Təhsil ocaqlarında yeni dərs ili
başlandı
Bakı Ali Neft Məktəbi
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, ARDNŞ-in vitse-prezidentləri və struktur rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda, Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu təhsil ocağının qısa zamanda əldə etdiyi uğur, görülən işlər və perspektivlər haqqında məlumat verib. Bildirib ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbul imtahanlarında bu ali məktəb üzrə minimal bal 659, ümumi orta bal isə 676 olub. Bunun respublika üzrə ən yüksək nəticə olduğunu bildirən Elmar Qasımov ötən illərə nisbətən bütün göstəricilərdə dinamikanın müşahidə olunduğunu qeyd edib. Birinci qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.
Rektor Elmar Qasımov Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin yaradılması haqqında 29 noyabr 2011-ci il tarixli fərmanına toxunaraq, ali məktəbin ölkə başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu qeyd edib. Rektor E.Qasımov ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edilmiş “Neftçilər günü” münasibətilə bütün Azərbaycan neftçilərini ürəkdən təbrik edib və BANM-ın tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qısa müddət ərzində Bakı Ali Neft Məktəbində kadr potensialının formalaşdırılması istiqamətində böyük işlərin görüldüyünü və yüksək nailiyyətlər əldə edildiyini bildirib. Qeyd edib ki, 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbi beynəlxalq şirkətlərlə yeni əməkdaşlıqlara başlayıb, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tətbiqini genişləndirməklə yeni uğurlara imza atıb. Rövnəq Abdullayev 2015-2016-cı tədris ilində də BANM-da aparılan işlərin davam etdiriləcəyinə, fəaliyyətinin daha da genişlənəcəyinə inamını ifadə edib.
TQDK-nın sədri Məleykə Abbaszadə
BANM-ın bir çox göstəricilərə görə
ali məktəblər arasında lider olduğunu diqqətə
çatdırıb. Bildirib
ki, BANM-a qəbul olmuş tələbələrin
topladığı minimal bal 659 olub. Bunun yüksək nailiyyət
olduğunu bildirən M.Abbaszadə tələbələri
dövlətimiz tərəfindən yaradılan əlverişli
şəraitdən bəhrələnməyə
çağırıb.
bp-nin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbi ilə təmsil
etdiyi şirkətin əlaqələrindən söz
açaraq, ikitərəfli əməkdaşlığın
inkişafından məmnunluğunu bildirib. Qordon Birrell
BANM-ın yüksək səviyyəli gənc peşəkar
kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib.
Bildirib ki, BANM bp-nin ən yaxın tərəfdaş ali təhsil
ocağıdır.
Bakı Ali
Neft Məktəbinə 700 bal toplayaraq qəbul olunan tələbələr
və onların valideynləri yüksək səviyyədə
təhsil üçün BANM-da yaradılan şəraitə
görə Prezident İlham Əliyevə təşəkkürlərini
bildiriblər.
Sonra
2015-2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə
qəbul olunmuş tələbələrə tələbə
vəsiqəsi və ARDNŞ tərəfindən hədiyyə
olunan noutbuklar təqdim olunub.
Neft və Sənaye Universiteti
Dünən
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) “Bilik Günü” münasibətilə yüksək
balla bu təhsil ocağına daxil olmuş birinci kurs tələbələri
ilə görüş keçirildi. Görüşdə Azərbaycan
Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt
Yusifzadə və YAP Nəsimi rayon təşkilatının sədri
Məlahət İbrahimqızı iştirak edirdi.
