Dövlətimizin iqtisadi
qüdrəti artdıqca
mədəniyyətimizin xarici
ölkələrdə təbliği genişlənir
Ulu öndər Heydər Əliyev respublikamızda siyasi hakimiyyətə qayıdandan sonra, digər sahələr kimi,
mədəniyyətimiz də özünün
yeni inkişaf mərhələsinə
qədəm qoymuşdu. İşinin
çoxluğuna və ölkədəki
ictimai-siyasi vəziyyətin gərgin
olmasına baxmayaraq, ümummilli
liderimiz daim mədəni tədbirlərdə iştirak edir, mədəniyyət,
incəsənət sahəsində
çalışanların
yaradıcılığı ilə maraqlanır,
onların xidmətinin qiymətləndirilməsini diqqət mərkəzində
saxlayırdı.
Mən incəsənət adamları ilə daha çox ünsiyyətdə olduğuma görə onların Heydər Əliyevdən eşitdikləri çoxsaylı ifadələri dönə-dönə təkrar etdiklərinin şahidinə çevrilmişəm. Məsələn, ulu öndər teatr tamaşalarının birindən sonra yaradıcı heyətlə görüşərkən deyibmiş ki, siyasətdə, iqtisadiyyatda, elm və texnikada bir adam başqasının layiq olduğu yeri tuta bilər, mədəniyyətdə, xüsusən, yaradıcılıqda isə bu, mümkün deyil. Yaradıcılıqda kim hansı səviyyəyə layiqdirsə, gec də olsa, mütləq həmin yeri tutacaq. Yaxud, ulu öndərin başqa bir fikri də incəsənət adamları tərəfindən tez-tez yada salınır. Ümummilli lider demişdir ki, vaxt gələcək, müstəqil Azərbaycan Respublikası qüdrətli dövlətə çevriləcək və o zaman dövlətimiz milli mədəniyyətimizin həqiqətən dəyərli olan nümunələrinin beynəlxalq aləmdə təbliğ edilməsi üçün heç nəyi əsirgəməyəcək. Biz şadıq ki, həmin vaxt gəlib və həm dövlətimiz, həm də ulu öndərin adını daşıyan fond Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsi üçün lazım olan bütün addımları atır.
Bununla yanaşı, qətiyyətlə deyə bilərik ki, son illər Azərbaycan mədəniyyətinin ən müxtəlif qollarının dünyada davamlı təbliğatının həyata keçirilməsi onu deməyə əsas verir ki, dövlət mədəniyyətimizi təbliğ etdiyi kimi, mədəniyyətimiz də ölkəmizi yüksək səviyyədə təmsil edə bilir. Təbii ki, bu təbliğatın önündə Heydər Əliyev Fondu və onun rəhbəri, ölkəmizin birinci xanımı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva durur.
Fondun fəaliyyəti barədə mətbuatda verilən məlumatlardan aydın olur ki, Azərbaycan musiqiçilərinin, xalq musiqisi ustalarının konsertləri, rəssamların sərgiləri, xalçalarımızın nümayişi və başqa mədəniyyət nümunələrimiz xarici ölkələrdə təqdim edilib və özünə minlərlə insanı cəlb edib. Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirlərin geniş miqyas alması, təbii ki, hər bir azərbaycanlının sevincinə səbəb olur, bundan qürur hissi keçirir.
Fikrimizi konkret faktlarla
davam etdirək. Qeyd edim ki,
peşə fəaliyyətimlə
əlaqədar müxtəlif
tədbirlərdə milli
mədəniyyətimizin təbliğini
diqqətlə izləyirəm.
Məsələn, sentyabrda Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan şəhərciyi”nin açılışı
zamanı dünya şöhrətli fotoqraf
Reza Deqatinin “Azərbaycan
tolerantlıq ölkəsi”
adlı fotosərgisi də nümayiş etdirilmişdi. Qəzetlərdə
oxudum ki, Parisin Pale
Royal meydanında Heydər
Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin
rəsmi açılışı
əcnəbi seyirçilərin
böyük marağına
səbəb olub. Fransa mətbuatının
yazdığına görə,
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi tədbirlərə Fransanın tanınmış dövlət
və mədəniyyət
xadimləri qatılıblar.
Xatırladaq ki, Reza Deqati Azərbaycana ilk dəfə
1987-ci ildə səfər
edib. 1997-ci ildə isə bir neçə
ay Azərbaycanda yaşayıb,
ölkəni gəzərək
sadə insanların gündəlik həyatını,
məişətini, adət-ənənələrini
fotolarda əbədiləşdirib.
