Nəqliyyat-yol infrastrukturunun

təkmilləşdirilməsi Azərbaycanın inkişaf

strategiyasının prioritet istiqamətlərindəndir

 

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.

 

 Heydər Əliyevin inkişaf strategiyasını  uğurla davam etdirən Prezident İlham Əliyev  hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ötən illərdə ölkəmizin bütün  regionlarında, həmçinin  paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizin yol infrastrukturu xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür.

Ölkəmizdə nəqliyyat-yol infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr hazırda da uğurla davam etdirilir. 2015-ci ilin doqquz ayı ərzində ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli görülmüşdür. Paytaxtdaregionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərinin inşasını buna misal göstərmək olar. Hesabat dövründə ölkə üzrə 289,3 kilometr uzunluğunda ümumi istifadədə olan  yeni avtomobil yolları çəkilmiş və ya yenidən qurulmuş, təmir edilmişdir. Bundan əlavə, 12 ədəd yeni avtomobil körpüsü tikilmiş, ikisi təmir edilmiş,  2 ədəd tunel  və 7 ədəd piyada keçidi istismara verilmişdir.

Son illər dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilmiş  Bakıda nəqliyyatın  intensivliyinin  artması küçə və yollarda tıxacların yaranmasına səbəb olmuşdur. Ölkə başçısı İlham Əliyev  bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret tapşırıq vermişdir. Məhz bunun nəticəsidir ki, son illər paytaxtda yol qovşaqlarının və piyada keçidlərinin  tikintisi intensiv xarakter almışdır. Ötən müddətdə Bakıda  60-dan artıq   yolötürücüsütunelin istismara verilməsi nəqliyyat sistemində gərginliyi xeyli yüngünləşdirməklə yanaşı, paytaxtın simasına da əlavə yaraşıq gətirmişdir. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan bu qurğular isə, heç şübhəsiz, ölkə Prezidenti İlham Əliyevin nəqliyyat sahəsindəki məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

2015-ci ili doqquz ayında Bakı şəhəri üzrə  80,6 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmişya yenidən qurulmuş, təmir olunmuşdur. Həmin müddətdə paytaxtda 2 ədəd yol ötürücüsü, eyni sayda  tunel, 7 ədəd piyada keçidi istismara verilmişdir. İlin ötən dövründə paytaxt üzrə 610,9 min ton asfalt-beton istehsal olunmuş, 33,6 min ton bitum və 1591 ton mazut istifadə edilmişdir.

Bu ilin iyun ayında Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün qurumlar kimi, Nəqliyyat Nazirliyinin də üzərinə mühüm vəzifələr düşürdü. Oyunların keçiriləcəyi məkanlara və bununla bağlı müxtəlif  inzibati  məntəqələrə rahat gediş-gəlişi təmin etmək məqsədilə nəqliyyat naziri Ziya Məmmədovun müvafiq əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın avtomobil yolları ilə əlaqədar hissəsindəki  işlərin əsas hissəsi 2015-ci ilin fevral-iyun ayları ərzində uğurla yerinə yetirilmişdir. Belə ki, I Avropa Oyunlarına hazırlıqla bağlı “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 kilometr təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min  kvadratmetr  sahəyə asfalt örtük döşənmişdir. Bakı Olimpiya Stadionunun ətrafında ümumi uzunluğu 14,8 kilometr , 4-6 zolaqlı yeni yolların və Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronunKoroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq başa çatdırılmışdır.

İlin əvvəlindən paytaxtda daxili investisiyalar hesabına yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş digər işlər də uğurla davam etdirilmişdir. Həsən Əliyev küçəsindən Ziya Bünyadov pospektinə paralel olaraqKoroğlumetro stansiyasına qədər yol ( ikinci mərhələ), şəhərə gedən avtomobil yolları, Bilgəh-Novxanı-Sumqayıt- M4 (18 kilometr)  avtomobil yolu (14-42 kilometr hissəsi ), Qala-Pirallahı avtomobil yolu,  Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsü, Zığ - Hövsan avtomobil yolus. işlər bu qəbildəndir.

Bakı şəhərində nəqliyyatın hərəkətinin daha səmərəli idarə olunması məqsədilə gərgin rejimində işləyən yol qovşaqlarında aparılan yenidənqurma işləri də öz müsbət nəticələrini vermişdir. Belə ki, günün istənilən vaxtında nəqliyyat sıxlığının müşahidə olunduğu  Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstoreyol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçıvani küçəsinin kəsişməsində (“Statistika” dairəsində), Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (keçmiş “Qələbə” kinoteatrının qarşısındakı dairədə) və  20 Yanvar dairəsində aparılan məqsədyönlü yenidənqurma işləri bu ərazilərdə hərəkətin intensivliyini təmin etmiş, nəticədə sözügedən qovşaqlarda tıxac problemi xeyli azalmışdır. Heydər Əliyev Mərkəzinin qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi, eləcə də Heydər Əliyev prospektində metronunKoroğlu” stansiyası istiqamətində əsas yoldan yan yola iki yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən razılıqla qarşılanmışdır. Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisibu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaratmışdır. Bundan əlavə, cari ilin doqquz ayı ərzində 1166 ədəd yol nişanı, 8638 ədəd siqnal dirəyi, 58 ədəd məlumatverici lövhə,  15214 paqonometr əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş,  590,6 min kvadratmetr  həcmində yol xətlənməsi işləri yerinə yetirilmişdir. Bütövlükdə isə 2015-ci ilin doqquz ayı  ərzində  paytaxtın 38 küçə və prospektində  370,4 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılmışdır.

