Prezident İlham
ƏLİYEV:
Azərbaycan idmançıları tarixdə heç
vaxt
bu qədər qələbələr
qazanmamışlar
Bu artıq xoş bir ənənəyə çevrilmişdir. Hər ilin finişində, dekabrın üçüncü ongünlüyündə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin iştirakı ilə MOK-da başa çatmaqda olan ilə yekun vurulur, il ərzində fərqlənən idmançılara və onların məşqçilərinə, idman mütəxəssisləri və veteranlarına mükafatlar təqdim olunur. Bu mənada 2014-cü il də istisna deyil.
Tarixdə
ilk dəfə keçiriləcək və
təşkili hüququnun Azərbaycan
paytaxtı Bakıya etibar edildiyi
Avropa Oyunlarına hazırlıqda həlledici
il olan və bu istiqamətdə çox
böyük işlərin həyata keçirildiyi 2014-cü ildə
idmanımızın ən yaxşı nümayəndələri
beynəlxalq meydanda
qazandıqları 805 medal, o
cümlədən 275 qızıl mükafatla
ölkəmizin şöhrətini daha da artırmış, idman
tariximizə yeni-yeni parlaq
səhifələr yazmış, Azərbaycanın artıq çoxdan qüdrətli bir
idman dövlətinə çevrildiyini
bir daha inamla təsdiq etmişlər.
Prezident İlham Əliyev
dekabrın 22-də Milli Olimpiya
Komitəsində idman ictimaiyyətinin
nümayəndələri ilə görüş
zamanı öz
çıxışında bu barədə
belə demişdir: “Azərbaycan
idmançıları tarixdə heç vaxt bu qədər qələbələr
qazanmamışlar. Ancaq müstəqillik
dövründə, Azərbaycan xalqının öz
taleyini öz əlində
saxladığı dövrdə biz buna nail ola
bilmişik. Əminəm ki,
biz bundan sonra da ardıcıllıqla
bu uğurlara imza atacağıq. Gənc
idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə
bu uğurları təkrarlayacaqlar”.
Bunun məhz belə olacağına şübhə ola bilməz. Çünki
ökəmizdə idmanın inkişafı dövlətin
gündəlik və hərtərəfli qayğısı ilə
əhatə olunmuş, dünya
və Avropa çempionatlarında, Olimpiya oyunlarında və digər mötəbər
beynəlxalq turnirlərdə uğurlu
çıxışlar üçün
hər cür
şərait yaradılmışdır. Son 10-12 il
ərzində respublikamızda 41 Olimpiya İdman Kompleksi tikilib gənclərin ixtiyarına verilmişdir. Özü də
təkcə paytaxt Bakıda deyil, ölkənin, demək olar,
bütün bölgələrində. Bu rəqəmə bir çox ölkələr həsəd apara bilərlər. Qısa müddət
ərzində bu qədər, üstəlik
də, bir-birindən yaraşıqlı idman
qurğularını istifadəyə vermək hər ölkənin
işi deyil.
Həyatın
bütün sahələrində sürətli
inkişafı sayəsində gündən-günə
çiçəklənən və daha da möhkəmlənən Azərbaycan
Respublikasının dünya
idmançılarının ən ali məclisi
olan Yay Olimpiya Oyunlarında uğurlu
çıxışları, Olimpiadadan Olimpiadaya daha çox medal qazanması idmanımıza dövlətin
daimi qayğısının ən parlaq göstəricisidir. Son beş
Olimpiya oyunlarında - Atlanta
(ABŞ), Sidney (Avstraliya),
Afina (Yunanıstan), Pekin
(Çin Xalq
Respublikası) və Londonun (İngiltərə)
idman meydanlarında Azərbaycan təmsilçiləri
üst-üstə 26 dəfə fəxri kürsüyə dəvət
olunmuşlar, sərbəst güləş
ustası Namiq Abdullayev,
stend atıcısı Zemfira
Meftəhəddinova, yunan - Roma üsulu
ilə güləşən Fərid Mansurov,
cüdoçu Elnur Məmmədli,
digər sərbəst güləşənlər Toğrul Əsgərov və Şərif
Şərifov isə bu gün
Olimpiya oyunlarının çempionu
adı daşımaları ilə haqlı olaraq
fəxr edə bilərlər.
Ustaların
yaxın ehtiyat qüvvəsi olan və qarşıdakı yarışlarda
onları layiqincə əvəz etməyə hazırlaşan
gənc idmançıların ümidlərimizi
doğruldacağına da inam
böyükdür. İdman
ictimaiyyətimizdə, bütün
xalqımızda bu inamı yenicə
finişə çatan ildə təmsilçilərimizin
Çində keçirilmiş Yeniyetmələrin II Yay
Olimpiya Oyunlarında tarixi
nailiyyəti yaratmışdır. Həmin Olimpiadada Azərbaycan yığma
komandasının 204 ölkə arasında fəxri onuncu yeri tutması çox şeydən, ilk
növbədə isə gənclərin müntəzəm
hazırlığının düzgün
istiqamətdə aparılmasından, istisnasız olaraq bütün idman təşkilatlarımızın birgə
səylə həyata keçirdikləri böyük
işlərdən xəbər verir.
