Ermənilər təbii sərvətlərimizi talan edirlər

 

Rəsmi məlumata görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. Bu ərazilər təbii ehtiyatlarına görə bütövlükdə Ermənistan ərazisindən  zəngindir.

 

Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə, həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar.

İşğal olunmuş ərazilərdə ermənilərin  canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.

Azərbaycanın işğal olunmuş əraziləri  təbii  sərvətlərlə  olduqca  zəngindir və bu  gün  Ermənistan bu sərvətləri  vəhşicəsinə talan edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəsmi məlumata  görə, bu ərazilərdə  460 növdən çox yabanı ağackol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub dünyanın heç bir yerində təbii halda bitmir.

Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac biomüxtəlifliyin  digər növləri bu gün   talan edilir.

Bu ərazilərdə 247 min 352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi   5 ədəd geoloji obyekt qalmışdır. Hazırda işğal olunmuş  ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər.

Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər ağac emalı sexi açmışlar. Sex fasiləsiz olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdantutma qırıb istifadə edirlər. Ermənilər qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır. Sonra isə yandırırlar   beləliklə cinayətlərinin izini itirməyə çalışırlar. Ərazidə saxlanılan mal -qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücərtilər məhv edilir. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyildir.

Daha bir fakt. Zəngilan rayonunun  Muğanlı kəndində 100 milyon  dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya, bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki, zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Cermukadlı su ErmənistanınCermukşirkətlər qrupu tərəfindən Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəkiİstisu”dan doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat kimyəvi tərkibi yazılır.

Məlum olduğu kimi, Şuşa şəhəri dünya mədəniyyətinin incilərindən biridir. Bu şəhərin mədəniyyət təbiət abidələri artıq məhv edilib. Ağzı yastıkaha adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. Haça yaladlanan sahədə uzun illər mədəni formada əkilərək becərilmiş 2000 ədədədək palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Digər təbiət abidəsi Qarqar çayının sol sahilində, 2006-cı ildə ermənilərin Xocavənd rayonununQaraca çalanNərgiz təpəadlanan hissələrində yanğın törətmələri faktı ilə əlaqədar hadisə yerində video çəkilişlər aparılmaqla müəyyən edilmişdir ki, onların törətdikləri vəhşilik nəticəsində 15 min  hektara qədər torpaq sahəsi yanğına məruz qalmış   torpağın üst qatı bitki örtüyü tamamilə məhv edilmişdir.

Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Bu  yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min kuğmetr/gün yeraltı şirin su, 18 milyon 432 min kubmetr  üzlük daşı, 23 milyon 243 min  kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 kubmetr/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr  pemza, 129 milyon 833 min  kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir. Bunların əksəriyyəti işğalçılar qanunsuz olaraq bəzi xarici şirkətlər tərəfindın istismar edilir.

Təbii su mənbələrimiz Ermənistan tərəfindən  həddindən artıq çirklənməyə məruz qalır. Ermənistan atom elektirik stansiyasında hasil olunan nüvə tullantıları Qubadlı Laçın rayonları ərazilərində ört-basdır edilir.

Erməni əsirliyindən qayıdan  Qubadlı  rayonunun  Yuxarı Xocamsaxlı kənd sakini Hidayət Xəlilov, Xocahan kənd sakini Nazim Rəcəbov, Novlu kənd sakini Bəhlul Adgözəlov, Həmzəli kənd sakini Kərəm Yusifov başqaları ilə aparılan söhbətlər zamanı onlar da ermənilərin işğal olunmuş Azərbaycan kəndlərini yandırıb külə döndərdiklərini, meşələrin, bağların kəsilib talan edildiyini, təbii sərvətlərimizi vəhşicəsinə dağıtdıqlarını ürək yanğısı ilə danışırdılar.

Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək yaşıllıqlar, həmçinin meşə sahələri yandırılaraq məhv  edilmiş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür.

Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi öz evindən-obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara  görə 31,72 milyard manat  məbləğində ziyan dəymişdir.  İşğal olunmuş ərazilərin hazırki ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlaronun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, FüzuliAğdam rayonlarının əraziləri  nəzarətdən kənardadır , əkilib-becərilmir və ona görə də böyuk ekoloji fəlakətə səbəb olur.

 

Hazırladı:

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 14 oktyabr.- S.6.