Növbəti payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına  uyğun olaraq bütün idarə və müəssisələrdə nəzərdə tutulmuş işlər başa çatmaq üzrədir. Ümumilikdə payız-qış mövsümündə, xüsusilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər səfərbər olunmuşdur. Qış mövsümündə paytaxtın küçə və prospektlərinə, eləcə də respublika yollarına xidmət məqsədilə müvafiq olaraq 382 və 659 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilmiş, lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanmışdır. Bundan başqa, mövsümdə tələb olunan miqdarda qumtexniki duz ehtiyatının toplanması işləri də davam etdirilir. Artıq  1500 ton texniki duz  alınmış və ilkin olaraq dağlıq ərazidə yerləşən və Bakı şəhər yollarına xidmət göstərən yol-istismar müəssisələrinə verilmişdir. Yeri gəlmişkən, qış aylarında nəqliyyatın hərəkətində baş verə biləcək mümkün çətinliklərin dərhal aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilirbu “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədovun şəxsi nəzarəti altındadır.

Hazırda beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət yetirilir. Elə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının  başlıca hədəflərdən biriyol təsərüfatının  bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılmasından ibarətdir.  Prezident İlham Əliyev sözügedən dövlət sənədlərinin uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: Müasir infrastrukturyol olmadan iqtisadi inkişaf mümkün deyil”. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş, respublikayerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar vermişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində  yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı  layihələr həyata keçirilmişdir. Bu sahədə işlər cari ilin ötən dövründə də davam etdirilmiş, regionlar üzrə ümumi istifadədə olan 118,3 kilometr respublika əhəmiyyətli, 90,4 kilometr yerli əhəmiyyətli olmaqla 208,7 kilometr uzunluğunda avtomobil yolu çəkilmiş və ya yenidən qurulmuş, təmir olunmuşdur. Bununla yanaşı, ilin ötən dövründə  10 ədəd yeni körpü tikilmiş, ikisi isə təmir edilmişdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev yol infrastrukturunun təkmilləşdirilməsini  ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlamışdır. Məhz buna görə də ölkəmizdə bu sahədə həyata keçirilən və tikintisi davam etdirilən layihələrin əksəriyyəti daxili investisiyalar  hesabına reallaşdırılır. Bu ilin ötən dövründə Bakı-Ələt avtomobil yolunun 4-6 kilometrlik hissəsinin tikintisi işləri çərçivəsində Bakı Su İdmanı Sarayı ərazisundə ümumi uzunluğu 6,6 kilometr  4-5 hərəkət zolaqlı bağlantı yolları inşa edilmiş, 125 min kvadratmetr sahəyə asfalt-beton döşənmişdir. Bundan əlavə, layihə çərçivəsində Bayıl bulvarına çıxışa imkan verən piyada keçidinin tikintisi işləri də uğurla başa çatdırılmışdır.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolununAvtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yol-körpü kompleksinin  tikintisiuğurla başa çatdırılmışdır. Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində ümumi uzunluğu 400 metr olan 5 körpü inşa edilmiş, Sumqayıt-Bakı istiqamətində 2350 metr uzunluğunda yan yollar genişləndirilmiş və yolun eni 15 metrə çatdırılmışdır. Bütün bunlar Bakı-Sumqayıt yolunda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə vermişdir. Cari ilin ötən dövründə Biləcəri-Xocasən istiqamətində avtomobil yolunun yenidən qurulması və yeni dənizkənarı bulvar yolunun (Nobel prospekti) salınması işləri də tamamlanmışdır.

Hazırda respublika əhəmiyyətli bir sıra yolların tikintisində işlər sürətlə davam etdirilir. Regionlar üzrə tikintisi davam etdirilən  Bakı-Quba-Rusiya yolunun 6-11-ci kilometr hissəsi, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax sahəsinin (35 kilometrt) əsaslı təmiri, Bakı-Ələt -Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometrində dəmiryol xətti üzərində yol ötürücüsü,  Ələt - Astara yolunun  139-cu kilometrində Mişar çay üzərindəki körpünün əsaslı təmiri, Quba-Qonaqkənd avtomobil yolunun 5, 30, 35, 36 və 41-ci, Qəbələ-Bum-Qəmərvan avtomobil yolunun 13 və 14-cü kilometrliyində körpülər, Qəbələ rayonu ərazisində Xizək idman kompleksinə gedən avtomobil yolunda Dərə üzərində biraşırımlı körpü keçidi  iki aşırımlı körpülər, həmçinin Qolf  meydançasına gedən avtomobil yolunda Dəmiraparançay üzərində körpü keçidi (on aşırımlı körpü), Qusar-Əniğ - Ləzə dördzolaqlı avtomobil yolununkörpünün tikintisi layihələri üzrə işlər buna misal göstərilə bilər. Yeri gəlmişkən, noyabr ayının 4-də  Prezident İlham Əliyevin iştirakı ilə Şəki-Qax yolunun açılış mərasimi keçirildi.

