Azərbaycanda məhkəmə-hüquq sisteminin

təkmilləşdirilməsində əsas məqsəd

qanunun aliliyinə nail olmaqdır

 

22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır

 

Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi,

milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən

səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir.

Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsüsi rol oynayır.

Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı

daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların

böyük əksəriyyəti ədalətli qərarlardır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ulu öndər Heydər Əliyevin zəngin təcrübəsi və Prezident İlham Əliyevin qətiyyəti sayəsində sürətli müasirləşmə yolu tutan   müstəqil Azərbaycan Respublikası bu gün regionun lider dövlətinə çevirilmiş və dünyanın qabaqcıl ölkələrinin sırasında öz yerini tutmuşdur. “Azərbaycan fenomeni” barədə danışan siyasətçilər və politoloqlar bildirirlər ki, bütün bu uğurların təməlində ölkədə reallaşdırılan hərtərəfli islahatlar kompleksi dayanır. Təbii ki, bu islahatların sırasında nəzərə çarpan və müsbət nəticələr verən sahələrdən biri  məhkəmə-hüquq sistemində böyük uğurla həyata keçirilən və müasir dövrün tələblərinə cavab verən innovativ tədbirlərdir.

Sevindirici haldır ki, ölkəmizdə bu sahədə atılan addımlar öz müsbət nəticəsini verdikcə, Qərbdəki həmkarlarımız həmin islahatları artıq Azərbaycanda uğurla reallaşdırılan məhkəmə-hüquq tədbirləri  adlandırırlar. Bu uğurların əsasını, şübhəsiz ki, ölkəmizdə  məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında görülmüş möhtəşəm işlər, Prezident İlham Əliyevin bu sahənin Avropa standartları səviyyəsinə qaldırılması üçün atdığı addımlar, məhkəmələrin və bütövlükdə ədliyyə strukturlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məqsədilə reallaşdırılan tədbirlər təşkil edir.

Bu gün ölkəmizin bütün ədliyyə işçiləri özlərinin peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Qeyd etmək lazımdır ki, bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı  sərəncamla  təsis olunmuşdur.

Dövlət idarəçiliyinin bütün sahələrində ulu öndər  Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin  səyləri nəticəsində  Azərbaycanda müşahidə olunan inkişaf meyilləri ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Məhz möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan islahatlar, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanın davamlı inkişafını təmin etmişdir.

 1993-cü ildə ulu öndərimiz xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlətin qarşısında  duran vəzifələrdən danışarkən demişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Müdrik dövlət xadiminin digər plan və proqnozları kimi, qarşıya qoyduğu bu vəzifələr də xalqın dəstəyi ilə qısa bir müddətdə günün reallığına çevrildi. Ölkədə baş verən ictimai-siyasi  hadisələri dərindən təhlil edən Heydər Əliyev  görürdü  ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik, hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. Ona görə də öz qətiyyətini ortaya qoyan ulu öndər  prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkmişdi. Cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün dövlət başçısının 1994-cü ildə imzaladığı fərman qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Ölkənin hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa son qoyuldu.

Amma daha böyük məramlar hələ qarşıda idi. Gənc müstəqil dövlətimizin davamlı və hərtərəfli  inkişafına nail olmaq üçün beynəlxalq əlaqələr gücləndirilməli və Azərbaycan dünyaya açıq elan olunmalı idi. Ulu öndər dəqiq bilirdi ki, istənilən xarici şirkətin ölkəmizə gəlməsi üçün ortaya atdığı konkret şərtlər olacaq: şirkət əməkdaşlarının təhlükəsizliyinə, sərmayələrin qorunmasına və müqavilələrin hüquqiliyinə zəmanət. Bu zəmanətlər isə mükəmməl hüquqi baza ilə, konkret desək, ölkənin Əsas Qanunu ilə qoruna bilərdi. Ona görə də zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev  hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Müstəqil dövlətimizin ilk Konstitusiyasının layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən ulu öndərimiz bununla bağlı xüsusi yaradılmış komissiyaya şəxsən rəhbərlik etdi.

