrəsində  isə maraq və həyəcandan başqa da hansısa hisslər  görünürdü. Hətta həmin isti günlərdə bir saatlıq da olsa belə iş otağına qayıtmağa macal tapmırdı. Bunun səbəbini  dilə gətirməsə də, biz— mətbuat təmsilçiləri çox yaxşı bilirdik ki, yaranandan bəri  içməli su problemi ilə üz-üzə qalan Ağsu şəhəri məhz Ənvər müəllimin rayona rəhbərlik etdiyi dövrdə öz həllini tapacaqdı. Mətbuat təmsilçilərindən biri bu fikri rayon rəhbərinin yanında dilə gətirəndə Ənvər müəllim söhbəti başqa məcraya yönəltdi: — Bilirsinizmi, əgər cənab Prezident Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı deyilən mühüm ümumxalq və ümumdövlət əhəmiyyətli sənədləri imzalamasaydı və o sənədlərin icrası üçün lazım olan qədər vəsait ayrılmasaydı, nə Ağsunun bugünkü inkişafından danışmaq olardı, nə də şəhərimizin ən köhnə problemi olan içməli su məsələsinin həlli istiqamətində atılan addımlardan. Ona görə də mətbuatda bütün məsələlər öz adıyla qeyd edilməlidir.

 ...  Dövlət başçımızın ağsulularla görüşdüyü  gün gəldi,  Ağsuya  çəkiləcək  içməli su xəttinin layihəsi təqdim olundu. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezidentə məlumat verərək bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı saniyədə 52,5 litr olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən, nasos stansiyasından təzyiq tənzimləyci anbarına qədər magistral təzyiqli boru kəməri tikilir. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.

Bu günlərdə, Ağsuya növbəti səfərimiz zamanı cəmi ay yarım əvvəl insanların bulud axtarmaq məqsədiylə tez-tez boylandığı dağların hamısını  nurlu payız yağışı altında “yuyunan” gördük. Aşırımlardan aşağı, Ağsuya baxanda istər-istəməz ürəyimdən keçəni dilə gətirdim: “İnsanların tələsməyi özünə qalır. Yağışın nə vaxt göndərilməsini, istinin nə zaman azaldılmasını bizi yaradan qüvvə yaxşı bilir”. Sentyabrda olduğu kimi bu yağmurlu oktyabr günlərində də Ənvər Seyidəliyevlə iş otağında görüşə bilməyəndə isə   beynimdən elə təxminən o məzmunlu fkir keşdi: Dövlət yaxşı bilir ki, hansı ünvana kimin göndərilməsi daha münasib  nəticələrin əldə olunmasını təmin edər. Bəli, son illər Ağsuda dövlət siyasətinin uğurla icrası nəticəsində sözün həqiqi mənasında böyük uğurlar əldə edilib.

 İş otağında olmasa da, iş üstündə görüşdüyümüz rayon rəhbəri dedi ki,  “Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə sosial-iqtisadi  inkişafı Dövlət  Proqramı”nın   Ağsuya aid bölmələrinin icrası  2015-ci ilin geridə qalan aylarında da davam  etdirilib, bu  müddətdə  yeni    yerlərinin  açılması,  tikinti,  quruculuq    abadlıq  işləri  diqqət  mərkəzində  saxlanılıb,  sosial  problemlərin  həllinə  qayğı  göstərilib, yollar  küçə    meydanlar  asfaltlaşdırılıb    abadlaşdırılıb. Əhalinin    iqtisadiyyatın  bütün  sahələrinin  elektrik  enerjisi    təbii  qaz  təminatının  yaxşılaşdırılması,  nəqliyyat  infrastrukturunun  tikintisi    əsaslı  təmiri    istiqamətində  bir  sıra  işlər  görülüb,  bu  istiqamətdə  müvafiq   tədbirlər davam  etdirilir. Belə  ki, cins heyvandarlıq, taxılçılıq (xüsusilə ərzaq buğdası), toxumçuluq, tərəvəzçilik və bağçılıq (nar, üzüm) sahələrinin inkşafının dəstəklənməsi davam  etdirilib.