Tədbiri
giriş sözü ilə açan ADNSU rektoru, professor Mustafa
Babanlı bildirdi ki, artıq 11 ildir Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamına əsasən ölkədə
“Bilik Günü” qeyd edilir. Rektor bu münasibətlə
universitetə daxil olmuş bütün tələbələri,
eləcə də professor-müəllim heyətini təbrik
etdi. Onun sözlərinə görə, bu il ADNSU-nun bakalavr səviyyəsinə
1979 nəfər daxil olub, onlardan 116 nəfəri 600-dən
çox bal toplayıb. Bir nəfər universitetə 690 balla
daxil olub. Tələbələrin 1235 nəfəri dövlət
sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
Rektor tələbələrin
nə üçün Neft və Sənaye Universitetini
seçməsi sualına cavab olaraq bildirdi ki, bu ali təhsil
ocağı böyük və şanlı tarixə
malikdir, yüksək elmi-texniki
potensialı var. Ümummilli liderimiz Heydər Əliyev iki il
burada ali təhsil alıb. 30 ilə qədər SSRİ Neft Sənayesinə
və Dövlət Plan Komitəsinə rəhbərlik
etmiş həmyerlimiz Nikolay Baybakov, SSRİ qaz sənayesi
naziri, Sosialist Əməyi Qəhrəmanı Sabit Orucov,
Rusiyanın bir çox rayonlarında neft-qaz yataqlarını
kəşf edən, Sosialist Əməyi Qəhrəmanı Fərman
Salmanov, Hindistan neftinin “atası”
üç dəfə SSRİ Dövlət
Mükafatı laureatı Əyyub Tağıyev, kosmonavt Vitali
Jolobov, Anqolanın Prezidenti Duş Santuş, “Lukoyl” şirkətinin
prezidenti Vahid Ələkbərov, Sovet İttifaqında kosmik
uçuşlar üzrə dövlət komissiyasının sədri
olmuş, general-leytenant, Sosialist Əməyi Qəhrəmanı
Kərim Kərimov və yüzlərlə görkəmli
dövlət və ictimai xadim, alim bu təhsil
ocağının məzunu olub. Eyni zamanda, neft Azərbaycanın
brendidir, tələbələrin ADNSU-nu seçməsinin səbəblərindən
biri də budur.
Sonda
birinci kurs tələbələrinə tələbə vəsiqəsi
və qiymət kitabçaları, 650-dən çox bal
toplayan tələbələrə, eləcə də yüksək
tədris və mənəviyyat göstəricilərinə
malik müəllimlərə qiymətli hədiyyələr təqdim
edildi.
Nəsimi
rayonu
“Bilik
Günü” Nəsimi rayonunun təhsil müəssisələrində
də təntənə və bayram şənlikləri ilə
qeyd olunmuşdur. Əlamətdar günlə bağlı
bütün orta məktəblərdə yeni dərs ilinin ilk
günü rəngarəng və maraqlı tədbirlərlə
qarşılanmışdır.
“Bilik
Günü”nə həsr olunan tədbirlərin bir neçəsində
iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov kollektivləri yeni dərs
ilinin başlanması münasibəti ilə təbrik
etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Rayonun yeni rəhbəri qazanılan uğurlardan
danışaraq bidirmişdir ki, bu il məktəbləri 1532 nəfər
bitirmiş, onlardan 957-si tələbə adını
qazanmışdır. Abituriyentlərdən 200 nəfəri
500-dən yuxarı, 72-si 600-dən, 29-u isə 650-dən
çox bal toplamışdır. Məzunlarından 166-sı
xarici ölkələrin müxtəlif ali məktəblərinə
qəbul olunmuşlar.
Paytaxtın
mərkəzindəki 23 saylı tam orta məktəbdə
keçirilən şənlikdə təhsil
ocağının direktoru Yuliya Kərimova pedaqoji kollektivə
yeni dərs ilində daha böyük uğurlar
arzulamışdır. O, təhsilə olan diqqət və
qayğıya, məktəbdə yaradılan şəraitə
görə cənab Prezidentə öz dərin təşəkkürünü
bildirmişdir. Məktəbin tarixi barədə məlumat verən
direktor qeyd etmişdir ki, əvvəlki
bina 1935-ci ildə tikilmişdi. Prezident İlham Əliyevin sərəncamına
əsasən sökülərək müasir standartlara
uyğun tikilmiş məktəb 2014-cü il avqustun 26-da
ölkə rəhbərinin və xanımı Mehriban
Əliyevanın iştirakı ilə istifadəyə
verilmişdir. Məktəb 2006-cı ildə “Ən
yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin
qalibləri arasında olmuşdur. Burada 1974 şagird təhsil
alır və 126 müəllim çalışır. Məktəb
ingilis dili təmayüllüdür, iki xarici dil tədris
olunur.