Onun “Talelərin qovuşması”,
“Müharibə+Sülh”, “Ümid”,
“Qəlbin pəncərəsi”
kimi layihələri dünyada məşhurdur.
O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin
üzvü, bir sıra nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə
görə” ordeninin laureatıdır.
“Xalqların, insanların daha yaxın olmasında mədəniyyət
tədbirləri böyük
əhəmiyyət daşıyır”,
- deyən Mehriban xanım Əliyeva həmin tədbirdəki çıxışında əlavə
edib ki, Fransada mütəmadi
olaraq Azərbaycan mədəniyyəti
günləri keçirilir:
“İndi Fransanın ali məktəblərində Azərbaycan
dili, tarixi, mədəniyyəti tədris
olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir,
Azərbaycan-Fransa universitetinin
yaradılmasına dair
niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində
Azərbaycanın mədəniyyət
günləri keçirilir
və bu, gözəl ənənəyə
çevrilib”.
Qədim
İpək Yolu üzərindəki ölkələr
arasında tarixən mövcud olmuş mədəni əlaqələri
yenidən bərpa
və inkişaf etdirmək, habelə mədəniyyət
mübadiləsi ilə
dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan beynəlxalq
tədbirlər davam edir. Məsələn, avqustun
son günlərində BMT-nin
Dünya Turizm Təşkilatının dəstəyi
ilə keçirilən
və Koreyanın qədim mədəniyyət
mərkəzlərindən olan Qyonqcu şəhərindəki
Dünya Mədəniyyət
Parkında təşkil
olunan festivalda 30-dan çox ölkə, o cümlədən Azərbaycan
təmsil olunurdu.
İnternet resurslarında oxuyuruq ki, Koreya Respublikasının
Baş naziri Hvanq Kyo-Ahn öz
çıxışında bu cür tədbirlərin
xalqları, ölkələri
bir-birinə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətini
vurğulayıb. Qeyd edib ki, müxtəlif mədəniyyətləri,
adət-ənənələri təmsil edən insanların mədəniyyət
mübadiləsi xalqlar
arasında yeni əməkdaşlıq imkanlarını
ortaya çıxarmağa
kömək edəcək.
Dünyada müharibələrin, zorakılıq hallarının
çoxaldığı bir
vaxtda bu cür mədəni tədbirlərə daha böyük ehtiyac olduğunu deyən Baş nazir, ölkəsinin gələcəkdə
də belə təşəbbüslərə dəstək verəcəyini
bildirib.
Ancaq bizim üçün ən maraqlı məqam həmin tədbirdə dövlətimizin və mədəniyyətimizin təmsil
olunması idi. Azərbaycan bu
festivalda dövlət
rəqs və qədim musiqi alətləri ansambllarının
üzvlərindən, pianoçu
və solistlərdən,
saz ifaçılarından
ibarət böyük
bir heyətlə iştirak edirdi. Açılış konsertinin maraqlı
məqamlarından biri
kombinasiyalı kompozisiyalar
olub. Koreyalı və azərbaycanlı
rəqqasların birgə
çıxışları mərasimə toplaşanlarda
böyük maraq doğurub. Birgə məşq üçün
kifayət qədər
vaxtın olmamasına
baxmayaraq, rəqqaslar Azərbaycan və Koreya rəqslərini yüksək səviyyədə
ifa ediblər.
Qeyd edək ki, incəsənət
ustalarımızın festivalda
iştirakı Azərbaycan
Mədəniyyəti Fondunun
və SEBA (Seul-Bakı)
Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının
təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin, ölkəmizin Seuldakı
səfirliyinin dəstəyi
ilə baş tutmuşdu. Xatırladaq ki, festival çərçivəsində
“Azərbaycan günü”
adlı konsert təşkil olunmuş, habelə incəsənət
ustalarımız bir həftə ərzində
hər gün iki dəfə mədəniyyət proqramı
ilə çıxış
etmişdilər.
İndi isə yazının əvvəlində ulu öndərdən gətirdiyimiz
sitatı bir daha yada salaq
və təkrarən vurğulayaq ki, həqiqətən, ümummilli
liderimizin arzuladığı
qüdrətli Azərbaycan
dövləti formalaşdırılıb
və bu dövlət milli mədəniyyətimizin beynəlxalq
aləmdəki təbliğini
sürətləndirmək üçün lazım olan bütün addımları atır. Əminik ki,
gələcəkdə bu
addımların sayı
daha da çox
olacaq.
Rafiq SALMANOV
Əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2015.- 10 oktyabr.- S.6.