Cəbiş müəllim onu
xalqa daha çox
sevdirdi
Süleyman Ələsgərov-100
1969-cu ildə “Bizim Cəbiş
müəllim” filmi ekranlara
çıxanda onun
arıq, bir
qədər xəstəhal, yaşlı qəhrəmanını
yaradan aktyorun oyun tərzi
hamını heyran
etmişdi. Doğrudan
da, Cəbiş müəllim çətin, məsuliyyət tələb
edən bir
obrazdır. Müharibənin bütün
ağrılarını qəlbən yaşayan bu sadə
müəllim ətrafındakı insanların laqeydliyi ilə heç cür barışa bilmir. Xalq artisti Süleyman Ələsgərov
bu rolu tamaşaçılara sevdirə bildi.
Aktyor-rejissor Əbdül Mahmudov yazır: “Həsən Seyidbəylinin ikinci əsas ustadlığı aktyor seçimi etməsində idi. Çox qəribədir ki, Cəbiş müəllim roluna ilk sınaq çəkilişlərindən başlayaraq, məhz Süleyman Ələsgərovu yazmışdı, bir növ gözü onun üstündə idi. Aktyor ona qədər Azərbaycan televiziyasında uşaq verilişində “Huşsuz əmi”ni oynayırdı.”
Bu filmi ona görə xatırlatdım ki, buradakı rolu onun sənət dünyasında seçilən, hörmət və məhəbbətlə yad edilən ekran qəhrəmanıdır.
Aktyorun yaradıcılığının düz 63 ili Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Bu teatr onun bir növ ömür yolunun bələdçisi idi, aktyoru xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb.
Süleyman Ağababa oğlu Ələsgərov 1915- ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra, Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Bakıdakı Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına aktyor götürülüb. Bununla onun sənət yolu başlanıb. Özü deyirdi ki, mən müharibənın ağrılarını yaşayan insanlardanam. Ermənilərin 1918-ci ildə Bakıda törətdikləri ğırğınların şahidi olmuşam. Ailəmiz böyük çətinliklərlə üzləşdi. Elə Böyük Vətən müharibəsi illərində də dəhşətli cəbhə yolu keçdim. Bəlkə ona görə rejissor mənə Cəbiş müəllimin rolunu həvalə etdi.
Gənc Tamaşaçılar teatrında da müharibə mövzulu tamaşalarda rollar alıb. Süleyman Ələsgərov məhsuldar çalışan aktyor idi. Onun bu teatrda yaratdığı rolları saymaqla qurtaran deyil. Polad (“Qızıl quş”, Mirmehdi Seyidzadə), Fərzəli bəy (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqşin (“Babək”, Əbil Yusifov), , Kaçkaryov, Poçt müdiri (“Evlənmə”, “Müfəttiş” Nikolay Qoqol , Arqant (“Skapenin kələkləri”, Jan Batist Molyer), Müşavir (“Qarlar Kraliçası” , Yevgeni Şvarts) kimi rolları ona böyük şöhrət qazandırmışdı. Süleyman Ələsgərov təkcə Azərbaycan dramaturqlarının əsərlərində deyil, Avropa və rus klassiklərinin əsərlərində də maraqlı rollar yaratmışdır.
Onun maraqla baxılan rolları sırasında Eldostu (“Çiçəkii dağ”, Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone (“İki ağanın bir nökəri”, Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, Uilyam Şekspir), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı) və s. qəhrəmanları da var.
Onun yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdur. Personajların ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmlərdə epizodik rollarda çəkilib. “Yenilməz batalyon”, “Babamızın babasının babası” “Bakıda küləklər əsir”, “Bəxtiyar” “Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr sahili” “İnsan məskən salır” “İstintaq davam edir ”, “Torpaq. Dəniz. Od. Səma” və digər filmlərdə o, epizodik rollar yaratsa da, onları sevdirə bilmişdi.
Süleyman Ələsgəov bir neçə televiziya tamaşasında, televiziyanın müxtəlif əyləncə proqramlarında özünəməxsus obrazlar yaratmışdır.
Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1961-ci ildə “Komsomol poeması” əsasında İsgəndər Coşqunun yazdığı dram əsərində Səməd Vurğun roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib. Onun əziz xatirəsi xalqımız tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 11
oktyabr.- S.6.