Bu gün hamı bilir ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm...  Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”.

Ümummilli lider xalqın böyük əksəriyyətinin səsverməsi ilə qəbul edilmiş Konstitusiyamıza əsaslanaraq, mükəmməl hüquq sistemi formalaşdırmaq üçün  qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquq İslahatları Komissiyası yaratdı. Bu islahatlara  müstəsna əhəmiyyət verən ümummilli liderimiz həmin  komissiyaya rəhbərliyi bilavasitə öz üzərinə götürdü  bütün işlərə  şəxsən özü rəhbərlik etdi. Hərtərəfli fəaliyyət nəticəsində qısa bir müddətdə “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlarhüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.

Dövlət başçısının 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Ulu öndərimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyət kimi böyüklüyünü bir daha təsdiqləyirdi.

Heydər Əliyev 1998-ci  ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin 50 illik yubileyi tədbirində bu barədə danışarkən demişdi: “Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”.

  Bəşər övladına yaxşı məlumdur ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyasının reallaşdırılması əsrlərdən bəri bütün mütərəqqi insanları və demokratik dövlətləri düşündürən məsələlərdən biridir. Aqillərin fikrincə, ədalətli məhkəmə  demokratik cəmiyyətin əsas sütunlarından biridir.  Odur ki, gənc  Azərbaycan dövləti üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirirdi.  Ulu öndər  çox yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün  deyil. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi. Məhz ona görə də  Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" 1 dekabr 1998-ci il tarixli fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi olaraq qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlər nəzərdə tutulmuşdur.

Hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr həmin qanuna əsasən, dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkədə birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında baxılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgünobyektiv baxılmasına şərait yaradır.

Yeri gəlmişkən, ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEC) ilə faydalı əməkdaşlığı nəzərə alınaraq sədrlik çərçivəsində 50-dən çox ölkədə məhkəmə-hüquq islahatlarının aparılmasına kömək edən və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfələr verən  bu qurumun  plenar iclası ötən ilin iyulunda Strasburqdan kənarda - Bakıda keçirilmişdir. Tədbirdə iştirak etmək üçün CEPEC-in rəhbər şəxsləri, o cümlədən,  prezidenti Con Steysikomissiya üzvləri Azərbaycana səfərə gəlmişdilər.

Həmin tədbirdə bildirilmişdir ki, Avropa Şurası ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində məhkəmə fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırılmış, institusional mexanizmlər, o cümlədən məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən müstəqil Məhkəmə-Hüquq Şurası təsis edilmişdir. Həmçinin ədalət mühakiməsinə, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə son illər geniş regional məhkəmə şəbəkəsi, apelyasiya, inzibati, ağır cinayətlər məhkəmələri yaradılmış, hakimlərin sayı iki dəfə artırılmış, qabaqcıl informasiya- kommunikasiya texnologiyaları ilə təchiz olunmaqla məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə davamlı tədbirlər görülmüşdür.

Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycanın Avropa Şurası, o cümlədən CEPEC ilə məhkəmə-hüquq sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulamış, hakimlərin müstəqilliyinin təmin olunmasını, vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini, məhkəmələrdə şəffaflığın artırılmasını, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması faktını qonaqların diqqətinə çatdırmışdır.

Keçən il oktyabrın 24-də isə Bakıda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolumövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın açılışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri və hakimləri, Avropa Şurasına üzv dövlətlərin və digər ölkələrin Konstitusiya məhkəmələrinin, AliAli İnzibati və digər məhkəmələrin 60-dan çox sədri və hakimi, Avropa Şurası Nazirlər Komitəsi Katibliyinin vəzifəli şəxsləri, vəkillər və hüquq sahəsində çalışan alimlər iştirak edirdilər. Ədliyyə sisteminə və ədalət mühakiməsinə birbaşa dəxli  olan həmin  insanların siyahısı elə bu tədbirin mötəbərliliyindən və əhəmiyyətindən xəbər verirdi.

