“Tale yolu”nun
izi ilə
Şair, publisist Muxtar Qasımzadənin yenicə
çapdan çıxmış kitabı
“İllərdən illərə”
adlanır. Müəllif bu
kitabda ilk mətbu nümunələrini – şeir,
poema, hekayə, resenziya, zarisovka və fotoları oxuculara təqdim edir. “Tale yolu”adlanan giriş hissədə şair keçdiyi
həyat və yaradıcılıq
yolu ilə bizi tanış edir.
Kitabın “Resenziyalar” bölməsində
müəllifin
tanınmış şair
və yazıçılar—Kəmalə
Ağayeva, Hüseyn Razi, Əhməd Qəşəmoğlu, Əbülfəz
Naxçıvanlı, Cavanşir
Eloğlu və başqalarının Bakıda,
Moskvada çap olunan kitablarına ayrı-ayrı illərdə
yazdığı rəylərlə tanış oluruq.Bu resenziyalarda söz ustadlarının poeziya və nəsr kəhkəşanında
tutduqları yer, vətəndaşlıq mövqeyi, Vətən, torpaq, xalq sevgisi, sənət
dünyasında axtarışları,
poetik duyğuları böyük məhəbbətlə
təhlil olunur.
Kitabda Naxçıvanda
xalq qəhrəmanı
Babəkin 14 metrlik heykəlini ucaldan rəssam-heykəltaraş Elman Cəfərov,
ecazkar təbiət mənzərələrinin ən
yaxşı nümunələrini
yaratmış
rəssam Babək
Abuzərli, ömrü
boyu qədim nəfəsli musiqi alətini el şənliklərində,
bayramlarda, respublika və beynəlxalq festivallarda səsləndirib ifaçılıq
məharətini göstərən
Əli Sevdimalıyev,
elləri, obaları gəzib dastan danışmış çobankərəli
Aşıq Qulu, tarixin yadigarı, tərtibatçı-rəssam, heykəltaraş Arif Qədimin yaratdığı zəngin
qalereyadan ibarət Naxçıvan
xalça muzeyi,
xalq sənətini yaşadanlar haqqında məqalələr qəlbimizdə
iftixar və məhəbbət duyğuları
yaradır. “Səyahət
dəftəri”ndən “Bizim
idarədə şeytan
yoxdur” adlı hekayə öz mövzu aktuallığı
və oxunaqlığı
ilə şairin nəsr yaradıcılığının
yeni bir səhifəsini təşkil
edir.
“Poeziya”
bölməsində şair
bizi ecazkar Naxçıvan təbiəti
ilə yanaşı, yaxın və uzaq ünvanlara aparır. Öz dəsti-xətti, poeziya aləmi olan şair “Avtoportret” ,"Gülüstan
türbəsi", “Naxçıvanım”,
“Mərhum şairlərə
məktub”, “Şeir”,
“Mən itmərəm”,
"Telli saz" , “Fəhlə ömrü”,
“İllərin qanadında”,
" Nə bilim" və digər şeir və qəzəllərində
özünəməxsus poetik fikirlər çələngini
təqdim edir. Doğma torpağa, yurda məhəbbət, xalqımızın qəhrəmanlıq
tarixi, gələcək
nəsillər üçün
yaradılan yadigarlar,
Vətən, millət
sevgisi şairin iç dünyasından süzülüb gələn
misralara çevrilir.
“Yaradan əllər” poemasında müəllif müasir
abidələr," göydələn"lər,
binalar inşa edən, yeni ünvanlar yaradan, zəhmət meydanında gecə-gündüz
zəfər yazanların
əməyini ilhamla tərənnüm edir.
Muxtar Qasımzadənin şeirləri rus, ingilis, fransız, fars və digər dillərə tərcümə
olunmuş və bu poeziya
nümunələri də
yaddaşlara
yazılmışdır. Kitabda onun xarici dillərdə nəşr olunmuş şeirlərindən nümunələr
öz əksini tapmışdır. Akademiklər
Bəkir Nəbiyev, İsa Həbibbəyli, görkəmli şairlər Cabir Novruz, Hüseyn Razi, Fikrət Qoca, Nüsrət Kəsəmənli və başqaları
M.Qasımzadənin yaradıcılığına
yüksək qiymət
vermişlər.
“Xatirə körpüsü”
adı altında verilmiş foto-şəkillər,
məktublar, əlyazmaların hər
biri dəyərli xatirədir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində çapdan
buraxılmış yeni
nəşr M.Qasımzadənin
respublika qəzet və jurnal səhifələrində dərc
olunan məqalə
və şeirlərinin,
radio və televiziya verilişlərinin
yalnız bir hissəsini təşkil edir.
Afət
SADIQOĞLU
Xalq qəzeti.- 2015.- 6
noyabr.- S.7.