Qarabağın bərəkətli

bölgəsi – AĞCABƏDİ

 

Söhbət son illər bu bölgənin sürətli inkişafından, dinamik yüksəlişindən və bu tərəqqini təmin edən insanlardan gedir

 

Nabələd  adamı  tanımaq  o  qədər    çətin  deyil. Hər  halda,  danışığından,  davranışından, insanlarla  ünsiyyətindən  çox  şey  anlamaq  mümkündür. Mən də  Ariflə  beləcə  tanış oldum.  Özü  lap bu yaxınlarda,  Ağcabədi şəhərində, Heydər  Əliyev  adına parkda.

 

Eloğlu, – dedim, – deyəsən, qonaqsan... Yaxın gəl, çay içək, tanış olaq...

Müsahibim,  elə bil, bu sözə bənd  idi.  Əvvəlcə gülümsündü,  sonra əlindəki fotoaparatı çiynindən asaraq  bizə yaxınlaşdı.

– Nə deyim vallah,  bəlkə, elə  qonaq  da  demək  olar. Ancaq bilirsinizmi, məsələ burasındadır ki,  mən  əslən ağcabədiliyəm.  Uzun illər Rusiyada yaşamışam.  İndi  gördüyünüz  kimi burdayam. Fikirləşdim ki,  daha qəribçilikdə yaşadığım bəsdir, necə deyərlər,  ölməyə   Vətən yaxşı. Birki,  sözün  düzü,  son vaxtlar  doğma yerlərdə  yaradılmış  bu gözəlliklərdən  ayrıla bilmədim...

– Bəs,  əvvəllər bu gözəlliklərdən  necə ayrıldınız?

Arif sualımıza dərhal  cavab vermədi. Təcrübəli  adamdır, mənə uzun bir nəzər saldı. Sonra da  maraqla:

Deyəsən, axı, siz   qonaqsınız... Yoxsa, belə danışmazdınız. O illərdəki Ağcabədi hara,  indiki Ağcabədi hara.  Yerlə göy qədər fərq  var. Düzünü deyim ki,  bizi  başqa yerlərə  aparan səbəblərdən  biri    bu idi. Qonaq-qara yanında da  utanırdıq.   gəzməyə bir parkımız, meydançamız,  çıxmağa bir küçəmiz vardı.  İşıq, su,  qaz,  yol məsələləri  ondan betər...

Müvəqqəti gəlmisiniz, yoxsa...

Düzü,  bir neçə günlüyə gəlmişdik, qohumgildə xeyir vardı. Ancaq  gəlib  buraları  görəndən sonra  qəti  qərara gəldik ki, birdəfəlik  qayıdaq.  Axı, Ağcabədinin xarici şəhərlərdən  nəyi əskikdir ki...

Ağcabədi həm   çörəkli bölgədir...

Düz deyirsiniz... Ötən  əsrin 70-80-ci  illərində  Ağcabədi respublikanın  ən  böyük  kənd təsərrüfatı rayonlarından  biri  idi.  Ancaq söhbət  təkcə    qədər  pambıq,  taxıl... istehsal  etməkdən  getmir, axı. İnsan  gərək  yaxşı işlədiyi kimi,  yaxşı  da yaşaya, dincələ,  istirahət edə...

Jurnalist  marağı  üstün  gəldi: Növbəti  dəfə  Ağcabədidə olarkən xahiş  etdim ki,  əvvəllər  müxtəlif  səbəblər üzündən Rusiyaya,  başqa  xarici  ölkələrə  köçüb  getmiş  son  vaxtlar  qayıtmış  ailələr haqqında  arayış  hazırlasınlar. Maraqlı,  həm   fərəhli bir  mənzərə ilə  rastlaşdıq. Məlum  oldu ki, yüzlərlə ailə  son  illər geri qayıtmışdır...