Bununla yanaşı, son zamanlar ölkəmizdə bir sıra yerli əhəmiyyətli yolların tikintisi də getdikcə intensiv xarakter alır. Cari ilin ötən dövründə Xocasən-Lökbatan, Qusar-Əniğ-Ləzə dördzolaqlı avtomobil yolunun 10 kilometrlik hissəsi və körpünün, Şamaxı-Göylər-Çöl Padar yolu, Kür çayı üzərində “Babazanan” yaşayış sahəsini rayon mərkəzi ilə birləşdirən körpünün, Salyan-Şirvan yolu, Qəbələ rayonunda idman kompleksləri üçün tikiləcək avtomobil yollarında üç ədəd körpünün, Gədəbəy rayonunun Şınıx bölgəsində Dəyirmançay üzərində və Miskinli bölgəsində Qaraçay üzərində körpü keçidlərinin, Qəbələ-Bum-Qəmərvan  avtomobil yolunun 13-cü və 14-cü kilometrliyində qəzalı vəziyyətə düşmüş körpülərin yerində yenilərinin tikintisiKür çayı üzərində körpünün əsaslı təmiri layihələri məhz bu qəbildən olan işlərdəndir.

Ölkəmizin nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlarından cəlb olunan kreditlər hesabına da  irimiqyaslı layihələr həyata keçirilir. Bu baxımdan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi diqqəti cəlb edir. Xatırladaq ki, birinci dərəcəli yolun ümumi uzunluğu dövrələmə yollarla birlikgə 513 kilometrdir.  Bunun  503 kilometri ikinci dərəcəli iki zolaqlı, 212 kilometri  isə birinci dərəcəli 4 və 8 zolaqlı olmaqla  tikilib istifadəyə verilmişdir.   M3 Ələt-Astara-İran Respublikası ilə dövlət sərhədi avtomobil yolunun uzunluğu 243 kilometrdir. Hazırda tikintisi davam etdirilən birinci dərəcəli dördzolaqlı yolun uzunluğu isə 203,9 kilometr təşkil edəcək. Artıq 31 kilometr yolun və Lənkərənçay üzərindəki körpünün tikintisi başa çatdırılmışdır. 172,9 kilometr yolun tikintisi isə davam etdirilir. Yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsinin tikintisi məqsədilə Asiya İnkişaf Bankı ilə kredit sazişi imzalanmış və tikinti işlərinə yaxın zamanda başlanılması üçün bütün lazımi tədbirlər görülür.

M-4 Bakı-Şamaxı avtomobil yolunun 15-45 kilometrlik hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlərin isə 70 faizindən çoxu  görülmüşdür. Xatırladaq ki, layihəyə dair kredit sazişi 2010-cu il avqustun 11-də  Azərbaycan Respublikası hökuməti ilə Dünya Bankı arasında imzalanmışdır. 30 kilometr uzunluğunda olan yolun tikintisinə isə 2011-ci ilin avqust ayında başlanmışdır.

Cari ilin ötən dövründə Bakı-Şamaxı avtomobil yolunun 44,6-67,5 kilometrlik hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər də davam etdirilmişdir. Xatırladaq ki, 22,9 kilometr  uzunluğunda olan yolun tikintisinə 2013-cü ilin avqust ayında start verilmişdir. Ötən müddətdə kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılmışdır.  Hazırda isə torpaq yatağının, yol geyiminin dənəvər laylarının, bitumlu əsas layının, suötürücü boruların, yeraltı keçidlərin, Ceyrankeçməz çayı üzərində birinci körpünün tikintisi işləri görülür.

Bakı-Şamaxı avtomobil yolunun  67,5-91 kilometrlik hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər getdikcə sürətləndirilir. 23,5 kilometr uzunluğunda yolun tikintisinə  isə 2013-cü ilin dekabr  ayının 5-də başlanılmışdır. Layihənin 2016-ci ilin iyul ayında başa çatdırılması gözlənilir. Bununla yanaşı, 115 kilometr uzunluğunda olan Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun “Muğanlı-Yevlax hissəsinin yenidən qurulmasi” layihəsi də artıq başa çatmaq üzrədir. Xatırladaq ki, sözügedən layihə üzrə tikinti işlərinə 2010-cu ilin may ayında başlanılmışdır.

Göründüyü kimi, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son on iki il ərzində avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirak etmiş, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2015.- 25 noyabr.- S.6.