Milli aviasiyamızda tibb
xidmətinin yaradıcısı
Hər bir peşə gərəkli
və şərəflidir. Sirlərinə dərindən
yiyələnib insanların xidmətində dayananlar bu hikmətin
canlı daşıyıcılarına çevrilirlər.
İllər keçdikcə sevib taleyini oz peşəsinə,
ixtisasına bağlayanların əməli fəaliyyəti
onu yaşadığı bölgədə, vətəndaşı
olduğu ölkədə, hətta dünyada tanıdır,
layiqli ad- sana çatdırır.
90 illik ömrünün 67 ilini sevimli peşəsinə həsr etmiş belə insanlardan
biri də milli aviasiyamızın tibb xidmətinin
yaradıcısı, Əməkdar həkim, əmək
veteranı, aerodonanma əlaçısı,
Prezident təqaüdçüsü Sövkətxanım Ataməlibəyovadır.
Sövkətxanım Məmmədbəy qızı 1925-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş gənc həkim təyinatla Ordubada göndərilmiş, 6 il rayon poliklinikasının baş həkimi vəzifəsindəçalışmışdır. 1953-cü ildə doğma Bakıya qayıdan Sövkətxanımı tale aviasiya tibb xidməti sahəsinə gətirmişdir. Mülki Hava Donanması Tibb- Sanitar Xidmətinin aviasiya tibb laboratoriyasında ilk azərbaycanlı həkim qadın kimi yeni fəaliyyətə başlayan soydaşımız 1956-cı ildən bu xidmətə rəhbərlik etmişdir.
İlk günlərdən mülki aviasiya uçuşlarının təhlükəsizliyinin etibarlı tibbi təminatını yaratmağa çalışan Sövkətxanım illər boyu bu sahədə məqsədyönlü tədbirlər həyata keçirmişdir O, tibbi xidmətim şəbəkəsini daim genişləndirmiş, səviyyəsini isə yüksəltmişdir. Bakı, Naxçıvan, Gəncə, Yevlax Lənkəran, Zaqatala, Qəbələ, Zabrat təyyarə limanlarında müasir tibb xidməti yaradılmasına nail olan təctübəli səhiyyə təşkilatçısı bununla Azərbaycanın mülki aviasiyasının Tibb-Sanitar İdarəsinin yaradıcısı və lideri məqamına yüksəlmişdir. Ömrünün 62 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edən Şövkərxanım təyyarəçilərin bir neçə nəslinin sevimlisi olmuşdur.
Bu illərdə həmyerlimiz fəliyyət sahəsi üzrə beynəlxaq tədbirlərdə də Vətənimizi ləyaqətlə təmsil etmişdir. O, dəfələrlə Beynəlxalq Mülki Aviaisiya Təşkilatının (İCAO) və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) tibbi aviasiya ilə bağlı məcislərində fəal iştirak və çıxış etmiş, ümumdünya konfranslarında həmsədr olmuşdur. Təsadüfi deyil ki, beynəlxalq aviasiya tibb xidmətinin rəhbərliyi bu gün də Şövkətxanım Ataməlibəyovanı unutmur, yüksək nüfuz və hörmət sahibi, tibbi aviasiya xidmətinin yüksək peşəkarı olan bu insanın zəngin təcrübəsindən bəhrələnir.
Yüksək intellektli, dərin zəkalı bu alicənab insan mülki aviasiyamızın iftixarı, indiki nəsillər üçün əsl örnəkdir. Onilliklər boyu aviasiya tibb xidmətini nümunəvi səviyyədə idarə etmiş Şövkətxanım ardıcılları, davamçıları üçün canlı məktəbə çevrilmişdir. Təyyarəçilərin sağlamlığının qorunması, möhkəmləndirilməsi üçün həmişə böyük enerji və tükənməz qüvvə ilə çalışmış bu insan xatirələrdə silinməz izlər qoymuşdur. Onunla işləmək hamı üçün çox faydalı olmuşdur.
Bu gün də Tibb-Sanitar İdarəsinin hər bir işçisi onun təcrübəsindən yararlanır. İnsanları dinləmək bacarığı, yüksək peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və uzaqgörənliyi, tükənməz səbr və enerji kimi keyfiyyətləri bu insanda üzvi şəkildə cəmləşmişdir. Sövkətxanımla söhbət zamanı onun həyat enerjisinə, səlis nitqınə və dərin yaddaşına heyran olmamaq mümkün deyil. Bu kübar qadın bu gün də həmkarlarına ana, yoldaş və ən yaxın məsləhətçidir.
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var. Həmişə onlardan danışarkən gözləri gülür, baxışlarında sevinc görünür. Bu xoş ifadə onun ömrünün bəhrəsini, taleyinin uğurunu, həyatının sevincini əks etdirir. Onun şərəfli həyat yoluna nəzər salarkən tibbi aviasiyanın ilk azərbaycanlı həkim qadınının və bu sahənin yaradıcısının və rəhbərinin zəngin, bənzərsiz bioqrafiyasını görürük. Şübhəsiz, bütün bunlar ona Azərbaycanın tanınmış qadınları sırasında layiqli yer qazandırmışdır.
Ölkəmizin tanınmış səhiyyə təşkilatçısı Sövkətxanım Ataməlibəyovanın şərəfli və zəngin fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. O, 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülmüş və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilmişdir. Dəfələrlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını almışdır.
Bu il oktyabrın 13-də Şövkətxanım Ataməlibəyova aviasiyada tibbi fəaliyyəntinin 63-cü ilinə qədəm qoyur. Bu münasibətlə onu coxminli aviasiya kollektivi ürəkdən təbrik edir, möhkəm cansağlığı, şərəfli ömür yolunda yeni uğurlar arzulayır. Məşhur fransız yazıçısı Romen Rollanın “Həqiqətən, dahilər ürəyi hamı üçün döyünənlərdir” deyimi Şövkətxanım Atamnəlibəyonvanın dəyərli həyat yolunun timsalında bir daha doğruluğunu sübut edir.
T. RÜSTƏMOV
Xalq qəzeti.- 2015.- 11 oktyabr.- S.7.