Əlbəttə, bu  faktlar  ciddi  təhlil  araşdırma  tələb  edir.  Olub-keçənləri  bir  daha   xatırlamaq,  inkişaf    yüksəlişə  gedən yol  barədə düşünmək  lazım gəlir.  Əslində,  necə deyərlər,  mövzu  özü  məni  tapmışdı. Ona görə    rayon icra  hakimiyyətindən  aldığım arayışla  kifayətlənmədim,  yenicə  tanış  olduğum  Arif İbrahimovla  şəhəri bir   gəzdik. Son illər  görülüb  başa çatdırılmış  indi davam edən genişmiqyaslı  tikinti-quruculuq abadlıq işləri ilə yaxından tanış olduq. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət  etdik.  Səmimiyyətlə  etiraf edim ki, aldığımız  təəssürat zəngin   fərəhlidir.  Əsas  cəhət odur ki,  Ağcabədi  sakinləri  bu bölgənin son illərdəki sürətli inkişafını,  haqlı  olaraq, ölkə  Prezidenti İlham Əliyevin  gündəlik diqqət   qayğısının nəticəsi kimi  qiymətləndirirlər. Öz şəhərləri,  qəsəbə  kəndləri ilə fəxr  edirlər.  Sabaha  böyük  inam  ümidlə baxırlar.

Digər  vacib amil isə dövlət başçısının da qeyd  etdiyi  kimi, hər hansı sahədə əldə edilən  uğurlar həm yerlərdə işlərin düzgün təşkilindən asılıdır. Bu baxımdan  Ağcabədi Rayon  İcra Hakimiyyətinin maraqlı, çevik, təşəbbüskar üslub   metodlarını ayrıca  qeyd  etmək  lazım gəlir.  İnsan amili,  ardıcıl  sistemli  icra intizamı,  daha çox  elmi  əsaslara  söykənən  təşkilat-idarəetmə  məsələləribu  gün  Ağcabədi  Rayon İcra Hakimiyyətində  diqqəti  ən çox  cəlb edən  məsələlər, bizcə,  bunlardır.

Bəzən belə olur: hər  hansı  sahədə  fəaliyyətə  başlayan  rəhbər  işçi  ilk aylar,  həftələr  işə  böyük  həvəslə  girişirlər,  bütün  qüvvə     səylər  hərəkətə  gətirilir. İnsafən,  müəyyən  uğurlu  addımlar  da  atılır,  abadlıq-quruculuq  işləri aparılır. Ancaq, nə  qədər  qəribə  görünsə də, bir qədər keçəndən sonra  bu işgüzarlıq səngiyir, əvvəlki qaynarlıq, hay-haray çəkilir,  hər  növ  arxayınçılıq, özündənrazılıq  halları  müşahidə olunur.

Ağcabədidə isə  vəziyyət tamamilə  başqadır. 10 il  bundan  əvvəl  başlanmış genişmiqyaslı  tikinti-abadlıq  işləri, təşəbbüskar fəaliyyət, səmərəli idarəetmə  məsələləri  bu  gün    eyni  sürət və inamla  davam etməkdədir. Burada,  əlbəttə,  müxtəlif  səbəblər  var    biz ən əvvəl  çoxdan — gənclik illərindən  yaxşı  tanıdığım  Ağcabədi Rayon İcra Hakimiyyətinin  başçısı Şahin Məmmədovun  siyasi iradəsini,  dönməz xarakterini, sədaqətli  mövqeyini, yaradıcı     təşəbbüskar  fəaliyyətini  ayrıca  qeyd  etmək  lazımdır.

Fakt  rəqəmsiz,  təhlil    müqayisələr  aparmadan  keçinmək,  sözsüz ki,  mümkün deyil.  Bəri  başdan, onu  da deyək ki, Ağcabədi  şəhəri bu  müddətdə  öz  coğrafiyasını  xeyli  genişləndirmişdir. Yeni  binalar  tikilmiş,  küçə  və meydanlar,  yaşıllıq zolaqları salınmışdır.  Şəhərin  elə bir  küçəsi, yaxud  elə bir  bina  yoxdur ki,  orada yenidənqurma  işləri aparılmasın. Başqa  sözlə  desək,  Ağcabədi,  sözün  həqiqi mənasında,  şəhər  görkəmi  almışdır. Yeni  tikilən  və bərpa olunan binalar milli    müasir  memarlıq üslubundadır, yüksək  zövq     estetika dərhal  nəzərə çarpır.