Rayondakı
tarixi və ənənələri ilə seçilən 1
saylı orta məktəbdə keçirilən mərasimdə
isə direktor Elida Rzayeva məktəbliləri və müəllimləri
bayram münasibətilə təbrik edərək
bildirmişdir ki, paytaxtın bu qocaman
təhsil ocağı XIX əsrin axırlarından fəaliyyət
göstərir. 1941-1945-ci illərdə burada hərbi hospital
yerləşmişdir. 2012-ci ildə məktəb əsaslı
təmir olunmuş, 2015-ci ildə isə həyətdə yeni
10 sinif otağından və idman zalından ibarət 3 mərtəbəli
korpus inşa olunmuşdur. Buna görə direktor kollektiv adından ölkə
başçısına minnətdarlığını
bildirmişdir.
Texniki
Humanitar Liseydəki tədbirdə
direktor Səidə Zeynalova kollektivə yeni dərs ilində
uğurlar arzulayaraq demişdir ki, ötən mövsümdə məktəb “Ən yaxşı
ümumtəhsil müəssisəsi” adını
qazanmışdır. Bu il 112 məzunun 106-sı ali məktəblərə
qəbul olmuş, onlardan 40 nəfəri 500-dən, 16-sı
600-dən, 5-i isə 650-dən yuxarı bal toplamışlar.
Dövlət Proqramına əsasən, bu il əsaslı təmir
olunan lisey binası sentyabr ayının 10-da Prezident İlham
Əliyevin iştirakı ilə istifadəyə
verilmişdir.
Məktəblərdəki
şənliklər şagirdlərinin
hazırladığı bədii kompozisiya, müasir bal və
milli rəqslər, tədbir
iştirakçılarının alqışları ilə
müşayət olunmuşdur. Bu tədbirlərdə
RİH-nin məsul nümayəndələri, ağsaqqallar,
veteranlar və rayon ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
Nərimanov rayonu
Dünən
bütün ölkə ərazisində olduğu kimi,
paytaxtın Nərimanov rayonunda da yeni tədris ilinin
başlanması və “Bilik Günü” silsilə tədbirlərlə
qeyd edildi.
Rayon ərazisində
yerləşən sağlamlıq imkanları məhdud
uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi
İnternat Məktəbində Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən tədbiri giriş sözü ilə
məktəbin direktoru İradə Vəzirova açdı. O,
tədbir iştirakçılarını salamlayaraq Heydər
Əliyev Fonduna və Nərimanov
Rayon İcra Hakimiyyətinin rəhbərliyinə göstərilən
qayğı və diqqətə görə minnətdarlığını
bildirdi.
Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
çıxış edərək məktəbdə təhsil
alan şagirdləri yeni dərs ilinin başlanması
münasibətilə təbrik etdi, onlara ən xoş
arzularını çatdırdı. A.Fərzəliyev
ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə təhsilin
inkişafı istiqamətində apardığı
köklü islahatları diqqətə çatdırdı,
müasir tələblər səviyyəsində və
yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin
inşasından, uşaqlara, gənc nəslə dövlət
tərəfindən göstərilən qayğıdan
söhbət açdı. Natiq ulu öndərin layiqli
davamçısı, ölkə Prezidenti İlham Əliyevin və
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
müəyyən fiziki məhdudiyyətləri olan
uşaqları daim diqqət mərkəzində
saxladığını xüsusilə vurğuladı.
Daha sonra
Milli Məclisin deputatı Adil Əliyev və digər
çıxış edənlər Azərbaycanda təhsil
sisteminin inkişafına, eyni zamanda, şagirdlərə
göstərdikləri qayğıya, onların yüksək səviyyəli
təhsillə əhatə olunması naminə sərf etdikləri
əməyə görə dövlətimizin
başçısı İlham Əliyevə və Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə
də Nərimanov Rayon İcra Hakimiyyətinə və tədbirin
təşkilində əməyi olan hər kəsə təşəkkürlərini
bildirdilər, fiziki məhdudiyyətləri olan uşaqlar
üçün yaradılan şəraitdən məmnunluqlarını
ifadə etdilər.
Sonda
internat məktəbinin şagirdlərinə Heydər
Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri
və dərs ləvazimatları təqdim edildi.
Yeni tədris
ilinin ilk günündə Nərimanov rayonunda yerləşən
Bakı Modern Məktəbinin müasir tədris korpusu da istifadəyə
verildi. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, məktəbin müəllim-şagird
kollektivləri və valideynlər iştirak edirdilər.
Rayon icra
hakimiyyəti başçısının birinci müavini
Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının
sədri Təmraz Tağıyev və başqaları son illər
dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda
təhsil sisteminin inkişafına, həmçinin şagirdlərə
göstərilən qayğıdan söhbət
açdılar.