Həmsöhbətim qeyd etdi ki, 2014-cü  ildə 2015-ci ilin məhsulu üçün 34 min 289 hektar sahədə payızlıq taxıl , cari  ildə 2419,1 hektar  sahədə yazlıq bitkilərin əkini  aparılıb. Taxıl    yazlıq  bitkilərin əkini sahələrinə yüksək  səviyyədə  aqrotexniki qulluq göstərilib. Bu ilin geridə qalan aylarında    “Aqrolizinq” yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 771,35 ton mineral  gübrə satılıb. Nəticədə  hektardan  orta  məhsuldarlıq  34,7 sentner olmaqla  119,1  min  ton məhsul əldə olunub  ki,  bu  da  ötən  illə müqayisədə   49,4 min ton  çoxdur.

Rayonda fəaliyyət göstərən “Süsən Aqro” MMC və “Qarabağ taxıl ” MMC-nin taxılçılıq sahəsində uğurları daha sevindirici olub. Belə ki, hər iki cəmiyyət  tərəfindən elm və texniki  tərəqqinin son nailiyyətlərinin tətbiqi  yüksək məhsul istehsalına   gətirib   çıxarıb.   “Süsən   Aqro”  MMC  753  hektar  taxıl   sahəsindən  3659  ton  məhsul  əldə  etməklə  orta  hesabla  hər  hektardan  48,6,  “Qarabağ taxıl” MMC isə 365 hektar sahədən 1724 ton taxıl məhsulu götürməklə  47,2 sentner  məhsuldarlığa  nail  olublar.

Bir çox məlumatları isə rayonun müvafiq qurumlarından öyrəndik. Məsələn, məlum oldu ki, buğda   çəltik istehsalçılarının  marağının  artırılması  məqsədilə   dövlət  tərəfindən yardımın verilməsi təmin  edilib. Kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  əkin sahələrinin  becərilməsi üçün   yanacaq    motor  yağlarına  görə   yardımın verilməsi   üçün müvafiq  sənədlər  hazırlanıb  respublika  komissiyasına  təqdim  olunub.

Rayonda  fəaliyyət  göstərən emal  müəssisələri (“Azqranata”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  şirə və  şərab  emalı  zavodu    “Mehman” MMC)  məhsul  tədarükü    istehsal  prosesini davam  etdirib, istehsal  olunmuş  məhsulların  satışı  üzrə  geniş  bazar  funksiyasını  həyata  keçiriblər.

Ötən aylar ərzində rayonda   abadlıq-quruculuq işləri davam etdirilib. Şəhidlər  Xiyabanında  əsaslı  təmir  işləri  aparılıb, abidə  yeni  layihə  ilə  bərpa  olunub, hasarlar  sökülərək  yeni  tərtibatda  tikilib. Heydər Əliyev  küçəsinin  şimal  hissəsində   ulu  öndərin  portreti  əks  olunmuş  lövhə    küçə  adının  yeni  tərtibatda  quraşdırılması  işi  başa  çatdırılıb. Şəhərin  Heydər Əliyev  küçəsində  hasarlar  “aqlay”   üzlük  daşları  ilə  üzlənib, səkilərə  tomet    döşənib, Cəfər Cabbarlı küçəsində , Bakı - Şamaxı - Yevlax  yolunun  Ağsu  ərazisindən  keçən  hissəsində  abadlaşdırma, yaşıllıq  zolaqlarının  salınması  işləri  aparılıb. Tofiq İsmayılov,  20 Yanvar, Taryel Xasıyev, Səməd Vurğun,  Sabir  və Firdovsi küçələri  abadlaşdırılıb.  Belə  ki,  hasarlar dekorativ üzlük daşlarla üzlənib, boyanıb,  piyada  səkiləri  yenidən bərpa edilib.