Heydər Əliyev  Mərkəzi,  YAP  rayon  təşkilatının inzibati  binası, Gənclər Mərkəzi,  Şahmat  məktəbi,  rayon mərkəzi xəstəxanası, ilk 9 mərtəbəli yaşayış binası, mərkəzi  meydan... Bu  siyahıya  14 yeni  binanın, 8  park  və meydanın  adlarını  da  əlavə edə  bilərik.  İndi  Ağcabədi güllər, çiçəklər şəhərinə çevrilmişdir.  Çox yəqin ki,   həssas  oxucunun gözləri  qarşısında dərhal şəhərin  bütün  bunlardan  əvvəlki kasıb görkəmi  canlanır.

Bəli,  əbəs yerə deməyiblər ki,  həqiqət  faktlardan doğur.  Elə isə  iqtisadi,  sosial  və mədəni həyatın  müxtəlif  sahələrini  əhatə  edən  bəzi  xarakterik faktları bir daha  yada  salaq. Böyük  iqtisadi potensiala –  münbit  torpağa,  əməksevər  insanlara  malik  Ağcabədi dövlətin  qayğısından  xüsusi yer alan  bölgələrdəndir.  İstər 2004 – 2008-ci  illəri, istərsə də 2009 – 2013-cü  illəri  əhatə edən  regionların  sosial-iqtisadi  inkişafına dair dövlət proqramları Ağcabədinin  həyatında  dərin  izlər qoymuş,  rayonun  yüksəlişinə təkan vermişdir.  Bir  zaman  ulu öndər  Heydər Əliyev “Ağcabədililər  torpağa  ürəkdən  bağlı, zəhməti  və əməyi  sevən  insanlardır”  deməklə bu bölgəyə,  onun  əhalisinə  böyük  dəyər  vermişdir.  İndi bu  sözlər bir daha təsdiqini  tapır. Ağcabədililər  təsərrüfat,  tikinti,  abadlıq,  quruculuq işlərində  göstərdikləri nümunələrlə, yaratdıqları  xariqələrlə  nəyə  qadir  olduqlarını  əzmlə  nümayiş  etdirirlər.  Əlbəttə,  dövlətin  qayğısından,  ölkə  rəhbəri İlham Əliyevin  isti  münasibətindən  güc alaraq. Prezident İlham Əliyevin  indiyədək  dörd  dəfə  Ağcabədidə  olması  dövlət  başçısının  bu bölgəyə  verdiyi  böyük   önəmin  göstəricisidir.

Ağcabədidə   iqtisadiyyatın  əsasını kənd  təsərrüfatı  təşkil  edir.  Rayonun  əkinə  yararlı  torpaq  sahəsi 65,704  hektardır.  Bunun 61,780  hektarında  müxtəlif  kənd  təsərrüfatı bitkiləri  əkilir.  Torpaq  istifadəçiləri  taxıl,  pambıq,  qarğıdalı,  şəkər çuğunluru, tərəvəz, bostan  məhsulları və yem  bitkiləri əkininə  daha çox  üstünlük verirlər.  Bu  il  taxılçıların  qazandığı  uğur  daha fərəhlidir. “Sarı kəhrəba” ustaları cari ildə  84,627 ton taxıl  istehsal  edərək,  ərzaq  təhlükəsizliyinə  dair dövlət proqramına  sanballı töhfə vermişdir. Buğda zəmilərinin  hər  hektarından 39,4 sentner  məhsul götürülmüşdür ki, bu da  rayonda  rekord göstərici sayılır.