Xatırladaq
ki, 2012-2013-cü tədris ilində fəaliyyətə
başlayan sözügedən təhsil
ocağında Azərbaycan, rus və ingilis dillərində həyata
keçirililən tədris proqramı ibtidai, ümumi orta və
tam orta təhsil səviyyələri əsasında qurulub. Məktəbdə
tədris planı və proqramları dövlət
standartları və beynəlxalq təhsil proqramları əsasında
tərtib olunur. Yeri gəlmişkən,
Nərimanov rayonu son illər təhsil sahəsində
qazandığı uğurlarla diqqəti cəlb edir.
2014-2015-ci tədris ilində rayon üzrə orta məktəbləri
bitirənlərin sayı 1698 nəfər təşkil edib. Təhsildə
fərqlənən 5 nəfər şagird məktəbi
qızıl medalla bitirib. 2015-2016-cı tədris ili
üçün keçirilmiş qəbul imtahanlarında 600
baldan yuxarı toplayan məzunların sayı 90 nəfər təşkil
edib ki, onlardan da 30 nəfərin göstərdiyi nəticə
650 baldan yuxarı olub.
Suraxanı rayonu.
“Bilik
Günü” münasibəti ilə Suraxanı ərazisində
yerləşən bütün təhsil müəssisələrində
tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən
biri də rayonun Bülbülə qəsəbəsindəki
327 nömrəli tam orta məktəbdə
keçirilmişdir. Rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasovun iştirak etdiyi mərasimi
giriş sözü ilə açan məktəbin direktoru Fəridə
Şərifova qonaqları salamlamış və bildirmişdir
ki, adı çəkilən tədris müəssisəsinin
kollektivi yeni tədris ilinə tam hazırdır.
Tədbirdə
çıxış edən başçı İlqar Abbasov
demişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan
Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Son 12 ildə
respublikamızın ictimai-siyasi
həyatının bütün sahələrində olduğu
kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər,
uğurlar əldə olunmuşdur. Ötən müddətdə
yaradılmış baza ölkə təhsilinin
inkişafına uzun müddət xidmət edəcəkdir.
Rayon rəhbəri
qeyd etmişdir ki, 2015-2016-cı dərs ilinə ciddi
uğurlarla başlayan Azərbaycan
təhsili üçün ötən tədris ili bir sıra
mühüm hadisələr, islahatyönümlü tədbirlərlə
əlamətdar olmuşdur. Təhsil islahatlarının daha da
dərinləşdirilməsi, təhsilin keyfiyyətinin
yüksəldilməsi istiqamətində son illər
başlanan işlər daha qətiyyətlə davam
etdirilmiş, bir sıra yeni layihələrə start
verilmiş, təhsil sistemimizin dünya təhsil məkanına
daha sıx inteqrasiyası yönündə uğurlu addımlar
atılmışdır. Prezident İlham Əliyevin 16
yanvar 2015-ci il tarixli sərəncamı
ilə dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik
dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə
maaşı orta hesabla 2 dəfə
artırılmışdır. Eyni zamanda, möhtərəm
dövlət başçımızın 19 yanvar 2015-ci il tarixli sərəncamı
ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət
Planı"nın təsdiq
olunması da təhsilin inkişafını sürətləndirmişdir.
Ölkənin
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilmiş Dövlət proqramları,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən
Azərbaycana yeni məktəb”
Proqramı və digər
irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin
icrasına, tədris müəssisələrinin maddi-texniki
bazasının möhkəmlənməsinə yönəldilmişdir.
İlqar
Abbasov tədbir iştirakçılarının diqqətinə
bir daha çatdırmışdır ki, qəbul olunmuş
müxtəlif Dövlət
proqramlarının icrası nəticəsində Suraxanı
rayonunda 2003-2014-cü illər ərzində 5930 şagird
yerlik 8 məktəb binası, şagird
sıxlığını aradan qaldırmaq məqsədi ilə
20 məktəb üçün 7780 şagird yerlik əlavə
tədris korpusu tikilmiş, 14580 şagird yerlik 21 məktəb
binası əsaslı təmir olunmuşdur.
