Parlament seçkiləri:
Seçicinin vətəndaşlıq borcu
Azərbaycan Milli Məclisə növbəti seçkiləri ən yüksək standartlara uyğun keçirmək əzmindədir. Dövlətin siyasi iradə ortaya qoyması və aşkar hiss olunan seçici fəallığı bu mühüm siyasi kampaniyanın uğurla baş tutacağına zəmanət verir. Görünən budur ki, Azərbaycanda vətəndaş – dövlət münasibətləri güclənir, vətəndaş quruculuğu prosesləri daha da sürətlənir.
Hər bir sivil ölkədə seçkilərin dəyəri, ilk növbədə seçici fəallığı ilə ölçülür. Parlament seçkilərinin əsas məqsədi Azərbaycan vətəndaşlarının azad, sərbəst və şəffaf seçimi əsasında ölkənin ali qanunverici orqanını formalaşdırmaqdır. Yalnız xalqıının, millətinin tərəqqisinə çalışan fəal vətəndaşlardan etimad mandatı alan parlament səmərəli fəaliyyət göstərə bilər. Seçib-seçilmək hər bir vətəndaşın konstitusion hüququdur. Bu, həm də seçicinin vətəndaşlıq borcudur. Ölkəmizdə bu gün seçkilər ərəfəsində çox pozitiv ab-hava yaranıb. Azərbaycan vətəndaşı milli maraqlarımızı tam təmin edən və qoruyan dövlət başçısının müdrik siyasətinə dərin inam bəsləyir. Ölkə vətəndaşları azad, fəal və kreativdirlər. Başlıcası isə hər bir vətəndaş ölkəsinin davamlı tərəqqisində maraqlıdır.
Milli dövlətçiliyimizin böyük memarı ulu öndər Heydər Əliyev Azərbaycanda azad vətəndaş cəmiyyəti bərqərar olmasına böyük önəm verirdi. Dahi siyasətçi hesab edirdi ki, yalnız hüququn ali tutulduğu demokratik cəmiyyətdə vətəndaşın fərdi imkan və bacarıqları tam üzə çıxa bilər. Ona görə də Azərbaycan plüralist səmiyyətin formalaşmasına çalışır və buna nail olur. Əlamətdar haldır ki, bu müdrik siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqları və çağırışları nəzərə alınmaqla, böyük uğurla və yaradıcı surətdə davam etdirilir.
Seçkilər bütün cəmiyyət üçün siyasi yetkinlik mənasında sınaq anıdır. Seçki hüququndan faydalanmaqla vətəndaş səmiyyətdə demokratik idarəetmə prosesinə cəlb olunur. Buna görə də vətəndaş cəmiyyətin bir üzvü olduğunu hiss edir və bundan, təbii ki, qürur duyur. Lakin seçim etmək şansı həm də məsuliyyət hissini gücləndirir.
Demokratik cəmiyyətdə seçkilər media üçün də bir peşəkarlıq imtahanıdır. Mənə elə gəlir ki, seçkilərlə bağlı hər bir jurnalistin təcrübəsində maraqlı anlar, məqamlar olur. Mənim də təcrübəmdə belə anlar olub. Onlardan biri hələ 17 il əvvəl yaşanıb.
...1998-ci il oktyabın
11-i idi. Azərbaycanda növbəti prezident
seçkiləri keçirilirdi.
Ulu öndər Heydər Əliyevin seçkilərdə
ikinci dəfə böyük və parlaq qələbə qazanacağına heç
kimin zərrə qədər də şübhəsi yox idi. Seçicilər ümummilli liderə
olan dərin rəğbət və məhəbbətini bir daha izhar etmək
üçün səsvermədə
fəal iştirak edirdilər. Təkcə Azəərbaycanın
ərazisində deyil,
həmyerlilərimizin kompakt
yaşadığı yaxın
və uzaq ölkələrdə də
seçkilərə dərin
maraq vardı. Həmin gün çalışdığım “Xalq qəzeti”nin
redaksiyasından Azərbaycanın
Rusiyadakı səfirliyinə
zəng çalaraq oradakı seçki məntəqəsində səsvermənin
gedişatı ilə
maraqlandım.
Söhbət əsnasında tanınmış
həmyerlilərimizdən kimlərin
səsvermədə iştirak
etdiyini soruşdum.
Səfirliyin əməkdaşı
səsvermədə artıq
iştirak etmiş bir neçə görkəmli həmyerlimizin
adını çəkdi
və əlavə etdi ki, SSRİ xalq artisti Müslüm
Maqomayev indicə səsvermə kabinəsindən
çıxdı...
Həmsöhbətimdən dərhal şöhrətli
həmyerlimizdən qəzetimiz
üçün qısa
müsahibə götürməyə
razı salmasını
rica etdim. Xoşbəxtlikdən
Müslüm Maqomayevi
“dilə tutmağa” ehtiyac olmadı və telefonda həvəslə suallarıma
cavab verdi.