Ölkədə ilk  pilot  taxılçılıq  təsərrüfatının  Ağcabədi – Beyləqan  rayonlarının  ərazisində  yaradılması  məhz bu  istiqamətdə  həyata keçirilən  məqsədyönlü tədbirlərin  məntiqi  nəticəsidir.  Bütövlükdə, 4800 hektar  ərazini  əhatə edən “Qarabağ Taxıl” MMC Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin  11  aprel 2012-ci  il tarixli  sərəncamı ilə yaradılmışdır. Bu  il pilot  təsərrüfatında  əkilmiş 1160  hektar  buğda  sahəsində orta məhsuldarlıq 58,1  sentner olmuşdur.  Əlbəttə,  bu kifayət qədər  yaxşı  göstəricidir,  məhsuldarlığı yüksəltməklə  taxıl  istehsalını  artırmağın  ən səmərəli yolunu  göstərən  canlı nümunədir.

Son illər  rayonda  əkinçilik  dinamik  inkişaf yolundadır.  Keçən  ilin  nəticələri  də bu  baxımdan  uğurludur.  2014-cü  ildə rayonun təsərrüfatlarında 22974  ton  qarğıdalı, 2886  ton  pambıq, 2770  ton  kartof, 10794 ton  tərəvəz, 14269 ton  bostan  məhsulları, 25632 ton  şəkər çuğunduru, 11625  ton  meyvə  və 2733  ton  üzüm  istehsal  olunmuşdur.  Əkinçiliklə  paralel olaraq,  heyvandarlıqda da  məhsul  istehsalının  artım  tempi  yüksəkdir.  Son 10 ildə iribuynuzlu  mal-qaranın sayı  artaraq 86909  başa,  qoyun və  keçilərin  sayı 330364 başa,  quşların  sayı 319332  başa çatmışdır.  Təbii ki,  heyvanların baş sayının  artırılması məhsul istehsalına da əhəmiyyətli  təsir  göstərir. Keçən il 10671  ton ət, 66545 ton süd, 12106 min  ədəd yumurta, 999 ton  yun  istehsal  edilməsi  rayon heyvandarlarının  fədakar  əməyinin  nəticəsidir.

İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf  etmiş dünya  ölkələrinin  qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş  meydan  vermədən  aqrar sektorda  əsaslı  irəliləyişə  nail olmaq,  istehsalda  rentabelliyi  təmin etmək  qeyri-mümkündür. Kənd  təsərrüfatını  sənaye təməli  üzərinə  keçirmək  müasir  dövrün  qarşıya  qoyduğu  ən  mühüm vəzifədir.  Ağcabədi  bu  sahədə də respublika üzrə öncül  mövqeyini təmin  edə bilmişdir. Prezident İlham Əliyev 2011-ci  il may ayının  5-də Ağcabədiyə  növbəti səfəri  zamanı  rayonun  sosial-iqtisadi həyatında  bir çox  yeniliklərin  şahidi  oldu.

Dövlət  başçısı əsaslı  təmirdən  sonra  istifadəyə  verilmiş  mədəniyyət  evi,  rayon mərkəzində salınmış  Heydər Əliyev  adına mədəniyyət və  istirahət parkı, Ü.Hacıbəyli  adına  Qarabağ  Muğam  Mərkəzinin  fəaliyyəti ilə tanış oldu. Prezident  yeni  inşa  olunmuş  şahmat  məktəbinin  binasının  açılışında, 205  çarpayılıq  mərkəzi  rayon  xəstəxanasının  təməlqoyma  mərasimində  iştirak etdi.  Dövlət başçısı  şəhərdə yeni  süd  emalı zavodunun, Ağabəyli  kəndində  tikilən “Atena” süd  məhsulları kombinatının,  həmçinin  14  min  nəfər əhalinin  yaşadığı  5  kəndi  birləşdirən Ağcabədi – Qaradolaq – Kəbirli  avtomobil yolunun 24,5  kilometrlik  hissəsinin  yenidənqurmadan sonra  açılışında  iştirak  etməsi ilə rayon  sakinlərinin  sevincini  birə min  artırdı.