2014-2015-ci
tədris ilində rayon ərazisində yerləşən 34
tam orta məktəbi və Xarici Dillər Təmayüllü
gimnaziyanı 1976 şagird bitirmiş, onlardan 1690 nəfəri
ali məktəblərə qəbul olunmaq üçün sənəd
vermişdir. Sənəd verənlərdən 1071 nəfəri
tələbə adını qazanmışdır. Bu da sənəd
verən məzunların 63,3 faizini təşkil edir.
Abituriyentlərdən 68 nəfəri 600-dən yuxarı bal
toplamışdır. 650-dən çox bal toplayan məzunların
sayı isə 24 nəfərdir.
İlqar
Abbasov əldə olunan uğurlara görə rayonun
bütün təhsil işçilərini təbrik
etmiş və
qarşıdakı tədris ilində onlara uğurlar
arzulamışdır.
Tədbirdə
çıxış edənlər göstərilən diqqət
və qayğıya görə dövlət
başçısına öz minnətdarlıqlarını
bildirmişlər. Sonra ilk zəng şagirdləri dərsə
səsləmişdir.
“İdrak” liseyi
Mütərəqqi
təhsil ənənələri ilə digər təhsil
müəssisələrindən fərqlənən “İdrak”
liseyi çoxsaylı valideyinlərin xahişi ilə artıq
bir ildir ki, Bakı şəhərində fəaliyyətə
başlayıb. Bu gün elektron-məktəb proqramı ilə
işləyən “İdrak” liseyi ölkədə ən
müasir təlim bazasına-müasir məktəb
binasına, ən müasir avadanlıqlarla təchiz olunmuş
sinif və laboratoriyalara, lazımi sosial fəaliyyət məkanına
sahibdir. Pedaqoji kadrları peşəkar müəllim və tərbiyəçilərdən
ibarət olan məktəbdə şagirdlərə yüksək
səviyyədə təlim və tərbiyə verilir,
şagirdlər üçün tələb olunan hər
cür məişət, ictimai, mədəni, kommunal xidmətlərlə
təmin olunurlar.
Dünən
liseydə yeni dərs ilinin başlanması münasibətilə
təntənəli mərasim keçirildi. Mərasimin
aparıcıları məktəbin şagirdləri idi. İlkin olaraq məktəbin direktoru, pedaqoji elmlər
doktoru, professor Mönsüm Alışov şagirdləri və valideynləri
yeni dərs ili münasibətilə təbrik etdi. Bildirdi ki,
artıq liseyin fəaliyyətə başlamasının bir
ili tamam oldu. Nəticələrimiz
sevindiricidir. Bizim məqsədimiz şagirdlərə
yüksək keyfiyyətli təhsil verərək, onların
respublikamızın və dünyanın istənilən
ölkəsində universitetlərə daxil olmalarını təmin
etməkdir. Yeniliyi yaratmaq
çətin olsa da, biz bu işin öhdəsindən gəldik.
Artıq məktəbimizə maraq
xeyli artmışdır. Bunu
bu il birinci sinfə qəbulda
olan artım da sübut edir. Mən ilk
növbədə Azərbaycanda
özəl təhsilin inkişafına xüsusi
diqqət və qayğı göstərən cənab
Prezident İlham Əliyevə təşəkkür
edirəm. Doğrudan da, son illər Azərbaycan təhsil sistemində davamlı islahat
aparılır və bu da öz
müsbət nəticəsini göstərir.
Bizim çox təcrübəli, səriştəli
pedaqoji kollektivimiz var.
Çalışırıq ki, müasir tələblərə
cavab verən təhsil ocağı yaradaq və buna mütləq nail
olacağıq.
Sonra
söz tədbirə valideyn kimi qoşulan, təhsil eksperti,
professor Şahlar Əsgərova
verildi. Şahlar müəllim
bu liseyi seçərkən onun təcrübəli pedaqoji
kollektivinin olduğunu nəzərə
aldığını bildirdi. Məktəbin direktorunun
istedadlı alim, təcrübəli pedaqoq olduğunu
da xüsusi olaraq vurğuladı və dedi ki, bu məktəbdə təhsil
alan şagirdlər ali məktəblərə
heç bir çətinlik
çəkmədən daxil olacaqlar.
Tədbirdə
birinci sinfə gələn uşaqlar şeirlər söylədilər,
mahnılar oxudular. Liseydə təhsil
üç dildə aparıldığından uşaqlar həm Azərbaycan, həm
ingilis, həm də rus dilində mahnılar
oxudular. Mərasimdə London
“Yay məktəbi”ndə təhsil alan uşaqlar da danışdılar. Onlar belə məktəblərdə
iştirakın uşaqların
dünyagörüşünə müsbət təsirni xüsusi olaraq qeyd etdilər.