Yadımdadır, böyük
müğənni dedi
ki, səhhətində
bir qədər problem
olsa da, doğma Azərbaycan üçün belə bir taleyüklü məqamda o, səfirliyə
gələrək ona çox əziz və doğma insan olan, görkəmli
tarixi şəxsiyyət
Heydər Əliyevə
səs verməyi özünün vətəndaşlıq
borcu hesab edir. Müslüm Maqomayev qəlbindən dilinə axan düşüncələrini bu
sözlərlə ifadə
edirdi: “Azərbaycanın
xoşbəxt gələcəyi
bu dahi siyasətçi
ilə bağlıdır.
O, xalqın ümid yeridir, pənahıdır.
İnanıram ki, Heydər
Əliyev Azərbaycanı
ən uca zirvələrə aparacaq!”
Həmin qısa müsahibə qəzetin növbəti nömrəsində dərc
olundu. Bəli, öz gözəl və təkrarsız səsi ilə Azərbaycanı dünyanın
ən böyük konsert salonlarından tərənnüm edən,
milyonların sevimlisi, Müslüm Maqomayev Azərbaycan vətəndaşı kimi
seçkilər günü
vətəndaşlıq borcunu
yerinə yetirərək
öz səsini milyonların səsinə
qatmaqdan böyük fəxarət duyurdu.
Vətəndaşın xalqın, millətin seçkilər kimi mühüm siyasi proseslərə biganə qalması, səsvermədə
iştirak etməməsi
arzuolunan hal deyil. Bəzi ölkələrdə seçicilərin seçkilərdə
fəal iştirak etmələri üçün
seçkiyə qatılmayanları
cərimə edirlər.
Adətən, belə cərimələr
rəmzi olur. Bu, əlbəttə, çıxış yolu deyildir. Yaxşı ki, müstəqil Azərbaycanda belə bir problem heç vaxt yaşanmır və 2015-ci il
noyabrın 1-də seçicilərin
böyük əksəriyyətinin
sesvermədə iştirak
edəcəyinə şübhə
yoxdur.
Seçkilərdə gənclərin fəal iştirak etməsi xüsusilə vacibdir. Gənclər millətin gələcəyidir.
Onların ölkəmizdə
azad vətəndaş
cəmiyyəti quruculuğuna
fəal cəlb olunmaları dövlətin
qarşısında duran vacib vəzifələrdən biridir.
Azərbaycan dövləti bu
istiqamətdə davamlı
uğurlu işlər
görür. Son illərdə həm hökumət, həm də qeyri-hökumət təşkilatlarında çalışan
gənclərin seçkilərdə
fəallığı müşahidə
olunur ki, bu, müsbət və qürurverici haldır.
Müasir dünyada seçki texnologiyaları daim təkmilləşir, texniki
inkişafın nəticəsi
olaraq namizədlərin
təbliğat-təşviqat imkanları da artır. Azad, şəffaf mübarizə
şəraitində namizədlər,
təbii ki, özləri
barədə mümkün
qədər yaxşı
təəssürat yaratmağa
çalışırlar. Eyni
zamanda, seçicilərin
namizədlər, onların
həyat yolu və seçki planları haqqında daha geniş bilgilər almaq imkanları yaranır. Məlumatlı seçicini artıq
populist çıxışlar və vədlərlə aldatmaq çətin olur.
Bu gün ölkəmizdə
seçicilərə hər
hansı bir şəkildə təzyiq
göstərilməsi qeyri-mümkündür. 31 saylı Suraxanı seçki dairəsinin 23 saylı məntəqəsində
Ədalət Partiyasının
təmsilçisi Müqalib
Kazımovu çoxdan
tanıyıram. İxtisasca həkimdir.
On ilə yaxındır
ki, həmin məntəqədə üzvü
olduğu partiyanı
təmsil edir. Deyir ki, hələ bir dəfə də olsun, qanun pozyntusu ilə raztlaşmayıb.
Həmin
dairədən budəfəki
seçki marafonuna
YAP-la bərabər, Ümid,
Ədalət, Millətçi
Hərəkat və başqa partiyaların nümayəndələri, eləcə
də bitərəf namizədlər qoşulublar.
Bir məqamı da xatırlatmaq vacibdir. Parlamentdə
təmsil olunmaq istəyən şəxslər
mandat əldə etdikləri təqdirdə
seçicilərin etimadını
mütləq doğrultmağa
çalışmalıdırlar. Unutmamalıdırlar ki, təmsil etdikləri seçici kontingenti, bütövlükdə ölkə
vətəndaşları qarşısında
hüquqi və mənəvi öhdəlikləri
var. Seçicilərlə daim
təmasda olmalı, ali qanunvericilik
fəaliyyətlərində onların arzu və istəklərini daim nəzərə almalıdırlar.
Beləliklə, hər bir seçici
seçkilərdə fəal
içtirak etməklə,
ilk növbədə, öz
yüksək vətəndaşlıq
missiyasını yerinə
yetirir. Seçmək və seçilmək vətəndaşın ayrılmaz
hüququ olduğu kimi, bu missiyanı
şərəflə yerinə
yetirmək də
onun müqəddəs
borcudur!
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2015.-
24 oktyabr.- S.6.