Elə həmin səfər çərçivəsində  Prezident  İlham Əliyevin  sədrliyi ilə  Qarabağ  iqtisadi zonasında kənd  təsərrüfatı sahəsində  sahibkarlığın  inkişafı  məsələsinə  həsr  olunmuş  müşavirə  keçirildi. Müşavirədəki  nitqində  Prezident İlham Əliyev  bildirdi: “Bu  gün  Ağcabədi  rayonunda  yeni  süd  kombinatının  açılışında  eştirak  edirik.  Çox gözəl,  böyük  süd  kompleksidir. Azərbaycanda  son illər ərzində qeyri-neft sektorunda  yaradılmış müəssisələrin  sırasında  bu  kompleksin öz yeri  var”.

Müasir  texnologiyaların  tətbiqinə əsaslanan  layihələr Ağcabədidə  uğurla  həyata keçirilir.  Əsasən,  Sahibkarlığa  Kömək  Milli Fondunun güzəştli  kreditləri  hesabına  maliyyələşən  yeni  istehsal və emal  müəssisələri  rayon iqtisadiyyatının  güclənməsində  mühüm rol oynayır. 5 min  tonluq logistik  mərkəz,  5  min  tonluq  taxıl  anbarı, 1600  hektar  ərazini  əhatə edən  iri fermer  təsərrüfatı,  illik  istehsal  gücü 40,8 min ton  süd olan 6000 başlıq 3  heyvandarlıq  kompleksi,  illik  istehsal gücü 110  min  ton olan süd emalı  müəssisəsi,  100  hektar ərazidə  üzümçülük  təsərrüfatı,  gündəlik  istehsal  gücü 20 ton olan çörək  zavodu, illik istehsal  gücü 18 min  ton olan  ət emalı  müəssisəsi  məhz dövlətin  güclü  maliyyə  dəstəyi ilə   fəaliyyətə  başlamışdır. Yalnız  adını çəkdiyimiz bu müəssisələrdə 561 yeni  iş yeri açılmışdır.

Bu gün  Ağcabədidə  yaşamaq da, işləmək  də gözəldir.  Son illər  rayonda  tikinti,  abadlıq    quruculuq  işləri  vüsət  almışdır. Prezident İlham Əliyevin  imzaladığı  sərəncamlar  əsasında dövlət  büdcəsindən  ayrılan  vəsaitlər  hesabına  rayonun formalaşan  sosial infrastrukturu  əhalidə  böyük  minnətdarlıq duyğuları  yaradır.  Kəndarası  yolların  təmirində,  əsaslı  şəkildə  yenidən  qurulmasında,  əhalinin  içməli su  təminatının  ödənilməsində,  elektrik  enerjisi   və təbii  qazla təminatında,  Qarabağ müharibəsi  əlillərinin,  şəhid  ailələrinin  mənzil  şəraitinin  yaxşılaşdırılmasında, pensiya və   təqaüdlərin  artırılmasında  əldə  edilən  ciddi  dönüş  dövlət  başçısının  xalqın xoş  güzəranı, firavan  həyatı  üçün  necə böyük işlər  gördüyünü  təcəssüm   etdirir.

Prezident  İlham Əliyev  demişdir: “Mən  xalq  üçün  işləyirəm,  xalq  üçün  çalışıram,  xalqa  xidmət  edirəm.  Dəfələrlə  demişəm ki,  prezident  başda olmaqla, bütün  məmurlar  xalqın  xidmətçiləridir.  Bizim  vəzifəmiz  ondan ibarətdir ki,  xalqa  xidmət edək,  xalqla birlikdə  olaq,  xalqın  qayğıları ilə  yaşayaq”.

Dövlət başçısının  bu  aydın  mövqeyi, təbii ki,  hər bir  məmur  üçün nümunədir,  fəaliyyətini  müəyyən edən  konkret istiqamətdir. Bu mənada son illər  Ağcadəbidə  əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq,  xidmət  sahələrinin işini canlandırmaq  istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısının  tapşırıq  və tövsiyələrinə  uyğun olaraq  yol  infrastrukturunun yaxşılaşdırılması  davam etdirilir. Prezidentin  2  sentyabr 2013-cü  il tarixli sərəncamı ilə  ayrılmış 5  milyon  manat  vəsait hesabına 23  min  əhalinin  yaşadığı 17  kəndi  birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili  avtomobil  yolu inşa  edilmişdir. Rayonda  yaşayış  məntəqələrinin  qazlaşdırılması  uğurla davam  etdirilir.  Mövcud 46  yaşayış  məntəqəsindən  indiyədək 26-sı  qazlaşdırılıb. Hazırda 6  kənddə qaz  xəttinin  çəkilişi  davam edir.  2 kənddə  isə qaz  çəkilişi  artıq başa çatdırılmışdır.