Ölkəmizin məqsədi hüququn aliliyinin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən demokratik hüquqi dövlətin qurulması, bu sahədə Avropa dövlətlərinin zəngin təcrübəsindən istifadə edilməsidir. Son 10 ildə Azərbaycanda hakimlərin yeni şəffaf seçki sistemi fəaliyyət göstərir. Biz bu müddətdə Avropa Konvensiyasını mənimsəyib, Avropa Məhkəməsinin presedent qərarlarını dərindən öyrənib, onları şərh etmək qabiliyyətinə malik hakimliyə namizədlərin hazırlanmasına və hakim vəzifələrinə seçilməsinə nail olmuşuq.

Tədbirdə  belə bir fikir də səsləndirildi  ki,  Azərbaycanın Ali Məhkəməsinin təcrübəsi Avropa Konvensiyasını birbaşa tətbiq edən məhkəmələr üçün örnəkdir. Ali Məhkəmə ədalət mühakiməsini Avropa Konvensiyasına uyğunöz diskresiyasına əsaslanaraq həyata keçirir. Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarlarından sonra milli məhkəmələrin qərarlarına yenidən baxır və bu zaman yol verilmiş səhvlərin təkrar edilməsinin qarşısını almağa, bunun üçün hakimlərin Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmalarına, onları xüsusi dəqiqliklə öyrənmələrinə çalışır.

Xatırladılmalı daha mühüm məqamlardan biribudur ki,  Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının 2014-cü il iyun sessiyasındakı çıxışında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin prioritetlərini müəyyən edərkən  bu məqamları önə çəkmişdi: Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyinin gücləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsi.

Əslində, bu prinsiplər on illərdir ki, həm ulu öndərimizin, həm də  möhtərəm dövlət başçımızın siyasi faliyyətinin əsas istiqamətlərini təşkil edir. Biz hakimlər məhz  dövlət başçımızın həmin tezislərini bilavasitə dövlətin tələb etdiyi səviyyədə reallaşdırırıq.  Bu gün Azərbaycanda  insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində başlıca rol mülki, inzibatiya cinayət işlərinə müstəqil, obyektiv, qərəzsiz qiymət vermək imkanına malik olan məhkəmələrə mənsubdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi üçün məqsədyönlü aparılır. Nailiyyətlərimiz sırasında müasir tələblərə cavab verən məhkəmə infrastrukturunun qurulması, yeni apelyasiyainzibati-iqtisadi məhkəmələrin bölgələrdə təsis edilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının formalaşdırılması və sair  faktlar vardır. Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunmuş, ədliyyə işçilərinin, prokurorların, vəkillərin və digər hüquqşünasların ixtisasının artırılması yeni yaradılmış Ədliyyə Akademiyasına həvalə edilmişdir.

Ölkəmizdə reallaşdırılan daha bir tədbirin –  hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurların Avropa Şurasının CEPEC  tərəfindən ən yaxşı təcrübələrdən biri kimi qəbul edilməsinin əsas səbəbi budur ki, bu prosedurlar nəticəsində gənc, müasir düşüncəli, məhkəmənin presedent hüququna dair biliklərə malik olan şəxslər hakim vəzifəsinə təyin edilir. Onlar hakim korpusunun 60 faizindən çoxunu  təşkil edirlər. Nəticədə Ali Məhkəmənin  qərarlarının böyük əksəriyyəti Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla, konvensiyanın tələblərinə riayət edilməklə qəbul olunur.  Ölkəmizdə ədliyyə sisteminin və xüsusən məhkəmə hakimiyyətinin fəaliyyətinin  təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin tarixinə nəzər salarkən görürük ki, ulu öndər Heydər Əliyev bu müasirləşmə proseslərini həmişə əhəmiyyətli sayıb və dəstəkləyib.  Ümummilli liderin vaxtilə dediyi kimi, yaradılmış bütün bu mexanizmlər ehkam kimi qəbul edilməməli, zaman keçdikcə yeni tələblər əsasında təkmilləşdirilməli idi. Bu, belə də oldu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ulu öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işi müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilmişdir.