Ətraf  mühitin  mühafizəsi    ekoloji  sabitliyin   təmin  olunması  istiqamətində  tədbirlər   davam   etdirilib. Belə  ki, “IDEA”  İctimai  Birliyi   tərəfindən   həyata   keçirilən  birinci  “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində  rayon  üzrə  ümumilikdə    11 min ədəd  uzunömürlü  ağac əkilib. Bundan  başqa  şəhərin  küçə    meydanlarında, yol  kənarlarında  ümumilikdə  28 min 600 kvadratmetr    yaşıllıq  salınıb, 8700 ədəd  müxtəlif  növ  uzunömürlü və  dekorativ  bəzək  ağacları,  45 min  ədəd  gül  kolları  əkilib.

Ötən yazılarda da qeyd etdiyimiz kimi, bu  il Ağsudakı  Heydər Əliyev  Parkında  ulu  öndərin  abidəsi  qranit  daşından  olan yeni  abidə  ilə  əvəz  edilib.  Ağsu - Kürdəmir  yolunun  Ağsu  şəhərinə  giriş  hissəsində  stela  tikilib.   Yuxarıda qeyd etdiyimiz kimi YAP  Ağsu  rayon  təşkilatı  üçün  inzibati  bina, Şahmat  məktəbi, İdman  Komleksi     istifadəyə  verilib, rayon Telekommunikasiya  Qovşağının    Poçt  Filialının  inzibati  binası  əsaslı  təmir  olunub.

Eyni  zamanda şəhərdə Kənd Təsərrüfatı  idarəsi  üçün  inzibati, 100  yerlik  uşaq  bağçası  üçün  yeni  binanın, “Az-qranata”  MMC  üçün  yeni  süzmə  sexi    soyuducu  ambar  binalarının, şəhid  ailələri    Qarabağ  Müharibəsi  əlilləri  üçün  10  ədəd  hər  biri  3 otaqdan  ibarət  olan fərdi  yaşayış  evlərinin,  rayonun  Pirhəsənli, Rəhimli    Cəlayir  kəndlərində  modul  tipli  su  təmizləyici  qurğuların, onlarla   ticarət,  iaşə,  məişət    servis  xidməti  obyektlərinin  tikintisi, şəhərin  müxtəlif  mərkəzi  küçələrində  mövcud  olan  bir  sıra  sahibkar  obyektlərinin  fasad  hissələrinin  gülbax  daşı  ilə  üzlənməsi, obyektlərin  memarlıq  görkəminin  yaxşılaşdırılması,  eləcə    rayon   mərkəzində    kəndlərdə  abadlıq,  quruculuq,  tikinti,  sosial  obyektlərin  təmiri    bərpası  da bu il görülmüş işlərdəndir.  Bütün bunlarla  yanaşı yeni fəaliyyətə  başlayan      bərpa  edilən  müəssisələrdə,  aparılan  abadlıq - quruculuq  işlərində    digər  mövsümi  işlərdə    404  nəfər  işlə  təmin  olunub  ki,  onlardan  286  nəfəri   daimidir.

Rayon əhalisinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə lazım olan bütün tədbirlər reallaşdırılıb.    Rayon Elektrik  Şəbəkəsi  üzrə    faydalı  sərfiyyat  79,0 faiz  və ya 34  milyon 409,4 min kilovat-saat olmaqla 43  milyon 566,3 min kilovat-saat elektrik enerjisi ötürülüb. Faydalı sərfiyyatın dəyəri 2 milyon 65,0 min  , istehlakçı qruplar tərəfindən ödənilən vəsaitin məbləği 1 milyon 989,9 min  manat,  şəbəkə  üzrə  yığım  səviyyəsi   96,4  faiz  təşkil  edib  ki,  bu  da  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  0,7  faiz  çoxdur.