Səhiyyə  xidmətinin  müasir  tələblər  səviyyəsində  təşkil  edilməsi    daim diqqət  mərkəzindədir. Bu qayğının  bariz  ifadəsi,  məntiqi  nəticəsi  olaraq  Ağcabədi  şəhərində 205 çarpayılıq  mərkəzi  rayon  xəstəxanası  inşa  edilmişdir. Prezident  xəstəxananın tikintisi üçün  xüsusi sərəncam  imzalamışdır. 2011-ci  il may ayında xəstəxananın təməlqoyma  mərasimində iştirak edən dövlət başçısı iki il  sonra onun  açılışını  bildirən  qırmızı  lenti  kəsmişdir.  Dövlət başçısının  ağcabədililərə ərməğan  etdiyi rayon  mərkəzi   xəstəxanası  5 korpusdan  və bir  yoluxucu  xəstəliklər bölməsindən  ibarətdir.

Rayon təhsilinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  istiqamətində  həyata  keçirilən  məqsədyönlü  tədbirlər  hər bir  sakində  haqlı  minnətdarlıq  hissi  doğurur.  Son 10 ildə 8320 şagird yerlik  35 məktəb binası, o  cümlədən  Heydər Əliyev  Fondunun  təşəbbüsü    vəsaiti hesabına “Yeniləşən Azərbaycana yeni  məktəb”  layihəsinə uyğun olaraq, 3544 şagird yerlik məktəb  binası  tikilib istifadəyə verilmişdir. 12  məktəb  binası  əsaslı  təmir olunmuşdur. 150  yerlik  şəhər uşaq bağçası inşa olunmuş, 4 saylı 100 yerlik  körpələr evi-uşaq bağçasının tikintisi  başa çatmışdır. 2 saylı 100 yerlik  körpələr  evi – uşaq bağçasının  tikintisi  hazırda davam etdirilir.

İqtisadi, sosial    mədəni  həyatın  ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı  inkişaf  və yüksəlişini  əks  etdirən fakt  və rəqəmlər bir  daha  sübut  edir ki, Ağcabədi  uğurlu  yol  üstədir. Əldə edilmiş  böyük  uğurlar ağcabədililəri  əsla  arxayınlaşdırmır. İndi bütün  sahələrdə  əlavə imkan    ehtiyat  mənbələri  müəyyən  olunur. Yeni-yeni  təşəbbüslər  meydana çıxır,  bütün  qüvvə  və səylər  daha  böyük  hədəflərə yönəldilib.  Bu gün  Ağcabədidə  yaradıcı,  təşəbbüskar ab-hava, sağlam  mənəvi-psixoloji  mühit, qarşılıqlı hörmət və ehtiramdan  qaynaqlanan  vətəndaş-məmur  münasibətləri  mövcuddur.

... AğcabədidənQarabağın  bu bərəkətli bölgəsindən hazırladığım  son  yazımı  yekunlaşdırmaq  istəyirəm. Ancaq hələ  deyiləsi  sözüm  çoxdur. Qeyd dəftərçəmdəki  fakt rəqəmlərin heç yarısından da istifadə  edə bilməmişəm. Bu  fakt     rəqəmlərin  arxasında isə  böyük səy, gərgin  zəhmət,  ardıcıl   qətiyyətli fəaliyyət dayanır...

Bəlkə , belə yaxşıdır. Görünür,  Ağcabədi haqqında  ən yaxşı yazı hələ bundan  sonra yazılacaqdır...

 

Ziyəddin SULTANOV

 

Xalq  qəzeti.- 2015.- 30 oktyabr.- S.10.