Bu, bir faktdır ki, indi artıq  ölkəmizdə  aparılan məhkəmə islahatlarının tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankının təşəbbüsü əsasında Ədliyyə Nazirliyi ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi həyata keçirilərək, 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, bir sıra rayon məhkəmələri üçün yeni bina inşa olunaraq istifadəyə verilmişdir.  Prezident İlham Əliyevin onların bir çoxunun açılışlarında şəxsən iştirakı və görülən işləri yüksək qiymətləndirməsi möhtərəm dövlət başçımızın bu sahənin inkişafına göstərdiyi qayğı və diqqətin təzahürüdür. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, Azərbaycan hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 20 illiyi qeyd olunarkən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi Dünya Bankının ən uğurlu və mükəmməl layihələrindən hesab olunmaqla, “Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlmişdir. Layihə çərçivəsində həmçinin, KonstitusiyaAli Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiyakommunikasiya texnologiyaları (İKT) ilə təmin olunub, məhkəmə sisteminin vahid internet portalı yaradılıb, hakimlər, ədliyyə və məhkəmə aparatı işçilərinin İKT üzrə biliklərinin artırılması məqsədi ilə 1500-dən artıq şəxs təlimlərə cəlb olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi köklü şəkildə yaxşılaşdırılıb, yeni məhkəmələr yaradılıb, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib, məhkəmə infrastrukturu yüksək statusuna uyğun müasirləşdirilir.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncam imzalamışdır. Həmin sənəddə qeyd olunduğu kimi, müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təminatına xidmət edəcəkdir.

 

Onu da qeyd etmək istəyirəm ki, bu müasirləşmə və yeniləşmə tədbirləri respublikamızın bütün bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Muxtar Respublika Ali Məclisinin sədri Vasif  Talıbovun sərəncamı ilə bu il oktyabrın 3-də  Muxtar Respublika Ali Məhkəməsinin yaradılmasının 90 illik yubileyi qeyd edilmişdir. Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində bütün inzibati məhkəmə binaları yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Naxçıvan MR Ali Məhkəməsi milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, sosial ədalətin bərpa olunması sahəsində səmərəli fəaliyyət göstərir. Yeri gəlmişkən, həmin tədbirdə  biz  içtirak etdik .  Məhkəmə-Hüquq Şurası və  Ali Məhkəmə rəhbərliyinin yubiley təbriklərini  naxçıvanlı həmkarlarımıza çatdırdıq.

Ədliyyə Nazirliyinin həyata keçirdiyi  “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi  çərçivəsində müasir məhkəmə infranstrukturunun yaradılması üzrə görülən tədbirlər xüsusi qeyd olunmalıdır. Son illərdə 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir  inzibati binalar istifadəyə verilmiş, bir o qədər də hazırda inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, o cümlədən süründürməçilik, korrupsiya üçün şəraiti aradan qaldırır.

Bu günlərdə  Şəki Məhkəmə Kompleksinin  yeni inzibati binasının açılışı olmuşdur. Açılış zamanı möhtərəm cənab Prezident İlham Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışında ədliyyə və məhkəmə orqanları qarşısında mühüm vəzifələr qoyulmuşdur.  Biz bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvələrimizi səfərbər etməliyik.

Həmin tədbirdə yeni məhkəmə binasının istifadəyə verilməsinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, işlərə daha keyfiyyətlə baxılmasına, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinə geniş imkan verəcəyinə əminlik vurğulanıb.

Sonda demək istəyirəm ki, bu gün başda Ali Məhkəmə olmaqla, Azərbaycanda fəaliyyət göstərən məhkəmə hakimiyyətinin bütün subyektlərinin əsas məqsədi qanunun aliliyinə nail olmaqdır. Buna görə də biz öz  işimizdə  Konstitusiyanın tələblərini, dövlətin qarşıya qoyduğu vəzifələri, əsas insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi üçün Avropadünya təcrübəsini əsas götürürük.

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə həmkarlarımızı təbrik edirik.

 

İslam ƏLİYEV,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin hakimi

 

Xalq qəzeti.- 2015.- 22 noyabr.- S.5.