“Əsrin müqaviləsi”nin təntənəsi

 

Bakıdan İstanbula uçan Türk Hava Yollarına  məxsus təyyarədə yerimi tutduqdan sonra elektron  ünvanıma “SOCAR Türkey Enerji A.S.”nin (“SOCAR – Türkiyə”) Protokol və sənədlərlə şöbəsinin  müdiri Mikayıl Yusifovun  imzası ilə göndərilmiş səfərimizlə bağlı məlumatı bir daha  nəzərdən  keçirdim. On altı  nəfərdən  ibarət  olan  Azərbaycan media  nümayəndələrinin  qardaş ölkəyə  bu  səfərindən əsas məqsəd SOCAR-ın Türkiyəyə investisiya yatırımlarının  nəticələri ilə yerində tanış olmaq, daha doğrusu, görülən  və görüləcək  işlər barədə  “SOCAR – Türkiyə” rəhbərlərindən  məlumat almaq idi.

 

Bununla belə, şirkət rəhbərliyi Türkiyənin, sözün həqiqi  mənasında, cənnətməkan bir guşəsinə gedəcəyimizi nəzərə alaraq,  səfərin yaddaqalan olması üçün çox maraqlı bir  proqram tərtib  etmiş,  ən  xırda detallar  belə diqqətdən yayınmamışdı. Dörd gün ərzində İzmirdə havanın 33-36 dərəcə isti  olacağı  barədə  məlumat verilmiş,  Petkim yarımadasında inşa olunmuş zavodlarla, hazırda tikintisi gedən obyektlərlə tanışlıq  məqsədilə  gəzəcəyimizi  nəzərə alaraq  bizə  münasib ayaqqabı,  habelə  əsrarəngiz Çeşmə qəsəbəsindən gəmi ilə  dəniz səyahətinə çıxacağımızı    Egey sularında çimmək üçün çimərlik paltarı götürmək tövsiyə olunmuşdu...

 

Şübhəsiz,  əsas  məqsəd,  qeyd  etdiyim kimi,  Azərbaycanın  sənaye  nəhəngi  olan,  aparıcı beynəlxalq  reytinq agentliklərinin  dəyərləndirməsinə  görə,  2000-ci  ildən  dünyanın ən iri 50  şirkəti sırasında yer alan SOCAR-ın (ARDNŞ) Türkiyə iqtisadiyyatına qoyduğu çox böyük  həcmdə  sərmayələr nəticəsində görülən möhtəşəm  işlərlə  tanış  olmaq  idi. Ona görə də  mövzu  ilə  bağlı   müxtəlif  vaxtlarda bloknotumda  apardığım  qeydlərə  yolboyu  nəzər salaraq yaddaşımı  təzələməyə çalışdım.

 

... Azərbaycanın gözəl  təbiətini, zəngin yeraltı və yerüstü sərvətlərini  Allah-təala  xalqımıza ərməğan verib.  Lakin, necə  deyərlər, ad bizim olub, dad özgənin. Bu sərvətlər tarix boyudaha dəqiq  desək, müstəqillik  dövrünə  qədər özümüzə yox, yadellilərə nəsib olub.  Bütün sərvətlərimizi, o cümlədən  neftimizi,  qazımızı  talan  edib aparıblar,  bizə qalan bol  əziyyət,  neft  mədənlərinin yerləşdiyi  neft, qır və mazut göllərinə çevrilərək, yararsız  hala düşmüş  ərazilər  olub. Azərbaycan neftinə,  qazına  və digər sərvətlərinə  barbar  münasibət Çar Rusiyası dövründə  də belə olub,  sovet dönəmində  də...

 

Bununla  belə,  Azərbaycan  dünyada  neft    qaz  sənayesinin  beşiyi kimi  tanınır.  Odlar Yurdu  bu  haqqı  qazanmaq  üçün   neçə “ilk”lərə  imza  atmışdır. Məsələn,  dünyada  ilk neft  quyusu 1848-ci  ildə  Bakıda  qazılıb. Dənizin dibindən neft çıxarılmasına ilk dəfə  Azərbaycan  neftçiləri    1949-cu  ildə Xəzərin  Neft  daşları  hissəsində  nail olmuşlar. Bu gün dünyanın  ən  nəhəng  neft terminalı  Səngəcal terminalı hesab  olunur.