Müğənni Elton Hüseynəliyevin oxuduğu
mahnılar da tədbirə xüsusi bir ovqat gətirdi.
Budur,
ilk zəngin sədaları ətrafı
bürüyür. Əvvəlcə, məktəbə birincilər
daxil olurlar. Sonra isə digər siniflərin şagirdləri yeni dərs
ilinə başlamaq üçün
dərs otaqlarına keçirlər. Beləliklə,
liseydə ilk dərs günü başlayır. Yeni dərs
iliniz mübarək!
Lənkəran
Ölkəmizin
hər yerində olduğu kimi, Lənkəranda da yeni dərs
ilinin başlanması yeni məktəblərin istifadəyə
verilməsi ilə əlamətdar olub. Sentyabrın 15-də
rayon ictimaiyyətinin nümayəndələri 180 yerlik Darquba kənd tam orta məktəbinin
açılış mərasimində iştirak ediblər.
Qeyd edək
ki, Lənkəran təhsilinin uğurları
böyükdür. Yeni dərs
ili ərəfəsində 330 adda 82323 ədəd dərslik,
197 adda 7350 ədəd bədii ədəbiyyat nümunəsi gətirilərək
Lənkəranın mıktəblərinə
çatdırılıb. Keçən dərs ilinin nəticələrinə
görə, 910 nəfər lənkəranlı məzun ali məktəblərə
sənəd verib və 436 məzun
tələbə adını qazanıb. Onlardan 51 nəfəri
500-dən, 25 nəfəri isə 600-dən yuxarı bal
toplayıb.
Yeni məktəbin
direktoru Mayis Kazımov tədbiri açaraq kəndin sosial
problemlərinin həllinin, təhsilin inkişafının
daim rayon rəhbərliyinin diqqətində olduğunu
vurğuladı və yeni tədris ocağının tikilib
istifadəyə verilməsinə görə kollektiv
adından dərin minnətdarlıq duyğularını ifadə
elədi.
Darquba kəndinin
ağsaqqalı, kənd təsərrüfatı elmləri
namizədi Əbülfəz Ağayev son illərdə
yolların asfaltlanması, təbii qaz çəkilişi,
sosial obyektlərin inşası
kimi məsələlərin
reallaşdırılmasından razılığını
bildirdi. Kənddə üçmərtəbəli,
yaraşıqlı məktəb binasınn inşasını
ölkəmizin iqtisadi qüdrətinin daha bir təzahürü
kimi dəyərləndirdi.
Müəllim
Lətifə Cavadova, şagirdlərdən İlahə Həsənli
və Mətanət Xosrovzadə ürək sözlərini
söylədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbir iştirakçılarını “Bilik Günü” və yeni məktəbin açılışı münasibətilə təbrik edərək hər kəsə uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladan natiq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev milli təhsilimizi forma və məzmunca yeni mərhələyə çıxarmışdır və dövlətimizin tərəqqi yolunu məhz elm və təhsilin inkişafında görür. Təsadüfi deyil ki, istər dövlət tərəfindən, istərsə də Heydər Əliyev Fondunun təşəbbüsləri ilə yeni əsrdə ölkəmizdə minlərlə yeni məktəb tikilmişdir. Elə bu gün istifadəyə verilən Darquba kənd tam orta məktəbi son bir ildə qapılarını şagirdlərin üzünə açan 12-ci yeni və müasir təhsil müəssisəsidir. Qarşıdakı dövrdə Lənkəranda daha bir neçə məktəbin tikintisi nəzərdə tutulub. Artıq binaların layihələri hazırlanıb.
Rəmzi qırmızı lent kəsildi və qonaqlar yeni məktəblə yaxından tanış oldular. ŞİH başçısı Taleh Qaraşov ilk dəfə parta arxasında oturan birincilərlə görüşərək onları təbrik etdi. Sonra müəllimlər otağına, informatika kabinetinə, kimya və fizika laboratoriyalarına, akt zalına, idman salonuna baxış keçirildi. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş yeni, müasir məktəbdə yaradılan şərait hamı tərəfindən bəyənildi.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 16 sentyabr.-S.11.