Azərbaycan xarici siyasətdə

öz dəst-xətti olan dövlətdir

 

Alman sosioloqu Maks Veber  siyasətçilər və siyasət barədə düşüncələrində təkcə iradəni, ağılı, ehtirası, borc hissini, xarakteri deyil, həm də fəhmi - “reallıqların təsirinə daxili mütəşəkkilliklə və təmkinlə uyğunlaşmaq bacarığını...” siyasətçinin həlledici psixoloji keyfiyyəti sayırdı. Axı, məhz real vəziyyətə xüsusi həvəslə nüfuz etmək bacarığı dövlət idarəetmə strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir.

 

...1991-ci ildə dövlətimiz öz istiqlaliyyətini bərpa etdikdən sonra  müstəqil xarici siyasət yeritmək o qədər də asan deyildi. Yeni yaranmış dövlətin müstəqil siyasəti beynəlxalq aləmdə bir o qədər  ciddi qəbul edilmirdi. Üstəlik,  ölkədaxili proseslər, cəmiyyətdəki  nizamsızlıq, milli ordunun olmaması, siyasi ambissiyaların öz məcrasından çıxması Azərbaycanı xaosa sürükləmişdi. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ardıcıl xarakter alması, torpaqlarımızın  işğal olunması ölkəmizi çıxılmaz duruma salmışdı. Hakimiyyətdə, sözün həqiqi mənasında,  düzgün qərar qəbul edən, dövləti  çətin vəziyyətdən  çıxara biləcək peşəkar siyasətçilərin olmaması böyük bir problemə çevrilmişdi. Şübhəsiz, belə bir vaxtda Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmalı idi. Çox təəssüf ki, müstəqilliyin ilk illərində həmin prinsiplərin heç biri reallığa çevrilməmişdi.

Lakin bu gün Azərbaycanın xarici siyasətinə diqqət yetirdikdə müstəqillik dəst-xətti açıq-aydın hiss olunur. Ümummilli liderimiz Heydər  Əliyevin  uzaqgörənliklə  əsasını qoyduğu siyasi dəst-xətt və üslub böyük uğurla davam etdirilir. Azərbaycan dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Bu gün Azərbaycanı kiçik ölkə kimi qiymətləndirənlər yanıldıqlarını etiraf etməyə başlayıblar. Vaxtilə Azərbaycana qapı bağlayan dövlətlər bu gün, əksinə, ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına can atırlar. Bütün bunların hamısı müstəqil, müasir Azərbaycan dövlətinin qətiyyətli siyasətinin nəticəsidir.

Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli vəzifələri qarşıya  məqsəd qoyub. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasındadır. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də dövlətin xarici siyasətində müstəsna əhəmiyyət daşıyır. Beləliklə, demokratik tərəqqi yolunu seçmiş Azərbaycanın xarici siyasəti  digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf  etdirilməsini prioritet sayır.

Azərbaycan regionalqlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyiçoxlu sayda digər qurumlara üzv olmuşdur. Azərbaycan  həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Bu konteksdə 2015-ci ilin ötən 9 ayı ərzində ölkə iqtisadiyyatında əldə edilən uğurlar, qazanılan nailiyyətlər, heç şübhəsiz ki, həyata keçirilən düşünülmüş siyasətin bəhrəsidir. Heç kimə sirr deyil ki, cari ildə dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən müddətdə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Bu isə o deməkdir ki, dünyada baş verən maliyyə böhranına, inkişaf etmiş ölkələrin milli valyutalarının devalvasiyası və bunların birbaşa ölkəmizə təsirinə baxmayaraq, Azərbaycan iqtisadi artım tempini qoruyub saxlaya bilib. Nəzərə almaq lazımdır ki, dünyadaregionda müşahidə olunan qlobal çətinliklər, region ölkələrinin əksəriyyətində baş verən iqtisadi tənəzzül fonunda Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması elə də asan məsələ deyil. Xatırladaq ki, beynəlxalq qiymətləndirmə qurumları da etiraf edirlər ki, Azərbaycan qlobal iqtisadi çətinliklərə və eləcə də regiondakı problemlərə, neftin dünya bazarındakı qiymətinin azalmasına baxmayaraq, iqtisadiyyatını davamlı surətdə inkişaf etdirə bilir. Bu mənada 2015-ci ilin 9 ayının yekunları iqtisadi baxımdan pozitiv qiymətləndirilməli və birmənalı şəkildə Azərbaycanda iqtisadiyyatın inkişafının neft deyil, daha çox qeyri-neft sektorunun inkişafı hesabına baş verməsi də məhz bu inkişafın əsas konturlarından hesab edilməlidir. Avropa ölkələrinin qaçqın böhranı ilə üz-üzə dayanması və iqtisadi sahədə böyük çətinliklərlə üzləşməsi şəraitində Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanması  mühüm nailiyyət sayıla bilər.