 

Yeri gəlmişkən, burada bir məsələyə    aydınlıq  gətirmək istərdim.  Azərbaycanın  bir əsrdən  artıq  Çar  Rusiyasının    təqribən  70 il  Sovet Rusiyasının əsarətində olması dünyanı  ondan,  onu  da  dünyadan  təcrid  etmişdi. Azərbaycanın  bütün sahələrdə qazandığı uğurlar da ya  gizli saxlanılır,  ya da imperiyanın  adına yazılırdı.  Neft-qaz  sahəsində qazandığımız  nailiyyətlər     həmçinin. Ötən il Bakıda  keçirilən  Əsrin  müqaviləsi”nin  20 illiyinə  Cənub  qaz dəhlizinin  təməlinin qoyulmasına  həsr olunmuş  təntənəli  mərasimdə bp  şirkətinin  baş  icraçı  direktoru Robert Dadli bu barədə danışarkən bunları demişdi: “Bu il mənim dünyanın enerji sənayesini təmsil edən çoxsaylı insanların qarşısında çıxış etmək imkanım oldu. Mən həmin çıxışımda bildirdim ki, əksər insanlar müasir neft sənayesinin başlanğıcını 1859-cu ildə Pensilvaniyada qazılmış neft  quyusu ilə əlaqələndirirlər. Lakin qeyd etdim ki, neft quyusu ilk dəfə 1848-ci ildə Azərbaycanda qazılıb. Odlar yurdu Azərbaycan, həqiqətən , neft qaz sənayesinin beşiyidir 1994-cü ildə ölkə həmin sənayenin yenidən dirçəlişinin şahidi oldu. Həmin vaxt imzalanan kontrakt haqlı olaraqƏsrin müqaviləsiadlandırıldı. Altı müxtəlif ölkədən olan 11 şirkət ARDNŞ ilə bir araya gələrək ölkənin enerji sektorunda çıxdığı uzaq yolda yeni mərhələnin başlanğıcını qoydu. Bu yolda Azərbaycanın təbii ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəqli mümkün oldu.  Bakıdan başlanan bu kəmər Gürcüstan ərazisindən keçərək Ceyhana qədər uzanır Bosfor vasitəsilə 1 milyon barel neftin nəql edilməsi zərurətini aradan qaldırır. Dünyanın başqa yerində bu məsafə Hyustondan Çikaqoyadək ya Londondan Madridədək olan məsafə qədərdir. Bu proqram çərçivəsində 2,5 milyard barel neft hasil olunub təxminən 30 milyard dollar dəyərində sərmayə yatırılıb”.

 

Əslində, bu  fikir dövlət  başçımız cənab  İlham Əliyevin  çıxışında  daha  geniş   ətraflı  şəkildə səslənmişdi.  Ulu öndər  Heydər  Əliyevin uzaqgörənliyi,  cəsarəti     müdrikliyi  sayəsində  ərsəyə  gəlmişƏsrin müqaviləsi”nin əhəmiyyətindən  bəhs edərkən  Azərbaycan Prezidenti   xüsusi olaraq  vurğulamışdı ki,  məhz  bundan  sonra  ölkənin inkişafı  üçün  yeni imkanlar  yaranmış, respublikaya  böyük həcmdə  investisiyalar qoyulmuş,  Xəzər  dənizində  tarixdə  ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq  prosesi başlanmışdır. Azərbaycan öz zəngin  neft resurslarını  dünya bazarlarına  çıxarmaq  üçün imkan əldə etmişdir. Azərbaycan  Prezidenti  demişdir: “Ölkəmizin ümumi iqtisadi siyasi inkişafı məhzƏsrin kontraktı"ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir".

 

Dövlət başçısı  müstəqil  Azərbaycan  Respublikası  sənayesinin  inkişafının dönüş nöqtəsi olan  1994-cü il sentyabrın  20-dən — yəni  ulu öndər  Heydər Əliyevin  titanik əməyi sayəsində tarixəƏsrin  müqaviləsikimi  düşmüşHasilatın  pay bölgüsüsazişinin imzalanmasından  sonra  bu  sahədə baş vermiş önəmli  hadisələri  qeyd etmşidir:

 

– 1995-  ildəŞahdəniz  qazına  dair  sazişin  bağlanması.  Əlavə  etmişdir ki,  dünyanın  ən böyük  qaz  yataqlarından olanŞahdəniz”də  qaz  ehtiyatları  bir  trilyon  kubmetrdən çoxdur.  Ümumilikdə isə  Azərbaycanın  təsdiq  edilmiş qaz  ehtiyatları 2,5 trilyon kubmetr,  proqnozlaşdırılan ehtiyatlarımız isə  təqribən 4-5 trilyon  kubmetr  səviyyəsindədir;

 

– 1999-cu  ildə BakıSupsa  neft kəmərinin  çəkilməsi;

 

– 2003-  ildə Bakı  Tbilisi – Ceyhan neft  kəmərinin  təməlinin  qoyulması;

 

– 2007-ci ildən Bakı – Tbilisi – Ərzurum  kəmərinin tikintisi;

 

– 2012-ci ildə  Türkiyə    Azərbaycan  siyasi  rəhbərliyi arasında TANAP layihəsi  Trans-Anadolu kəmərinin  tikintisi barədə  razılığın  əldə olunması;

 

– 2013-cü ildə TAP layihəsi – Trans-Adriatik  kəmərinin  əsas  ixrac  marşrutu  kimi  seçilməsi...

