İndi dünyanın gözü
bizdədir
Dünyada, bəlkə də, ikinci bir xalq yoxdur ki, Yeni ili həm də milli həmrəylik bayramı kimi qeyd etsin. Milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda mübarizə alovlarında Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasından 25 il əvvəl eyni adlı məfkurə günü, millət bayramı doğulmuşdur. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ən yeni tariximizdə müstəqil dövlətimizin əziz bayramlarından biri olmaqla yanaşı, həm də qonşu dövlərlərdə və dünyanın yaxın- uzaq ölkələrində yaşayan soydaşlarımızı Vətənə, Azərbaycan idealına qovuşduran mənəvi bağlantıdır.
Bu ikiqat bayram günündə xalqımızın ən
uğurlu işləri, ən gözəl
diləkləri, ən şirin
duyğuları yada düşür,
göz önünə gəlir. Artıq
23 ildir ki,
xalqımız müstəqil dövlətini qurur-
möhkəmləndirir. Bu müddətdə ümummilli lider Heydər Əliyevin yaratdığı
möhkəm əsaslar üzərində Azərbaycan başqa dövlərlərin bir
neçə əsrdə keçdiyi yolu çox böyük sürətlə aşıb dünya birliyində layiqli
yerini tutub, Qafqaz regionunun lider ölkəsinə çevrilib.
Son 11 ildə
ulu öndərin ən layiqli
davamçısı Prezident İlham Əliyevin yeritdiyi
yeniləşmə və tərəqqi xətti, dünya inkişafına fəal qoşulma siyasəti Azərbaycanı MDB məkanının
öndə gedən ölkəsi səviyyəsinə çatdırmışdır.
Son illərdə bir sıra Şərq
ölkələrini qanlı münaqişələr xarabazara çevirsə də, Qərb dövlətlərini
maliyyə- iqtisadi böhranlar
ciddi sınaqlara çəksə də,
bizdəki hərtərəfli sabitlik,
üstəlik, miqyaslı inkişaf və yüksələn rifah dünyanı heyran qoyur. Azərbaycan
müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin
üzvi qovuşduğu,
dünyaya və tərəqqiyə
açıq, bəşəri ideallara sadiq nadir geosiyasi,
etnomədəni məkan kimi də dünyada diqqət mərkəzindədir. Zəmanəmizdə
Azərbaycan xarici aləmin gündəmdə
olan ideyalarını cəzb edən, qovuşduran, zənginləşdirib
dünyanın özünə qaytaran multikultural məmləkət timsalıdır.
İndi, necə deyərlər,
dünyanın gözü bizdədir.
Çoxəsrlik zəngin
mədəniyyətimiz də xalqımızı
dünyanın yetkin, sivil,
xoşməramlı toplumu kimi
tanıdır və sevdirir. Tarixi keçmişinin nadir və
kamil nümunələrindən
Qobustanın daş yaddaşı, İcərişəhərin
bənzərsiz memarlıq kompleksi, ünlü muğam və saz sənətimiz
son illərdə bəşəri səciyyəsi
ilə dünyada çox
yüksək dəyərləndirilmiş, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın
səyləri ilə Dünya Mədəni
İrsi siyahısına daxil
edilmişdir. Xarici ölkələrdə
vaxtaşırı geniş sərgilənən
incəsənət nümunələrimiz, ölkəmizdə
düzənlənən davamlı beynəlxalq mədəniyyət
məclisləri, genişlənən turizm
şəbəkəsi dostlarımızı durmadan
artırır, düşmənlərimizin yalan
və böhtanlarını puç
edir, məkrli niyyətlərini gözlərində
qoyur.
Yola saldığımız 2014-cü il
bu möhtəşəm tarixi
uğurlarımızın zirvəsi olmaqla
yanası, həm də yeni yüksəliş
perspektivləri açan zaman
kəsiyi oldu. Üzümüzə gələn
yeni ildə siyasi- mədəni,
sosial-iqtisadi uğurlarımızın artan templə davam edəcəyi
heç
kəsdə şübhə doğurmur. Artıq dünya ilə ayaqlaşa bilmək imkanlarımızın
mötəbər təsdiqi kimi ciddi hazırlıq gördüyümüz,
2015-ci ilin mayında Bakıda keçiriləcək
Avropa Oyunları beynəlxalq aləmin diqqətini
iri miqyasda ölkəmizə
yönəldəcək, həm də uğurlarımızın
təntənəli nümayişinə çevriləcək.
Heydər Əliyev Fondunun himayəsi ilə keçiriləcək
yeni beynəlxalq muğam
festivalı və növbəti muğam
telemüsabiqəsi milli musiqimizin
inkişafına dövlət qayğısının yeni səhifəsi olacaq. Neçə-neçə belə məzmunlu mədəni
layihənin gerçəkləşdirilməsi Azərbaycanın
dünya şöhrətini yüksəldəcək.
İnanırıq ki, sosial-iqtisadi
uğurlarımızın yaratdığı üstün
imkanlarla növbəti ildə də sənət
sahələrinin uğurları artacaq, dəyərli
sənətkarlarımızın xalqımıza xidməti
yeni məzmun və formalarla
zənginləşəcək.
Azərbaycan
Prezidenti İlham
Əliyevin yeritdiyi məqsədyönlü
müdrik siyasət yerdə qalan problemlərimizin həllini sürətləndirdiyi
kimi, ən ağrılı bəlamız
olan Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli üçün
də möhkəm əsaslar yaradır, itirilmiş
torpaqlarımızın geri qaytarılmsını
yaxınlaşdırır. Hər birimiz bilməliyik ki,
ölkəmizdə hökm sürən sabitlik, gündən- günə artan iqtisadi-hərbi qüdrətimiz, möhkəmlənən milli birlik və həmrəyliyimiz, dünyada
yüksələn nüfuzumuz düşmənlərlə
mübarizədə qələbəmizi təmin edən yetərli
güc deməkdir. Buna
görə də hansı sahədə
çalışmağımızdan asılı olmayaraq, hər birimiz yeni ildə də möhtərəm rəhbərimiz
İlham Əliyevin həyata keçirdiyi kursun növbəti
uğurlarına dəstəyimizi artırmalıyıq.
Sonda xalqımızı, dünyada
yaşayan bütün
soydaşlarımızı milli həmrəylik
bayramımız və ömrümüzdə yeni
səhifə açan Yeni
ilin gəlişi münasibətilə
ürəkdən təbrik edirəm. Həmişə
xalqımıza və onun misilsiz
müsiqi irsinə sevgi
ilə dilləndirdiyim, məni şan-
şöhrətə çatdırmış Ulu
Tarımızın şirin sədaları
ilə ata- analarımıza, qardaş- bacılarımıza xoş arzularımı ünvanlayıram. Qoy Yeni il
ölkəmizə daha böyük
quruculuq əzmi, yüksək rifah, soydaşlarımızın hər birinə
xoş günlər gətirsin!
Ramiz
QULİYEV,
Xalq artisti, Dövlət mükafatı laureatı,
professor
Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.5.