Milli birliyimiz ümumi
uğurlarımızın möhkəm təməlidir
Ömrümüzün daha bir ili tarixə qovuşdu. Təbii bir duyğu ilə hər ilqovuşanda həm dönüb geri baxırıq, həm də irəli boylanırıq. Bu məqam bizim üçün çox mənalı və əzizdir. Bir vaxtlar biz ilin sonunda məhkum olduğumuz tarixi aqibət çevrəsində düşünüb-daşınırdıqsa, artıq xalqımızın müstəqil dövlətini yaratmış 10 milyonluq kəsimi illərin hesabatını öz taleyinin sahibi kimi aparır.
Ən yeni tariximiz kimi dəyərləndirilən müstəqillik
illərində sərhədlərimizin dirəndiyi dövlətlərdə
və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mənəvi
birliyi ideyası ürəklərdə
özünə dərin kök
salmışdır. Müstəqil Azərbaycan dövlətinin mövcudluğuna söykənən,
insanlıq haqlarımıza qovuşmağı hədəfə
alan bu milli
birlik və həmrəylik idealı
neçə illərdir ki, 50 milyonluq xalqımızı eyni
amal, ortaq duyğu- düşüncələrlə bir araya gətirməkdədir.
Bu
müqəddəs məramın bəyan edildiyi
31 dekabr günü
illəri ayırıb- birləşdirdiyi kimi,
hər ilin sonunda tarixin amansız hökmü
ilə bir- bindən ayrı düşmüş bacı-
qardaşlarımızı da ruhən bir məcraya alır, qovuşdurur.
25 ildən
bəridir ki, 50 milyonluq
xalqımızı bitən ilin son günündə və başlayan
ilin astanasında nəhəng bir bayram süfrəsi arxasına
yığan, hamımızı arzu-istəklərdə
ortaqlaşdıran 31 dekabr adlı
ayrıca milli günümüz
var.
Dövlət müstəqilliyimiz və milli
həmrəylik idealının gerçəkləşməsi
tarixin son çərəyində
Ulu Tanrının xalqımıza ən böyük lütfü–hədiyyəsidir.
Soydaşlarımızın hamısının bir yerdə qeyd etdiyi, millətimizin şan-şərəfini ucaldan bu bayram
hər il bizi bir az da
ucaldır, bir-birimizə daha da yaxınlaşdırır. Yeni
məfkurəvi mənası və yükü
əvvəllər bizə xeyli dərəcədə
yabançı görünən Qərb təqvimindəki illərin
qovuşması məqamını xalqımız üçün tamamilə
doğmalaşdırıb.
Ötən illərdə
31 dekabrda səsləndirdiyimiz arzuların
bir çoxu artıq
gerçəyə çevrilib. Elə
istəklərimiz var ki,
onların çin olmasına zaman lazımdır. Sevindirici
haldır ki, xalqımızın ən böyük tarixi uğuru olan dövlət
müstəqilliyimiz ildən-ilə möhkəmlənir.
İqtisadiyyatımız yüksəlir, büdcəmiz
artır. Sosial problemlərimiz azalır.
Çoxəsrlik mədəniyyətimiz yeni
yüksəlişini yaşayır. Azərbaycanda əhalinin
güzəranı davamlı olaraq yüksəlir. Millətimizin sayı hər yerdə
durmadan çoxalır.
Xalqımızın milli-etnik kimliyinin ifadəsi olan ana dilimiz saflaşır, dinimizə
sayğımız artır, imanımız kamilləşir.
Bütün bunlar bir yerdə durub- dayanmamaq, daha layiqli mərtəbəyə yüksəlmək
üçün bizdə yeni
arzu- istəklərə qol-qanad
verir. Mən yeni ildə
soydaşlarımızda milli kimliyin təsdiqi üçün
zəruri olan həqiqi qardaşlıq
duyğularının daha da
yüksəlməsini arzu edirəm. Mənim
həmişə belə bir əqidəm olub ki,
soydaşlarımın yaxşısı da
— pisi də, dahisi də
— məğmunu da, qəhrəmanı da — qorxağı da qardaşım,
bacımdır. Biz bir-birimizə məhz
belə nəzərlərlə baxsaq, əyər-
əskiklərimiz daha tez
islah olunar, ümumi tərəqqimiz artar.
Hamı bir amala
sarılsa, heç kəs kiməsə yük olmaz, quruculuq işləri misilsiz
həddə çatar. Ümumi
axından kənarda qalan, axarın əleyhinə
üzən isə özünü də pis hala salır,
xalqının qüvvəsini- qüdrətini də
azaldır.
Bu əziz millət bayramının qayəsi
odur ki, harada olsaq da
millətimizin doğru-düzgün yoluna bağlı olaq,
çəkici zindana bir vuraq. Birimizin sevincini gərək hamının şadlığı
kimi qeyd edək,
hansısa soydaşımızın kədərinə
hamımız şərik çıxaq. Ümummilli
lider Heydər Əliyev bizi
həmişə belə bir uca amalı gerçəkləşdirməyə
çağırırdı. Ulu öndərin
ideya və əməllərini böyük məharətlə davam etdirən Prezident İlham Əliyev isə həyata keçirdiyi
möhtəşəm işlərlə xalqımızın birliyini, artan gücünü təcəssüm etdirir. Bu yol
xalqımızı tarix boyu
arzuladığı günlərə qovuşdurur.
Uğurlarımız artdıqca məşəqqətli
keçmişimizlə bağlı nisgilimiz
də azalır.
İllərin
qovuşuğunda,
duyğularımızın ortaqlaşdığı bir gündə düşüncələrimi
soydaşlarımla bölüşməklə,
xalqımızın tarixi uğurlarına
söykənən ümidlərimi, sabaha
inamımı, ümumi nikbinliyimi
də izhar etmək istəyirəm.
İnanıram ki, qarşıdan gələn illərdə millətlər, dövlətlər
yarışmasında dünya Azərbaycanın
daha böyük
uğurlarının şahidi olacaq. Kəm- kəsir işlərimiz ümumi səylərimizlə yoluna
qoyulacaq. Ermənilərin özlərinə
və bizə yaratdıqları bəla – Dağlıq Qarabağ davası da
xalqımızın xoş məramı,
dünyanın nicatı üçün
məsul olan qüvvələrin köməyi
ilə sona yetəcək.
Bu əziz gündə bütün
soydaşlarıma, ayrılığın
acılığını yaşamış bir
söz adamı olaraq,
doğma-yaxınları ilə bir yerdə
olmağı, xalqımıza isə getdikcə önəmi artan milli birlik
və həmrəylik arzulayıram. Qoy yeni ildə hər bir azərbaycanlı
cansağlığının, könülxoşluğunun
şirinliyini axıracan dadsın. Hər birimizin xoş
sorağını eşidib taledən məmnun
qalaq. Qoy hər birimizin fərdi və ailə səadətini
xalqımızın ümumi
firavanlığı tamamlasın!
Söhrab
TAHİR,
Xalq
şairi,
Prezidentin
fərdi təqaüdçüsü
Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.5.