 

Bütün  bu tarixi  hadisələrdən sonraCənubqaz  dəhlizinin  konturları  görünməyə başladı  nəhayət, keçən il  kəmərin  tikintisinin  təməlinin  qoyulması ilə bu  nəhəng  layihənin  reallaşdırılmasına  başlanıldı.

 

Onu da deyək ki, 2013-cü il dekabrın 17-də ARDNŞ ilə bp  şirkəti  arasındaŞahdəniz  layihəsinin ikinci  mərhələsi üzrə  yekun  investisiya  sazişinin imzalanma  mərasimində  çıxış edən Azərbaycan  Prezidenti İlham ƏliyevŞahdə-   niz – 2”,  TANAP TAP  layihələrinin  dünyanın ən iri  layihələrindən olduğunu  söyləyərək, bu  müqaviləni ”XXI əsrin  müqaviləsi" adlandırmışdı. Məhz bu  müqavilə  Azərbaycanla  Türkiyə  arasında  mövcud olan  enerji  siyasətini  daha da  dərinləşdirərək,   əməkdaşlığın  yeni  mərhələsinin  əsasını qoymuşdur...

 

“SOCAR – Türkiyə  şirkətinin baş  icraçı direktoru Kənar Yavuz İstanbul  şəhərindəki  Polat Renaissance” otelinin  iclas  salonunda  bizimlə  görüşərkən  diqqəti  ulu öndər  Heydər Əliyevin  müəllifi olduğu  Azərbaycan neft  strategiyasının  təntənəsi  hesab ediləcək  digər bir hadisəyə  ARDNŞ-in (SOCAR) 2008-ci ildə Türkiyənin  ilk  yeganə neft-kimya  müəssisəsi olan 1965-ci ildən fəaliyyət göstərənPetkimPetrokimya Holdinq”in (Petkim)  özəlləşdirilməsi ilə qardaş ölkədə fəaliyyətinə  başlaması  faktına yönəltdi. SOCAR Türkiyənin “TURKAS  şirkəti ilə birgə Petkimin  səhminin  alaraq “SOCAR — Turkey Enerji A.Ş.”-ni yaratmışdır.

 

Hazırda “SOCAR – Turkiyəneft emalı, neft-kimya, energetika, logistika daşıma inteqrasiyasına əsaslanan sahələrdə bir-birini dəstəkləyən bir enerji şirkətidir. Müştərək şirkətin 87 faizlik hissəsi SOCAR-a məxsusdur.

 

K.Yavuz əlavə etdi ki, bu il avqustun 14-dən etibarən dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” “SOCAR Turkey Enerji A.Ş.”nin 13 faizlik hissəsinə ortaq oldu. “SOCAR

 

Türkiyə” 2021-ci ildə bu 13 faizlik hissəni “Goldman Sachs”ın liderlik edəcəyi bir konsorsium ilə birjada satışa çıxarmağı planlaşdırır.

 

Direktor əlavə etdi ki,  SOCAR –  Turkiyə  2018-ci ildə Türkiyənin ən böyük ikinci, 2023-ci ildə isə ən böyük sənaye şirkəti olmağı qarşıya məqsəd qoyub. O, həmçinin  bildirdi ki, 2008-2018-ci illər ərzində Türkiyə üçün böyük əhəmiyyətli infrastruktur layihəsi olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi daxil olmaqla SOCAR-ın qardaş ölkəyə qoyduğu investisiyaların məbləği 20 milyard dolları keçəcək. “Value-Site” layihəsi çərçivəsində “SOCAR – Turkiyə”nin bu vaxtadək Petkim yarımadasına qoyduğu investisiyaların həcmi 10 milyard dolları ötüb. Hazırda “SOCAR – TurkiyəTürkiyənin ən böyük xarici investorudur SOCAR-ın qardaş ölkədəki investisiya portfeli 20 milyard dollar həcmindədir.

 

(ardı var)

 

Qüdrət PİRİYEV,

Xalq qəzeti.-2015.-3 sentyabr.-S.5.