Heç şübhəsiz ki, əldə edilən bu uğurlar həyata keçirilən düşünülmüş siyasiiqtisadi siyasət nəticəsində mümkün olub. Məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Məhz bu səbəbdən Azərbaycanın suveren dövlət olaraq heç bir ölkədən iqtisadisiyasi asılılığı yoxdur. Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq qeyri-neft sektoru, kənd təsərrüfatı, sənaye kimi sahələr inkişaf mərhələsini yaşayır. Bütün bunlara nail olmaq üçün ölkədə zəruri şərtlərdən hesab edilən siyasi sabitlik hökm sürür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyd edib ki, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.

Dövlətimizin başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən bildirib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilibya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli görüldüyünü deyən Prezident İlham Əliyev xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayaraq  bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Yeni yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyən Prezident  qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.

Dövlətimizin başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gəlib çatdığını  Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin tamamlandığını bildirib. O, “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli görüldüyünü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırıb. Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görüldüyünü, bu sahənin gələn ilprioritet olacağını, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan Prezident İlham Əliyev cəbhə xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirib. “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyən Prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. “Azərbaycan güclü ölkədir, iqtisadisiyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”. Bununla da Prezident İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan edib.

Əlbəttə, hazırda dünyada baş verən siyasi kataklizmlərin, qaçqınlar və  miqrasiya probleminin geniş coğrafi arealı əhatə etməsi, nəhəng dövlətlərin dünyada nüfuz sahibi olmaq uğrunda mübarizələrinin daha da kəskinləşməsi, xüsusilə, Yaxın Şərqdə insan itkilərinin hər gün daha intensiv xarakter alması və digər xoşagəlməz hadisələr Azərbaycandakı siyasi sabitliyin nə qədər vacib əhəmiyyət daşıdığını ortaya qoymuş olur.

Bu gün dövlətimiz  NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də, antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını müdafiə edir. Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusi qeyd edilməlidir.

Bu illər ərzində Azərbaycanın qazandığı çoxsaylı beynəlxalq uğurlardan təkcə 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155 -nin  dəstəyini qazanmasını misal gətirməklə dövlətimizin parlaq xarici siyasətinin düzgün konturlarını vurğulaya bilərik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və  bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT  Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bu da simvolik bir haldır ki, Azərbaycan bu tarixi qələbəni BMT-nin təsis edildiyiolan  oktyabrın 24-də əldə etmişdir.

Tarixdə ilk dəfə birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin bu il Bakıda yüksək səviyyədə təşkil edilməsi də Azərbaycanın, əslində, həm daxili, həm də xarici siyasətinin gücünü ortaya qoydu. Azərbaycan Avropa idman ailəsinin tərkibində ən mühüm yerlərdən birini tutduğunu sübut etdi.

Ölkədə beynəlxalq tədbirlərin keçirilməsi, dövlətin transmilli korporasiyalarla fəal iqtisadi əməkdaşlığı, dünyanın güclü dövlətləri ilə işgüzar münasibətlərə malik olması və başqa  göstəricilərin Azərbaycanda olması yaxın perspektivdə ölkəmizin daha yüksək zirvələrə qalxa biləcəyi ehtimalını ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz öz yolumuzla gedirik, bizim yolumuz inkişaf və tərəqqi yoludur.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2015.- 24 oktyabr.- S.1.