Dövlətimizin
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti
cənab İlham Əliyev 2014-cü ilin idman yekunlarına həsr
olunan mərasimdə gənclərin
uğurlarını yüksək qiymətləndirmişdir:
“Gənc, peşəkar idmançılar bizim
fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.
Azərbaycan idman dövləti kimi artıq özünü
təsdiq edib. Bunu beynəlxalq
idman qurumları da qeyd edirlər. Noyabr
ayında Bakıda Avropa Olimpiya
Komitəsinin Baş Assambleyasında Azərbaycanın
uğurlu inkişafı, o
cümlədən idmanımızın inkişafı ilə
bağlı çox dəyərli fikirlər
səsləndirilmişdir. Bu Assambleyada 300-dən çox
qonaq iştirak etmişdir. Avropanın bütün
yerlərindən gələn qonaqlar şəhərimizlə,
idman nailiyyətlərimizlə
tanış oldular. Həm Avropa
Olimpiya Komitəsinin prezidenti,
eyni zamanda, bu tədbirdə iştirak
edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın bu
sahədəki uğurlarını qeyd
etmişlər”.
Gənclər
beynəlxalq standartlara tam
cavab verən idman
bazalarında, ideal şəraitdə yorulmadan təcrübəli məşqçilərin
rəhbərliyi altında seçdikləri idman
növlərinin incəliklərinə daha
dərindən bələd olur,
ustalıqlarını artırır, qələbə və medallara sevinirlər. Bu uğurlara aparan
yol asan olmasa da, onlar
gündəlik və gərgin məşqlərdə qüvvələrinə
heyfsilənmir, hər dəfə məşğələlərdə
böyük iş həcmini
yerinə yetirir və bundan
böyük zövq
alırlar. Çünki yaxşı
bilirlər ki, böyük
qələbələrin təməli müntəzəm
və məqsədyönlü məşğələlərdə
qoyulur. Belə məşğələlər
müasir bazalarda, əzəməti
ilə hamını valeh edən Milli Gimnastika Arenası,
Heydər Əliyev adına İdman—Konsert Kompleksi kimi yaraşıqlı idman
saraylarında keçiriləndə isə daha
böyük həvəslə məşğul
olur, daha yüksək
zirvələr fəth etmək arzusu ilə
yaşayırlar.
Azərbaycan
idmanının növbəti zəfər ili
kimi yadda qalacaq 2014-cü ildə təmsilçilərimizin
bir çoxu əsl
sınaq və şöhrət meydanı hesab
edilən beynəlxalq yarışlarda ölkə
idmanının durmadan artan
gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Onların qazandıqları nailiyyətlər
Azərbaycanda idmanın inkişafına gündəlik
qayğının bəhrəsidir.
Sərbəst
üsulla güləşən Hacı
Əliyevin Avropa və dünya
çempionu adını qazanması,
qadın güləşi üzrə milli
komandamızın lideri Mariya
Stadnikin Avropa
çempionatında fəxri kürsünün
zirvəsinə yüksəlməsi, dünya
çempionatında bürünc
mükafatçı olması, Xetaq Qazyumovun sərbəst güləşdə, Rəsul
Çunayevin yunan-Roma
güləşində dünya və Avropa çempionatlarının
mükafatçıları sırasında yer
tutmaları, qadın boksçu Yelena Vıstropovanın Avropa
çempionatından qızıl, dünyanın ən güclü rinq
ustalarının mübarizəsindən isə bürünc medalla
qayıtması, kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədovun inamlı qələbələri,
Marina Durundanın adının planetin ən güclü
bədii gimnastika ustaları ilə
yanaşı çəkilməsi, taekvondoçu
Radik İsayevin Avropa çempionluğu, kunq-fu üzrə dünya
və Avropa çempionu
Fərid Mayılovun, cüdoçuların Avropa
çempionatının mükafatçısı Elmar Qasımovun medalları
idmanımızın beynəlxalq aləmdə nüfuzunu
daha da
artırmışdır.
Bu qalib və
mükafatçılar 2014-cü ildə Azərbaycanın ən
yaxşı on
idmançısıdır. Ancaq
siyahını istənilən qədər uzatmaq,
ötən bir ildə ölkəmizin idman qənimətləri xəzinəsini 805 medalla zənginləşdirmiş daha neçə-neçə atletin
adını fərəhlə çəkmək olar. Onlar xalqımıza hədsiz
sevinc bəxş edirlər. Məhz buna görə də çempionlar
milli sərvətimiz, qürur
mənbəyimizdir. Çempionların beynəlxalq meydanda hər bir qələbəsi
mübaliğəsiz deyə bilərik ki,
bütün idman həvəskarlarımızın
ömrünü uzadır.
...Azərbaycanda
növbəti idman ilinə yekun vurulmuş, ən
yaxşılar mükafatlandırılmışlar.
Qarşıda isə idman ictimaiyyətimizi
daha böyük hadisələr,
ilk növbədə 2015-ci il iyunun 12-dən 28-dək
Bakıda keçiriləcək birinci Avropa Oyunları gözləyir.
Paytaxtımıza, bütün Azərbaycana
çox yüksək etimad
göstərilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, bu Oyunların
Bakıda keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü
göstərir. Çünki ancaq güclü dövlətlər
belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər.
Azərbaycan da güclü
dövlətdir.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.4.