Məlumat verildi ki, son  illər  rayonun  qaz təchizatının yaxşılaşdırılması sahəsində  zəruri  tədbirlər  həyata  keçirilib. Belə  ki,  qaz  infrastrukturunun  yenidən  qurulması  tədbirləri  çərçivəsində kənd  yaşayış  məntəqələrinin,  eləcə    yeni  tikilən   mənzillərin  qazlaşdırılması  məqsədi  ilə  rayon  üzrə  ümumilikdə  726  min  metr  qaz  kəməri  əsaslı  surətdə  yenidən  qurulub. Beləliklə qazlaşdırılan  yaşayış  məntəqələrinin  sayı  6-dan  50-yə, təbii qazdan istifadə edən  əhalinin  sayı  23 min 561-dən  54 min 640-a,  abonentlərin  sayı isə 4255-dən  10 min 468-ə çatdırılıb.

“Azərbaycan Respublikasi regionlarinin 2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafi  Dövlət  Proqramı”na  əsasən  Dünya  Bankı    Azərbaycan  Hökuməti  ilə  birgə  maliyyələşdirilən  “Milli  Su  Təchizatı     Kanalizasiya  xidmətləri  üzrə   İkinci  Layihə”  çərçivəsində  Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində görülən işlər barədə söz açdıq. Ancaq onu da deməliyik ki, Ağsu rayonu böyük həcmdə suvarma suyuna ehtiyacı olan bölgələrimizdəndir.  Bu il rayondakı təsərrüfatların  suvarma  suyu  ilə təminatında ciddi problem yaşanmayıb. Çünki cari məsələlər vaxtlı-vaxtında həlini  tapıb. Bu  müddətdə Ağsu  Suvarma  Sistemləri  idarəsi  tərəfindən  istismar barədə  tədbirlər  planına  əsasən yerinə  yetirilib.

Bu yerdə xatırladım ki, Ağsu rayonu özünəməxsus təhsil ənənələri olan  bölgələrimizdəndir. Rayon Təhsil şöbəsində öyrəndik  ki,  bu il orta məktəbləri başa vuran məzunlardan 273 nəfər  ali  təhsil  müəssisələrinə  sənəd  vermişdir.   Onlardan  103  nəfəri,  yəni  37,7 faizi  ali  məktəblərə  qəbul  olub.  Elə səhiyyə sahəsi də daim diqqət mərkəzindədir. Belə  ki,  145 çarpayılıq  Mərkəzi Rayon  Xəstəxanasının yeni binasının tikintisində  işlər  davam  etdirilir. Rayonun Kəndoba kənd həkim məntəqəsində əsaslı, İlxıçı kənd həkim məntəqəsində cari təmir işləri aparılıb. Əsaslı    cari  təmir işlərinə  ümumilikdə 43,5  min  manat  vəsait  sərf  edilib,  44,0 min manatlıq tibb avadanlığı, 63,8 min manatlıq inventar alınıb.

Ənvər müəllimlə görüşümüzdəki    “ağsuluların ən yaxın aylarda reallaşdırılmalı planları nədən ibarətdir”? - sualıma rayon rəhbəri konkret cavab verməsə də, bir çox istiqamətlərdə işlərin sürətləndiriləcəyini demişdi: — “İlin  sonuna  kimi  rayon  iqtisadiyyatının  daha  da  yüksəldilməsi,  əhalinin   sosial  problemlərinin  həlli,  özəl  sektorun  inkişafına  köməklik  göstərilməsi, ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi,  abadlıq-quruculuq  işlərinin  aparılması, sənaye,  tikinti,  nəqliyyat    rabitə  müəssisələrinin  fəaliyyətinin  müasir   tələblər  səviyyəsində  qurulması   istiqamətində  müvafiq  tədbirlər  həyata  keçiriləcək.”

... Beləcə, aşırımları dolana-dolana üzü dağlara sarı qalxanda dönüb yenə də geriyə baxdım. Çox qəribə idi. Qarşıda buludlar daha da sıxlaşır, geridə, Ağsu tərəfdə isə hava açılırdı, günəş görünürdü. Belə təbii lövhələri çox görmüşük. Ancaq indi mənə elə gəldi ki, Ağsu əvvəlkilərə nisbətən daha aydın görünür. Zirvədəki  buludlar su, yəni aydınlıq ,  Ağsu isə başdan-başa aydınlıq içərisində idi...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2015.- 5 noyabr.- S.14.